Redaktor: İlyas Şahquliyev Dizayner: Elçin Babayev «Gabud və gabudlular»



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə5/129
tarix08.07.2018
ölçüsü3,21 Mb.
#54302
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   129

16

Gabud və gabudlular

görkəmli  türk  tədqiqatçısı  Yaşar  Kalafatın     



“Balkanlardan 

Uluğ Türküstana türk xalq inancları”  kitabında cavab tap-

dım.  Müəllif  İranda  tam  şəhər  yaşayış  mühitinə  keçmiş  türk 

tayfalarından bəhs edərkən, yazır ki,  

kəngərli tayfası Salmas 

və Xoy şəhərlərində şəhər həyatına məskunlaşmışdır. Buradan 

aydın olur ki, Salmasdan gəlmiş qaraçorlularla kəngərlilər  elə 

orada qonşu yaşamış, sıx əlaqələrdə olmuşlar. 

Başqa tarixi qaynaqlara görə Naxçıvanda yaşayan kəngər-

lilərin bir qismi çıxartdıqları qarma-qarışıqlığa görə Söylan və 

onun ətrafına sürgün edilmişlər.

Köçüb  Naxçıvanda  məskunlaşan  kəngərlilərlə  ona  qonşu 

olan  Dərələyəzdə  məskunlaşan  qaraçorlular  da  bu  dostluq  

ənənəsini davam etdirmişlər. 

Ağsaqqallar  söyləyir  ki,  Gabud  kəndinə  də  Naxçıvandan  

gəlib-gedən,  qonaq  qalan,  dostluq  edən  xeyli  kəngərli  vardı. 

Bu  adamlardan  Səfər  və  Manafın  adı  yadımdadır,  deyəsən 

Qarabağlar kəndindən olublar. 

1849-cu  ildə  Məmalik-i  Qacariyyəyə  səyahət 

etmiş  Ledi 

Meri  Leonara  Vulf  Şayl  burada  dörd  ilə  yaxın  qalmış  və 

təəssüratlarını 



«Glimpses of Life and Manners in Persia» adı 

ilə 1856-cı ildə Londonda kitab şəklində çap etdirmişdir. Kitabda 

Ledi  Şaylın  Qacariyyədə  o  çağlarda  hələ  də  tayfa  təşkilatını 

saxlamış qövmlər haqqında, o cümlədən bu tayfaların içərisində 

çoxluğu  təşkil  edən  türk  tayfaları  haqqında  da  bilgilər  yer 

almışdır. Tayfalar vilayətlər üzrə təsnifatlandırılmış, alaçıq sayı 

göstərilmiş, bir qisminin yaşadığı mahal və köçəri ya da oturaq 

olması da qeyd olunmuşdur. 



Tehran vilayətindəki türklərdən 

bəhs  edilərkən,  burada  köçəri  halda  birgə  yaşayan  1000 

alaçıq və evdən ibarət kəngərlilər, Daməvənd ərəbləri, ləklər 

və qaraçorlular göstərilir. 


17

Nazir Əhmədli

Beləliklə,  göründüyü  kimi,  Salmasdan    başqa  Tehran 

yaxınlarında  da  qaraçorlularla  kəngərlilərin  birgə  yaşamasına 

rast  gəlirik,  ümumiyyətlə,  bu  iki  tayfanı 



“tale  ortaqları” 

adlandıra bilərik.



“Xalq  qəzetini”  nin  18.12.2010-cu  il  tarixli  sayında 

professor Ş. Qasımovun “Tarixi keçmişimizdən. Xalq qəh­

rəmanı Sultan bəy” adlı maraqlı məqaləsi çap olunub. Müəllif 

yazır ki, xalq qəhrəmanı, Zəngəzur mahalının igid oğlu, anadan 

olmasının 140 illiyi tamam olan Sultan bəyin soy-kökü Zəngəzur 

qəzasının  Kürdhacı  kəndi  ilə  bağlıdır.  Pənahəli  xanın  XVIII 

əsrin  ortalarıda  yaratdığı  Qarabağ  xanlığında 

24  mahaldan 

biri  Qaraçor  mahalı  adlanırdı.  Pənahəli  xan  Cavanşir  boş 

bir  sahəni  Hacısamlı  camaatının  Qasımuşağı  tayfasına  verib. 

Qaraçorlu mahalının naibi vəzifəsinə isə Hacısamlı icmasından 

olan Həmzə Sultanı təyin edib. Bir müddət mahala başçılıq edən 

Həmzə  Sultan  vəfat  etdikdən  sonra  oğlanları  mahal  başçıları 

olublar.  Həmzə  Sultanın  dörd  oğlu  vardı:  Fətəlixan,  Fərzalı 

Sultan, Əsəd Sultan və Nəbi bəy.

Həmzə Sultanın kiçik oğlu Nəbi bəy Qasımuşağı obasının 

rəhbəri  idi.  Oğlu  Xanmurad  bəy  Qasımuşağı  obasında  do-

ğulmuşdu. Yetkinlik yaşına çatanda görüb ki, Qarabağın azadlığı 

əldən gedib. Pənahəli xanın yurdu ruslar tərəfindən talan edilib, 

ermənilər fəallıq edirlər. Məcbur olub dağlara çəkilir.

Xanmurad bəyin Əlipaşa bəy, Mehralı bəy, Şahmurad bəy, 

Əmirmurad  bəy  adlı  oğulları  və  Mehribanu  xanım  adlı  qızı 

vardı. Əlipaşa bəy 1837-ci ildə Qasımuşağı obasında dünyaya 

göz açmış, Qarabağın Pərioğlular bəyliyindən Bəyim xanımla 

evlənmişdi. Sultan bəy, Rüstəm bəy, Xosrov bəy, İsgəndər bəy 

adlı oğulları və Aftab xanım adlı qızı vardı.

Zəngəzurda  vətənpərvərliyi,  səxavəti  və  mərdanəliyi  ilə 



18

Gabud və gabudlular

hörmət  və  şöhrət  sahibi  olmuş,  Sultan  bəy  Əlipaşa  bəy  oğlu 

1871-ci ildə Zəngəzur qəzasının Qasımuşağı obasında anadan 

olmuşdu. Əlipaşa bəy uşağa özünün ana babası Əsəd Sultanın 

adını qoyub. Get-gedə uşağın adındakı Əsəd unudulub, Sultan 

qalıb. Hamı onu Sultan bəy çağırırmış. O, böyüyəndə Əlipaşa 

bəy  obalarının  savadlı  adamı  Molla  Xudaverdi  Tanrıverdi 

oğluna  balaca  Sultana  dərs  verməyi  tapşırıb.  Bir  neçə  ildən 

sonra Əlipaşa bəy oğlunu Şuşa qəza məktəbinə göndərib. Sonra 

o,  Gəncə  şəhərində  gimnaziyada  təhsilini  davam  etdirib.  Orta 

təhsilini  tamamlayıb  Sankt-Peterburq  şəhərinə  gedib.  Orada 

hərbi akademiyaya daxil olub. Amma nədənsə təhsilini  yarımçıq 

qoyub geri, doğma Laçınına qayıdıb. 

1914-cü  ildə  başlanan  I  dünya  müharibəsi  və  1917-ci  il 

inqilabları ermənilərin «Böyük Ermənistan» yaratmaq iddiaları 

üçün  əlverişli  şərait  yaratmış  oldu.  1918-ci  ilin  martında 

erməni  quldurlar  Bakıda  misilsiz  soyqırım  törətdi. Aprel-may 

aylarında  erməni-bolşevik  quldurları  qəzalara  hücum  etdilər. 

Onlar  Şamaxıda,  Qubada,  Lənkəranda  və  başqa  bölgələrdə 

daha kütləvi qırğınlar törətdilər. Bu zaman Sultan bəy yenidən 

Zəngəzur  bölgəsində  azğınlaşmış  erməni  quldurlarına  qarşı 

mübarizə meydanına atıldı. Sultan bəyin torpaqlarımızın qorun-

ması uğrunda göstərdiyi qəhrəmanlığın növbəti hissəsi 1918-ci 

il hadisələri ilə bağlıdır. 

Erməni  ordusunun  komandanı Andranik,  nə  yolla  olursa-

olsun, öz silahlı qüvvələri ilə Gorus, Laçın, Şuşa istiqamətindən 

Qarabağa  daxil  olmaq,  oranın  erməni  əhalisini  Azərbaycan 

hökümətinə qarşı qaldırmaq, təxribatlar törətmək və itaətsizlik 

yaratmaq  istəyirdi.  Sultan  bəyin  isə  onun  gizli  planlarından 

xəbəri var imiş. Qardaşı Xosrov bəy də onu Andranikin Qarabağa 

keçmək cəhdindən xəbərdar etmişdi. 



Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə