Redaktor: İlyas Şahquliyev Dizayner: Elçin Babayev «Gabud və gabudlular»



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə10/129
tarix08.07.2018
ölçüsü3,21 Mb.
#54302
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   129

34

Gabud və gabudlular

İSTİFADƏ OLUNAN TARİXİ MƏNBƏLƏR

Ağır durumda olan, paytaxt İsfahanı və şərq vilayətlərini 

əfqanların  işğal  etdiyi  İranın  qalan  hissəsini  də  Osmanlı  və 

Rusiya  imperiyaları  öz  aralarında  bölüşdürmək  məqsədi  ilə 

1724-cü  ildə  İstanbul  şəhərində  müqavilə  imzalayır  və  həmin 

müqaviləyə görə, 



Naxçıvan və Dərələyəz də, İrəvan və digər 

ərazilər  də  türklərə  çatır.    Bu  işğalın  hərbi,  mənəvi,  siyasi 

yön lərini  və  nəticələrini  bir  tərəfə  qoysaq,  onun  bizim  tay-

fanın tarixində mühüm bir yeri vardır: 

1727­ci ildə Dərələyəz 

mahalına  vergi  yığmağa  gələn  osmanlı  məmurları  Də-

rələyəzin mühüm əhəmiyyət daşıyan 



Məlikşah kəndində mənim 

mənsub  olduğm  tayfanın  nümayəndələrini  də  təsbit  ediblər. 

Vergi  aldıqları  8  ailədən  2-si,  Şahqulu  oğlu  Murad  və  onun 

qardaşı  Əliqulu  mənim  babalarımdır.  Soyadını  indiyə  qədər 

daşıdığımış Şahqulunun hansı oğlunun bizim babamız olduğunu 

bilməsəm  də,  bu  Şahqulunun  bizim  babamız  olan  sonuncu 

Şahqulunun  əcdadı  olmasına  şübhə  yoxdur.  Şahqulu  babamın 

Gabud kəndində 1820-ci illərdə vəfat edən Şahqulu adlı doğma 

babası da var və bu tarixə qayıdacağam. Beləliklə, hələ 1727-

ci  ildə  izinə  rast  gəldiyimiz  Şahqulu  övladlarının  Dərələyəzə  

gəlib çıxmış ermənilərlə bir yerdə yaşamamaq üçün öz doğma 

yerlərini tərk edərək şərqə doğru çəkildikləri, əvvəlcə 



Söylan, 

sonra isə 



Gabud kəndinə gəldikləri məlumdur. 

Əvvəlcə  1727-ci  ilin  məlumatlarını  özündə  əks 

etdirən,  müəllifləri    ak.Z.Bünyadovla  tarix  elmləri  namizədi 

H.Məmmədov  (Qaramanlı)  olan 



“Naxçıvan  sancağının  mü­

fəssəl dəftəri”nə (Bakı, Elm, 2001) nəzər salaq:  


35

Nazir Əhmədli

“DƏRƏLƏYƏZ NAHİYƏSİNƏ TABE OLAN 

MƏLİKŞAH KƏNDİ

Yusif  Turab  oğlu-bennak;  (Yusifin)  oğlu  İmaməli-subay; 

Əli Qədiməli oğlu-bennak-kəndxuda; (Əlinin) qardaşı Naqdəli–

bennak;  Murad  Şahqulu  oğlu–bennak;  (Muradın)  qardaşı 

Əliqulu- subay; Məmmədəli Abdi oğlu – bennak; Canəli Məsim 

oğlu- bennak;

Bennak-6

Subay- 2


Yarım cift – 2

1 dəyirman – yarım il işləyir.

1 dəyirman – yararsız haldadır.

Gəlir:


Yarım çift üçün vergi – 50 (ağça)

Bennak vergisi – 108 (ağça)

Subay vergisi – 12 (ağça)

Buğda 11 kile – dəyəri 330 (ağça)

Arpa 13 kile – dəyəri 260 (ağça)

Darı  2 kile – dəyəri 30 (ağça)

Sumax 2 kile – dəyəri 30 (ağça)

Kərdiyər 20 kile – dəyəri 420 (ağça)

Pərinc 5 kile – dəyəri 105 (ağça)

Kəlül  4 kile – dəyəri 72 (ağça)

Mərcimək 3 kile –dəyəri 54 (ağça)

Noxud -  2 kile – dəyəri 36 (ağça)

Kərəsnə  - 5 kile – dəyəri 75 (ağça)

Pambıq  - 8 man – dəyəri 560 (ağça)




36

Gabud və gabudlular

Bal üşrü -110 (ağça)

Meyvə üşrü – 150 (ağça)

Başqa  yerdən  gəlib  bu  kəndin  torpağından  istifadə 

edənlərdən alınan vergi- 170 (ağça)

Qoyun vergisi  - 120 (ağça)

Axıl vergisi – 300 (ağça)

Dəyirman vergisi – 30 (ağça)

Dönüm vergisi – 400 (ağça)

Əkin yeri üçün vergi – 100 (ağça)

Dəstibani vergisi və əkin yeri üçün tapu – 350 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik  vergisi – 90 (ağça)

Badi-hava,  işlənmiş  günah,    törədilmiş  cinayət,  qul  və 

kənizlərin sərbəstlik almaları üçün vergi – 1.100 (ağça)



Yekun 5.046 (ağça)”.

Haqqında  söhbət  gedən  kitab  əvvəlcə  1997-ci  ildə  kiril 

əlifbası  ilə  çap  olunsa  da,  etiraf  edim  ki,  onu  görməmişdim, 

amma 2001-ci ildə latın əlfbası ilə yenidən çap olunanda əlimə 

keçdi  və  orada  ulu  babam  Şahqulunun  adına  rast  gələndə  elə 

bil  mənə  dünyaları  bağışladılar.  Mənimlə  bir  yerdə,  Atatürk 

Mərkəzində  müdir  müavini  işləyən  müəllifə-tarix  elmləri 

namizədi 



Hüsaməddin  Məmmədova  dərin  təşəkkürümü 

bildirdim. 



(Hazırda Kanadanın Vankuver şəhərində yaşayır 

elmi fəaliyyətlə məşğuldur).

Ənənəvi  olaraq,  kəndçilərimiz,  qohumlarımız  öz  keç-

mişlərindən  söhbət  açmağı  xoşlayar  və  babalarımızın  da  Mə-

lik şah  kəndindən  gəldiyini  deyərdilər.  Mən  isə  həmişə  öz 

mülahizələrimdə  sənədə  və  məntiqə  əsaslandığıma  görə, 

bəzi  ağsaqqallarımızın  Salmasdan  gəldikləri  fikrinə  hörmətlə 

yanaşıb hesab edirdim ki, elə mənim babalarım da Türkmənçay 



37

Nazir Əhmədli

müqaviləsindən  (1828)  sonra  buralara  köçürülən  ermənilərlə 

bir  vaxtda  gəliblər. Amma  mənim  ata  tərəfim  olan  Fətəlilərin 

hələ  Türkmənçay  müqaviləsindən  101  il  əvvəl  Dərələyəzdə 

yaşaması  bu  kitabın  sayəsində  aydın  oldu.  Bir  qədər  əvvəl 

haqqında söhbət açdığım həmin sənəd hazırda Türkiyədə, Baş 

Bakanlıq  Arxivində  saxlanılır.  Sankt-Peterburqda  türkologiya 

ixtisası üzrə universitet təhsili alan H.Məmmədov (Qaramanlı) 

Türkiyədə elmi ezamiyyətdə olarkən həmin sənədi əldə etmiş 

və onu ərəb əlifbasından əvvəlcə kirilə, sonra da latın əlifbasına 

keçirərək çap etdirmişdir. 

Həmin sənəd təkcə mənim babalarım haqqında bilgi vermir 

və  çox  qiymətli  sənəddir,  belə  ki,  onu  nəzərdən  keçirdikdə 

çox  mühüm  məlumatlar  əldə  etmiş  oluruq.  Məsələn,  Osmanlı 

imperatorluğunun  o  vaxt  aldığı  vergi  növləri,  Məlikşahda  və 

Gabudda  hansı  bostan  bitkilərinin  yetişdirildiyi  və  onların 

qiymətini , eləcə də çəki vahidlərini öyrənirik. 

İndi oxucuda aydın təsəvvür yaratmaq üçün burada işlənən 

və Osmanlı dövləti üçün səciyyəvi olan bəzi terminlərə aydınlıq 

gətirək.


Bennak-  əkin  sahəsi  yarım  çift  və  ondan  az  olan  evli 

rəiyyətə deyilirdi. 



Çift rəiyyətlərə əkin sahəsi üçün ayrılan və məhsuldarlığına 

görə sahəsi 70-150 



dönüm (7-15 ha) arasında dəyişən torpaq 

sahəsidir.  Buradan  görünür  ki, 



10  dönüm  ərazi  1  hektara 

bərabərdir. Xatırlayıram ki, bizim əhali Rusiya üçün səciyyəvi 

olan 


“pud”  terminindən  istifadə  edirdi,  pud  elə  dönümə 

bərabərdir, hektarın onda birinə, yəni 10 sota 1 pud deyirdilər.



Ağça 1328-1687-ci illərdə Osmanlı imperatorluğunda döv-

riyyədə olmuş gümüş  pul vahidi idi. 1687-ci ildən başlayaraq 




Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə