Redaktor: İlyas Şahquliyev Dizayner: Elçin Babayev «Gabud və gabudlular»



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə22/129
tarix08.07.2018
ölçüsü3,21 Mb.
#54302
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   129

79

Nazir Əhmədli

Şahbaz, Bünyadəli və Səfəralı Məmmədrza oğlu qardaşlarının 

1831-ci ilə aid sənədə edilən qeyddə Daşaltı kəndinə köçdüyü 

bildirilsə  də,  Məmməd  Bayram  oğluna  aid  qeydin  olmaması 

qaranlıq qalır. Amma bir az əvvələ gedərək qeyd edim ki, 1852-

ci  ilin  Kameral  siyahısında  Məmmədin  1848-ci  ildə  Gabud 

kəndinə köçdüyü qeyd olunur.

Buradakı  Şahbaz,  Bünyadəli  və  Səfəralı  Məmmədrza 

oğlanları məncə Xudabəndənin  əmiləridir. 

Bizə  çatan  məlumatlara  görə,  Hürşan  öləndə  vəsiyyət 

edib ki, onu Daşaltı kəndində basdırsınlar və onun vəsiyyətinə 

əməl ediblər, çox sevdiyi 



Ala öküzün belinə iki saman çuvalı 

bağlayaraq, cənazəni onun üstündə Daşaltı kəndinə aparıblar. 

Hüşranın 1831-ci ildən qabaq öldüyünü nəzərə alsaq düşünə 

bilərik  ki,  gabudluların  Daşaltı  kəndi  ilə  əvvəldən  də  hansısa 

əlaqələri varmış.

 Sonradan Xudabəndə də öz qardaşlarının yanına, Gabuda 

gəlib  və  burada  hətta  kəndxuda  da  olub  (yəqin  ki,  qardaşı 

Şahbəndədən sonra. 1873-cü ilin kameral siyahısında 74 yaşlı 

Şahbəndə  hələ  də  kəndxudadır.  Onun  neçənci  ildə  öldüyünü 

bilmirik). Onun əmiləri isə Daşaltı kəndində yaşamaqda davam 

ediblər, Məmməd Bayram oğlu da ailəsi ilə Gabuda köçüb. 

Daşaltı  Söylan  kəndinə  çox  yaxın, Arpa  çayın  sahilində, 

böyük  bir  qayanın  aşağı  hissəsində  yerləşirmiş  və  adını  da 

buradan alıb.  

Gabud  kəndinin  yuxarı  hissəsində  yerləşən 

Nəcəf  dərəsi 

adlı yer çox güman ki, Şahbazın oğlu Nəcəfin adı ilə bağlıdır.

Gabud kəndinə ilk gələn müsəlmanın 

Ruşan olması hamı-

Istər  gabudlular,  istərsə  də  qonşu  kəndlərin  əhalisi  tərəfindən 

qəbul olunur. Amma maraqlıdır ki, hamı onun adını Ruşan yox, 



80

Gabud və gabudlular

“Hürşan” kimi tanıyır. Onu da deyim ki, mənim ana tərəfim 

hürşanlı  tayfasına  mənsubdur.  Farscadan  tərcüməsi 



“coşan”, 

“çağlayan”  mənasını  verən  “hüruşan”  sözü  bu  tayfanın 

təbiətinə  çox  yaraşır.  Hürşanlılar  çox  qoçaq,  işgüzar,  qurub-

yaradan  tayfadır,  yorulmaq  nə  olduğunu  bilməzlər.  Onlardan 

geniş bəhs ediləcək.



1  verst  1066,8  metrə,  1500  arşına  və  ya  500  sajenə 

bərabərdir. 

Beləliklə,  Gabud  kəndindən  Cul  meşəsinə  qədər  məsafə 

təxminən 16 km edir.

Gabud kəndindəki torpaqların dövlətə məxsus olduğu qeyd 

olunur.  Burada  həmçinin  şəhərə  (yəqin  ki,  Naxçıvan  nəzərdə 

tutulur) məsafə 50 verst, “uçastkovı zasedatelin” (bir növ sahə 

müvəkkili adlandıra biləcəyimiz dövlət məmurunun) oturduğu 

məntəqəyə qədər isə 32 verst olduğu qeyd olunub. Həmin məmur 

isə, fikrimcə Baş Noraşen kəndindəki idarənin rəisi idi.

Güründüyü kimi, bu sənəd bizə xeyli məlumat verir.

Bu  kitabın  üzərində  işləyərkən  Gabud  kəndinə  aid    əldə 

etdiyim  olduqca  qiymətli    sənədlərdən  biri  də 



“Naxçıvan 

qəzasının Dərələyəz nahiyəsinin kameral siyahısının yoxlama 

cədvəli. 1852­ci il” (Ermənistan Milli Arxivi, F.93, s.1. sax.

vah.101) adlanır. “Yoxlama cədvəli”ndə  adamların yaşlarında 

xeyli  qüsurların  olmasına  baxmayaraq,  həmin  sənəd  bizə  ol-

duqca qiymətli material verir. Əvvəlcə həmin sənədə baxaq:

“№47. GABUD KƏNDİ. 1852­ci il.

(Kəndin adı ərəb əlifbası ilə də, 



“Kabut” kimi yazılıb).

Kulakanlı  tayfasının  xəzinə  torpaqlarında  yaşayan 

dövlət kəndliləri.

1.(1). Kəndxuda Şahbəndə Ruşan oğlu – 52 yaşında.




81

Nazir Əhmədli

Oğlanları : Alı – 22 y.

Vəli – 18 y. 

Nəbi – 3 y. ( Ailədə 2 qadın var). 



(Mötərizədəki  rəqəm həmin şəxsin əvvəlki kameral siya-

hıdakı sıra nömrəsini göstərir).

2.(1). Xudabəndə Ruşan oğlu – 37 y.

Oğlanları: Qasım – 5 y.

Qəhrəman – 3 y. ( 3 qadın).

3.(2).Həzrət Rövşən oğlu – 50 yaş ( 1 qadın).



Yeni gələnlər:

4.Abbasəli Abbas oğlu – 30 y. 



(Bu ailənin yaddan çıxıb 

yazılmadığı bildirilir, yəni 1842­ci ilə aid kameral siyahıda 

adı olmayıb, ilk dəfə adı dəftərə düşür­N.Ə.)

Oğlanları: Abbas – 12 y.

Camal -6 y.

Kamal – 3 y. ( 2 qadın).

5.Gülmalı  Abbas  oğlu  –  20  y

.  (Əvvəlki  siyahıda  adı 

olmayıb).

Oğlu Nəcəfalı – 5 y. ( 2 qadın).

6. Edilxan Məmməd oğlu – 27 y

.  1849­cu ildə Dərələyəz 

nahiyyəsinin Daşaltı kəndindən gəlib. (Qadın yoxdur).

7.Babaxan Allahverdi oğlu – 40 y. 



1848­ci ildə Dərələyəz 

nahiyyəsinin Tezxarab kəndindən gəlib.

Oğlanları : Rzaqulu – 15 y.

Xudaqulu – 10 y.

Hüseynqulu – 5 y. ( 2 qadın).

8.  Həsənalı  Abbas  oğlu  –  30  y

.  1848­ci  ildə  Dərələyəz 

nahiyəsinin Daşaltı kəndindən gəlib.

Oğlanları: Abdulla- 10 y.




82

Gabud və gabudlular

Bayraməli – 4 y. ( 1 qadın).

9. Məmməd Bayram oğlu – 40 y. 

1848­ci ildə Dərələyəz 

nahiyəsinin Daşaltı kəndindən gəlib.

Oğlanları: Bayram – 20 y. Onun oğlu Rüstəm – 5 y.

Əhməd 18 y. Onun oğlu Musa – 1 y.

Novruz – 2 y.

Bəylər – 12 y.( 6 qadın).

10. Bayram Məmməd oğlu – 35 y. ( 2 qadın).

11. Əhməd Məmməd oğlu – 30 y. ( 3 qadın).

Kəndin  əhalisi  tatardır,  məhəmmədi  dininin  şiəlik  məz-

həbinə mənsubdurlar, kənddə 30 kişi və 24 qadın var. 

Yoxlamanı həyata keçirdi (İmza)”.

Bu  siyahıda  çoxlu  ciddi  səhvlərə  yol  verilib  və  onları 

nəzərdən keçirək.

Həzrətqulunun  adı,  atasının  adı  və  yaşı  yanlışdır,  bunu 

1831-ci il və 1842-ci ilin siyahıları ilə müqayisə edib asanlıqla 

görmək olar. Əvvəla, atası Rövşən yox, Ruşandır, öz adı Həzrət 

deyil,  Həzrətquludur,    yaşı  isə  1842-ci  ildə  53-dürsə,  indi  50 

yox,  63 olmalı idi.

27  yaşında  göstərilən  və  1849-cu  ildə  Daşaltı  kəndindən 

gəldiyi bildirilən Edilxan Məmməd oğlunun 10 əvvəlki siyahıda 

7 yaşı vardısa, indi 17 olmalıdır. Ayrıca ailə kimi siyahıya düşən 

Edilxanın  ailəsində  qadın  olmaması  onun  subay  olduğunu 

göstərir, bu halda da niyə atasından ayrı yaşaması və Gabuda 

ondan 1 il sonra gəlməsi sual doğurur.

Məmməd  Bayram  oğlunun  ailəsi  haqqındakı  məlumatlar 

daha bərbad haldadır. Onun 1842-ci ildə 50 yaşı olduğu halda, 

10 ildən sonra 40 yaşında göstərilib, sanki zaman irəliyə yox, 

geriyə gedib. Oğlanları haqqındakı məlumatlar da baş-ayaqdır. 



Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə