Redaktor: İlyas Şahquliyev Dizayner: Elçin Babayev «Gabud və gabudlular»



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə17/129
tarix08.07.2018
ölçüsü3,21 Mb.
#54302
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   129

62

Gabud və gabudlular

Sənədin təhlilinə ondan başlamaq lazımdır ki, Gabuda ilk 

qədəm basan müsəlman Ruşan artıq sağ deyil. 

Mən  əvvəllər  belə  hesab  edirdim  ki,  qaraçorlular  da 

Dərələyəzə  1828-ci  ildə  Türkmənçay  müqaviləsindən  sonra 

ermənilərlə  birlikdə  Salmas  və  Xoydan  gəlib.  Lakin  məsələ 

heç  də  elə  deyilmiş.  Bir  qədər  əvvəl  təqdim  etdiyim 

“İzahat 

yazısı”nda  məmur  V.Zolotnitski  də  ermənilərin  Dərələyəzə 

İrandan, müsəlmanların isə Qarabağdan gəldiyini yazır.

Ermənilərin 1828-ci ildə köçürülməsini qeyd etdiyi halda, 

İ.Şopen  buradakı  müsəlman  əhalini  yerli  xalq  kimi  təqdim 

edir  ki,  bu  da  qaraçorluların  Dərələyəzə  ermənilərdən  daha 

qabaq gəldiyini göstərən fakt hesab olunmalıdır. Bu versiyanın 

xeyrinə olan bir fakt da ondan ibarətdir ki, 1822-ci ildə Qarabağ 

xanlığının  ləğv  edilməsindən  sonra  Rusiya  İmperiyasının 

yaratdığı 

Qarabağ  vilayətindəki  mahallardan  birinin  adı 

“Qaraçor mahalı” idi. Onun yerləşdiyi ərazini təxminən Laçın 

rayonunun  ərazisində  təsbit  etmək  mümükündür.  Mahalda 

yaşayan qaraçorluların  



bərgüşad, hacısamlı, şadmanlı, milli  

tayfalarının adlarına Dərələyəz mahalında da rast gəlirik. Bütün 

bu  mülahizələri  nəzərə  alsaq,  deyə  bilərik  ki,  qaraçorluların 

Cənubi Qafgaza gəlməsi  ermənilərdən xeyli qabaq baş vermişdir.

Fikrimizi gücləndirən amillərdən biri də ondan ibarətdir ki, 

yaşlı adamların dediyinə görə, Gabuda gəlməzdən qabaq Hürşan 

öz qardaşlarından ayrılıb buralara tək gəlmiş, sonralar qardaşları 

da onun ardınca Dərələyəzə gəlmişlər. 

Törəmələrinin  dediyinə  görə,  Şahbəndənin  anası  Sonanı 

Hürşan  Qazaxdan  qaçırıb  Gabuda  gətirib.  1831-ci  ildə  Şah-

bəndənin  30  yaşı  olduğunu  nəzərə  alsaq,  (hətta  1842-ci  ilin 

kameral siyahısında Şahbəndənin 42 yaşında olduğu göstərilir, 




63

Nazir Əhmədli

yəni 1800-cü ildə anadan olub) deməli Sona ən geci 1800-cü ildə 

Gabuda gəlib. Buradan da aydın olur ki, Hürşan Gabuda 1800-

cü ildən qabaq başqa qadından doğulan böyük oğlu  Həzrətqulu 

ilə  gəlib  və  bu  vaxt  ya  dul  imiş,  ya  da  Həzrətqulunun  anası 

Gabudda ölüb.

Böyük oğlu Həzrətqulunun 1831-ci ilin kameral siyahısına 

görə 1891-ci ildə, 1842-ci ilin kameral siyahısına görə isə 1789-

cu  ildə  anadan  olduğunu,  bu  vaxt  Hürşanın  25-30  yaşlarında 

ola  biləcəyini  və  deyilənə  görə,  Gabuda  gənc  yaşlarında, 

qardaşlarından  ayrılaraq  tək  gəldiyini  nəzərə  alsaq,  düşünə 

bilərik ki, o buraya 1790-1800-cü illər arasında gəlib.

Digər  6  ailənin  Gabuda  gəlmə  tarixi  haqqında  belə  dü-

şünürəm ki, onlar Qarabağdan Türkmənçay müqaviləsi (1828) 

ilə nəti cələnən II Rusiya-İran müharibəsindən ən azı 15 il qabaq 

artıq  burada  idilər.  Ona  görə  də  keçmiş  Naxçıvan  və  İrəvan 

xanlıqlarının  ərazisində  1829-1832-ci  illərdə  tədqiqat  aparan 

İ.Şopen qaraçorluları Dərələyəzin yerli əhalisi kimi təqdim et di-

yi halda, Dərələyəzə köçürülən ermənilərin 1828-ci ildə Salmas, 

Xoy  və  Makudan  gəldiyini  qeyd  etmişdir.  Haqqında  sövbət 

açdığımız Gabud sakinlərinin yaşları da bunu göstərir. Məsələn, 

Məmməd  Bayram  oğluna  baxaq.  1831-ci  ilin  siyahısında  40, 

1842-ci ilin siyahısında 50 yaşında göstərilən Məmməd Bayram 

oğlu  təqribən  1791-1792-ci  ildə  anadan  olub.  Onun  Gabuda 

gəldiyi vaxdakı yaşını 25-30 hesab etsək, deməli 1815-1820-ci 

illər arasında gəldiyini düşünə bilərik. 

1831-ci  ilin  siyahısında  Gabudda  8-ci  sırada  20  yaşlı 

Abbasəli (Avasalı) və 15 yaşlı Həsənalı Abbas(Avas) oğlu qar-

daş larının adı qeyd olunub. Anaları Şahpərinin də 50 yaşı var. 

Gabud  kəndinin  ərazisində 



“Avasölən”  deyilən  bir  yer 


64

Gabud və gabudlular

vardı. Düşünürəm ki, bu yer adı bu qardaşların atası Avasın adı 

ilə bağlıdır. Keçən əsrin əvvəllərində doğulan və məlumatlı insan 

olan İsaxan kişinin bu tayfanın hazırda Qusar rayonunun Aşağı 

Ləyər kəndində yaşayan 67 yaşlı nümayındəsi Yusif Camalova 

söylədiyinə görə, Avas burada cütlə əkin edərkən ölüb və yerin 

adı ona görə «Avasölən» qalıb. Deyilənə görə, vaxtilə çox varlı 

adam  olan,  hətta  1000-dən  artıq  qoyunu  olan  Avas  sonradan 

uğursuzluqlar zolağına düşüb, var-dövlətini itirərək yoxsullaşıb 

və  nəhayət  cütün  arxasında  dünyadan  vaxtsız  köçüb.  Əgər 

ölməsəydi, 1831-ci ildə təxminən 50-55 yaşlarında olacaqdı.

Fətəlinin  atası  Şahqulunun  Gabuda  gəlməsinin  tarixinə 

gəlincə, onun Gabudda cəmi 1 il yaşadığı haqqındakı yaşlı ad-

amların dediklərini, eləcə də 1814-cü ildə anadan olan Fətəlinin 

bəzi mülahizələrə görə 6, bəzilərinə görə isə 11 yaşında yetim 

qalmasını  nəzərə  alsaq,  Şahqulunun  Gabuda  gəlmə  tarixini 

təxminən 1820-25-ci illər hesab edə bilərik.

Başqa  bir  məsələ  Hürşan  və  Fətəlinin  atası  Şahqulunun 

qohumluğu məsələsidir. Şahqulunun  ağacdan yıxılıb ölməsindən 

sonra  deyilənə  görə,  Fətəlini  Hürşan  himayə  edib.  Yəqin  bu 

himayə hansısa qohumluğa görə olub. Amma hansı qohumluq? 

Bu, araşdırma tələb edir. 

Başqa  mühüm  məsələ  Hürşanın  və  Şahqulunun  atasının 

kimliyidir. Hər iki tayfanın ağsaqqalları onların ulu babasının 



“Gəvən Məmmədrza” adlı bir şəxs olduğunu söyləyirdi (qır­

mızı və sıx saqqalına görə ona bu ləqəbi veriblərmiş). Əgər 

Hürşan doğrudan da onun oğludursa, onda Şahbaz, Bünyadəli 

və Səfəralı Hürşanın qardaşlarıdır, hamısı 1831-ci ildə Gabudda 

yaşayan  bu  qardaşları  1842-ci  ildə  Daşaltı  kəndində  görürük, 

amma  təkcə  onları  yox,  Hürşanın  kiçik  oğlu  Xudabəndə  də 



Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə