Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə51/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   47   48   49   50   51   52   53   54   ...   119

Formal Məntiq 

isə nəfsi saflaşdırma yolu ilə mümkün hesab 

edirlər/^ 

İslam dininə 

görə, bunlarm hamısmm öz yeri, öz rolu var. Amma  əksər alimlər 

etiraf  etmişlər  ki,  tam  bioloji  tərifi  təyin  etmək  çox  çətin,  yaxud 

qeyri-mümkündür.  Aristotel,  İbn  Sina  və  Şeyx  İş-  raq  kimi  böyük 

filosoflar da belə fikirdədirlər. 

Sual: Tam bioloji tərifin qeyri-mümkün və ya çətin olması- nm 

səbəbi nədir? 

Cavab:  Tam  bioloji  tərifi  vermək  üçün  mahiyyətin  bütün  za- 

tma,  həqiqətinə,  varhğma  agah  olmaq  lazımdır.  İnsanm  məhdud 

elmi  ilə,  zahirdə,  hətta  mikro  görünən,  amma  həqiqətdə,  özündə 

makro  bir  aləmi  əxz  edən  atomu  tanıması  mümkün  deyil.  Buna 

görə  də  bir  şeyin  cinsi,  fəsli  və  s.  xüsusiyyətləri  ayrı-  ayrı  alimlər 

tərəfindən  müxtəlif  cür  verilmişdir.  Qədim  alimlər  "msan"m 

cinslərinin - "iradəli", "carüı", "cisim" və "cövhər"- dən ibarət olduğu 

fikrində  idilər.  Amma  müasir  alimlər  canlı  üə  cismin  arasma 

"mədən məfhumu"nu artırmışlar və s. 

Sual: Əgər tam bioloji tərif mümkün deyilsə, bəs onda müxtəlif 

elmlərin  mövzularma,  məsələlərinə  verilən  təriflər  hansı  növ 

tərifdir? 

Cavab:  Qeyri-bioloji  təriflərdir.  Bu  cür  təriflərdə  hər  bir  alim 

müəyyən  bir  xüsusiyyəti  üstün  tutaraq  tərif  verir.  Məsələn,  biri 

insanda  nitq  və  təfəkkürü,  başqa  birisi  isə  iradə  və  ixtiyarı  əsas 

götürərək tərif vermişdir. 



Tərifin şərtləri 

Birinci şərt: Tərif verən tərif edilənin bütün predmetlərini cəm 

etməlidir və tərif verən tərif ediləndən başqalarım kənar etməlidir. 

Yəni  tərif  verənlə  tərif  edilərdn  predmetlərinin  sayı  bərabər 

olmalıdır  və  ya  bu  iki  məfhum  arasmdakı  dörd  nisbət  "tam 

çarpazlaşan" olmalıdır. 



^ Bunlardan birincisini təbiət elmləri, ikincisini fəlsəfə, üçüncüsünü də irfan elmi öyrənir. 

Buna ön sözdə də işarə olunmuşdu. 

187 



Məntiq ____________________________________________________________  

İkinci  şərt:  Tərif  verən,  zehində  tərif  ediləndən  daha  aydın 

olmalıdır. 

Üçüncü  şərt:  Tərif  edənlə  tərif  edilən  "eynimənalı"  sözlər 

olmamalıdır. 

Dördüncü şərt: Tərif dairəvi olmamalı, yəni tərif verən və tərif 

edilənin  aydm  olması  bir-birindən  asılı  olmamalıdır.  Məsələn, 

"Günəş,  gündüz  şərqdən  çıxan  ulduzdur".  Burada  "Günəş" 

məfhumu  "gündüz"  məfhumu  ilə  tərif  edilib,  halbuki  "gündüz" 

məfhumunun  tərifində  də  deyilir:  "Gündüz,  Günəşin  müəyyən 

zaman müddətində göyün üzərində olmasıdır". 

Beşinci  şərt:  Tərif  verən  söz  mənasız,  məchul,  məcazi  mənalı, 

omonim,  daşman  və  daşmmaz  (bax:  sözin  qisimləri  bəhsi) 

olmamalıdır. 



Misalla tərif 

Bir  mahiyyətin  tərifinin  yerinə  onun  predmetlərindən  birini 

izah  etməklə  aparılan  əməliyyata 

"misalla" 

tərif  deyilir.  Belə 

tərifdən  "real"  tərifin  dərk  edilməsi  asan  olmadığı  üçün  istifadə 

edilir. Qrammatikada nitq hissələrinin əsl tərifinin yerinə, məsələn, 

"İsün  -  yəni  Kamil,  Aqil,  ağac  və  s.",  "Fel  getmək  deməkdir"  kimi 

misallarla izah edilir. Əlbəttə bu cür tərif ibtidailər üçündür. Çünki 

misal  və  nümunə  ilə,  mahiyyət  haqqmda  zəif  zehində  təsəvvür 

yaratmaq  daha  asandır.  Yaxud  zehnin  ümumi  məfhumlarla 

ünsiyyəti  az  olduğu  üçün  daha  münasib  olardı  ki,  ümumi 

məfhumun  predmetlərindən,  fərdlərindən  istifadə  edilsin.  Amma 

ali  zehinlər  belə  təriflərlə  qane  ola  bilmir.  Çünki  onlar  mahiyyəti 

daha  geniş  şəkildə  tanımaq  istədiklərindən,  onu  ümumi  olaraq 

dərk etmək istəyirlər. 

Misalla  tərifdən  daha  çox  psixoloqlar,  təlim-tərbiyə  alimləri 

istifadə  edirlər.  Onlar  belə  fikirdədirlər  ki,  bu  yolla  uşaqları, 

gəncləri həqiqətlə tamş etmək daha asandır. Yaxud ilahiyyatla yeni 

tamş olan şəxsə Allahm varlığım sübut etmək üçün, əl- 

188


 


Formal Məntiq 

bəttə  ki,  əvvəlcə,  məsələn,  "Nizam-intizam"  elmi-fəlsəfi  dəlili 

gətirilmir.  Dəlildən  əvvəl  predmetlərə  müraciət  edilir.  Bu  şəxsə 

aləmdəki nizam-intizam, atomdaxili nizamlı hərəkət və s. göstərilir. 

Burada  göstərilən  nümunə,  predmet  obyektin  mahiyyətini 

başqa mahiyyətlərdən ayırdığı üçün və qeyri-bioloji naqis tərifdə də 

xüsusi  qeyri-zati  məfhumdan  istifadə  edilərək  başqa  mahiyyətlər 

ayrıldığmdan bu tərif qeyri-bioloji naqis tərif sa-yrlır. 



Bənzətmə tərifi 

Bu  tərifin  səbəbi,  mahiyyətin  zehindəki  məlum  mahiyyətlə 

oxşar  cəhətinə  görədir.  Yəni  məchulu  zehindəki  məlumla  oxşar 

cəhətinə  görə  bir  şəxsə  tanıtdırmaqdır.  Məsələn,  biz  "nur"un 

mənasmı  bilirik.  Nur  başqa  cisimləri  işıqlandıran,  on-  larm 

görünməsinə  səbəb  olan  bir  fenomendir.  "Ekn"  məfhumunun 

həqiqətindən  isə  xəbərsizik.  Biz  "Ebn  nədü?"  sualma  "Ebn  nur 

kimidir,  başqa  şeyləri  işıqlandıraraq  onları  insana  tanıtdırır" 

cavabmı  verə  bilərik.  Yaxud  "Cəhalət  qaranlıq  kimidir,  yol  gedən 

inşam bir yerə çatdırmır" - deyə büərik. Belə tərifdən daha çox əqli, 

yaxud da mücərrəd fenomenlərin tərifində istifadə edilir. Çünki bu 

cür  məfhumlarm  tərifi  asan  deyil.  İnsan  zehni,  hiss  edilən,  fərdi 

məfhumlara daha yaxm olduğundan, onlar  hiss edilən məfhumlar 

kimi  qələmə  verilir  ki,  müəyyən  qədər  tamnsmlar.  Məsələn, 

"Uşaqlıqda öyrənilən elm, daş üzərinə həkk edilmiş yazı kimidir". 

Söz  dəlalətinin  qisimlərinin  tərifində  bu  tərifdən  də  istifadə 

edilmişdir.  Bu  tərifin  işi  zehni,  tərif  etdiyimiz  mahiyyətə  ya- 

xmlaşdırmaqdan ibarətdir. 

Bu  üç tərifdə, predmetlərdən istifadə  edilərək  şeyin mahiyyəti 

başqa mahiyyətlərdən ayrıldığı üçün və qeyri-bioloji naqisdə də xas 

qeyri-zati  məfhumdan  istifadə  edilərək  başqa  mahiyyətlər 

ayrıldığmdan bu üç tərif qeyri-bioloji naqis tərif sayılır. 

189 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə