Redaktor: İlyas Şahquliyev Dizayner: Elçin Babayev «Gabud və gabudlular»



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə12/129
tarix08.07.2018
ölçüsü3,21 Mb.
#54302
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   129

43

Nazir Əhmədli

bütün  kəndlərini  sadalayıb  oxucunu  yormaq  istəmirəm,  bu 

kitaba aid hesab etdiyim məlumatlarla kifayətlənirəm):

“Maliki kəndi. Kəndin başqa adı isə Mülkdür. Gəlir 5.042 

ağça.    Naxçıvan  sancağının  müfəssəl  dəftərində  (NSMD)    bu 

kəndin adı 



“Məlikşah” kimi qeyd olunmuşdur.

Soyulan kəndi. Gəlir 5.028 ağça.

Paşalı kəndi. Gəlir 4.224 ağça.

Gomur kəndi. Gəlir 8.221 ağça.

Gabud kəndi. Gəlir 2.887 ağça

Axta kəndi. Gəlir 2.900 ağça”

Göründüyü  kimi,  bu  məlumatlar  “Naxçıvan  sancağının 

müfəssəl  dəftərinin”  əhatə  etdiyi  1727-ci  il  məlumatlarını 

əhalinin adı göstərilmədən təkrarlayır, aralarında əsas fərq isə 

kəndlərin  adında  meydana  çıxır.  Gürünür, 



“icmal  dəftəri”ni 

tərtib edən osmanlı məmuru canfəşanlıq edərək, kəndlərin adını 

osmanlılaşdırmağa cəhd etmişdir.

İstifadə  etdiyimiz  ən  qiymətli  mənbələrdən  biri  də  1727-

ci ilə aid olan və yenə də tarix elmləri namizədi H.Məmmədov 

(Qararamanlı)  tərəfindən  2000-ci  ildə  çapa  hazırlanaraq  nəşr 

edilən 

“Gəncə­Qarabağ  əyalətinin  müfəssəl  dəftəri”dir. 

Osmanlı arxivlərində saxlanan bu sənəddə qaraçorlular haqqında 

qiymətli məlumat vardır:

  “Qaraçorlu  camaatı.  Bu  camaatın  təxminən  400    evi 

(xanə) olmuşdur. Əcəm (Səfəvi) dövründə itaətsizliyindən dolayı 

xəzinəyə  vergi  ödəmirdi.  Vergilər  öz  kəndxudaları  tərəfindən 

mənimsənilmişdir.  Rəayanın  malını  qarət  etmələrindən  dolayı 

yaşadıqları Kestasf  və Zarıs adlı iki nahiyəni xaraba qoymuş 

və  boşluğa  çevirmiş,  bir  qisim  ermənini  həm  xoşluqla,  həm 

də  məcburi  şəkildə  özlərinin  rəayası  etmişdir.  Zarıs,  Keştasf, 



44

Gabud və gabudlular

Məğavuz və Həkəri tərəflərdə əkinçiliklə məşğul olur, lakin üşr 

və bəhrəni vermirlər. Üzərlərinə əsgər göndərilsə də, sığıncaq 

yaxınlığında yaşadıqlarına görə sığıncaqlara çəkilib gizlənir və 

indiyə qədər onlar üzərində  qələbə çalmaq əsgərlərə müyəssər 

olmamışdır. Bu vəziyyət indi də belədir”. (səh. 471).

Yuxarıdakı  səbəbdən-dövlətə  vergi  ödəmədiklərinə  görə, 

təəssüf ki, 1727-ci ildə Qarabağda yaşayan qaraçorluların hansı 

tayfalarının mövcud olduğunu və həmin adamların adlarını bəzi 

istisnalarla bilmirik. Müfəssəl dəftərlərə vergi verən adamların 

adları yazılırdı.

Həmin sənəddə Həkəri nahiyəsindən bəhs edilərkən, yenə 

də qaraçorluların haqqında məlumatlara rast gəlinir:

“Həkəri nahiyəsində çəltik, ipək, buğda, arpa, darı, üzüm, 

başqa  dənli  bitkilər  əkilib  becərilir.  Axar  çayları  çox  olduğu 

üçün  bura  abadlıq  işlərinə  uyğun  yerdir.  Lakin  Qaraçorlu    və 

Sığınaqlıların  istilası  nəticəsində  bu  nahiyənin  əhalisi  ətraf 

yerlərə dağılmışdır. Allahın köməyi ilə adları çəkilən əşkiyaların 

araqarışdırması ləğv olunandan sonra nahiyənin əhalisi bir yerə 

yığılar və buralar getdikcə abadlaşar” (səh.488).

Təkcə Həkəri kəndində yaşayış olan nahiyənin boş kəndləri 

bunlar idi: Burxud,  Bədri, Hat, Nevşəhər, Mirməzək, Güləbird, 

Ağdərə, Şirinsu, Şeyxabad, Artesin, Üştəpə, Cuvaruğud, Qucan, 

Cibək,  Ağcakənd,  Cağadiz,  Andon,  Mənkəran,  Hərgüran, 

Bəşarətli,  Xurtə,  Dərətum,  Həsənkənd,  Hərəki.  Boş  qalmış 

məzrələri də buraya əlavə etsək, mənzərə aydınlaşar.

Tarixçi  A.Çələbizadənin  yazdığına  görə,  1727-ci  ilin 

avqustunda  osmanlıların  işğalı  altında  olan  Təbrizin  sərəsgəri 

Qarabağın Dizaq və Vərəndə nahiyələrinə Qaraçorlu tayfalarına 

və Muğan düzündəki şahsevənlərə qarşı 15 min nəfərlik süvari 

qoşunu göndərmişdi .



45

Nazir Əhmədli

İş o yerə çatmışdı ki, osmanlı komandanlığı qaraçorlu tayfası 

ilə ayrıca saziş bağlamağa məcbur olmuşdu və bu sazişə görə 

qaraçorlular  o  şərtlə  osmanlılara  tabe  olmağa  razı  olmuşdular 

ki, toplanan verginin yarısı Gəncə xəzinəsinə daxil olacaq, qalan 

yarısı isə qaraçorluların sərəncamında qalacaqdı.

Qaraçorlu  eli  Nadir  şah  Əfşarın  hakimiyyətinə  qədər 

yarımmüstəqil həyat tərzi sürmüş, 



Nadir 

şah  Qarabağı  osmanlılardan  geri 

almaq üçün gələndə yerli tayfaları öz 

qoşununa dəvət edərkən, qaraçorlular 

həvəslə onun təklifini qəbul etmişlər.  

Nadir  şahın  qoşununda  vəzifə  alan 

Qaraçorlu  elinin  başçısı  Rüstəm  bəy 

Osmanlı  sərkərdəsi  Abdulla  paşanı 

döyüşdə  öldürmüşdür.  “Qarabağnamə” 

müəllifi olan tarixçi Mir Mehdi Xəzani 

bu barədə belə yazır: 

 “Şul vaxtda ki, Nadir şah Gəncə  və 

Tiflis  və İrəvan və Naxçıvan və Şirvanat 

vilayətlərini  osmanlı  sultanının  qoşun larının  təsəllütlərindən 

çıxardıb Abdulla paşa Köprülü oğlu vəziri-əzəmi-Rum yüz min 

qoşun və çox top və tədarükat ilə sultani-Rum tərəfindən məmur 

olub  gəlmişdi  ki,  Nadir  şah  ilə  cəng  edə.  Nadir  şah  Gəncə 

mühasirəsinə məşğul ikən Abdulla paşanın şul əzim əsagirləri ilə 

İrəvana gəlməyini eşidib, Gəncə üstə qoşun qoyub, özü əlli min 

qoşun ilə Abdulla paşaya müqabil gedib Naxçıvan  və İrəvanın 

Arpa  çayında  davaları  vaqe  olub,    Rum  qoşununu    basıb    və 

Abdulla paşa vəziri-əzəmi Rüstəm bəy Qaraçorlu öldürüb başını 

Nadir şah hüzuruna gətirmişdi”. (“Qarabağnamələr”, 2-ci kitab, 

Bakı, “Şərq-Qərb”, 2006, səh. 123-124).

Nadir Şah Əfşar



Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə