Redaktor: İlyas Şahquliyev Dizayner: Elçin Babayev «Gabud və gabudlular»



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə14/129
tarix08.07.2018
ölçüsü3,21 Mb.
#54302
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   129

49

Nazir Əhmədli

əllərində  tutduqları  vaxt  daim  öz  keçmişlərini  yaşadıqları 

dövrlə müqayisə etsinlər.”

Erməni  vilayətinin  istər  İrəvan  xanlığında,  istərsə  də 

Dərələyəz  mahalında  1831-ci  ildən  sonra  baş  verənləri    isə 

oranın  köklü  müsəlman  əhalisi  üçün  faciədən  başqa  cür 

qiymətləndirmək mümkün deyil. Kameral siyahıya görə, 1831-ci 

ildə Dərələyəz mahalında 1001 müsəlman, yalnız 58 yerli erməni 

ailəsi  yaşayırdı,  İranın  Salmas,  Maku  və  Xoy  vilayətlərindən 

507, Türkiyədən isə 8 erməni ailəsi köçürülmüşdü və hətta bu 

köçürmədən sonra da mahalın əhalisinin 66 %-ini müsəlmanlar

34  %-ni  ermənilər  təşkil  edirdi,  indi  isə  orada  bir  nəfər  də 

müsəlman, azərbaycanlı yoxdur.

Bu faciələrin yalnız və yalnız bir səbəbi var: 1747-ci ildə 

Nadir  şahın  öldürülməsindən  sonra  meydana  çıxan  cırtdan 

“dövlətlər”-xanlıqlar  mərkəzi  İran  dövlətinə  tabe  olmaqdan 

boyun  qaçırdıqları  halda,  Rusiya  imperiyasına  satılmaq  üçün 

sanki  növbəyə  durmuşdular,  bu  qüsurlu  praktika  isə  Qarabağ 

xanı,  sonradan  rus  mayoru  Lisaneviç  tərəfindən  17  nəfər  ailə 

üzvləri  ilə  öz  çadırında  gülləbaran  edilən  İbrahim  xandan 

başlamışdı. Naxçıvan xanları da, Quba, Şəki xanları da, başqa 

xanlar da satqınlıqda ondan geri qalmadılar və nəticədə indiki 

durum  yarandı-çar  Rusiyası  İrandan  və  Türkiyədən  köçürüb 

gətirdiyi erməniləri bu yerlərin sahibinə çevirib azərbaycanlıları 

tamamilə sıxışdırıb çıxartdı.

Naxçıvan  xanı  Kəlbəli  xan  və  onun  oğlu  Ehsan  xan  bu 

hadisələrdə rusların xeyrinə xüsusi canfəşanlıq göstərmişlər.

Bu kitabın yazılmasından daha bir məqsəd də əcdadlarımı-

zın həyatının həmin dövrünə işıq salmaq, onu unudulmağa qoy-

mamaq cəhdidir.




50

Gabud və gabudlular

Bu  əsərlə  yanaşı,  İ.Şopenin  1831-ci  ilə  aid  kameral 

siyahısını əldə etmək də bu sətirlərin müəllifinə müyəssər oldu. 

Hazırda 


Ermənistan  Milli  Arxivində  saxlanan  sənəd  (F.90, 

siy.1, sax. vah. 102) belə adlanır: “Камеральное описание 

Даралагезского магала Нахичеванской провинции часть 

(VI)  Армянской  области  1831  г.»  (“Erməni  vilayətinin 

Naxçıvan əyalətinə daxil olan Dərələyəz mahalının kameral 

təsviri (VI hissə). 1831­ci il”.)

Həmin  sənəddə  Dərələyəz  mahalı  haqqındakı  ümumi 

izahat yazısını bütövlükdə oxucuların diqqətinə təqdim etmək 

istəyirəm. Olduqca maraqlı məlumatlardır:



“DƏRƏLƏYƏZ MAHALININ

 KAMERAL TƏSVİRİ. 1831­ci il.

ƏHALİ

Müsəlmanlar

1.001 ailə, 2.411 kişi, 2.172 qadın, cəmi 4.583 nəfər.



Yerli ermənilər

58 ailə, 141 kişi, 147 qadın, cəmi 288 nəfər



 İrandan köçürülən ermənilər

507 ailə, 1.453 kişi, 1.293 qadın, cəmi 2.746 nəfər.



Türkiyədən köçürülən ermənilər

8 ailə, 17 kişi, 10 qadın, cəmi 27 nəfər.



Bütün Dərələyəzin əhalisi

1.574 ailə, 4.075 kişi, 3661 qadın, cəmi 7736 nəfər. 




51

Nazir Əhmədli

Dərələyəz mahalının kameral təsviri. 1831-ci il




52

Gabud və gabudlular

DƏRƏLƏYƏZ MAHALI ÜZRƏ KAMERAL SİYAHIYA 

ÜMUMİ İZAHAT

Mahalın yerləşdiyi yer və ərazisi

Dərələyəz  mahalı  Naxçıvan  vilayətinin  şimal  hissəsində 

yerləşməklə,  şimalda  İrəvan  və  Qarabağ  vilayətləri,  şərqdə 

Qarabağ    vilayəti,  cənubda  Xok,  Məvazixatun  və  Naxçıvan 

mahalları 

(Məvazixatun  mahalına  Cəhri  və  ətrafındakı 

kəndlər aid idi­N.Ə.), qərbdə İrəvan vilayəti ilə həmsərhəddir. 

Dərələyəz  mahalının  şimaldan  cənuba  ən  uzun  məsafəsi, 

Martiros  kəndindən  Səlimin  karvansarayına  qədər  təxminən 

40 verst, şərqdən qərbə uzunluğu, yəni Gümüşxana kəndindən 

Çanaxçı  kəndinə  qədər  olan  məsafə  50  verstdir.  Beləliklə, 

mahalın ümumi ərazisi təxminən 2 min kv. verst təşkil edir.



Meşələri

Mahalda  çoxlu  meşə  var,  aralarında  düz  oduncaqlılar  da 

çoxdur. Bütün dərələr və çay sahilləri meşə ilə örtülsə də, təəssüf 

ki, onu quru yolla Naxçıvana daşımaq üçün yol yoxdur.



Biçənək və örüş yerləri

Biçənək və otlaqlar Dərələyəz mahalının ən böyük hissə-

sini tutur. Qarabağ vilayətinin əhalisi də hər il yayda buraya 20 

mindən artıq qoyun gətirib bəsləyirlər.



Çayları

Şimal-şərqdən  başlayıb  cənub-qərb  istiqamətində  bütün 

Dərələyəz  mahalından  axan 

Arpa  çayı  Məmmədrza  Dizəsi 

kəndindən  aşağıda  İrəvan  vilayətinə  daxil  olur,  burada  Şərur 

mahalını  qidalandırıb  Ərəb  Yengicə  və  Qarahəsənli  kəndləri 

arasında Araza tökülür. Axarı boyu Arpa çayına bir çox çaylar da 

tökülür ki, ən mühümləri bunlardır: a) Sağ sahildən Ələyəz və 



53

Nazir Əhmədli

Dorani çaylarının da qarışdığı Kotanlı çayı və Qoytul çayı; b) Sol 

tərəfdən Köçbək çayı, Martiros çayı, Gomur çayı  

(əslində bu 

çayın adı Gabud çayıdır. 1842­ci ilin kameral siyahısında da 

Axta çayı kimi yazılıb. Amma bu ad Axta kəndinin adından 

götürülməyib. O vaxt əhali Gabud kəndini Hürşan Axtası, 

Axta  kəndini  Həsənanlı Axtası  adlandırırdı,  hətta Axtacul 

kəndi də vardı və “Axta çayı” ifadəsi  Gabudun başqa adı 

olan Hürşan Axtası adından götürülmüşdü.­N.Ə.) Əyər çayı 

və Həmzə Əli Dizəsi çayı.



Göllər

Martiros kəndinin şimal-şərqində yerli bulaqların toplandığı 

iki balaca göl var. Martiros çayı mənbəyini bu göllərdən götürür.

Mineral suları

Bilək  kəndinin  yaxınlığında,  Arpa  çayın  suvardığı  gözəl 

vadidə, Sarıyer deyilən yerdə bir neçə bulaq birləşib Qırxbulaq 

irmağını 



(xırda çayını­N.Ə) əmələ gətirir. Arpa çayına tökülən 

yerdə  isti  və  turş  suyu  olan  bulaqlar  var,  temperaturu  25 

dərəcədən  yüksəkdir.  Burada  Şah Abbas  zamanına  aid  edilən 

daş vanna var. Hazırda vannanın tavanı tökülüb. Baxmayaraq 

ki,  bulaqların  suyu  indiyə  qədər  də  tədqiq  olunmayıb,  yerli 

camaatın dəfələrlə apardığı təcrübələr sübut edir ki, bu su bir çox 

xəstəlikləri müalicə edir. Cəhridən və Gümüşxanadan keçərək 

Naxçıvan  şəhərindən  Qarabağa  gedən  karvan  yolu  ilə  buraya 

gəlmək əlverişlidir.

Əyər kəndinin 4 verstliyində tərkibində dəmir qarışığı olan 

mineral turş su var.

Dağları

Dərələyəz dağları Qarabağ dağlarına tərəf uzanaraq onlarla 

birləşir.  Bu  dağların  baş  silsiləsi  şimal-şərqdən  cənub-qərbə 



Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə