Redaktor: İlyas Şahquliyev Dizayner: Elçin Babayev «Gabud və gabudlular»



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə13/129
tarix08.07.2018
ölçüsü3,21 Mb.
#54302
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   129

46

Gabud və gabudlular

Nadir  şahın  ordusunda  Məhəmməd  xan,  Məhəmmədrza 

xan və Nəcəf Sultan adlı Qaraçorlu əmirləri vardı. Nəcəf Sultan 

Dərbəndin hakimi olmuşdu.

Qaraçorlular  Nadir  Şahın  sui-qəsd  nəticəsində  öldürül-

məsindən sonra Qarabağ xanlığını ayrıca dövlət kimi elan edən 

Pənahəli xana əvvəlcə tabe olmaqdan imtina edib əvvəlki kimi 

itaətsizlik  vəziyyətində  yaşamağa  cəhd  etsələr  də,  Pənahəli 

xan onların üzərinə qoşun göndərib itaətə məcbur etmiş, lakin 

qaraçorluların Qarabağdan köçü başlamış, onların bir qismi Qa-

radağ mahalına, bir qismi isə Dərələyəz mahalına köçmüşdür. 

Qarabağda qalıb şayayan Qaraçorlu elinə Pənahəli xan Həmzə 

Sultan Hacısamlını başçı təyin etmişdir. Həmzə Sultan həm elin 

minbaşısı, həm də mahalın naibi oldu.

Qaradağa köçən Qaraçorlu eli kiçikli, gorussəng, bəstamlı, 

qorçulu,  şənbələr,  kiçilanlı,  bayramqanlı,  şıxəlili,  əmələ  və 

kolanlı oymaqlarına bölünürdü. 

Qaradağda yaşayan qaraçor­

luların  başçısı  Məhəmmədrza  bəy  idi.  Onun  ölümündən 

sonra yerinə oğlu Şir xan keçdi. Şir xanı da oğlu Bədr xan əvəz 

etdi. Bədr xan rus-İran müharibəsi zamanı Gəncə yaxınlığında 

aldığı yaradan öldü. Qəbri Əhər şəhərində Şeyx Şihabəddinin 

məqbərəsinin yanındadır.

Bədr  xandan  sonra  Qaradağ  qaraçorlularına  onun  oğlu 

Bəşir  xan  başçılıq  edir,  lakin  o  da  çox  yaşamır.  1834-cü  ildə 

Herat döyüşlərində əfqanlar tərəfindən öldürülərək başı nizəyə 

taxıldı. Bu döyüşdə Bədr xanın başqa bir oğlu Şeyxəli xan da 

öldürülmüşdür. 

Qaradağ qaraçorlularının başçılarından biri də Hacı Rza xan 

Şir xan oğlu idi. Onun oğlu Cəfərqulu xan Herat döyüşlərində 

böyük şücaət göstərdiyinə görə Məhəmməd şah Qacar tərəfindən 



47

Nazir Əhmədli

mükafatlandırılmışdır. Cəfərqulu xan Qacar ordusunda yüksək 

bir  ünvan-əmir  tümən  rütbəsi  almışdı.  Bu  məşhur  qaraçorlu 

sonralar qacarların siyasi həyatında mühüm rol oynamışdır.

1848-ci ildə Məhəmməd şah Qacar Məhəmmədiyyə qəsrin də 

vəfat edərkən, vəliəhd Nəsrəddin Mirzənin Təbrizdə olduğundan 

istifadə edən şahzadələr, əvvəlcə buradakı şah xəzinəsini onun 

köməyi ilə hakimiyyəti ələ keçirməyə cəhd etsələr də, Nəsrəddin 

Mirzənin anası Məhdi Ulyanın köməyinə gələn Cəfərqulu xan 

yüz əlli suvari döyüşçü ilə onların bu cəhdinin qarşısını almış və 

şah xanədanına sədaqətini sübut etmişdir.

İbrahim xanın hakimiyyətinin son dövrlərindəki döyüşlərdə  

qaraçorlulara  onun  oğlu  polkovnik  Xanlar  ağa  komandanlıq 

edirdi.


Azərbaycan Dövlət Tarix Arxivində saxlanan (F.24, siyahı 

1,  saxlama  vahidi  142)  1823-cü  ilə  aid  “Qarabağ  əyalətinin 

kameral təsviri” adlı sənəddə Qarabağda həmin dövrdə mövcud 

olan Qaraçorlu mahalı haqqında da məlumat vardır. Bu sənədə 

görə  7  kənddən  ibarət  olan  Qaraçor  mahalında  qaraçorluların 

şeylanlı,  gəloxçu,  təhməzli,  şadmanlı,  yurdaxlı  tayfalarının 

təsviri verilmişdir (cəmi 538 ailə). 

Bu qaraçorlular Qarabağda qalıb yaşamağa davam edənlər 

idi.  Haqqında  söhbət  gedən  Qaraçor  mahalı  təxminən  indiki 

Laçın rayonunun ərazisində yerləşirdi. Dərələyəzli qaraçorlular 

kimi,  onlar  da  1988-ci  ilin  məlum  hadisələrindən  sonra  yer-

yurdlarından didərgin düşüb başqa yerlərdə məskunlaşmışlar.

Bu kitabın yazılmasında istinad etdiyim ən qiymətli mənbə 

milliyətcə fransız olan rus alimi İvan Şopenə aiddir.  Özünün 

yazdığına  görə,  Türk mənçay  müqaviləsindən  (1828)  sonra 

onu yanına dəvət edən general 



Paskeviç xahiş edir ki, Rusiya 


48

Gabud və gabudlular

imperiyasına  yenicə  birləşdirilən  keçmiş  Naxçıvan  və  İrəvan 

xanlıqlarının,  sonradan  onların  yerində  yaradılmış  Erməni 

vilayətinin ərazisində tədqiqat aparsın, əhalinin etnoqrafiyasını, 

sosial-iqtisadi    vəziyyətini  müfəssəl  şəkildə  araşdırsın  və 

ətraflı raport təqdim etsin. Şopen onun təklifini qəbul etmiş və 

bütün  Erməni  vilayətini  qarış-qarış  gəzmiş,  əhalinin  kameral, 

yəni  adbaad  siyahısını  tərtib  etmiş  və  topladığı  materiallar 

üzərində uzun müddət araşdırma aparmışdır. Bu araşdırmaların 

nəticəsi  olaraq 



«И.Шопен.  Исторический  памятник 

состояние Армянской области в эпоху ее присоединение 

к  Российской  империи.  Спб.  1952»  (“Erməni  vilayətinin 

Rusiya İmperiyasına birləşdirildiyi dövrdəki vəziyyətinə aid 

tarixi abidə”)  əsəri meydana çıxmışdır. 

Göründüyü kimi, çar Rusiyasında işğal etdiyi əraziləri uğur-

la idarə etmək və bir daha itirməmək üçün bu cür fundamental 

işlər görülürdü.  

Əsərin girişində müəllifin verdiyi izahatdan belə məlum olur 

ki,  İ.Şopen bu işi



 1829­cu ilin aprel ayında başlamış, 1832­ci 

ilin may ayında başa çatdırmış, onun irihəcimli və qiymətli 

əsəri  1852-ci  ildə  Sankt-Peterburqda  işıq  üzü  görmüşdür.  Bu 

əsər bizə də çox qiymətli məlumatlar verir, belə ki, burada başqa 

ərazilərlə yanaşı, Dərələyəz mahalı da kəndbəkənd araşdırılmış, 

hər kənddə yaşayanlar adbaad  göstərilmişdir. 

Həmin  kitabına  yazdığı  ön  sözdə  İ.Şopen  sanki  pey-

ğəmbərcəsinə  de yir: 

“Erməni  vilayətinin  Rusiya  İmpe­

riyasına  birləşdirildiyi  dövrün  vəziyyətini  təsvir  edən  bu 

kitab bir sıra inventarları özündə cəmləşdirib, onun köməyi 

ilə  gələcəkdə  daim  müqayisə  edib  deyəcəklər­nəyimiz  var 

imiş, indi nəyimiz var. Qoy bu vilayətin sakinləri bu kitabı 



Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə