6
Gabud və gabudlular
inzibati-ərazi bölgüsü mənasında işlənməklə, geniş ərazini əha-
tə emişdir. XVIII əsrin əvvəlində
Osmanlı dövlətinin idarəsi
altın da olmuş Naxçıvan sancağının 14 nahiyəsindən biri də
Dərələyəz idi. Bu dövrdə Dərələyəz nahiyəsi 102 kəndi əhatə
edirdi. Xalq bölgüsünə görə, 2 hissəyə ayrılırdı: Şərqi Dərələyəz
və Qərbi Dərələyəz.
Türkmənçay müqaviləsindən (1828) sonra Rusiyanın
tərkibinə daxil edilən Dərələyəz bölgəsi İran və Türkiyədən bu-
raya köçürülən ermənilərin hesabına etnodemoqrafik dəyşik-
liklərə məruz qalmışdır. Köçürmələrə qədər bölgədəki ailələrin
94,1%-ni azərbaycanlılar, 5,8%-ni ermənilər təşkil edirdisə,
köçürmələrdən sonra erməni ailələri 25,8%-ə çatmışdır. 1870-ci
ildə Dərələyəz İrəvan quberniyasının tərkibində yaradılan Şərur-
Dərələyəz qəzasına daxil edilmişdir. 1897-ci ilin məlumatına
görə, Dərələyəzin sahəsi 2972,3 kv.km, əhalisi 76551 nəfər
idi. Əhalinin 70,5%-i azərbaycanlı, 27,5%-i erməni olmuşdur.
1918-1920-ci illərdə Dərələyəzin azərbaycanlı əhalisi dəhşətli
soyqırıma məruz qalmış, sağ qalanlar isə öz doğma yerlərini
tərk etməyə məcbur edilmişlər. Sovet hakimiyyəti illərində Də-
rələyəz bölgəsi heç bir əsas olmadan, Azərbaycandan qoparılıb
Ermənistana verilmişdir. Bütün XX əsr boyu azərbaycanlılara
qarşı aparılan soyqırım siyasəti nəticəsində onlar Qərbi Azər-
baycandan (indki Ermənistan), o cümlədən Dərələyəzdən zorla
deportasiya olunmuşlar.
1849-cu ildə mərkəzi Şərurda yerləşən Baş Noraşen kəndi
olmaqla Şərur-Dərələyəz qəzası yaradılmlşdır. 1920-ci ildə
eməni-azərbaycanlı müharibəsi nəticəsində qəzanın bir hissəsi
Baş Noraşen də daxil olmaqla Naxçıvan MSSR-in tərkibində
qalmış, qalan hissənin adı dəyişdirilərək
Dərələyəz nahiyəsi
7
Nazir Əhmədli
edilmiş və Ermənistanın tərkibinə qatılmış, Keşişkənd kəndi
qəzanın mərkəzi olmuşdur. 1930-cu ildə qəza ləğv edilmiş və
onun ərazisi Keşişkənd rayonunun tərkibinə daxil edilmişdir.
Ermənistan SSR rayonlaşdırılan zaman Dərələyəz mahalı
Keşişkənd və Söylan rayonlarına bölünmüşdür. Dərələyəz
Dərələyəzin xəritəsi
8
Gabud və gabudlular
(dəyişdirilmiş adı Vayotsdzor) dağ silsiləsi Arpa çayı ilə Nax-
çıvan çayı arasındadır.Şərqdə Zəngəzur zirvəsinə qovuşur.
Uzunluğu 70 km, ən hündür zirvəsi Kükü dağıdır (h.3120 m).
Yaşadığımız Gabud kəndi Dərələyəzin cənub-şərqində,
Nax çıvan Muxtar Respublikasının Kükü kəndi ilə sərhəddə
yerləşirdi, 1988-ci ildə deportasiya edilməzdən qabaq burada
500 nəfərə yaxın adam yaşayırdı. Buradan Kükü kəndinə qədər
15 km məsafə vardı-bu iki kəndi Səfərbəy və Keçəl dağ, Qanlı
göl bir-birindən ayırırdı.
Gabud kəndinin adının mənşəyinə gəldikdə isə, əslən Qərbi
Azərbaycandan olan alim İ.Bayramov
“Qərbi Azərbaycanın
türk mənşəli toponimləri. Bakı, 2000” adlı kitabında onun
“kab/gab” sözündən götürülərək “qayalar arasından keçən
yol, cığır” mənasını verdiyini bildirir və deməliyəm ki, bu
izah Gabud kəndinin relyefinə olduqca uyğundur. Bu adı ona
kim fikirləşib qoyubsa, çox dəqiq qoyub. Qeyd edim ki, Gabud
kəndinin 1852-ci ilə aid kameral siyahıda adı ərəb əlifbası ilə
də
“Kabut” kimi yazılıb. Kəndin adının sonundakı səsin “t”,
yaxud “d” olması haqqında həmişə müəyyən fərqli mülühizələr
meydana çıxırdı, indi məlum olur ki, “t” olub, amma sonradan
“d” kimi tələffüz olunmağa başlayıb və yazıya da belə keçmişdi.
Adın birinci səsinin də “g” yox, “k” (“kağız” sözündəki “k”)
olmasının daha dəqiq olduğu anlaşılır.
Ermənistanda aparılan kütləvi addəyişdirmə kam pani-
yasında 1968-ci ildə Gabudun da adını dəyişdirib
Kapuyt
eləmişdilər ki, rəsmi sənədlərdə belə də yazılırdı. Onlar bunu
belə əsaslandırırdılar ki, buranın qədim adı məhz Kapuyt olub.
Düzdür, Gabud kəndinin yaxınlığındakı qədim Kapuyt şəhərinin
9
Nazir Əhmədli
xarabalıqları dururdu, amma Gabud kəndi onun yerində deyil,
ondan bir qədər aşağıda, onun qərbində yerləşirdi.
“Kapuyt” sözünün mənasına gəlincə, erməni dilini bilənlər
bu sözün mənasını “yaşıllıq”, “göylük” kimi izah edirdilər.
Gabudun təbiəti bu mənaya uyğun idi. Amma ən azı son 300
illik sənədlərdə Kabut/Kəbut kimi yazılan kəndimizin adının
farscadan mənası da “göylük”, “yaşıllıq” mənsını verir. Beləliklə,
qeyd etməliyəm ki, Kabut/Gabud toponimi də, Kapyt da onun
təbiətinə tamamilə uyğun idi.
Dərələyəz mahalının əhalisinin
qaraçorlu türkmən lərin
dən olduğu haq qın dakı məlumata əsaslanaraq, Gabud /Kabut/
sözünə uyğun adın olub-olmadığını araşdırmaq qərarına gəldim
və axtarışlarım müsbət nəticə verdi. Məlum oldu ki, Salmas-
Xoy-Maku şəhərlərinin əmələ gətirdiyi üçbucağın daxilində
Kabut sözündən yalnız bir hərflə fərqlənən
“Kaput” adlı kənd
var, həm də bu kənd Türkiyədəki
ÇaybağıQaraçor nahiyəsinin
yaxınlığında yerləşir. Güman etmək olardı ki, Gabuda ilk gələn
müsəlman Ruşan və başqaları məhz həmin kənddən Gabud
kəndinə gəlmiş və yaşadıqları yerin adını da gəldikləri kəndə
daşımışlar (Ruşanın Gabuda gəlmə tarixi hesablamalara görə
XVIII əsrin sonlarına düşür). Bu bəlkə də bir təsadüfdür, axı
1727-ci ilə aid
“Naxıvan sancağının müfəssəl dəftəri”ndə
Gabudun adına rast gəlinir ki, o zaman hələ Ruşan bu kəndə
gəlməmişdi. Amma hər halda, İranda bu ada oxşar adda kəndin
olması və onun
Qaraçor nahiyəsinə yaxın bir ərazidə yerləş-
məsi maraq doğurur.
Maraq doğuran başqa bir şey də Türkiyənin
Ağrı vila
yətində, Doğubəyazid ilçəsində (inzibati-ərazi bölgüsü olan
ilçə bizim rayon terminimizə uyğun gəlir) Məlikşah adında
kəndin olmasıdır. Düzdür, Trabzonda və Çubukovada da eyni
Dostları ilə paylaş: |