Redaktor: İlyas Şahquliyev Dizayner: Elçin Babayev «Gabud və gabudlular»



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə4/129
tarix08.07.2018
ölçüsü3,21 Mb.
#54302
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   129

13

Nazir Əhmədli

mənşəli toponimlərin izahlı lüğəti”. Bakı. 2002. S.29, 106, 108, 

290).

7.Türkiyədə  Çorum  sancağı  nahiyəsi...Köçəri  həyat  tərzi 



keçirən  türklərə  yörüklər  deyilirdi.  Çorlu  yörükləri...  (Faruk 

Sümər. Oğuzlar. Bakı. 1992. Səh.20, 308-364).

Bütün  bunları  yekunlaşdıraraq  belə  nəticəyə  gələ  bilərik 

ki, Qaraqoyunlu, Qarapapaq, Qaraçöplü, Qaraçanlı, Qaramanlı, 

Qarabayramlı,  Qaracallı  və  s.  kmi, 

Qaraçorlular  da  türk 

tayfasıdır. 

Türkiyədə  yaşamış  Azərbaycan  mənşəli  məşhur 

professor  Əhməd  Cəfəroğlu  da  qaraçorluları  İran  türk­

lərindən olan bir el hesab edib. Türkiyənin başqa bir məşhur 

tarix  professoru,  uzun  müddət  Atatürk  Dil  və  Tarix  Yüksək 

Qurumunun  başqanı  olmuş,  hazırda  MHP-dən  millət  vəkili



professor  Yusif  Halacoğlu  da  qaraçorluları  XVI  əsrdə 

Ərzurumda  məskunlaşan  türkmən  ellərindən  biri    kimi 

təqdim edir.

Türkiyə  ərazisində,  Şərqi  Anadoluda  olduğu  kimi,  qara-

çorlular  İranda  da  geniş  yayılmışlar.  Onlar  Şərqi  Azər bay-

can,  Ərdəbil  və  Qərbi  Azərbaycan  ostanlarında  ya şayırlar. 

Qaraçorlular  hazırda  Xorasan  əyalətinin  Bojnurd,  Şir van 

və  Quçau  ilçələrində  də  kompakt  şəkildə  yaşayırlar.  Tarixi 

mənbələrə görə, onları buraya Şah I Abbas köçürmüşdür.

Müəmmər  Aksoy  adlı  türk  alimi  “Diyari­Karaçor 

(Çaybağı)”  adlı  məqaləsində  yazır:  “Qaraçor.  Keçmiş  za-

manlardan  Elazığın  Palu  ilçəsinə  tabe  olan  təxminən  16 

kənddən  birinin  adıdır.  İndi  isə  Elazığın  Kovancılar  ilçəsinə 

tabe  olan  kəndlərdən  birinin  adıdır. 



Qaraçor  kəlməsinin  çox 

mənası  vardır.  Ancaq  mən 



“dik  halay”,  ya  da  “dərin  yara” 

mənalarından başqa bir şey bilmirəm”.




14

Gabud və gabudlular

Başqa bir yerdə  (sozlukbu.com saytı) “qaraçor” kəlməsini 



“daha  çox  türkmən  oymaqları  arasında  rast  gəlinən  bir 

kukla oyunu növü” adlandırmışlar.

Tunceli  (Dərsim)  vilayətinin  Pərtək  ilçəsində  51  kənd 

var.  Onun  Pınarlar  nahiyəsində  Paşavənk/Qaraçor  kəndi 

vardır. Əhalisi türk və zaza göstərilib. Zazaların bizə aidiyyəti 

olmadığına görə, kəndin əhalisini türk saymaq olar.

2007-ci  ildə  Türkiyə  mətbuatında  dərc  olunmuş  maraqlı 

bir yazı diqqətimi çəkdi. 

“Gün işığı” qəzetinin 11.04.2007-ci 

il tarixli sayında dərc olunan həmin yazının müəllifi 



Günərkan 

Aydoğmuşdur.  Müəllif yazır ki, bu gün Azərbaycandan gələn 

tanınmış sənətçilərin də daxil olduğu bir heyətlə Azərbaycanın 

dəyərli  şairi 

Almas  İldırımın  anadan  olmasının  100  illiyi 

qeyd  olunacaq.  Onun  iztirablı  həyat  hekayəsini  təsvir  edən 

müəllif xəbər verir ki, A.İldırım 1933-cü ildə Türkiyəyə gəlib 

çıxır,  Vanda  tələb  olunan  proseduralardan  keçdikdən  sonra 

müəllifin vətəni olan Elazığa gəlmişdir. Türkiyə hökuməti onu 

ilk  dəfə  Elazığ  vilayətinin 



Qaraçor  nahiyəsində  müəllimliyə 

təyin  etmiş,  bir  müddətdən  sonra  isə  həmin  nahiyyənin  təhsil 

müdirliyinə yüksəltmışdır.  Sonra bir sıra başqa nahiyələrdə də 

bu  vəzifədə  çalışmış  və  1952-ci  ildə,  45  yaşında  böyrək  xəs-

təliyindən vaxtsız vəfat etmişdir. Müəllif çox təəssüflə qeyd edir 

ki, üzərinə məzar daşı qoyulmadığına görə, qəbri itib getmişdir, 

yəni Almas İldırım Elazığa bir qərib kimi gəlmiş, bir qərib kimi 

də ölmüşdür!...

Müəllif bu yazısında A.İldırımın çox kədərli misralarını da 

oxucuya çatdırır:



“Qəribəm bu Vətəndə,

Qərib quşlar ötəndə.


15

Nazir Əhmədli

Qəriblik çox çətindir

Baş yastığa yetəndə”.

Bəkir Əli Dəmirəl və Süleyman Yapıcının təqdim etdikləri 



“1841­yılında yapılan ilk Osmanlı nüfus sayımı. Palu nüfus 

dəftəri”  adlı  sənəddə  başqa  bir  adı  da  Çakçur  olan  Qaraçor 

nahiyəsində 79 kəndin olduğu bildirilir.

Bir  qədər  əvvəl  qeyd  etdiyim  kimi,  qaraçorluların  ən 

çox  yaşadıqları  ərazi  bu  gün  də  İran  sayıla  bilər.  Belə  ki, 

Salmas tərəfdən əvvəl Qarabağa, oradan isə Dərələyəzə gələn 

qaraçorlulardan  başqa,  İranın  şimal-şərqində,  Xorasan  əyaləti, 

eləcə də Nişapur bölgəsi qaraçorluların kompakt yaşadıqları ərazi 

sayılır. Onları buraya 1600-cü ildə I Şah Abbasın sürgün etdiyi 

söylənilir,  görünür,  hansısa  hərəkətlərinə  görə  onun  qəzəbinə 

gəliblər,  yaxud  sadəcə  olaraq,  həmin  bölgəni  möhkəmlətmək 

üçün döyüş qabiliyyətini yüksək qiymətləndirdiyi qaraçorluları 

buraya yerləşdirib.

Qədim yazılı qaynaqlara görə, 

Göytürk dövlətini yaradan 

iki tayfa xüsusi qılınc hazırlayırdı. Hər tayfa da istehsal etdiyi 

qılınca öz adını vermişdi. Tayfalardan birinin adı 

“Bilgətəkin”, 

digəri isə  



“Qaraçori” idi. Hər iki tayfa tərəfindən düzəltdikləri 

qılıncın üstündə onların öz nişanı xüsusi şəkildə həkk olunurdu. 

O  zaman  Göytürk  İmperiyasının  sərhədləri  Azərbaycanı  da 

əhatə edirdi. 1926-cı ildə Marağa şəhərində doğulan 



Qaraçorlu 

Bulud Səhəndin nəsli də Göytürkləri yaradan həmin Qaraçori  

tayfasına gedib çıxır.

Uzun müddət idi ki,qaraçorluları “əmoğlu” adlandıran və 

həmişə ən sıx münasibətdə olan 



kəngərlilərlə qaraçorluların bu 

münasibətlərinin haradan gəldiyi üzərində düşünürdüm, bu suala 




Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə