Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə54/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   50   51   52   53   54   55   56   57   ...   119

Məntiq ____________________________________________________________  

dır. Məsələn, görürük ki, bunlardan bəziləri "rəngsiz"dir və "su" da 

bunlardan biridir. Elə isə "süd" kənarda qalır. Sonra, bu "rəngsiz"lər 

arasında  bəziləri  "dadsız"dır  və  "su"  da  bunlara  aiddir.  Onda, 

"şərbət",  "yağ"  və  bunun  kimilər  də  kənarda  qalır.  Görürük  ki, 

bunlar  arasında  bəziləri  "qoxusuz"dur.  Bu  zaman  da  "gülab"la 

"benzin" kənarda qalır və nəticədə, yalnız "su" qalır. Zehin, beləcə, 

"su"yu başqalarmdan fərqləndirərək, onun haqqmda xüsusiyyətlər 

kəşf etdi. 

V

 



mərhələ:  Alman  xüsusiyyətlərin  cəmlənərək  "su"ya  tərif 

verilməsi. Beləliklə, "su"yım tərifi aşağıdakı kimi olur: 

Su - rəngi, dadı və qoxusu olmayan bir mayedir. 

Mümkündür  ki,  IV  mərhələdə  tərif  vermək  üçün  "yaxm  fəsl"i 

əldə etməmiş olaq. Amma bunun heç bir nöqsam yoxdur. Çünki bu 

zaman  tərif  başqa  formada  olacaq.  Onsuz  da  qeyd  edildiyi  kimi, 

tam tərifi vermək mümkün ohnur. 

Burada verdiyimiz tərifdə, bölgü induksiya bölgüsü idi. Çünki 

məlum  deyil  ki,  mayelərin,  ancaq  sadaladığımız  növləri 

mövcuddur.  Buna  görə  də  burada  induksiya  bölgüsü  əqli  ol- 

madığmdan tərif tam deyildir. 

Formal  (məntiqi,  yaxud  ikili):  Yuxarıdakı  misal  üçün,  "ikili 

bölgü" ilə verilən tərif III və IV mərhələ üçün "su"yun cinsi (maye) 

zidd  olan  iki  sözə,  yaxud  məfhuma  davamlı  olaraq  bölünür.  Bu 

zaman  da,  bölgünün  sona  çatması  məlum  olmasa,  tərif  tam 

sayılmır. 

Bölgünün tərifdə rolu da buradan aydm olur. 



Qeyd:  Bölgüdə  həcmin  hissələrə  bölünməsi  həm  zati,  həm  də 

qeyri-zati  məfhumlara  əsasən  aparıla  bilər.  Məsələn:  iradəli 

canlıları zati olaraq insana və heyvanlara və yenə də iradəli canlıları 

güclü  və  gücsüzlərə  bölmək  olar.  Birinci  bölgüdə  cəhət  zati  (nitq, 

şüur) məfhumdur, ikinci bölgüdə isə qeyri-zati- dir (güclü-zəif). 

198 



Formal Məntiq 

SUALLAR: 

1.

 

"Növ  öz  predmetlərinin  zatını  tamamilə  izah  edən  ümumi 



məfhumdur" tərifini bölgüdən istifadə edərək əldə edin. 

2.

 



Aşağıdakı bölgülərin hansı üsulla olduğunu müəyyənləşdirin: 

-

 



İlin fəsillərinin sayı dörddür. 

-

 



Felin üç zamanı var. 

-

 



İslam hökmləri ya vadb, ya haram, ya müstəhəb, ya məkruh, 

ya da mübahdır. 

-

 

Vadb namazlar ya iki, ya üç, ya da dörd rükətlidir. 



-

 

Xətt ya düz, ya əyri, ya da qırıq-qırıqdır. 



3.

 

İkili  bölgüdən  istifadə  edərək,  əvvəlki  dərslərdən  "söz"ün 



mütləq qisimlərini göstərin. 

4.

 



"Yeddi rəng" bölgüsü əqli, yoxsa induksiyadır? 

5.

 



"Hər  bir  varlıq  ya  maddi,  ya  da  mücərrəddir"  bölgüsü  əqlidir, 

ya yox? 


6.

 

Bölgüdən istifadə edərək bütün varlıqları bölün. 



7.

 

Bölgünü  "5  ümumi"  məfhum  dərsindəki  sinifləndirmə  ilə 



müqayisə edin. 

8.

 



"At" məfhumunu həcminə görə belə bölmək olar. Sürətli qaçan 

Qarabağ atları və alçaqboylu Monqol atları. Burada bölgünün cəhətini 

və sinifləndirmənin necə aparıldığını göstərin. 

9.

 



Quşları  həcminə  görə  hissələrə  bölün  və  bölgünün  cəhətini 

təyin edin. 

199 



201 

 



1-

 

Cİ DƏRS 



H Ö K M  

Hökmün tərifi 

Hökmün  tərifini  "söz"  bəhsində  qeyd  etdik.  Bu  fəsildə 

mövzumuz  məhz  hökm  olduğrmdan  onun  tərifinə  bir  daha 

toxunuruq. 

İnsan  xarici  aləmlə  qarşılaşdıqda,  xarici  aləmdəki  obyektlər 

onun zehnində əks olunur. Zehin obyektləri güzgü kimi özündə əks 

etdirir. Bu inikaslara öncəki dərslərdə də qeyd etdiyimiz kimi, idrak 

sayəsində əmələ gələn surətlər və biliklər deyilir. Çünki hər halda 

zehində yaranan bu surətlər xarici aləmdəki obyektdən xəbər verir 

və  bu  da  bilik  deməkdir.  Qeyd  etdik  ki,  bilik  ya  təsəvvür,  ya  da 

təsdiqdir.  Yəni  inikas,  məsələn,  "kainat",  "sonsuzluq",  "həzrət 

Məhəmməd  (s)",  "mərhəmət",  "maddi  və  mənəvi  qidalar", 

"kamilliyə çatmaq" və s. kimi sadə zehni surətlərdən ibarət olduqda, 

bu surətlər təsəvvür bilikləri adlamr. İnikas olunan bu təsəvvürlərin 

zehində müsbət və ya mənfi hökmlə birgə əks olunmasma, yaxud 

xarici  aləmdəki  hadisələrin  zehindəki  inikasma  isə  təsdiq  biliyi 

deyilir.  Məsələn:  "Kainat  sonsuzdur",  "Həzrət  Məhəmməd  (s) 

insanlara örnək və mərhəmət rəmzidir", "İnsamn maddi və mənəvi 

qidalardan  eyni  zamanda  istifadə  etməməsi  onu  kamillikdən 

saxlayır" və s. Deməli, təsdiq ya iqrari, ya da inkaridir. 

203 



Məntiq ____________________________________________________________  

Biz  qeyd  edilən  bu  təsdiq  biliyində  və  ya  mövzumuzu  əhatə 

edən "hökm" bəhsində hansısa bir şeyi başqa bir şeyə nisbət veririk. 

Bu, keçən dərslərdə qeyd edilən "təsdiq"in sözün mütləq qisimləri 

bəhsindəki  "tam  xəbəri  mürəkkəb  söz"lə  ifadəsidir.  Daha  dəqiq 

desək,  hökm,  zehin  aləmindəki  təsdiqin  "şifahi"  və  ya 

"yazılı"aləmdəki formasıdır. Beləliklə: 

Hökm  -  zehindən  kənardakı  xarici,  gerçək  aləmdəki  varlıq- 

larm  və  onlar  arasmdakı  qarşılıqlı  əlaqələrin  zehindəki  forma- 

larımn  (təsdiq  elmlərinin)  şifahi  (yaxud  yazdı)  aləmdəki  zati 

baxımdan  yalan  və  doğru  ohna^^  xüsusiyyətinə  malik  olan  tam 

xəbəri "mürəkkəb söz"^^ şəklindəki forması və cüdidir. 

Qeyd  olunan  "zati  baxımdan"  ifadəsi,  "tam  qeyri-xəbəri 

mürəkkəb"  sözün  yalan  və  doğru  olma  xüsusiyyətlərinə  malik 

olmadığım göstərmək və onu hökm əhatəsindən kənarda qoy- 

Aristotel  məntiqində  hər  bir  hökm  ya  doğru,  ya  da  yalan  olma  xüsusiyyətinə 

malikdir.  Yəni  hər  bir  hökm  ya  doğru,  ya  da  yalandır.  Əgər  doğrudursa,  təsdiq, 

yalandırsa, təsəvvür elmidir. Lakin qədim dövrün filosofları həm doğru, həm də yalan 

xüsusiyyətlərinə malik olan bəzi hökmlər kəşf etmişlər. Belə hökmlər məntiqdə paradoks 

adlanır. Ən qədim filosoflardan başlayaraq müasir filosoflaradək bir çox müxtəlif para- 

dokslar verilmişdir. Onlar paradoksları müəmma kimi qəbul etmişlər. Belə hökmlər bir 

tərəfdən doğru, eyni zamanda da yalan olur. Buna görə də bəzi filosoflar bunun həllinin 

mümkünlüyündə  aciz  qalmışlar.  Bəziləri  isə  onun  müxtəlif  və  çətin  həllini  vermişlər. 

İslam  alimləri  də  belə  paradoksal  müəmmaların  həllində  nəzər  yürütməkdən  kənarda 

qalmamışlar. Hətta bəzi filosoflarımız öz zamanma qədər kimsənin ağlına gəlməyən incə 

üsullarla onun həllinin öhdəsindən gələ bilmişlər. 

Hədislərdə qeyd edilir ki, hökmlərə məxsus bu paradokslar haqqında İmam Rzaya (ə) 

da  sual  verilmişdir.  Həzrət  İmam  (ə)  bunun  həllini  versə  də,  təəssüflər  olsun  ki,  onun 

verdiyi cavab tarixdə qalmamışdır. 

Dediyimiz  kimi,  belə  paradoksal  hökmlər  müxtəlif  növdür.  Əsas  məqsədimizdən 

uzaq  olduğundan,  biz  burada  maraqlananlar  üçün,  yalnız  bir neçə növ  paradoks  qeyd 

edirik: 


a)  "Mənim  bu  sözüm  yalandır";  b)  Bir  şəxs  deyir:  "Sabah  sizə  doğru  bir  məlumat 

verəcəyəm".  Sabah  olur  və  həmin  şəxs  deyir:  "Dünən  dediyim  söz  yalan  idi";  c)  "Bu 

sözüm  doğrudur"  ifadəsi  yalandır;  d)  Vərəqin  bir  üzündə  yazılıb  ki,  "Vərəqin  o  biri 

üzündəki  söz  doğrudur".  O  biri  üzünə  baxdıqda  isə  -  "Vərəqin  o  biri  üzündəki  söz 

yalandır",-yazıldığını görürük. 

Diqqət yetirdikdə, bu hökmlərin həm həqiqi, həm də yalan olduğu görünür. 

Bax: I hissə, III fəsil 

204 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə