Redaktor: İlyas Şahquliyev Dizayner: Elçin Babayev «Gabud və gabudlular»



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə15/129
tarix08.07.2018
ölçüsü3,21 Mb.
#54302
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   129

54

Gabud və gabudlular

doğru uzanaraq Yaycı kəndindən aşağıda Arpa çayın sahillərində 

bitir. Başqa bir dağ silsiləsi Qarabağ sərhəddi ilə cənub-şərqdə 

başlayıb  Naxçıvan  mahalına  daxil  olur.  Üçüncü  dağ  silsiləsi 

şimaldan  cənuba  doğru  Məvazixatun  mahalına  qədər  uzanır. 

Beləliklə, dağlar bütün Dərələyəz mahalını əhatə edir, axar sulara 

istiqamət  verir  və  dərələr  əmələ  gətirir.  Mahaldakı    kəndlərin 

çoxu həmin dərələrdə yerləşir.



İqlimi

Mahalı  bütün  istiqamətlərdə  kəsən  dağlar  onun  iqlimini 

yayda da sərin edir. Yalnız Qoytul çayın Arpa çayına töküldüyü 

yerin  qərbində  və  Keşişkənd,  Əyər  və  Həmzə  Əli  Dizə 

kəndlərinin  ətrafında  iqlim  istidir.  Lakin  bütün  dağlar  və  sıx 

çəmənlər buranı sərinləşdirməklə heyvandarlıq üçün çox əlverişli 

edir. Bəzi zirvələrdə bütün yay boyu qar qalır, bəzən hətta təzə 

qar da yağır. Bir dəfə iyul ayının sonlarında köçərilərin yanına 

getdiyim vaxt xeyli qalınlıqda qar yağdı. Buranın qışı vilayətin 

başqa mahallarından daha mülayim keçir, çünki dağlar mahalı 

bütün qış boyu şimaldan əsən sərt küləklərdən qoruyur.

Məşğuliyyət

a)Taxılçılıq: buğda, arpa, darı, paxla, noxud, mərci, tütün, 

kətan,  çətənə,  gənəgərçək,  bostan  bitkiləri,  tərəvəz  becərilir. 

Mahalın qərb hissəsində böyük çəltik və pambıq sahələri var.

b) Bağçılıq: Dərələyəz mahalında 122 günlük əkin sahəsi 

olan  144  üzüm  bağı  var,  45  xalvar  üzüm  verir  (18  ton-N.Ə). 

17 günlük əkin sahəsi olan 22 meyvə bağı 19 xalvar müxtəlif 

meyvə və 68 min qoz verir. Bundan başqa bir çox yerlərdə cır 

meyvə bağları var.

Heyvanat aləmi

a) heyvandarlıq




55

Nazir Əhmədli

Cədvəl 1.

Türklərdə

Yerli 


ermənilərdə

Gəlmə 


ermənilərdə

Cəmi


Kəl

50

32



307

389


Öküz

3.721


146

1.343


5.210

Inək


3.437

109


961

4.507


Buzov 1.699

76

601



2.376

Qoyun  17.438

335

2.187


19.960

Keçi


7.496

403


2.010

9.909


At

997


72

400


1.469

Ulaq


288

10

114



412

Qatır


2

0

0



2

Cəmi


35.128

1.183


7.923

44.234


        b).Vəhşi heyvanlar

Meşəli dərələrdə qarışqayeyənlər növündən olan xeyli ayı 

yaşayır və yerli əhaliyə heç bir ziyan vermir. Mahalın şimal-qərb 

hissəsində çoxlu vəhşi donuz (qaban) yaşayır və bəzi hallarda 

əkin sahələrinə böyük ziyan verirlər.

c). Arıçılıq. 

Mahalda 153 arı ailəsi var.

Faydalı qazıntılar

Gümüşxana  kəndinin  yaxınlığında  qurğuşun  filizi  var, 

əvvəllər  emal  olunub.  Yerli  adamların  dediyinə  görə,  burada 

gümüş filizi də var.

Aynazur  kəndinin  yaxınlığında  tərkibində  silisium  olan 

daşlar var və əhali ondan tüfəng üçün çaxmaqdaşı düzəldir.



Müəssisələri

Cəmi  182  dəyirman  var,  52-i  işlək,  130-u  yararsız 

vəziyyətdədir.



56

Gabud və gabudlular

4  bəzirxana var, 2-i işlək, 2-i yararsız vəziyyətdədir.

2 boyaqxana, 2 uçuq karvansara var.

Cədvəl 2. Xüsusi sənətlər

Türklərdə

Ermənilərdə

Cəmi


Tacir

0

1



1

Çərçi


0

3

3



Səyyar satıcı

0

1



1

Boyaqçı


0

5

5



Toxucu

3

303



306

Dərzi


0

3

3



Keçəçi

0

20



20

Bərbər


3

0

3



Çilingər

0

3



3

Dülgər


0

23

23



Dəmirçi

0

10



10

Dəyirmançı

0

4

4



Gümüş ustası

0

11



11

Pinəçi


0

1

1



Ayaqqabı tikən

0

4



4

xarrat


1

0

1



Tənəkəçi

0

1



1

Nalbənd


0

1

1



musiqiçi

0

4



4

Dövlət (xəzinə) əmlakı

İran hökumətinin son dövrlərində Dərələyəz mahalı bütün 

kəndləri ilə birlikdə gürcü şahzadəsi Aleksandra (İsgəndərə-N.Ə.) 

tiul  (Tiyul—orta  əsrlərdə  bəzi  Şərq  ölkələrində,  o  cümlədən 



Azərbaycanda,  Türkiyədə,  İranda  və  Orta  Asiya  ölkələrində 


57

Nazir Əhmədli

mövcud  olmuş  torpaq  sahibliyi.  XV-XIX  əsrlərdə  xüsusilə 

geniş  yayılmışdır.  Tiyul  torpaqlarından  toplanan  məhsulun 

1/5-1/10  hissəsi  xəzinəyə  ödənilirdi.  Azərbaycan  Rusiyanın 

müs təmləkəsinə çevrildikdən sonra, 1846-cı il fərmanı ilə tiyul 

torpaq sahibliyi irsi elan olunmuşdur-N.Ə.) kimi verilmişdi. O 

isə mahalın bütün gəlirindən istifadə edərək yanındakı sultanlara 

göstərdikləri xidmətin əvəzində bəzi kəndlərin gəlirindən cüzi 

pay vermişdir. Burada rus idarəçiliyinin qurulduğu birinci ildə 

bir çox kəndlər həmin sultanların əlində qalmış və onlar həmin 

gəlirlərdən  əvvəlki  kimi  istifadə  etmişlər.  Nəticədə  Dərələyəz 

mahalının digər sakinləri və polkovnik Ehsan xanın yaxın ad-

amları  görəndə  ki  onlar  zəbt  etdikləri  dövlət  torpaqlarından 

arxayınlıqla  istifadə  edirlər,  hərəkətə  keçib  həmin  yolla  onlar 

da  ərazilər  əldə  etmişlər.  Bundan  100  və  daha  çox  il  əvvəl 

Dərələyəzdə  yaşamış  adamların  adına  olan  möhürlərdən  is-

tifadə edərək saxta sənədlər düzəltmişlər. Asan yolla mülk əldə 

etmək  fürsətini  heç  vaxt  əldən  qaçırmayan  ermənilər  onları 

ələ keçirənlərdən həmin kəndləri cüzi qiymətlə satın almışlar. 

Beləliklə,  Dərələyəz  mahalında  mülkədarlar  əmələ  gəlmişdir. 

Naxçıvan  naibi  polkovnik  Ehsan  xan  bunu  görə-görə  nəinki 

mane  olmamış,  hətta  belə  halların  bir  qismindən  öz  xeyri 

üçün  yararlanmış,  bəzi  hallarda  isə  Naxçıvan  qəzasının  başqa 

yerlərində  ən  məhsuldar  suvarılan  torpaqları  ələ  keçirtməsini 

açıb-ağartmasınlar deyə onlara göz yummuşdur.



Vergilər

İran  hökumətinin  vaxtında  pul  şəklində  Dərələyəz  ma-

halından 2 min tümən vergi alınırdı. Axura, Yaycı, Həmzə Əli 

Dizə, Aşağı və Yuxarı Danzik, Xaçik, Arpa və Aynazur kəndləri 

42,25  xalvar 

(17  ton­N.Ə.)  taxıl  verirdi.  Həmin  vergi  indiki 



Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə