Formal Məntiq
Predikasiyanın, yaxud qəti hökmün qisimləri
1.
Birinci növ (aksiomatik) zati və məşhur predikasiya:
Bu
növ predikasiyaru təqribən, demək olar ki, ilk dəfə İslam aləminin
dahi şəxsiyyəti Sədrül-mütəəllihin Şirazi öz əsərlərində gətirmişdir.
Amma omm sözlərindən məlum olur ki, ondan əvvəl də bu
predikasiyadan istifadə olimurmuş. "Birinci növ (aksiomatik)"
adlanmasmm səbəbi hər şeyin özünün özünə hökm verilməstntn,
başqa bir məfhumun ona hökm verilməsindən əvvəl oknasma
görədir. Yəni belə hökm zəruri təsdiqdir. Aksiomatik hökmlərin
tərifi ilə də 111 hissədə tanış olacaqsınız. "Zati" adlanmasmm səbəbi
də predikatm subyektin zat və mahiyyətinin özü olmasma görədir.
Subyekt və predikatm bir-birinə bərabərliyi, yaxud vəhdəti,
yakuz və yahuz onlarm müəyyən cəhətdə ortaqlığı olarsa,
mümkündür. Çünki heç bir ortaqlıq olmasa, bərabərlikdən,
vəhdətdən söhbət gedə bilməz. Əgər "Bu odur" deyiriksə, burada
vəhdət "Bu" və "O" arasmda müştərəkliyə görədir. Aşağıdakı misala
diqqət edək:
Biz niyə "İnsan divardır" deyə bilmirik? Çünki onlar arasmda
vəhdət yoxdur. Hətta bəzi insanlar haqqmda "divardır" deyilirsə
də, məcazi məna nəzərdə tutulur. Yahuz belə məcazi məna nəzərə
almdıqda, insanla divar arasmda vəhdət yaratmaq mümkündür.
Subyekt və predikatm vəhdəti zəruri olduğu kimi, onlarm
başqa cəhətə görə fərqi də zəruridir. Çünki fərqliUk olmasa, bir
məfhum özünə hökm edihniş, nisbət verilmiş olur ki, bu da bir
məna ifadə etmir. Məsələn, "İnsan insandır".
Subyekt və predikatm vəhdətindən əmələ gələn hökmə
məntiqdə
"predikasiya"
deyilir. Predikasiya hökmünün müxtəlif
cəhətlərə görə müxtəlif qisimləri var.
1.
Birinci növ (aksiomatik) zati predikasiya
2.
Məşhur predikasiya
213
Məntiq ____________________________________________________________
Əgər subyekt və predikatm vəhdəti məfhumda olsa, bu zaman
onlar arasmdakı predikasiya
birinci növ zati
predikasiya
adlanır. Məlumdur ki, belə predikasiyada subyekt və predikat
predmet cəhətindən də vahid olmalıdır, amma bu hökmün xarici
aləmdə predmetrnrn olması vacib deyil. Yəni əgər pred- meti
olarsa, bu zaman subyekt və predikat predmet cəhətindən də vahid
olar.
Misal 1: "İnsan - nitqi olan iradəli canlıdır". Bu hökmdə vəhdət
məfhumdadır və son etibarı ilə subyekt-predikat pred- metlərdə də
bərabər
olmalıdır.
Amma
ixtilafları
sadə-genişlik-
də,
icmal-müfəssəllikdədir. Başqa sözlə, "insan" sözü icmali şəkildə
açılmışdır, yəni "nitqi olan iradəli canlı" insan məfhumunun
məzmununun açılışıdır, yaxud tərifidir.
Misal 2: "İnsan bəşərdir". Burada da yuxarıdakı kimidir. Amma
fərqlilik sinonimlikdədir və insanla bəşər, yalnız sözdə və yazılışda
fərqlənirlər. Yəni insan və bəşər mahiyyətlərinin, yalnız "yazılı
aləm"dəki cildləri fərqlənir.
Əgər subyektlə predikat arasmdakı vəhdət predmetdə və
fərqləri isə məfhumda olsa, belə predikasiya
məşhur
predikasiya
adlamr. Məsələn, "Kamil alimdir". Burada "Kamil" ilə "alim"
predmetdə bərabərdir, amma bu iki məfhum tamamilə fərqlənir.
Başqa sözlə, predikat subyekt məfhumunun mahiyyətini
açarsa, yaxud onun mahiyyətinin zatmı göstərərsə, belə
predikasiya birinci növ zati predikasiyadır. Bilirik ki, üçbucaq, üç
xəttin kəsişməsindən meydana gələn parçalarla qapanmış sahədir.
Burada təsəvvür etdiyimiz
"üçbucaq"
məfhumu ilə
"üç xdttin
kdsişmdsinddn meydana gəbn parçalarla qapanmış sahə"
məfhumu
bir-birinə bərabərdir. Məlumdur ki, bu iki məfhumun xarici aləmdə
predmeti olsa, bu zaman yuxarıdakı hökm predmet cəhətindən də
doğru olacaq. Amma
"Üçbucaq kiçikdir",
yaxud
"Ev dəmirdəndir"
hökmləri məşhur növ predikasiyadır, çünki bu hökmlərin heç
birində subyekt məfhumunun mahiy
214
Formal Məntiq
yəti açılmamışdır. Yəni nə "kiçiklik" məfhumu "üçbucaq"
məfhumuna, nə də "dəmir" məfhumu "ev" məfhumunun
məzmununa daxildir.
İndi bu növ predikasiyanm praktiki əhəmiyyətinə baxaq.
Məlumdur ki, fərdi məfhumun bir predmeti olur. Digər tərəfdən
"Allah", "İbn Sina", "Bakı", "Bu məntiq kitabı"
və s. kimi məfhumlar
da fərdi məfhumlardır. Yəni fərdi məfhumun bir neçə predmeti var.
Onda, deməli, fərdi məfhum həm fərdidir, həm də fərdi deyil, yəni
ümumidir. Bu ziddiyyəti necə aradan qaldırmaq olar?
Zidd hökmlər bəhsində deyəcəyik ki, iki hökmün bir-birinə
zidd olması üçün bir neçə şərt var və bunlardan biri də birinci növ
zati və məşhur predikasiyada vəhdətin olmasıdır. Bunun həlli də
birinci növ zati predikasiyaya qayıdır. Yuxarıdakı misalda da bu iki
predikasiyada yuxarıdakı mənada fərq qoyul- madığmdan onlar
bir-birinə zidd sayılmırlar. Belə ki,
"Fərdi fərdidir"
predikasiyası
birinci növ zati predikasiyadır, çünki bir şeyiu özü olması
məlumdur, yəni bir məfhum elə özüdür. Amma
"Fərdi ümumidir"
predikasiyası isə məşhur predikasiya- dır. Görək bu hökmdə
subyekt
(fərdi)
məfhumu nədir? Predi- kat
(ümumi)
subyekt
məfhumunun
(fərdi)
özünə hökm olunmuşdur, yoxsa onun
predmetlərinə? Diqqət etdikdə görürük ki, bu hökmdə predikat
subyektin predmetləri haqqmda xəbər verir, çünki
"Fərdi ümumidir"
hökmü, "Bir predmeti olan bir neçə fərdi məfhum vardır" deməkdir.
Yəni həm
"Allah",
həm
"İbn Sina",
həm
"Bakı",
həm də
"Bu məntiq
kitabı"
kimi bir predmeti olan fərdi məfhumlar, yuxarıdakı
predikasiyanm subyektinin predmetləridir. Bu da
"Fərdi ümumidir"
hökmünün subyekt və predikat məfhumlarınm predmetdə vəhdəti
deməkdir.
Bundan başqa məsələləri də həll etmək olur. Onlardan biri də
qrammatikadakı isim və fel haqqındadır. Belə ki, isim və fel
bir-birindən fərqlənir. Digər tərəfdən felin özü bir isimdir. Bu
215
Dostları ilə paylaş: |