Redaktor: İlyas Şahquliyev Dizayner: Elçin Babayev «Gabud və gabudlular»



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə18/129
tarix08.07.2018
ölçüsü3,21 Mb.
#54302
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   129

65

Nazir Əhmədli

Daşaltıda,  onların  yanında,  Şahbaz  və  Bünyadəlinin  ailələri 

arasında siyahıdadır. Belə çıxır ki, onlar Xudabəndənin əmiləridir, 

böyük qardaşları Hürşan vəfat edəndən sonra Daşaltı kəndinə 

gəliblər. Hürşanın böyük oğlan ları Şahbəndə və Həzrətquludan 

başqa,  1831-ci  ildə  Gabudda  olanlardan  Mustafa  Haxverdi 

oğlu  Söylana,  qalan  5  ailə  isə  Daşaltıya  köçüb.  Sonradan  isə 

Xudabəndə, Məmmədli tayfasının atası olan Məmməd Bayram 

oğlu  və Abbaslı tayfasından olan Abbasəli, Gülmalı və Həsənalı 

qardaşları  ilə  birlikdə  yenidən  Gabuda,  Şahbaz,  Bünyadəli  və 

Səfəralı qardaşlarının övladları isə Fətəli ilə birlikdə Dərəkəndə 

köçüblər. Bu qardaşların özü isə ölənə qədər Daşaltı kəndində 

yaşayıblar.

Yaşlı  Fətəlilər  Şahqulunun  da  Gəvən  Məmmədrzanın 

oğlu olduğunu deyirdilər, onda belə çıxır ki, Hürşan, Şahqulu, 

Şahbaz,  Bünyadəli  və  Səfəralı  hamısı  Məmmədrzanın  oğ-

lanlarıdır.   Amma  bu  bir  mülahizədir  və  əlimizdəki  ən  qədim 

sənəd 1831-ci ilə aid olduğuna, həmin vaxt isə nə Hürşan, nə də 

Şahqulu sağ olmadığına görə, onların da Məmmədrzanın oğlu 

olduğunu söyləmək yalnız ehtimaldır. 

Uzun müddət idi ki, Fətəli babamızın kiminlə evləndiyini 

müəyyən  edə  bilmirdim,  babalarımızın  tarixindən  az-çox  mə-

lumatı olanlar da bu suala cavab verə bilmirdilər, amma yenə də 

köməyimə İ.Şopen çatdı-onun tərtib etdiyi kameral siyahı həm 

dəqiqliyinə,  həm  də  qadınların  da  adlarının  qeyd  olunmasına 

görə, başqa siyahılardan daha qiymətlidir. 

1831-ci ildə Gabud kəndində yaşayan Şahbaz Məmmədrza 

oğlunun  o  vaxt  8  yaşlı  qızı  Nənəxanım  Fətəlinin  gələcək  hə-

yat  yoldaşıdır,  onlar  təxminən  1840-cı  ildə  evləniblər,  o  vaxt 

Fətəlinin 26, Nənəxanımın isə 17 yaşı olub. Fətəli bir il sonra, 




66

Gabud və gabudlular

1841-ci ildə doğulan ilk oğluna atası Şahqulunun adını qoyub, 

Şahqulu babamız isə qızına  anasının-Nənəxanımın adını qoyub. 

Şahqulunun qızı Nənəxanım Hacı Alının oğlu Kazımla ailə qu-

rub. O vaxtkı ənənəyə görə ölmüş valideynin və ya qohumun 

adını  yeni  doğulan  uşağa  qoyurdular.  Buradan  aydın  olur  ki, 

Şahqulu  qızına  Nənəxanım  adını  qoyanda  anası  Nənəxanım 

artıq vəfat edibmiş. Nəvə Nənəxanımın gələcək həyat yoldaşı 

Kazımın  1869-cu  ildə  doğulduğunu  və  ondan  5-6  yaş  böyük 

olacağını  nəzərə  alsaq,  Fətəlinin  həyat  yoldaşı  Nənəxanım 

təxminən  1875-ci  ildə,  50-55  yaşlarında,  dünyadan  vaxtsız 

köçüb.  (İ.Şopenin  siyahısına  görə  Nənəxanım  1823-cü  ildə 

anadan olub).

Aydındır  ki,  Dərələyəzdəki  qaraçorluların  20  tayfasından 

biri  və  ən  böyüyü  (10-dan  çox  kənddə  məskunlaşmışdılar) 

kulakanlılar eyni kökdəndirlər və bu baxımdan hamısı qohum-

əqrəbadır.

Kulakanlıların  məskunlaşdığı  kəndlər  isə  bunlardır:  Cul, 

Gabud, Gomur, Söylan, Daşaltı, Çıraqlı, Qabaqlı, Cağatay, Tez-

xarab, Dəmirçilər, Terp və Haxılı.  



Cul kəndi kulakanlıların 

icma mərkəzi, onun kəndxudası isə kulakanlı tayfasının icma 

başçısı  sayılırdı,  kulakanlı  kəndlərinə  aid  kameral  siyahıları 

həmin şəxs də öz imzası və möhürü ilə təsdiq edirdi. 



1831 və 

1842­ci  illərdə  Culun  kəndxudası  və  kulakanlıların  icma 

rəhbəri Əlmərdan Məmmədalı oğlu idi. Ola bilsin ki, bu vəzifə 

atadan oğula keçirdi, çünki 1831-ci ildə Əlmərdan Məmmədalı 

oğlunun cəmi 30 yaşı vardı. Bütün kulakanlı tayfasının 30 yaşında 

rəhbəri  olmaq  üçün  ciddi  səbəbin  olması  lazım  idi-görünür, 

bu ailənin kulakanlı tayfasının həyatında hansısa mühüm rolu 

olub. Cul kəndi 1831-ci ildə kulakanlı tayfasının məskunlaşdığı 




67

Nazir Əhmədli

kəndlərin ən böyüyü, Dərələyəzin də ən böyük kəndlərindən biri 

idi. Təsadüfi deyil ki, quldur Andranik 1918-ci ilin iyun ayının 

ortalarında bütün Dərələyəzi viran qoyarkən, məhz cullular  atlı 

dəstəsi ilə onun qabağına çıxmağa cəsarət etmişdilər. 

Cul  kəndinin  kulakanlılar  üçün  üstün  rol  oynamasının 

əlamətlərindən biri də gabudluların və başqalarının Culdan qız 

almalarının bir prestij məsələsi olması idi.

Yenidən Gabud kəndinə, öz mövzumuza qayıdaq.

Törəmələrinin Hürşan adlandırdıqları babamızın kəndxuda 

olan  30 yaşında Şahbəndə, 15 yaşında Xudabəndə və 40 yaşında 

Həzrətqulu adında 3 oğlu var, Şahbəndənin 50 yaşındakı anası 

Sona  da  onun  yanındadır.  Sona  ilə  Həzrətqulunun  yaşları 

arasında cəmi 10 il fərq olduğuna görə, aydındır ki, Həzrətqulu 

onun oğlu deyil və onun öz anası çox güman ki, ölüb, əgər sağ 

olsaydı, siyahıya düşərdi. 

Beləliklə, 

Sona  Hürşanın  ikinci  arvadıdır  və  deyildiyi 

kimi  onu  Qazaxdan  qaçırıb  gətiriblər.  Anasının  adını  bil-

mədiyimiz Həzrətqulunun 15 yaşlı arvadı Sona da çox güman 

ki, onun ikinci arvadıdır, çünki, artıq Həzrətqulunun 40 yaşı var 

və həmin yaşa qədər çətin ki, subay qalaydı. Görünür, əvvəlki 

arvadından və ya arvadlarından uşağı olmadığına görə, günahı 

özündə yox, arvadda görmüş və növbəti dəfə evlənmişdir. Amma 

sonradan görəcəyimiz kimi, onun övladı olmayıb.

Hürşanın neçə il yaşaması haqqında məlumatımız olmasa 

da,  böyük  oğlu  Həzrətqulunun  yaşına  görə  mülahizə  yürüdə 

bilərik.  1831-ci  ildə  Həzrətqulunun  40  yaşı  varsa,  Hürşanın 

da  maksimum  65-70  yaşı  ola  bilərdi,  deməli  Hürşan  babamız 

təxminən  70  yaşında,  1825-1830–cu  illər  arasında    dünyadan 

köçüb.



Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə