Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə119/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   111   112   113   114   115   116   117   118   119

 _________________________________________________________ Xaric oxu 

dət  etməyən  insanlarm  "La  ilahə  illəllah"a  imanı  hansı  məkana 

daxU  olur?  Əlbəttə  ki,  zehin  aləminə.  Çünki  xarici  aləmdə  özünü 

göstərməyən bu hökmə ünan, yalnız bir "söz"dən ibarətdir ki, bu da 

insanlarm  zehni  olaraq  bu  hökmü  qəbul  etmələrinə  dəlalət  edir. 

Deməli, ibadət etməyib və "La ilahə illəl- lah"ı təsdiqləyənin təsdiqi, 

yalnız bu hökmün zehin aləmindəki varlığmı təsdiqləməsidir və bu 

da  bir  növ,  sofizm  (səfsətə)  hesab  edilir.  Çünki  tam  təsdiq  üçün 

xarici  aləmdəki  varlığı  lazımdır  və  zehin  aləmində  olduğu  halda, 

xarici aləmə nisbət vermək sofizmdir. 



Ddrsin  əlavssi  -  8  (Birinci  növ  zati  predikasiya):  Hökmlərin 

birinci  növ  zati  və  məşhur  olan  iki  qismə  ayrılması  bir  çox 

məsələləri həll edə bilir. Burada da tam məntiqi məsələ olmasa da, 

bir məsələnin həllini vermək istəyirik. 

Birinci  növ  zati  və  məşhur  predikasiyada  deyilirdi:  əgər 

predikatm  məfhumu  subyektin  məfhumuna  bərabər  olarsa,  bu 

zaman  predikasiya  birinci  növ  zati,  əks  halda  isə  məşhur  pre- 

dikasiyadır.  Həmçinin  dedik  ki,  birinci  növ  predikasiyada  xarici 

aləmdə  predmetin  olması  zəruri  deyil,  amma  məşhur  predikasiya 

isə,  ümumiyyətlə,  xarici  predmet  haqqmdakı  predi-  kasiyadan 

ibarətdir və xarici aləmdə olması zəruridir. Əgər biz hökmlərin bu 

cəhətdən  hansı  növ  olduğunu  aydmiaşdıra  bilməsək,  bu  hökmlər 

əsasmda qurulan arqumentləşdirməmiz səhv olacaq. Yəni hökmün 

zehin aləmində, yoxsa xarici aləmdə olduğuna diqqət etməliyik. 

Bunu  nəzərə  alaraq,  insan  zehni  ilə  bağlı  olan,  insarun  özünə 

kənardan  baxmasma  da  baxmaq  olar.  Belə  ki,  insan  öz  var-  lığma 

hüzuri idrakla agahdır. Bu dərkdə heç bir səhv yoxdur. Yəni insan 

hüzuri idrakla öz varlığma qəti şəkildə əmindir; insan deyə bilməz 

ki,  bəlkə  də,  mən  belə  düşünürəm,  bəlkə  də,  bu  mənim 

zehnimdədir,  bəlkə  də,  mən  yoxam.  Amma  insan  onun  öz 

varlığmdan fərqlənən bəzi əqli proseslər haqqmda 

455 



Məntiq ____________________________________________________________  

şübhə  edə  bilər.  Məsələn,  filan  məlumat  haqqmda  deyə  bilər  ki, 

bəlkə də, belə deyü. Bu zaman sual oltmur ki, bəs nə üçün bu ikisi 

arasmda  bu  cür  fərq  qoymaq  olur?  Yəni  necə  olur  ki,  insan  öz 

varlığım,  həmçinin  öz  batini  xüsusiyyətlərini  də  hü-  zuri  dərk 

etdiyi  halda,  bunlardan  birincisində  xəta  etmir,  amma  ikincisində 

xəta edə bilər? Çünki birincidə öz varhğınm xarici aləmlə uyğunluq 

anlayışı məna daşımır. Elə ki, öz varlığmı hüzuri dərk etdi, deməli, 

vardır,  gerçəkdir.  Amma  hansısa  bir  məlumatm  əqli  proses  olub, 

onun  xarici  aləmlə  uyğunluq  anlayışı  məna  daşıdığmdan,  bvmda 

xəta edə bilər. Məsələn: insan, doğrudan da. Yerin Günəş  ətrafma 

fırlandığım  düşünürsə,  bəlkə  də,  belə  deyü?  Bu  zaman  şübhə 

etməyin mənası vardu. De- məH, daxili xüsusiyyətlərdən hansımn 

xarici  aləmlə  uyğunluq  anlayışı  məna  daşıyırsa,  onun  haqqmda 

şübhə etməyə dəyər. 

Bu  müqəddimə  ilə  demək  istədiyimiz  məsələ  budur:  insan 

bəzən öz daxilində bir xüsusiyyətin olduğuna inamr. Amma diqqət 

etdikdə  görür  ki,  əslində,  bu  onun  zehni  bir  inancı  imiş.  Yəni 

həqiqətdə belə deyilmiş, zehində məfhum olaraq təsəvvür edirmiş 

ki, məsələn, filan cürdür. Bu xüsusiyyətlərdən biri də ixlasdır. Belə 

ki,  insan  bəzən  uzun  müddət  elə  güman  edir  ki,  əməlləri  Allaha 

görədir, xalisdir, amma bir vaxtdan sonra məlum olur ki, onun filan 

əməli  riya  imiş.  Bu  da  birinci  növ  zati  predikasiyaya  uyğundur. 

Belə  ki,  birinci  növ  predikasiya-  nm  xarici  aləmdə  predmetirdn 

olması  zəruri  deyildi.  Bu  əsasla  ola  bilər  ki,  insan  məşhur  növ 

predikasiya  ilə  hökm  etsin  ki,  onun  filan  əməli  ixlaslıdır,  yəni, 

həqiqətən,  gerçəkdə  də  belədir,  xarici  aləmdə  predmeti  vardır, 

amma, əslində, isə bu hökm birinci növ zati predikasiya ola büər. 

Yəni insan riyakar olduğu halda ixlaslı olduğunu güman edə büər. 

Yəni  "Mən  ix-  lashyam,  riyakar  deyiləm"  hökmü,  ola  büər  ki, 



"mən"  və  "ixlas"  məfhumlarma  aid  olsun.  Yəni  öz  mənliyinin 

hüzuri  dərk  olunması  ilə,  mənliyi  haqqmda  hökm  arasmda  fərq 

qoymasm  və  mənliyi  haqqmda  hökm  verən  zaman  ola  bilsin  ki, 

mənliyini 

456 



 _________________________________________________________  Xaric oxu 

məfhum  kimi  dərk  etsin.  Bu  da  ixlaslı  olmağı  güman  etməkdən 

başqa bir şey deyil. 

Nəhayət,  demək  istəyirik  ki,  insan  özü  haqqmda  hökm 

verməmişdən öncə dəqiq fikirləşməli, bəlkə də. Qiyamətə qədər öz 

əməllərinə  müəyyən  çərçivədə  şübhə  ilə  yanaşmalıdır.  Çünki 

mənliyin varlığmm hüzuri dərki mənliyin ohnasma dəlildir, amma 

mən  haqqmda  hökm  də  hüzuri  dərk  olunsa  da,  mənin  hüzuri 

dərkindən  fərqlənir.  Buna  görə  də  insan  öz  mənliyi  haqqmdakı 

hökmlərində diqqətli olmalıdır. 



Dərsin əlavəsi - 9 (Analoji əqli nəticə): Bu dəfə də analogiyadan 

istifadə  etməklə,  əksəriyyətin  tutulduğu  "hissin  ötürülməsi"  ruhi 

xəstəliyin  müalicəsinə  çalışacağıq.  Hissin  ötürülməsi  dedikdə, 

qəzəb,  nifrət,  kin-küdurətin  birinin  üzərindən  başqasma  tərəf 

yönəldilməsi  başa  düşülür.  Belə  ki,  bu  yönəldilmə  bəzən  qəsdən, 

bəzən  də  şüuraltı  olaraq  bilmədən  baş  verir.  Aşağıdakı  misala 

baxaq: 

Vaqif  Samirlə  dalaşdığı  üçün  ona  qarşı  kinlidir.  Kamü  də 



onlarla bir sinifdə oxuyur. O, Samirlə eyni parta arxasmda əyləşir, 

onunla yoldaşlıq  edir.  Kamilin Vaqiflə  hələ  ki,  heç  bir  münaqişəsi 

olmayıb.  Amma  Vaqifin  Samirə  olan  kini.  Kamilə  qarşı  da  özünü 

göstərir. Bunun səbəbi nədir? Məlumdur ki, səbəb, Samirlə Kamilin 

bir parta arxasmda əyləşməsi və ordarm yoldaşhğıdır. Burada Vaqif 

onlarm  eyni  parta  arxasmda  əyləşməsindən,  yoldaşlıqlarmdan 

təsirlənərək  kinini  yersiz  olaraq  Samirin  üzərindən  Kamilə  tərəf 

yönəltmişdir.  Yönəltmənin  nə  üçün  yersiz  olduğunu  isə  "analoji" 

əqli  nəticə  açıqlayır.  Analoji  əqli  nəticənin  verdiyi  hökmün  riyazi 

şəklindən  istifadə  edək.  Amma  hələlik  bərabərliyi  "?"  işarəsi  ilə 

əvəzləyək  və  analogi-  yanm  "tam",  yaxud  "naqis"  olduğunu 

müəyyən etdikdən sonra uyğun bərabərlik işarəsini qoyaq. 



A c l > + B c   ?   Bc>' 

457 



Məntiq ____________________________________________________________  

"A=Samir=S", "B=Kamil=K", "c=Samirlə Kamilin yoldaş- lığı=y", 

"b=Vaqifin Samirə kirıi=k" əvəzləməsi aparaq. Onda alarıq: 

Sy'^ +


 Ky ? Kyk 

Məlumdur  ki  "k"  ilə  "y"  arasmda  heç  bir  əlaqə  yoxdur.  Yəni 

"Vaqifin Samirə qarşı kini" ilə "Samirlə Kamil arasmdakı yoldaşlıq" 

arasmda  heç  bir  əlaqə  yoxdur.  Başqa  sözlə.  Vaqifin  Samirə  qarşı 

kininin səbəbi tamamilə başqa şeydir. Deməli, burada naqis analoji 

əqli nəticə baş vermişdir. Elə isə "?" işarəsinin yerinə "«" bərabərliyi 

qoyulmalıdır. 

Syi^ + Ky « Ky“ 

Bu  da  Vaqifin  öz  kirdrıi  Samirlə  Kamil  arasmdakı  yoldaşlığa 

görə  Samirin  üzərindən Kamilə  yönəltməyidir  və  bu naqis  analoji 

əqli  nəticəni  xatırladır.  Naqis  analoji  əqli  nəticə  də  ehti-  mali 

olduğundan.  Vaqifin  Kamilə  qarşı  kini,  məntiqsizlikdən  əmələ 

gəlmiş olur. 

Beləliklə, bir şəxsə qarşı olan kinin, qəzəbin, nifrətin və s. həmin 

şəxslə  aralarmda  müəyyən  müsbət  münasibət  olan  başqa  birisinə 

yönəldilməsi naqis analogiyadır və belə hallar məntiqsizlik sayılır. 

Dərsin  əlavəsi  -

10 

(Sübut,  bürhan):  Sübutla,  artıq  müəyyən 

qədər tamşsmız. Həmçinin məntiqin mənəvi məsələlərə necə tətbiq 

olunmasma aid misallardan da bu bəhsin nə qədər önəmli olduğu 

aydmdır.  Belə  ki,  insan  qəlbin  qəbul  etmədiyi  halları  məntiqin 

vasitəsilə  özünə  aşılaya  bilər.  Amma  buna  zaman  lazımdn.  Yəni 

əvvəldə  də  dediyimiz  kimi,  bu  yoldan  istifadə  etmək  böyük 

məharət tələb edir. 

Bu  dəfə  hansısa  bir  mənəvi  problemin  həllini  yox, 

ümumiyyətlə,  sübutun  insana  nə  qədər  təsir  etməsindən  və 

sübutdan istifadə etməklə imam necə qorumaqdan damşacağıq. 

458 



. Xaric oxu 

Məlumdur ki, iman elmdən fərqlidir. Çünki insan, elmi olduğu 

halda,  bir  çox  şeyləri  qəbul  etmir.  Məsələn,  cansız  cəsədin  zərər 

verə  bilməyəcəyini  bildiyi  halda,  insan  cəsədlə  bir  otaqda  qala 

bilmir.  Yaxud  hər  şeyin  Allahm  əlində  olduğunu  əqli  cəhətdən 

yəqin  edən  bizlər,  həyatm  çətin  anlarmda  narahat  olur,  Allahm 

hikmətini  qəbul  etmirik.  Belə  olan  halda,  sual  olimur  ki,  insanm 

yəqininə  qarşı  zidd  qəlbi  hərəkətləri  nədən  irəli  gəlir?  Əgər  elm 

imandırsa, onda insanm əqü ilə qəlbi nə üçün bir-birini inkar edir? 

Nə üçün insan, daxili aləmində zahiri, ya da batini təlatümdədir? 

Nə qədər ki, bir-birini inkar edən bu iki - elm və iman cəbhəsi 

birləşməyib, onlar arasmdakı mübarizə davam edəcək. 

Şeytan mələklərin arasmda  6-7 min il ibadətdən sonra  Allahm 

əmrinə  tabe  olmadı.  Allah  ona  "Adəmə  (ə)  səcdə  et!"  dedikdə, 

əmrdən  boyun  qaçudi.  Nə  üçün?  Məgər  Şeytan  Allahm  Rəbb  və 

aləmlərin Yaradam olduğunu bilmirdimi? Əlbəttə ki, bilirdi. Amma 

bu bilgi ilə, bu  elm  ilə  yenə  də  Allaha  qarşı  çıxdı, imansızlıq  etdi. 

Əgər  Allaha  lazımmca imam  olsaydı, yəqin  ki.  Onun  əmrinə  itaət 

edəcəkdi. Deməli, elm imandan fərqlidir. Amma bu, elmin imandan 

tamamilə  fərqli  olduğu  mənası-  m  vermir.  Adətən,  insanm  elmi 

imamndan  fərqli  olur,  amma  bəzi  msanlarda  belə  deyil.  Məsələn, 

peyğəmbərlərdə (ə) və Allah övliyalarmm bəzi məqamlarmda ebn 

ilə iman bərabər olur. 

Buradan aydm olur ki, həqiqətən də, insan bəzi vaxtlar əqli ilə 

yəqin  etdiyi  elminə  inana  və  qəlbini  əqlinə  tabe  edə  bilmir.  Hətta 

bəzi  vaxtlar  üzücü  hadisələrlə,  sarsıdıcı  anlarla  qarşılaşdıqda 

Allaha  qarşı  bədgüman  olur,  Allahı  inkar  edir.  Məsələn,  övladmı 

itirən ana, həyatda müvəffəqiyyətsizliklə üzləşən insan və ya dərin 

suallara cavab tapa bilməyən bir şəxs Allahm varlığma şəkk etməyə 

başlayır. Bu sözləri oxuduğunuz zaman "Bu nə sözlərdir?", "Belə də 

şey  olar?",  "Məgər  Allahm  da  varlığma  şəkk  etmək  olar?"  və  ya 

"Mən heç vaxt belə fikirləş 

459 



Məntiq ____________________________________________________________  

mərəm!"  -  deyə  etiraz  etməyin.  Çünki  insan,  hələ  sözün  əsl 

mənasmda  çətinliklə  üzləşməyib  və  bu  çətinliklərdən  almaçıq 

çıxaraq kamillik mərhələlərinə yetişməyib. Necə ki, bizim kimi belə 

düşünən o qədər insan olmuşdur ki, bu hallarla üzləşdikdə Allahı 

inkar etmiş və hətta küfrlə dünyadan getmişlər. Buna təsdiq olaraq 

bir rəvayəti xatırlamaq yerinə düşər. 

Əyalətlərdən  birində  alim,  həkim  bir  şəxs  camaatm  dərdinə 

şərik  olur,  onlarm  xəstələrinə  şəfa  verirmiş.  Bir  dəfə  Şeytan, 

fürsətdən  istifadə  edərək,  həkimi  yoldan  çıxarır.  Müəyyən 

zamandan sonra aydm olur ki, həkün günahkardır və omm qətlinə 

hökm  verilir.  Həkimin  dar  ağacma  çəkildiyini  gözləyən  Şeytan, 

onun önünü yenə də kəsir. Bu dəfə istədiyinə müəyyən qədər nail 

olan Şeytanla, həkün arasmda aşağıdakı dialoq baş verir: 

Şeytan: - İstəyirsənmi səni xilas edim? 

Həkim: - Allah sənə lənət eləsin, rədd ol burdan! 

Şeytan  isə  üısanla  harada  necə  davranacağım  bildiyi  üçün  bu 

dəfə  də  həkimi  yoldan  çıxara  bilir.  Həkimin  dəhşətli  anmda  (dar 

ağacmda ölüm zamam) ona deyir. 

- Məgər sən bilmirsən ki, əgər səni assalar, hara gedəcəksən? Nə 

baş verəcək? Sənə Allah dərgahmda möhlət verüəcəkmi? 

Həkim bu sözlərdən təsirlənir və əgər ölsə, Allahm sorğu- sual 

dərgahmda daha ona heç kimin kömək edə bilməyəcəyini fikirləşir. 

Allaha  ümidsizhk  həkimin  bütün  vücudunu  bürü-  }dir.  Boğazı 

ölüm ipində darıxan həkim, artıq dözə bilməyib qurtulmaq istəyir. 

Həkim: - Ey Şeytan qurtar məni! 

Şeytan: - Ey həkim, elə isə de ki, sən Allahsan! 

Allahm ona kömək etmədiyi və Şeytarun verdiyi qurtuluş vədi 

həkimi,  Allahı  inkar  etməyə  məcbur  edir.  Həkimin  dilindən  "Sən 

Allahsan! Səndən başqa mənə heç kim kömək edə bilməz!" sözləri 

çıxan kimi Şeytan rahatlamr və dar ağacınm 

460 



 _________________________________________________________  Xaric oxu 

altmdakı stul həkimin ayağı altmdan çəkilir. Beləcə, həkim dünyam 

küfrlə tərk edir. 

Bu  rəvayəti  xatırlatmaqda  məqsədimiz,  bəzi  nəticələrin 

məntiqsizliyini  açıqlamaq  idi.  Yuxarıdakı  rəvayətə  diqqətlə  nəzər 

salsaq, görürük ki. Şeytanla dialoq zamanı həkim məntiqsizliyə yol 

vermişdir. 

Bəzən  insan  heç  bir  aidiyyatı  olmadığı  halda  hansısa  bir 

hadisədən təsirlənərək Allahm yoxluğu və ya Allahm, Onun Zatı ilə 

zidd  olan  yersiz  sifətlərə  malik  ohnası  nəticəsinə  gəlir.  Məsələn, 

sarsıdıcı hadisə ilə üzləşir və "Hardadır Allah?" deyir. Diqqət etmir 

ki, bir hadisənin baş verib-verməməsinin Allahm varlığı ilə heç bir 

əlaqəsi yoxdur. Sözümüzün əsl məqsədi budur ki, əgər insan, elmi 

olaraq  məntiqi  şəkildə,  sübutla  (bürhanla)  özü  üçün  Allahm 

varlığmı isbat etsə, bu zaman Şeytan vəsvəsə etsə də, imanma zərər 

yetişsə  də,  sübut  sayəsində  yəqin  etdiyi  elmindən  istifadə  edərək 

imanım geriyə qaytara bilər. Məsələn, əgər "nizam-intizam" sübutu 

ilə  Allahm  varlığma  yəqini  olsa,  hansısa  bir  günah  etdiyi  zaman, 

dözülməz hadisələrlə üzləşdiyi zaman onun halı dəyişsə də, elminə 

müraciət edərək "Axı bu günahm, mənim bu halımm, bu hadisənin 

Allahm  yoxluğuna  nə  aidiyyatı  var?"  deyə  bilər.  Bununla  da 

yenidən tövbə mərhələsinə yetişə bilər. Peyğəmbərlərin (ə) bir çoxu 

"Allahm  bəlaları,  smaqları"  Uə  üzləşərkən  bu  yoldan  istifadə 

etmişlər. 

Bəli,  həzrət  Peyğəmbərin  (s) 

"Günah  etdikdən  dərhal  sonra 

tövbə edin!" 

buyurmasmm fəlsəfəsi də bu əsasa görədir. Aydmdır 

ki,  həzrət  Peyğəmbər  (s)  demək  istəyir  ki,  siz  günah  etsəniz  də, 

Allah  vardır,  sizi  gözləyir,  qapıları  açıqdır,  əziz  Peyğəmbərimizin 

(s)  bu  sözünün  altmda  insan  psixologiyasım  izah  edən  böyük 

mənalar  yatmışdır  ki,  burada  bunlardan  birini  ümumi  olaraq 

məntiqi şəkildə göstərdik. 

461 



ISTIFADƏ EDILƏN ƏDƏBIYYAT

 

 



Qurani-kərim 

 



Qurani-kərimin tərcüməsi (Z. Bünyadov, V. Məmmədəliyev) 

 



Nəhcül-Bəlağə, həzrət Əli (ə) 

1.

 



Əllamə Müzəffər, 

"əl-Məntiq", 

Qum-2007 

2.

 

Ə. M. Xorasani, 



"Müzəffər məntiqinin şərhi, 1-2", 

Qum-2006


 

3.

 



M. Nişapuri və M. Mötəmidi, 

"Müzəffər məntiqinin şərhi", 

Qum-2008 

4.

 

M. Nişapuri, 



"Müzəffər məntiqinin misalları", 

Qum-1986.



 

5.

 



Əli İbn Sina, 

"Şəfa məntiqi", 

Qum-1984 

6.

 

Əli İbn Sina, 



"İşarat", 

Qum 


7.

 

Nəsirəddrn Tusi, 



"Əsas-əl-İqtibas", 

Tehran-1996 

8.

 

Nəsirəddin Tusi, 



"İşaratm 

(İbn Sina) 

şərhi", 

Qum-2008 

9.

 

Seyid A. Ənvar, 



"Əsas-əl-İqtibasın şərhi", 

Tehran-1996 

10.

 

Həkim Səbzivari, 



"Mənzumə", 

Qum-2004 

11.

 

M. Mütəhhəri, 



"Məcməül-asar-5 

(Şərhi Mənzumə)", Qum-1992 

12.

 

Seyid Əli Xəndan, 



"Praktiki məntiq", 

Qum-2000 

13.

 

Seyid Əli Xəndan, 



"Sofizmlər", 

Qum-2001 

14.

 

Dr. M. Xansari, 



"Formal məntiq", 

Qum-2007 

15.

 

Dr. M. Əjeyi, 



"Məntiqin binası", 

Tehran-2006 

16.

 

Dr. L. Nəbəvi, 



"Yeni məntiq", 

Tehran-2005 

17.

 

M. Qulamhüseyn, 



"Riyazi məntiq", 

Tehran-2006 

18.

 

M. M. Xorasani, 



"Əqlin rəhbəri", 

Qum-1985 

19.

 

Əllamə Təbatəbai Təbrizi, 



"Fəlsəfənin əsasları və realizmin metodu", 

Tehran-2009 

20.

 

Ə. Təbatəbai



"Fəlsəfənin əvvəli". 

Qum 


21.

 

Ə. Təbatəbai və Şeyx Əli Səadətpərvər, 



"Gülşəni-Razın şərhi", 

Tehran-2005 

22.

 

M. Təhriri, 



"Ünvan hədisinin şərhi", 

Qum-2008


 

23.


 

Şəhid Sədr, 



"Üsul elmi 

(Hələqeyi-Əvvəl)", Qum 

24.

 

Suzan Hak, 



"Məntiqin fəlsəfəsi", 

M. Ə. Höccətinin tərcüməsi, Qum- 2003 

25.

 

M. İsrafilov, 



"Məntiq", 

Bakı-1987 

26.

 

M. İsrafilov, 



"Məntiq", 

Bakı-2005 

27.

 

M. İsrafilov, 



"Məntiq terminlərinin izahlı lüğəti", 

Bakı-2007



 

462 



TERMİNLƏRİN QARŞILIQLI LÜĞƏTİ 

Bürhan - Sübut 

Kulliyyati Xəms - Beş ümumi məfhum 

Cəhəti Qəziyyə - Modallıq 

Cədəl - Topika, mübahisə nəzəriyyəsi 

Cüzi İzafi - Nisbi fərdi 

Cəmi Misdaq - Həcm 

Elm - İdrak, bilik 

Ərəzi - Qeyri-mühüm 

Ərəzi Am - Ümumi qeyri-mühüm 

Ərəzi Xas - Xas qeyri-mühüm 

Əks (məbaşir) - Dəyişmə 

Hüzuri - Fitri 

Hüsuli - Təcrübi 

Həml - Predikasiya 

Həmli Zati Əvvəli - Birinci növ 

aksiomatik zati predikasiya 

Həmli Məşhur - Məşhur predikasiya 

Hədd - Bioloji 

Xitabə - Ritorika, nitq 

Iltizami - Əlaqəli 

İshdlal - Əqli nəticə 

Istiqra - İnduksiya 

Kulli-Cuzi (məfhum) - Fərdi-ümumi 

Kulli-Cuzi (qəziyyə) - Ümumi-xüsusi 

Qəziyyə - Hökm 

Qismət - Bölgü 

Qiyas - Deduksiya, silloqizm 

Qiyasi İstisnayi - İqrar və İnkar edən 

Qeyri Məbaşir-Vasitəli 

Ləfz - Söz 

Maneətul Cəm - Dəfi Maneətul Xuluv - 

Cəmi Muttəsileyi Lüzumiyyə - Zəruri 

Muttəsileyi İttifaqiyyə - Təsadüfi 

Munfəsileyi İnadiyyə - Zəruri Munfəsileyi 

İttifaqiyyə - Təsadüfi Mucibeyi cuziyyə - 

Xüsusi iqrari Mucibeyi kulliyyə - Ümumi 

iqrari Mutabiq- Tam uyğun Muxtəss - 

Birmənalı Müştərək - Omonim Mənqul - 

Daşman 

Murtəcel - Daşınmaz 

Mutəradif - Sinonim 

Mutəbayin - Müxtəlif, müxalif 

Misdaq - Predmet 

Mutəvati - Dərəcəsiz 

Muşəkkək - Dərəcəli 

Müqabil - Məntiqi kvadrat 

Mövzu - Subyekt 

Məhmul - Predikat 

Məbaşir - Vasitəsiz 

Maddə - Məzmun 

Məntiqi Maddi (sənaati xəms) - 

Məzmunlu məntiq 

Məntiqi Suri - Formal məntiq 

Muğalitə - Sofizm 

Muqəddəm - Məntiqi əsas termin 

Muttəsilə - Tam şərti hökm 

Munfəsilə - Təqsimi hökm Nisbəti Ərbəə 

- Dörd nisbət 

Nəqiz (ləfz) - Zidd 

Nəqiz (istidlal) - Çevrilmə 

Rəsm - Qeyri-bioloji 

Salibeyi Cuziyyə - Xüsusi inkari 

Salibeyi kulliyyə - Ümumi inkari 

Şəkkak - Səfsətəçi 

Tali - Məntiqi nəticə termini 

Təzayuf-Nisbi 

Təzəmmuni - Məna daxili 

Təmsil - Analoji əqli nəticə 

Tənaquz (istidlal) - Zidd 

Təzad (istidlal) - Əks 

Təhti Təzad (istidlal) - Qismən-əks 

Tədaxul (istidlal) - Tabeli 

Təsavi - Tam çarpazlaşan 

Tərifi Ləfzi - Nominal 

Tərifi Həqiqi - Real 

Təbayun - Çarpazlaşmayan 

Təbi (dəlalət) - Təbii 

Umum və Xusus min Vəch - Çarpazlaşan 

Umum və Xusus Mütləq - Tabeli Zidd (ləfz) 

- Əks Zati-Mühüm 

463 



 

«Nurlar» Nəşriyyat-Poliqrafiya Mərkəzində 

çap olunmuşdur. 

Çapa imzalanmışdır: 24,09,2011 

Nəşrin ölçüsü: 60x90 1/16 

Fiziki çap vərəqi: 29,0 



Sifariş: 188/11. Sayı: 500 ədəd. 

Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə