Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə63/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   59   60   61   62   63   64   65   66   ...   119

Formal Məntiq 

2.

 



Tam şərti müəyyən xüsusi. Məsələn: "Bəzən, əgər insan alim 

olsa,  səadətə  yetişir".  (-A

ZJ

B).  Burada  "  işarəsi  kəmiyyətin 



xüsusiliyini bildirir. 

3.

 



Təqsimi müəyyən ümumi. Məsələn; "Həmişə tam ədədlər ya 

cüt,  ya  da  təkdir".  Riyazi  şəkli:  (+AvB).  Burada  "v"  işarəsi  şərti 

hökmün təqsimi olmasım göstərir. 

4.

 



Təqsimi  müəyyən  xüsusi.  Məsələn:  "Bəzən  insan  ya 

sükunətdədir, ya da hərəkətdə". (-AvB). 



Tam şərti hökmün növləri: 

Tam şərti hökmlər öz növbəsində iki yerə bölünür: 

1.

 

Zəruri 



-  Elə  tam  şərti  hökmdür  ki,  məntiqi  əsas  və  məntiqi 

nəticə  arasmdakı  əlaqə  həqiqi  və  ya  əqlidir.  Yəni  əlaqə  elə  bir 

əlaqədir  ki,  məntiqi  əsasm  mövcudluğu  məntiqi  nəticənin 

mövcudluğuna  səbəb  olur.  Əlaqənin  müxtəlifliyinə  görə  bu 

hökmlər dörd yerə ayrılır: 

Səbəbdən  nəticəyə: 

Bəzən  bu  əlaqə  tam  səbəbdən  törəyir. 

Məntiqi  əsas  məntiqi  nəticənin  tam  səbəbi  olur.  Məlumdur  ki,  nə 

vaxt  tam  səbəb  mövcuddursa,  nəticə  də  mövcud  olmalıdır. 

Məsələn: "Əgər su qaynadılsa, buxarlanar". Bu misalda "qaynama" 

buxarlanma üçün tam səbəb götürülmüşdür. 



Nəticədən  səbəbə: 

Bəzən  bu  əlaqə  məntiqi  nəticədən törəyir. 

Məntiqi  əsas  məntiqi  nəticənin,  nəticəsi  olur.  Bu  zaman  da 

məlumdur  ki,  nəticə  varsa,  tam  səbəb  də  vacibdir.  Məsələn,  "Su 

buxarlanıbsa, deməli, qızdırılıb". 

İkili tərəfli: 

Bəzən də bu əlaqə hər iki tərəfin eyni tam səbəbin 

nəticəsi olmasma görədir. Yəni həm məntiqi əsas, həm də məntiqi 

nəticə eyni tam səbəbin nəticəsi olur. Məsələn, "Əgər su qaynayırsa, 

deməli,  buxarlanır".  Burada  qaynamaqla  buxarlanmanm  hər  biri 

istiliyin nəticəsidir. 



Nisbilik: 

Bəzən isə bu əlaqə "söz" fəslinin üçüncü dərsin- dəki 

"nisbi" sözlərə görədir. Məsələn, "Əgər elmin əvvəlində

235 



Məntiq ________________________________________________________   

ətəyində  möhkəm  olsan,  zirvələrini  fəth  edəcəksən".  "Ətək"  ilə 

"zirvə"  məfhumlarmm  dərki  ayrıknaz  olduğundan,  onlar  nisbi 

sözlərdir. 

2.

 

Təsadüfi - Elə tam şərti hökmdür ki, məntiqi əsasla məntiqi 



nəticə  arasmdakı  əlaqə  təsadüfidir.  Məsələn,  "Əgər  Kamil  sinfə 

daxil  olsa,  müəllim  dərsə  başlayacaq".  Ola  bilər  ki.  Kamil  həmişə 

dərs  başlayanda  sinfə  daxil  olsun.  Bu  zaman  müəllimin  dərsə 

başlamasmm  Kamilin  sinfə  daxil  olması  ilə  əlaqəsi  olmayacaq. 

Yaxud bir hadisənin baş verməsilə başqa bir hadisənin baş verməsi 

o  qədər  təkrar  olıma  büər  ki,  bu  iki  hadisə  arasmda  əlaqənin 

zəruriliyi güman edilə bilər. Hətta bəzən təsadüfi əlaqəni zəruridən 

ayırmaq o qədər çətin olur ki, bımun üçün fəlsəfəyə müraciət etmək 

ehtiyacı duyulur. 

Tam şərti hökm və Quran ayəsi: 

Quranda  bir  neçə  yerdə  tam  şərti  hökmlər  şəklində  ayələr 

gəlmişdir. Bunlara misal olaraq, aşağıdakı ayəni göstərmək olar: 

"Əgər  (yerdə  və  göydə)  Allahdan  başqa  tannlar  olsa  idi, 

onlann ikisi də (müvazinətdən çtxtb) fasada uğrayardt".^ 

Allah-taala Quranm müxtəlif yerlərində Öz varhğma. Özünün 

"yaradıcılıqda"  və  "ilahilikdə"  təkliyinə  dəlillər  gətirmişdir. 

Bunlardan biri də "inkar" dəlilidir və əl-Ənbiya surəsinin 22-ci ayəsi 

bu dəlili qısa şəkildə ifadə edir. Belə ki. Allah-taala ağıl sahiblərinə 

yaradıcıhqda  Öz təkliyini, bu dəlili tam şərti hökmdə  cəmləyərək, 

çatdırır.  Bizim  məqsədimiz  isə  Allahm  yaradıcıhqda  şəriksiz 

olduğunu  çatdıran  bu  ayənin  tam  şərti  zəruri  olduğunu 

göstərməkdir. 

Allah-taala  yaradıcılıqda  Öz  təkliyini  yuxarıdakı  ayə  ilə  isbat 

edir.  Amma  sual  olimur  ki,  tam  şərti  hökm  şəklində  olan  bu  ayə 

"zəruri"dir? Bəlkə, "təsadüfi"dir? 

əl-Ənbiya, 

22 


236

 



Formal Məntiq 

1.

 



Məlumdur ki, bu aləmi hansısa bir yaradia qüvvə yara 

dıb. 


2.

 

Bundan  başqa,  biz  aləmi  araşdırdıqda  görürük  ki,  müasir 



fizika,  biologiya,  zoologiya  və  anatomiya  elmləri  deyir:  "Abmin 

yaradılışmda vahid qanun hökm sürür". Bütün canlılarm quruluşu 

ümumi  olaraq  eyni  şəkildə,  eyni  formada  yaradılıb.  Bütün  aləm 

eyni növ atomlardan təşkil olunmuşdur. Bütün canlılarm çoxalması 

eyni  formada  baş  verir  və  s.  Buradan  belə  məlum  olur  ki, 

əsrarəngizliyinə, müxtəlifliyinə baxmayaraq, qarşımızda duran bu 

aləm vahid qüvvə tərəfindən yaranmışdır. 

3.

 

Digər  tərəfdən,  əgər  ikinci  yaradanm  varlığım  qəbul  etsək, 



onda  birinci  yaradanla  fərqi,  yabuz  ikilikdə  olmalıdu.  On-  larm 

ikilikdən  başqa  heç  bir  fərqi  olmamalıdır.  Yoxsa  ikinci, 

yaradıcılıqdan  çıxmış  olar.  Deməli,  qarşımızda  duran  bu  aləmi 

yaradan  varlıq  kimi  ikinci  yaradan  da  yaratmalıdır,  aləmdə  öz 

nişanələrini göstərməlidir. Ancaq aləmdə vahid yaradandan başqa 

məbudun nişanələri görünmür. Ən azı bu aləmin yara- dıknasmda 

ikinci  yaradan  iştirak  etməmişdir.  Deməli,  ikinci  yaradanm 

nişanələri  ohnadığmdan, ikinci  bir  yaradan yoxdur.  Buna görə  də 

əl-Ənbiya surəsinin 22-ci ayəsi tam şərti zəruri hökmdür. 

Təqsimi hökmlərin növləri 

Təqsimi hökmlər aşağıdakı növlərə bölünür; 



Həqiqi  -  məntiqi  əsasla  məntiqi  nəticənin  cəm  və  dəf  olması 

qeyri-mümkün  olan  təqsimi  hökmdür.  Məsələn:  "Natural  ədədlər 

ya cüt, ya da təkdir". Yəni mümkün deyil ki, natural ədəd həm cüt, 

həm də tək olsun və mümkün deyil ki, nə cüt, nə də tək olsun. 

Bu  cür  hökmlərdən,  demək  olar  ki,  bütün  sahələrdə  istifadə 

edilir.  Bu,  "Bölgü" bəhsində  də  özünü göstərir.  Yəni  bölgü bu  cür 

hökmlərin vasitəsilə həyata keçir. 

237 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə