Redaktor: İlyas Şahquliyev Dizayner: Elçin Babayev «Gabud və gabudlular»



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə11/129
tarix08.07.2018
ölçüsü3,21 Mb.
#54302
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   129

38

Gabud və gabudlular

dövriyyəyə dəyəri 120 ağçaya bərabər olan 



quruş buraxılıb, ağça 

isə yalnız maliyyə işlərində hesablama vahidi kimi işlənməkdə 

davam  edib.  (Dilimizdə  indinin  özündə  də  “az  miqdar  pul” 

anlamını verən 



“qəpik­quruş” ifadəsi işlədilir).

Kile-çəki vahididir, ən geniş işlənən İstanbul kilesi 18-20 

okkaya (təqribən 25 kq) bərabər idi. (Okka 1,282 kq-dır). Man 

da çəki vahididir, 1 Naxçıvan manı 13 kq idi.



Dəstibanı əkin yerlərinin qorunması üçün verilən vergidir.

“Üşr”  isə  onda  bir  deməkdir,  əldə  olunan  baldan  və 

meyvədən ya natural şəkildə, ya da onun dəyəri pulla alınırdı.

Pul  vahidi  olaraq  işlədilən  ağçanın  dəyərini  yuxarıdakı 

məlumatlardan  istifadə  edərək  müəyyənləşdirmək  də  maraqlı 

olardı: 1 kile (25 kq) buğda 30 ağça edərsə, deməli, buğdanın 1 

kq-ı  30:25=1,2  ağça idi. Arpanın 1 kilesi (25 kq) 20 ağça idisə, 

deməli, 1 kq-ın qiyməti 20:25=0,8  ağça edir.

Noxudun  1  kilesi-25  kq-ı  18  axça  imiş,  yəni  1  kq-ı 

18:25=0,72  axça  edir.  Buradan  da  görünür  ki,  taxıl  noxuddan 

baha imiş.

Pambıq . 8x13=104 kq. 560:104=5,4 ağça.

Beləliklə,  ümumiləşdirmə  aparsaq,  1  ağçanı  indiki  pulla 

təqribən 50 qəpiyə bərabər hesab edə bilərik.

Məlikşah  kəndində  becərilən  bitkilərə  gəlincə,  burada 

mənim  təəccübümə  səbəb  olan  pambıqdır-axı  o  adətən  isti 

yerlərdə  becərilir,  Dərələyəz  isə  məlum  olduğu  kimi,  sərin 

yerlərdir.

Oxucuda maraq doğuracağını nəzərə alaraq qeyd edim ki, 

Dərələyəz  1735-ci  ildə  Nadir  şah  tərəfindən  İranın  tərkibinə 

qaytarılmış, 1827-ci ildə isə, yəni 92 il sonra Rusiya imperiyası 

oraları işğal edib öz ərazisinə qatmışdır. Bu işğal 1828-ci ilin 



39

Nazir Əhmədli

10  fevralında  imzalanan 



Türkmənçay  müqaviləsi  ilə  rəs-

miləşdirilmişdir. 

1828-ci ildən sonrakı vəziyyəti nəzərdən keçirməzdən əvvəl 

Osmanlı işğalı dövründə Gabuda və onun qonşu kəndlərinə də 

baxmaq maraqlı olardı.

“DƏRƏLƏYƏZ NAHİYƏSİNƏ TABE OLAN 

SOYULAN KƏNDİ

(Əvvəlcə onu qeyd edim ki, bizim 



“Söylan” adlandırdığımız 

yer adını ya osmanlı məmurları düzgün yazmayıb, ya da onu ərəb 

əlifbasından latın qrafikasına çevirən müəllif düzgün oxumayıb. 

Orasını da qeyd etməliyəm ki, bu yer adının türk tayfası olan 



“söklən” tayfasının adından əmələ gəldiyini düşünürəm).  

İndi isə müəlliflərə müraciət edək:

Hökməli Maşallah oğlu-bennak; Allahqulu Dəmirxan oğlu-

bennak; Rəcəb Əbülfəz oğlu-bennak

Bennak-3; Çift-1.

1 dəyirman-yararsız haldadır.

Gəlir:

Bennak vergisi-54 (ağça)



Çift vergisi – 50 ağça

Buğda 4 kile, dəyəri 120 ağça

Arpa 1 kile, dəyəri 20 ağça

Kərdiyər 1 kile, dəyəri 20 ağça

Pərinc 4 kile, dəyəri 84 ağça

Kəlül 2 kile, dəyəri 36 ağça

Mərcimək 1 kile, dəyəri 18 ağça

Kərəsnə 2 kile, dəyəri 30 ağça




40

Gabud və gabudlular

Darı 1 kile, dəyəri 15 ağça

Pambıq 2 man, 150 ağça

Noxud 2 kile, dəyəri 36 axça

Meyvə üşrü 120 ağça

Bal üşrü 190 ağça

Başqa  yerdən  gəlib  bu  kəndin  torpağından  istifadə  edən-

lərdən alınan vergi 85 ağça

Qoyun vergisi 120 ağça

Axıl vergisi 200 ağça

Dönüm vergisi 500 ağça

Dəstibanı vergisi və əkin yeri üçün tapu 1.200 ağça

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi 90 ağça

Badi-hava 1.800 ağça

Yekun 5.028 ağça.

PAŞALI KƏNDİ

Əbülqasım  Məmməd  oğlu-bennak;  Pirəli  Mirzəli  oğlu-

bennak; (Pirəlinin) qardaşı Abasəli-subay; Həmzəxan Tağı oğlu- 

bennak; (Həmzəxanın) oğlu Rəşid- subay;

Çift-1

Bennak-3


Subay-2

1 dəyirman yararsız haldadır.

Gəlir -4.274 ağça



41

Nazir Əhmədli

GOMUR KƏNDİ

Burada  4  qeyri  müsəlman  (aydındır  ki,  erməni)  ailəsi 

yaşayır.

1 dəyirman-yararsız haldadır.

Gəlir- 8.211 ağça.

 

GABUD KƏNDİ 

2 qeyri müsəlman ailəsi yaşayır.

Yarım çift əkin sahəsi var.

1 dəyirman -  yararsız haldadır.

(Oxucunu yormamaq üçün başqa kəndlər üçün yuxarıdakı 

məlumatları  təkrarlamaq  istəməsəm  də,  gabudluların  1727-ci 

ildə Gabud kəndində nə əkilib-biçildiyini bilməyə maraqlarını 

nəzərə alıb həmin məlumatları əlavə edirəm).

İspəncə vergisi 75 ağça (bu vergi müsəlman olmayanlardan 

alınırdı – N.Ə.)

Buğda 2 kile dəyəri 60 ağça

Arpa 4 kile dəyəri 80 ağça

Kərdiyər 2 kile dəyəri 42 ağça

Pərinc 3 kile dəyəri 63 ağça

Mərcimək 2 kile dəyəri 36 ağça

Kərəsnə 2 kile dəyəri 30 ağça

Bal üşrü 120 ağça

Meyvə üşrü 110 ağça

Qoyun vergisi 100 ağça

Axıl vergisi 300 ağça



42

Gabud və gabudlular

Dönüm vergisi 200 ağça

Dəstibani vergisi və əkin yeri üçün tapu 390 ağça

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi 90 ağça

Badi-hava 1.110 ağça

Yekun:  2.787 ağça



AXTA KƏNDİ

Vəlixan Murad oğlu-subay;

Subay-1

Məmmədşərifin istifadəsiz qalan yarım çift əkin yeri.



Axta  kəndindən  olan  Cəbinin  istifadəsiz  qalan  yarım  çift 

əkin yeri.

1 dəyirman-yararsız haldadır.

Dənli  bitkilər,  başqa  yerdən  gəlib  bu  kəndin  torpağından 

istifadə edənlərdən alınan vergi, subay vergisi, çift, dönüm, tapu, 

dəstibani və başqa vergilərdən əldə edilən gəlir-2.900 ağça”. 

Gabud kəndində azərbaycanlıların məskunlaşıb yaşamasına 

dair əlimizdə bir neçə sənəd var və mülahizələrimin elmi mahiyyət 

daşıması üçün yalnız onlara müraciət etməyə məcburam. Belə 

sənədlərdən  biri-müəllifləri  ak.  Z.Bünyadovla  H.Məmmədov 

olan  “Naxçıvan  sancağının  müfəssəl  dəftəri”  (Bakı,  Elm, 

2001)  haqqında  artıq  məlumat  verdim.  Bu  müəlliflərin  daha 

bir kitabı da – 

“İrəvan əyalətinin icmal dəftəri” (Bakı, Elm, 

1996)  maraq  doğuracaq  mənbələr  arasındadır.  Kitab  1728-ci 

ilin məlumatlarını əhatə edir. Əgər müfəssəl dəftərlərdə yaşayış 

məntəqələrindəki  yaşayanların  adları  da  göstərilirdisə,  icmal 

dəftərində yalnız həmin kəndlərdən alınan vergilər göstərilir. 

İndi  həmin  sənədə  müraciət  edək    (burada  Dərələyəzin 



Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə