Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə59/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   55   56   57   58   59   60   61   62   ...   119

Formal Məntiq 

Buradan məlum olur ki, Kantm dediyinin əksinə olaraq, təhlili 

predikasiya  bizə  yeni  bilik  verir.  Çünki  göründüyü  kimi,  bəzi 

predikasiyalar  təhlilidir,  amma  biz  heç  də  həmin  pre- 

dikasiyalardan  xəbərdar  deyilik.  Məsələn:  "Üçbucağm  bucaqları 

cəminin 180°-yə bərabərliy"ini üçbucaq məfhumundan almaq olur, 

amma biz bunu əvvəldən bilirdikmi? Əlbəttə, xeyr. 

SUALLAR: 

1.

 

Aşağıdakı hökmlərin qəti, şərti olduğunu müəyyən edin: 



-

 

Bütün peyğəmbərlər (ə) məsumdur. 



-

 

Əgər  peyğəmbərlər  məsum  olmasaydılar,  insanlar  onlara 



etimad etməzdilər. 

-

 



Fiziki aləmdə hər şey hərəkətdədir. 

-

 



Əgər metafizik aləm olmasaydı, fiziki aləm də olmazdı. 

-

 



Məntiq ya faydalı, ya da faydasızdır. 

2.

 



Yuxarıdakı qəti hökmlərdə subyekt və predikatı göstərin. 

3.

 



insanlar ya qara, ya da ağdərilidirlər. Bu hökmdə əsas və nəticə 

termini göstərin. 

4.

 

Aləmin  yaradanı  var.  Bu  qəti  hökmdə  nə  nəyə  hökm 



edilmişdir? 

5.

 



Dərsdən qəti, şərti hökmlər üçün misal gətirin. 

6.

 



Dərsdəki "Fel ham feldir, həm də isimdir" ziddiyyətini həll edin. 

7.

 



Kitabın əvvəlində Anselmin sübutunu (bürhamm) vermişdik. 

Birind növ zati predikasiyaya əsasən, onun sübutunu izah edin. 

8.

 

Vəhdəti, məfhumda olan predikasiya ilə təhlili predikasiya 



arasındakı 4 nisbəti təyin edin. 

219 



3-

 

CU DƏRS 



QƏTİ HÖKMLƏR 

1.  Hökmün  keyfiyyəti: 

Məntiqçilər  qəti  hökmləri  aşağıdakı 

müxtəlif cəhətlərə görə qisimlərə bölürlər; 

-

 



Keyfiyyətə görə 

-

 



Subyektə görə 

-

 



Kəmiyyətə görə 

-

 



Subyekt "4 məkan" a görə 

-

 



Müsbət-mənfiyə görə 

-

 



Modallığa görə 

Keyfiyyət 

-  Hökmün 



iqrari 

və 


inkariliyini 

bildirir. Məsələn, 

"Məntiq  bütün  elmlərin  açarıdır"  -  iqrari,  "Quranda  heç  nə 

unudulmuş deyil" - inkari və s. 

Subyekt  və  predikat  arasmdakı  əlaqə  yaradan  "bağlayıcı"-  lar 

müxtəlif şəkülərdə ola bilər. Məsələn, "dir" şəkilçisi, "deyil", "bəli", 

"xeyr", "yox" və s. sözləri kimi. 

2.

 

Hökmdə subyektin məfhumu və predmetləri: 

Fərdi: 

Qəti hökmün subyekti ya "həqiqi fərdi", ya da "ümumi" 

məfhumdur.  Əgər  subyekt,  həqiqi  fərdi  məfhum  olsa,  yəni 

həcminin miqdarı vahid olsa, belə qəti hökmə "fərdi" hökm deyilir. 

Çünki burada hökm, yalnız bir fərdə aid edilir. Elə isə, keyfiyyəti də 

nəzərə alsaq, "fərdi qəti hökm" iki cür 

221 



Məntiq ____________________________________________________________  

olacaq:  məsələn,  iqrari  -  "Həzrət  Məhəmməd  (s)  sommcu 

peyğəmbərdir" və inkari - "Bakı kiçik şəhər deyil". 

Təbii: 

Əgər subyekt ümumi məfhum olsa və hökm məfhumun 

məfhum olma cəhətinə görə verilərsə, yəni hökm pred- metlərə aid 

olmazsa, belə qəti hökmə "təbii" hökm deyilir. Bu da öz növbəsində 

keyfiyyətə görə iki yerə bölünməli olacaq. İqrari - "İnsan növdür" və 

inkari - "İnsan cins deyil". Göründüyü kimi, bu iki hökmdə hökm 

predmetlərə aid deyil, əksinə, insan məfhumunım təbiətinə aiddir. 

Qe)T:i-Müəyyən: 

Əgər  subyekt  ümumi  məfhum  olub,  hökm 

bu  məfhumun  predmetlərinə  verilərsə  və  predmetlərin  kəmiyyəti 

məlum  olmazsa,  belə  qəti  hökmə  "qeyri-müəyyən"  hökm  deyilir. 

Burada subyekt ümumi məfhum olsa da, əsimdə, predmetlər üçün 

bir  vasitə,  bir  güzgü  kimidir.  Yenə  də  keyfiyyəti  nəzərə  alsaq,  iki 

qisim  olar:  iqrari  -  "Şübhəsiz,  insan  ziyan  içindədir"və  inkari  - 

"Döyüşçünün təbiəti mülayim olmaz". 



Müəyyən: 

Əgər  subyekt  ümumi  məfhum  olub,  hökm 

məfhumun predmetlərinə aid olsa və predmetlərin "kəmiyyəti" də 

məlum olsa, belə qəti hökmə "müəyyən" hökm deyilir. 



3.

 

Müəyyən hökmün kəmiyyəti 

Kəmiyyət* *® 

- müəyyən qəti hökmdə subyektin predmetləri- 

nin  miqdarım  bildirir.  Əgər  hökm  subyektin  məfhumımım  bütün 

həcmini əhatə edirsə, 



ümumi, 

predmetlərinin bəzisini əhatə edirsə, 

xüsusidir.  Məsələn:  "Bütün  cisimlər  hərəkətdədir"  -  ümumi,  "Bəzi 

şairlər fitri istedada malik deyillər" - xüsusidir. 

Beləliklə, "müəyyən qəti" hökm də öz növbəsində keyfiyyət və 

kəmiyyət baxımmdan dörd formada olur: 



1. Ümumi iqrari hökm. 

Məsələn: "Hər bir kitabm yazarı var". 



75 əl-Əsr, 1 

*5 Kəmiyyəti bildirən kəlmələrə "kvantor"lar deyilir. 

222 



 ____________________________________________________ Formal Məntiq 

2.

 

Xüsusi  iqrari  hökm. 

Məsələn:  "Bəzi  peyğəmbərlərə  şəriət 

verilib". 

3.

 

Ümumi inkari hökm. 

Məsələn: "Planetlər müstəqil günəşə 

malik deyil", 

4.

 

Xüsusi inkari hökm. 

Məsələn: "Bir sıra heyvanlar məmə- li 

deyil". 

Qəti hökmlərin riyazi şəkli 

Gələcək bəhslərdə mənimsəmədə asanlıq və zehnin sürəti üçün 

qəti hökmlərin yuxarıdakı dörd formasım aşağıdakı kimi əvəzləmə 

apararaq  riyazi  formullarla  göstərmək  olar.  Bu  da  formal  məntiqi 

izah etmək üçün birinci addım sayılır. Bütün qəti hökmlər subyekt, 

predikat, bağlayıcı, kəmiyyət və keyfiyyətdən təşkil edildiyinə görə, 

subyekt="s", predikat="p", kəmiyyətdə ümumilik="+", xüsusUik="-", 

keyfiyyətdə  iqrarilik="+",  inkarilik="-"  əvəzləməsi  aparsaq,  onda 

yuxarıdakı  dörd  qəti  müəyyən  hökmlərin  ümumi  riyazi  forması 

aşağıdakı kimi olar: 

-

 

Ümumi iqrari: (+sp+) oxunuşu: "Bütün s-lər, p-dir". 



-

 

Ümumi inkari: (+sp-) oxunuşu: "Heç bir s, p deyil". 



-

 

Xüsusi iqrari: (-sp+) oxunuşu: "Bəzi s-lər, p-dir". 



-

 

Xüsusi inkari: (-sp-) oxunuşu: "Bəzi s-lər, p deyil". 



Bundan da sadə oknası üçün bəzən qəti hökmlər böyük 

hərflərlə işarə olunur. Məsələn, 

(+sp+)=A 

(+sp-)=E 

(-sp+)=İ 

(-sp-)=0 

Diqqət  etdikdə  görürük  ki,  məfhum  bəhsindən  tanış 

olduğumuz  "4  nisbət"dən  ehtiva  olunmağa  əsasən,  yahuz  A,  E 

hökmlərində  "s"  və  "p"  məfhumları  ehtiva  olunur.  A  və  E 

hökmlərinə  ehtiva  olunan  hökmlər  deyilir.  Deməli,  hökmlərdə 

subyekt və predikatm ehtiva olunması onun ümumiliyinə gö 

223 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə