Redaktor: İlyas Şahquliyev Dizayner: Elçin Babayev «Gabud və gabudlular»



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə16/129
tarix08.07.2018
ölçüsü3,21 Mb.
#54302
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   129

58

Gabud və gabudlular

əkinlərlə müqayisədə cüzi olub. Lakin çox güman ki, Dərələyəz 

mahalı şahzadə Aleksandra əlavə pul da verib.

Arpa  çayın  sahilindəki  indiki  çəltik  və  pambıq  tarlaları 

(Qoytul  kəndindən  başlayaraq  ondan  aşağıdakı  Həmzə  Əli 

Dizəsinə qədər ərazi) əvvəlkindən 3 dəfə artıq vergi verə bilər.



Yollar

Dərələyəz  mahalındakı  əsas  karvan  yolu-Naxçıvandan 

Qarabağa gedən yol Məvazixatun mahalından keçərək üzüyuxarı 

istiqamətdə  dağılmış  Qoçubilək  kəndinə  qədər  gedir.  Digər 

yol  Məvazixatundan  sola  dönərək  Keşişkəndə  gedir  və  Səlim 

karvansarayından  keçərək  Göyçə  mahalına,  oradan  Dilican 

dərəsinə dönür. Bundan başqa, müxtəlif kənd yolları bu mahalı 

müxtəlif istiqamətlərdə kəsir. Lakin qış vaxtlarında bu yolların 

əksəriyyəti keçilməz olur.

Qədim abidələr

Mahal  qədim  abidələrin  xarabalıqları  ilə  doludur,  amma 

salamat qalanlar Naxçıvan qəzasının başqa yerlərinə görə daha 

çoxdur. Salamat qalan binalardan diqqət çəkənlər çöl daşından 

örtüyü olan Səlimin karvansarayı, Ələyəz kəndi yaxınlığındakı 

2 monastr, Martiros yaxınlığında bütöv qayada oyulmuş kilsə, 

Ərdəpin və Ələyəz kəndləri arasında bir neçə əsr bundan əvvəl 

yüksək  təpə  üzərində  tikilmiş  və  kifayət  qədər  salamat  olan 

qaladır.

Faydalı təkliflər

1.Dərələyəz  mahalının  qərb  hissəsi  İrandan  köçürülən 

ermənilərlə,  şərq  hissəsi  isə  Qarabağdan  gələn  müsəlmanlarla 

məskunlaşdırılıb.  Bu  2  xalq  heç  cür  yanaşı  yaşaya  bilmir, 

çünki tez-tez heyvan və at oğurluğu olur. Ona görə də mahalın 

orta  hissəsi  və  bol  sulu  gözəl  Gülüdüz  düzənliyi  boş  qalıb. 

Hazırda ermənilər və müsəlmanların içərisində xüsusi seçilmiş 



59

Nazir Əhmədli

başçılar var, lakin birbaşa rəhbərlik yoxdur. Çünki Dərələyəzin 

hazırkı Mirbölüyü, polkovnik Ehsan xanın qardaşı Mehdi ağa 

yalnız Mirbölük adını daşıyır. Ona görə də çox yaxşı olardı ki, 

Dərələyəz  mahalında  rus  məmurlardan  ayrıca  pristav  olsun. 

Çünki Naxçıvan polis idarəsinin uzaqlığı və nəqliyyat çətinliyi 

(xüsusən qış vaxtı) burada asayişin qorunmasına ciddi nəzarət 

etməyə kifayət etmir. Əgər ehtimal edilən məmur yaşayış yeri 

kimi isti mineral suyun olduğu massivi seçsə, nəinki ətrafdakı 

baxımsız qalmış boş kəndlər, eləcə də geniş Gülüdüz düzənliyi 

əhali ilə dolar. Həm də hər il mineral suya gələnlər olar. Hazırda 

isə bu su tamam istifadəsiz qalmışdır, çünki ətrafdakı 40 verstlik 

ərazidə demək olar ki, heç kim yaşamır.

2.Naxçıvan  qəzasının  cənub  hissəsi  meşə  örtüyündən 

tamamilə məhrumdur və onun çatışmaması Naxçıvan şəhərində 

ciddi şəkildə hiss olunur. Halbuki, Dərələyəz mahalındakı bol 

meşələr istifadəsiz qalmışdır. Ona görə də, daşqınlar vaxtı Arpa 

çayın suyunun ən çoxaldığı zaman meşə materiallarının bu çayla 

axıdılmasını sınamaq çox faydalı olar.Meşənin bol olduğu Hors 

kəndində onu tədarük edib Qoytul kəndindən başlayaraq Arpa 

çayı  ilə  Araz  çayına,  onunla  da   Abbasabad  qalasına  axıtmaq 

olar.


Quberniya katibi Vladimir Zolotnitski. 1831-ci il”. 

Beləliklə,  İ.Şopenin  dediyi  kimi  Dərələyəz  mahalı  tam 

inventarlaşdırılmışdır.

Həmin  sənəddə  Gabud  kəndi  haqqındakı  məlumatlar 

belədir:

 “№ 75.  GABUD KƏNDİ

Qaraçorluların  kulakanlı tayfası

1. Kəndxuda Şahbəndə Ruşan oğlu – 30 yaşında.




60

Gabud və gabudlular

Arvadı Ammani  - 20 y.

Oğlu Alı – 5 y.

Qardaşı Xudabəndə - 15 y.

Anası Sona  - 50 y. 

2. Bünyadəli Məmmədrza oğlu – 50 y.

Arvadı Qızxanım – 40 y.

Oğlu Eylas – 15 y.

Qızı Şahsənəm – 7 y. 

(Sonradan  edilən  qeyddə  bu  ailənin  Dərələyəz  maha­

lının Daşaltı kəndinə köçdüyü bildirilir).

3. Şahbaz Məmmədrza oğlui – 60 y.

Arvadı Xanxanım – 40 y.

Iki oğlu var: Nəcəf- 15 y.

Məmmədalı – 7 y.

Qızı Nənəxanım – 8 y. 



(Məmur qeydində bu ailənin də köçdüyü bildirilir, am­

ma  köçdüya  kəndin  adı  yazılmayıb.  1842­ci  ilin  kameral 

siyahısında Daşaltı kəndindədir).

4. Mustafa  Haxverdi  oğlu – 50 y.

Arvadı Xatun – 40 y.

Üç oğlu var: Qədim – 25 y.

Qədimin arvadı Fatma – 15 y.

Haxverdi – 10 y.

Kərim – 6 y.

Qızı Nənəpəri – 3 y.



(Bu ailənin Söylan kəndinə köçdüyü bildirilir).

5. Həzrətqulu Ruşan oğlu – 40 y.

Arvadı Sona – 15 y.  

6. Məmməd Bayram oğlu – 40 y.




61

Nazir Əhmədli

Arvadı Mahpəri – 35 y.

Iki oğlu var: Bayram – 15 y.

Əhməd – 6 y.

Qızı Nənəpəri – 8 y.  

7. Səfəralı Məmmədrza oğlu – 40 y.

Arvadı  Yetər  -20 y.

Oğlu Qafar – 3 y. 



Sonradan Daşaltı kəndinə köçüblər.

8. Abbasəli Abbas oğlu – 20 y.

Qardaşı Həsənalı – 15 y.

Bacısı  Ağapəri – 10 y.

Anası Şahpəri – 50 y.

(Məmur  qeydində  bu  ailənin  Qarabağ  qəzasına  köç­

düyü, amma onun hansı kəndinə getdiyinin məlum olma dığı 

bildirilir).

Kənddə 8 ailə, 20 kişi və 15 qadın olmaqla cəmi 35 nəfər 

var.

Bu  kənd   Arpaçay  yaxınlığında  dağlıq  yerdir,  ərazisi  10 



verstdir,  yarım  xalvar  suvarılan  və  5  xalvar  dəmyə  yeri  var. 

İçmək üçün sağlam bulaqları var. İldə 3 min bağ ot biçilir. Bir 

baxımsız, bir  işlək dəyirman, bir baxımsız bəzirxana var, daşı 

salamatdır. 

Kənddə 76 öküz, 57 inək, 26 buzov, 156 qoyun, 76 keçi və 

19 at var.

Kənd xəzinəyə məxsusdur, burada bir baxımsız kilsə var”. 

(Bu  sənəddəki  məlumatların  təhlilinə  keçməzdən  qabaq 

bir məsələni oxucular üçün izah etməliyəm. 1831-ci ildən sonra 

tərtib edilən Kameral siyahı 1842-ci ilə aid olduğuna görə, bu 

qeydlərin də 1831-ci ilə aid sənəd üzərində məhz 1842-ci ildən 

qabaq  aparıldığını düşünürəm.



Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə