Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə58/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   54   55   56   57   58   59   60   61   ...   119

Məntiq ____________________________________________________________  

da  fel  həm  feldir,  həm  də  isimdir  deməkdir  ki,  zahirdə  ziddiyyət 

kimi görünsə də, yuxarıdakı predikasiyaya əsasən ziddiyyət deyil. 

Əlbəttə,  bunlar  sadə  misallar  idi.  Bəzən  isə  məsələ  o  qədər 

mürəkkəb olur ki, onun həllini vermək o qədər də asan olmur. Buna 

görə  də  İslam  filosofları  hökmlərin  hansı  növ  predikasi-  ya 

olduğuna diqqət olunması üçün bu predikasiyam kəşf etmişlər. 

Qeyd:  Birinci  növ  zati  predikasiya  "tərif"in  əsas  şərtidir. 

Yəni  tərif  verən  zaman  əgər  predikasiya  birinci  növ  zati 

predikasiya  olmazsa,  bu  o  deməkdir  ki,  tam  bioloji  tərif 

verilməmişdir. 

2.

 



Təhlili  və  tərkibi  hökm,  yaxud  predikasiya: 

Predikasi- 

yanm  belə  bölgüsü  Devid  Hyum^®  tərəfindən  irəli  sürülmüşdür. 

O,  hökmləri  "təhlili"  və  "təcrübi"  olaraq  iki  yerə  bölürdü.  Ondan 

sonra  E.  Kant  onunla  müxalif  oldu.  Kant,  təhlili  hökmlərə  misal 

olaraq,  "Cisim  üçölçülüdür"  hökmünü  gətirirdi.  O  deyir:  "Ölçü" 

məfhumu 

"cisim" 

məfhumunda 

gizlənmişdir 

və 


"ölçü" 

məfhumunun  yuxarıdakı  hökmdə  predikat  olaraq,  subyekt  olan 

cisim  məfhumuna  hökm  olunması  bizim  üçün  yeni  bilik  vermir, 

çünki "ölçü" məfhumu elə "cisim" məfhumunun məzmunudur. 

Bunun  əksinə  olaraq,  tərkibi  hökm  elə  hökmdür  ki,  onun 

predikat məfhumu subyekt məfhumunda yoxdur. Məsələn: "Cisim 



ağırdır".  Bu  hökmdə  ağulıq  məfhumu  "cisün"  məfhumunun 

məzmununda  təsəvvür  edilmir.  Kantm  nəzərincə  tərkibi  hökmlər 

biliklər  sistemimizə  yeni  məlumatlar  artırır.  Beləliklə,  bu  iki  növ 

predikasiyam  belə  tərif  edirlər:  predikat  məfhumu  subyekt 

məfhumundan  almarsa,  belə  predikasiyaya 

təhlili, 

əks  halda 



tərkibi 

predikasiya deyilir. 



^ Şotlandiyanın Edinburq şəhərində anadan olmuş filosofdur (1776-1711). 

216


 


Formal Məntiq 

Təhlili  hökmə  belə  bir  misal  gətirmək  olar: 



"Üçbucaq

  - 

üçbu- 

caqlıdır".

 

Burada 


"üçbucaq"

 

sözünü məchul kimi qəbul etsək, yəni 

tutaq ki, bu sözün mənasım bilmirik və elə bu sözü bü- mədiyinüzə 

görə 


"üçbucaqlıdır"

 

deyirik,  əgər  bilsəydik,  bu  tərifi  verməzdik. 

Məlumdur  ki,  üçbucağm  tərifində  deyilir: 

"Üçbucaq  -  üç  parçanın 

əməb  gdtirdiyi  müstəvi  sahədir".

 

Yəni  üçbucağm  tərifində,  əslində, 

üç dənə bucağm olması yoxdur. Üçbucağm üç sayda bucağı olması 

isə  onun  qeyri-zati  zəruri  xüsusiyyətidir,  zatı,  yaxud  tərifi  isə  üç 

parçanm  qapanmasmdan  əmələ  gələn  sahədir.  Üç  sayda  bucağm 

üçbucağm  qeyri-zati  zəruri  xüsusiyyəti  olması  ona  görədir  ki,  ola 

bilər bir fiqurun üç bucağı olsun, amma tərəfləri düz xətt yox, əyri 

xətt  olsun.  Buna  görə  də  üç  xətt  qapandıqda  üç  sayda  bucağm 

almması  zəruri  olur,  amma  onun  tərifinə  daxil  edilmir,  yərd 

qeyri-zatidir.  Buna  görə  də  qeydlərə  əsasən, 



"Üçbucağm  üç  bucağı 

var"

 

hökmü təhlilidir. 

"Təhlili" ilə "birinci növ zati" predikasiyanm fərqi bundadır ki, 

admdan  da  göründüyü  kimi,  birinci  növ  predikasiya  zatidir,  yəni 

predikat  subyektin  zatıdır,  dayağıdır,  amma  təhlili  predikasiyada 

predikat  subyektin  məfhumundan  almsa  da,  onun  zatım  təşkil 

etməyə də bilər (Diqqət). 

Birinci növ zati predikasiya 



"Beş ümumi məfhum"dan

 

yalnız zati, 

amma təhlili predikasiya  isə  qeyri-zati olan zəruri məfhumlara da 

aiddir.  Yəni  birinci  növ  zati  predikasiyada  predi-  katm  subyektə 

hökm  olunması  üçün  vasitəyə  ehtiyac  yoxdur,  amma  təhhü 

predikasiyada  vasitəyə,  sübuta  ehtiyac  vardır.  Məsələn:  növ  olan 

"üçbucaq"  məfhumunun  dns  və  fəslini  təyin  edək:  əlbəttə, 

üçbucağm tərifini vermək riyaziyyatçılara aid  olsa da, misal üçün, 

onun  cinsini 

"müstəvi  fiqur"

,  fəsliru  isə 

"qapanmış

 



parça"



 

kimi 


vermək olar. Bu zaman 

"üçbucaq - 3 parçanın qapanmasmdan əmələ 

gələn  müstəvi  fiqurdur"

 

predikasi-  yası birinci  növ zati  predikasiya 

olar, çünki fərziyyəmizə görə, 

"müstəvi fiqur"

 

və 


"qapanmış 3 parça"

 

məfhumları üçbucaq məf- 

217 



Məntiq ____________________________________________________________  

humtınun  cinsi  və  fəslidir,  yəni  onun  zatmı  təşkil  edir.  Amma 

bımdan sonra bir riyaziyyatçı üçbucaq haqqmda 

"Üçbucağın daxili 

bucaqlarının  cəmi  180°-yd  bərabərdir"

 

hökmünü  isbat  edirsə,  bu 

predikasiya,  artıq  birinci  növ  zati  predikasiya  yox,  təhlili 

predikasiya  olar.  Çünki  3  parçanm  qapanması  ilə  əmələ  gələn 

fiqurun  daxili  bucaqlarınm  cəmi  həmişə  180°-yə  bərabər  olsa  da, 

"180°-yə bərabərlik"

 

məfhumu üçbucağm zatmı təşkü etmir, əksinə, 

bu məfhum onun üçün qeyri-zati zəruri məfhumdur. Yəni "180°-yə 

bərabərlik"  məfhumu  üçbucaq  üçün  zati  olmasa  da,  ondan 

ayrılmazdır,  onun  üçün  zəruridir.  Çünki  dediyimiz  kimi,  tərəfləri 

əyri xətt olan elə bir həndəsi fiqur qurmaq olar ki, onun da daxili 

bucaqlarmm cəmi 180° olsun. 

"İnsan  ümumidir"

 

predikasiyasma  baxaq.  Burada  "ümumi" 

dedikdə,  insan  məfhumunun  bir  neçə  predmeti  olduğu,  yəni 

ümumi  məfhum  olduğu  başa  düşülür.  Məlumdur  ki,  bu  predi- 

kasiyada  predikatla  subyekt  arasmdakı  vəhdət  məfhumdadır, 

çünki  xarici  aləmdəki insan  ümumi  deyil,  əksinə,  insan məfhumu 

ümumidir,  buna  görə  də  bu  predikasiya  birinci  növ  predi- 

kasiyadır. Amma məlumdur ki, burada predikat məfhumu 



(ümumi)

 

subyektin 



(insan)

 

zatmı  təşkil  etmir,  çünki  insan  məfhumunun 

zatmı  "nitq  qüvvəsi"  və  "iradəli  canlı"  məfhumları  təşkil  edir. 

Bununla  belə,  bu  predikasiyada  vəhdət  məfhumda  olduğundan 

birinci  növ  predikasiyadır.  Yəni  predikasiyada  vəhdət  məfhumda 

olarsa,  bu  zaman  o,  iki  yerə  bölünür:  zati  ("insan  nitq  qüvvəsinə 

malik  iradəli  canlıdır"  predikasiyası  kimi)  və  qeyri-zati  ("insan 

ümumidir"  predikasiyası  kimi).  Digər  tərəfdən  bu  predikasiyada 

predikat  məfhumu  subyekt  məfhumundan  alınmadığı  üçün,  o, 

təhlili  predikasiya  deyil.  Yəni  "insan"  məfhumunda  "ümumi" 

məfhumu  gizlənməmişdir.  Yaxud  "insan"  məfhumunda  "ümumi" 

məfhumu gizlənsə də, onun ümumi olduğunu isbat etməyə ehtiyac 

var. Deməli, belə nəticə alırıq ki,  əgər predikasiya birinci növ zati 

predikasiya olarsa, onda o, həmçinin təhlilidir. 

218 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə