Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə62/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   58   59   60   61   62   63   64   65   ...   119

Məntiq  ___________________________________________________________  

Şeyx  İşraq  hökmlərin  kəmiyyətini  də  aşağıdakı  kimi  çevirirdi 

və onun belə çevirməsinin səmərəsini "silloqizm"də verəcəyik: 

Tutaq  ki,  belə  bir  hökm  verilmişdir: 



"Bazi  kimyəvi  elementlər 

metaldır".

 

Bu  hökmün  riyazi  forması  belə  olar,  yaxud  bu  hökmü 

formal olaraq belə vermək olar: (-sp+). Kimyəvi elementlər arasmda 

metal olanları (yəni bəzi kimyəvi elementləri, "-s"-ləri) yeni bir 



"q" 

məfhumu  ilə  əvəz  edək,  "q"  -  yəni  kimyəvi  elementlər  arasmda 

metal  olan  elementlər.  Məlumdur  ki,  bu  zaman  "q"  məfhumu, 

yalnız  metallıq  xüsusiyyəti  nəzərə  almsa,  fərdi  məfhum  olacaq. 

Çünki  onun  xarici  aləmdə  bir  predmeti  var  və  o  da  kimyəvi 

elementlərdən metallar qrupudur. Amma biz bu məfhumu bir neçə 

predmeti olan ümumi məfhum kimi fərz edə bilərik. Yəni biz 

"Hər 

bir 

q"  deyib,  onun  haqqmda  hər  hansı  bir  hökm  versək,  düzgün 

olar.  Çünki  bir  predmeti  olan  fərdi  "q"  məfhumu  haqqmdakı 

hökmü, bu dərsin dördüncü 

"Subyekt zehində, xaricdə və həqiqətdə"

 

başlığına əsasən, həqiqi hökm kimi nəzərə ala bilərik.  Çünki fərdi 



"q" məfhumu haqqmda verilən hökm, ümumi məfhum kimi nəzərə 

almaraq  onun  fərz  olunmuş  predmetləri  xarici  aləmdə  mövcud 

olarsa, onlar haqqmda da düzgün olar. Buna görə də, əslində, "q" 

məfhumu  bir  predmeti  olan  fərdi  məfhum  olsa  da,  onu  bir  neçə 

predmeti olan ümumi məfhum kimi fərz edib, ona verilən hökmü 

də  həqiqi  hökm  kimi  nəzərə  almaq  olar.  Bu  zaman  alman  hökm 

belə  olar: 

"Bütün  bəzi  kimyəvi  elementlər  metaldır"

 

və  bu  hökmün 

riyazi forması da 

(+qp+) 

kimi olar. 

Şeyx İşraq bu nəzərlə, bir predmeti (bu predmet bir qrupu, sinfi 

də  əhatə  edə  büər)  olan  fərdi  hökmləri  bir  neçə  predmeti  fərz 

olunan  ümumi  hökmlərə  çevirirdi.  Onun  bu  nəzəriyyəsinin 

praktiki  əhəmiyyətini,  dediyimiz  kimi  silloqizm  bəhsində 

verəcəyik. 

Şeyx İşraq, ümumiyyətlə, hökmlərin bir-birinə çevrilməsinə də 

baxmışdır. Bu, gələcək dərslərdə qeyd ediləcək. 

230 



Formal Məntiq 

SUALLAR: 

1.

 

"Sadə  imanlı  insanların  imanı  zehni  məlumatdır"  hökmünün 



kəmiyyət və keyfiyyətini müəyyən edin. 

2.

 



Subyektin  təbiətinə,  məzmununa  və  həcminə  görə  hökmlər 

gətirin. 

3.

 

Qəti hökm olan "Məntiq gözəl elmdir" zehnidir, yoxsa xarici? 



3.

 

Müsbət və mənfi qəti hökmə misal çəkin. 



4.

 

"Allah  insana  doğru  yol  göstərmək  üçün  peyğəmbərlər 



göndərmişdir". Bu hökmün modalhğmı müəyyən edin. 

5.

 



"Allah  (heç  kəsə,  heç  nəyə)  möhtac  deyildir!"^^  hökmünün 

keyfiyyətini, kəmiyyətini, müsbət və mənfiliyini, modalhğmı müəyyən 

edin və onu formal hökm kimi göstərin. 

6.

 



Modallığı  verilməyən,  amma  məfhumu  tamamilə  aydın  olan 

hökmə aid bir misal çəkin. 

7.

 

Dərsdən bir neçə qəti hökm seçib riyazi şəklini vçrin. 



əl-İxlas, 2 

231 



4-

 

CU DƏRS 



ŞƏRTİ VƏ TƏQSİMİ 

HÖKMLƏR 

Şərti hökmlər də qəti hökmlər kimi müəyyən cəhətlərə görə iki 

qismə bölünürlər: 

1.

 

Birinci  bölgü: 

Şərti  hökmlər  birinci  bölgüdə  iki  yerə 

bölünürlər: "Tam şərti" və "Təqsimi". 

Tam  şərti 

-  İki  qəti  hökmün,  yahuz  birinin  digərindən  asılı- 

lığmı bildirən şərti hökmdür. Yəni 

məntiqi nəticənin 

mövcudluğu 



məntiqi  əsasm 

mövcudluğımdan,  məntiqi  nəticənin  mövcud 

olmaması  isə  məntiqi  əsasm  mövcud  olmamasmdan  asılıdır. 

Məsələn:  "Əgər  bu  yazıları  oxumasaydım,  məntiqə  ehtiyac 

duymazdım".  Burada  "Yazıları  oxumasaydım"  qəti  hökmü  şərti 

hökmün  məntiqi  əsası,  "Məntiqə  ehtiyac  duymazdım"  isə  məntiqi 

nəticəsi  adlamr.  Yaxud  "Onu  görən  kimi,  ayağa  qalxdım",  "Əgər 

Qiyamət olsa, daha bəhanəyə yer qalmayacaq" hökmləri kimi. 



Təqsimi 

- İki qəti hökmün birinin mövcud olması ilə digərinin 

mövcud  ohnamasmı  bildirən  şərti  hökmdür.  Məsələn:  "Ədəd  ya 

cütdür,  ya  da  təkdir".  Burada  ədədin  təkliyinin  onun  cüt 

olmamasmdan,  cüt  ohnasmm  isə  tək  olmamasmdan  asılılığı 

bildirilir. 

233 



Məntiq ____________________________________________________________  

2.

 

İkinci  bölgü: 

Şərti  hökmlər  də  qəti  hökmlər  kimi,  "təbii" 

hökmü  istisna  etməklə,  "fərdi",  "müəyyən"  və  "qeyri-müəy-  yən" 

qisimlərinə ayrılır. 



Fərdi 

- İki qəti hökm arasmdakı bağlılığm müəyyən zaman və 

şərait daxilində verilməsindən ibarət şərti hökmdür. Bunun özü də 

iki  qismə  - 



zaman 

və 


şərait 

baxımmdan  olan  fərdi  şərti  hökmə 

bölünür: 

Tam və təqsimi şərti hökmlərə zaman və şəraiti də əlavə etsək, 

aşağıdakı dörd fərdi şərti hökm almır: 

1.

 



Tam  şərti  fərdi  (zaman).  Məsələn,  "Əgər  bu  gün  yağış 

yağmasa, mən dərsə gedəcəyəm". 

2.

 

Tam  şərti  fərdi  (şərait).  Məsələn,  "Əgər  bəzi  sular 



qaynamamış içilsə, insana zərər verər". 

3.

 



Təqsimi fərdi (zaman). Məsələn, "Saat indi ya 1, ya da 2- dir". 

4.

 



Təqsimi fərdi (şərait). Məsələn, "x, y-dən böyük  olsa, y-  dən 

böyük olan z-dən ya böyük, ya da kiçikdir". 



Qeyri-Müəyyən 

(qısa: QM) - Fərdi şərti hökmün əksinə olaraq, 

zaman və şəraiti qeyri-müəyyən olan şərti hökmdür. 

Müəyyən 

- Məntiqi əsasm zaman və şəraitdən asılılığı ümumi 

və ya xüsusi olan şərti hökmdür. Yəni məntiqi əsas bütün zaman və 

şəraitdə,  ya  da  bəzi  zaman  və  şəraitdə  olur.  Müəyyən  şərti 

hökmlərdə məntiqi əsasm zaman və şəraitinin ümumi və ya xüsusi 

olması 


kəmiyyət 

adlamr. 


Formal şərti hökmlər, yaxud şərti hökmlərin riyazi şəkli: 

Burada da kəmiyyəti nəzərə alsaq, 8 qisim almar: 

1.

 

Tam  şərti  müəyyən  ümumi.  Məsələn:  "Hər  zaman  və  hər 



halda əgər insan elmə həris olsa, mütləq səadət yoluna addım atmış 

olar".  Riyazi  şəkli:  (+A

3

B).  Burada  "+"  işarəsi  kəmiyyətin 



ümumiliyini.  A-məntiqi  əsası,  B-məntiqi  nəticəni,  "=)"  işarəsi  isə 

hökmün tam şərti oknasmı göstərir. 

234 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə