Formal Məntiq
isə nəfsi saflaşdırma yolu ilə mümkün hesab
edirlər/^
İslam dininə
görə, bunlarm hamısmm öz yeri, öz rolu var. Amma əksər alimlər
etiraf etmişlər ki, tam bioloji tərifi təyin etmək çox çətin, yaxud
qeyri-mümkündür. Aristotel, İbn Sina və Şeyx İş- raq kimi böyük
filosoflar da belə fikirdədirlər.
Sual: Tam bioloji tərifin qeyri-mümkün və ya çətin olması- nm
səbəbi nədir?
Cavab: Tam bioloji tərifi vermək üçün mahiyyətin bütün za-
tma, həqiqətinə, varhğma agah olmaq lazımdır. İnsanm məhdud
elmi ilə, zahirdə, hətta mikro görünən, amma həqiqətdə, özündə
makro bir aləmi əxz edən atomu tanıması mümkün deyil. Buna
görə də bir şeyin cinsi, fəsli və s. xüsusiyyətləri ayrı- ayrı alimlər
tərəfindən müxtəlif cür verilmişdir. Qədim alimlər "msan"m
cinslərinin - "iradəli", "carüı", "cisim" və "cövhər"- dən ibarət olduğu
fikrində idilər. Amma müasir alimlər canlı üə cismin arasma
"mədən məfhumu"nu artırmışlar və s.
Sual: Əgər tam bioloji tərif mümkün deyilsə, bəs onda müxtəlif
elmlərin mövzularma, məsələlərinə verilən təriflər hansı növ
tərifdir?
Cavab: Qeyri-bioloji təriflərdir. Bu cür təriflərdə hər bir alim
müəyyən bir xüsusiyyəti üstün tutaraq tərif verir. Məsələn, biri
insanda nitq və təfəkkürü, başqa birisi isə iradə və ixtiyarı əsas
götürərək tərif vermişdir.
Tərifin şərtləri
Birinci şərt: Tərif verən tərif edilənin bütün predmetlərini cəm
etməlidir və tərif verən tərif ediləndən başqalarım kənar etməlidir.
Yəni tərif verənlə tərif edilərdn predmetlərinin sayı bərabər
olmalıdır və ya bu iki məfhum arasmdakı dörd nisbət "tam
çarpazlaşan" olmalıdır.
^ Bunlardan birincisini təbiət elmləri, ikincisini fəlsəfə, üçüncüsünü də irfan elmi öyrənir.
Buna ön sözdə də işarə olunmuşdu.
187
Məntiq ____________________________________________________________
İkinci şərt: Tərif verən, zehində tərif ediləndən daha aydın
olmalıdır.
Üçüncü şərt: Tərif edənlə tərif edilən "eynimənalı" sözlər
olmamalıdır.
Dördüncü şərt: Tərif dairəvi olmamalı, yəni tərif verən və tərif
edilənin aydm olması bir-birindən asılı olmamalıdır. Məsələn,
"Günəş, gündüz şərqdən çıxan ulduzdur". Burada "Günəş"
məfhumu "gündüz" məfhumu ilə tərif edilib, halbuki "gündüz"
məfhumunun tərifində də deyilir: "Gündüz, Günəşin müəyyən
zaman müddətində göyün üzərində olmasıdır".
Beşinci şərt: Tərif verən söz mənasız, məchul, məcazi mənalı,
omonim, daşman və daşmmaz (bax: sözin qisimləri bəhsi)
olmamalıdır.
Misalla tərif
Bir mahiyyətin tərifinin yerinə onun predmetlərindən birini
izah etməklə aparılan əməliyyata
"misalla"
tərif deyilir. Belə
tərifdən "real" tərifin dərk edilməsi asan olmadığı üçün istifadə
edilir. Qrammatikada nitq hissələrinin əsl tərifinin yerinə, məsələn,
"İsün - yəni Kamil, Aqil, ağac və s.", "Fel getmək deməkdir" kimi
misallarla izah edilir. Əlbəttə bu cür tərif ibtidailər üçündür. Çünki
misal və nümunə ilə, mahiyyət haqqmda zəif zehində təsəvvür
yaratmaq daha asandır. Yaxud zehnin ümumi məfhumlarla
ünsiyyəti az olduğu üçün daha münasib olardı ki, ümumi
məfhumun predmetlərindən, fərdlərindən istifadə edilsin. Amma
ali zehinlər belə təriflərlə qane ola bilmir. Çünki onlar mahiyyəti
daha geniş şəkildə tanımaq istədiklərindən, onu ümumi olaraq
dərk etmək istəyirlər.
Misalla tərifdən daha çox psixoloqlar, təlim-tərbiyə alimləri
istifadə edirlər. Onlar belə fikirdədirlər ki, bu yolla uşaqları,
gəncləri həqiqətlə tamş etmək daha asandır. Yaxud ilahiyyatla yeni
tamş olan şəxsə Allahm varlığım sübut etmək üçün, əl-
188
Formal Məntiq
bəttə ki, əvvəlcə, məsələn, "Nizam-intizam" elmi-fəlsəfi dəlili
gətirilmir. Dəlildən əvvəl predmetlərə müraciət edilir. Bu şəxsə
aləmdəki nizam-intizam, atomdaxili nizamlı hərəkət və s. göstərilir.
Burada göstərilən nümunə, predmet obyektin mahiyyətini
başqa mahiyyətlərdən ayırdığı üçün və qeyri-bioloji naqis tərifdə də
xüsusi qeyri-zati məfhumdan istifadə edilərək başqa mahiyyətlər
ayrıldığmdan bu tərif qeyri-bioloji naqis tərif sa-yrlır.
Bənzətmə tərifi
Bu tərifin səbəbi, mahiyyətin zehindəki məlum mahiyyətlə
oxşar cəhətinə görədir. Yəni məchulu zehindəki məlumla oxşar
cəhətinə görə bir şəxsə tanıtdırmaqdır. Məsələn, biz "nur"un
mənasmı bilirik. Nur başqa cisimləri işıqlandıran, on- larm
görünməsinə səbəb olan bir fenomendir. "Ekn" məfhumunun
həqiqətindən isə xəbərsizik. Biz "Ebn nədü?" sualma "Ebn nur
kimidir, başqa şeyləri işıqlandıraraq onları insana tanıtdırır"
cavabmı verə bilərik. Yaxud "Cəhalət qaranlıq kimidir, yol gedən
inşam bir yerə çatdırmır" - deyə büərik. Belə tərifdən daha çox əqli,
yaxud da mücərrəd fenomenlərin tərifində istifadə edilir. Çünki bu
cür məfhumlarm tərifi asan deyil. İnsan zehni, hiss edilən, fərdi
məfhumlara daha yaxm olduğundan, onlar hiss edilən məfhumlar
kimi qələmə verilir ki, müəyyən qədər tamnsmlar. Məsələn,
"Uşaqlıqda öyrənilən elm, daş üzərinə həkk edilmiş yazı kimidir".
Söz dəlalətinin qisimlərinin tərifində bu tərifdən də istifadə
edilmişdir. Bu tərifin işi zehni, tərif etdiyimiz mahiyyətə ya-
xmlaşdırmaqdan ibarətdir.
Bu üç tərifdə, predmetlərdən istifadə edilərək şeyin mahiyyəti
başqa mahiyyətlərdən ayrıldığı üçün və qeyri-bioloji naqisdə də xas
qeyri-zati məfhumdan istifadə edilərək başqa mahiyyətlər
ayrıldığmdan bu üç tərif qeyri-bioloji naqis tərif sayılır.
189
Dostları ilə paylaş: |