Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə71/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   67   68   69   70   71   72   73   74   ...   119

Məntiq ____________________________________________________  _   _____  

Yenə  də  əvvəlki  dərslərdə  dediyimiz  kimi,  həndəsi  fiqurlardan 

istifadə edərək bunlarm isbatım vermək olar: 

(+sp+) Verilən .................. (-ps+)  D 

(+sp-) Verilən ................... (+ps-)  D 

(-sp+) Verilən ................... (~ps+)  D 

Amma  xüsusi  inkari  müəyyən  hökm  (-sp-)  üçün  formal 

dəyişmə hökmü almaq olmur. Çünki bu hökmün həndəsi şəkillərini 

versək,  dəyişmənin  tərifinə  əsasən,  bu  şəkillərdən  ortaq  məxrəc 

çıxarmaq olmur. Əlbəttə ki, formal olaraq. 



II.

 

Qarşılaşdırma 

a) 


Qədim  qarşılaşdırma 

(qısa:  QQ)  -  Tərəflərin  verilən 

hökmün  tərəflərinə  həm  əks,  həm  də  zidd,  keyfiyyəti  verilən 

hökmün  keyfiyyətinə  bərabər  olan  hökmdür.  Verilən  doğrudursa, 

onun  qədim  qarşılaşdırma  hökmü  də  doğrudur  və  qədim 

qarşılaşdırma yalandırsa, verilən də yalandır. 

Burada  da  xüsusi  iqrari  müəyyən  hökmün  (-sp+)  qədim 

qarşılaşdırması  üçün  ortaq  məxrəc  çıxarmaq  oknur.  Qalan  üç 

müəyyən hökm üçün isə qədim qarşılaşdırma aşağıdakı kimidir: 

(+sp+) Verilən .................. (+qeyri-p, qeyri s+) QQ 

(+sp-) Verilən ................... (-qeyri p, qeyri s-) QQ 

(-sp-) Verüən .................... (-qeyri p, qeyri s-) QQ 



Allahın  mahiyyəti  və  qədim  qarşılaşdırma: 

Ümumiyyətlə, 

qeyd etdik ki, vasitəsiz əqli nəticələrdən çox istifadə edilir və hətta 

gündəlik işlərimizdə, əlaqələrimizdə belə qəti nəticələrlə üzbəüzük. 

Amma bunu hiss etmək, görmək olmur. Hiss edə bilərik, yalnız bir 

şərtlə  ki,  bu  dəlilləri  kökündən  dərk  etmiş  olaq.  Qədim 

qarşılaşdırma  da  onlardan  biridir  ki,  əgər  tətbiq  olunmasa, 

əhəmiyyəti hiss edilmir. 

268 



Formal Məntiq 

İndi  biz  "Qarşılaşdırma"nm  bu  növündən  istifadə  etməyin 

"fəlsəfi  tövhid"®  bəhslərində  necə  dəqiq  nəticə  verdiyinin  şahidi 

olacağıq.  Fəlsəfi  tövhid  bəhsində  bir  çox  məsələlər  vardır  ki 

Quranda  Allah  bu  məsələlərə  Quran  dili  ilə  işarə  etmişdir. 

Bunlardan  biri  də  əl-Ənam  surəsinin  103-cü  ayəsidir  və  bu  ayədə 

Allah-taala buyurur: 

-

 



"Gözlər  Onu  (görüb)  dərk  etməz.  O,  gözləri  dərk  edər.

 

O, 



lətifdir (cisimlikdən uzaqdır), (hər şeydən) xəbərdardır!" 

Məlumdur ki, gözlə görünən hər bir şey maddidir və mahiyyəti 

vardır. 

Həmçinin əl-Əraf surəsinin 143-cü ayəsində də həzrət Musa (ə) 

İsrail  övladlarmm  təkidi  ilə  Allahdan  Özünü  göstərməsini 

istədikdə, Allah buyurdu: 

-

 

"Sən Məni, əsla, görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər 



o yerində dura bilsə, sən də Məni görə bilərsən”, - buyurdu. Rəbbi 

dağa  təcəlli  etdikdə  (Allahın  nuru  dağa  saçıldıqda)  onu 

parça-parça etdi. Musa da bayılıb düşdü". 

Bu ayələrin həqiqi mənası bizə gizli qalsa da, heç olmasa, sadə 

şəkildə başa düşürük ki, Allah məhdud deyU, cisim deyil, zehmlərə 

sığışmır, ağıllar Onu olduğu kimi dərk edə bilmir. 

Deməli,  isbat  edəcəyimiz  iddia  (tezis)  bundan  ibarətdir: 

"Allahm  mahiyyəti  yoxdur,  yəni  heç  bir  məhdudiyyəti  yoxdur". 

Aşağıdakı müqəddimə ilə başlayaq: 

Müqəddimə: Aşağıdakı üç qrup hökmlərə diqqət edək. 

1)

 

8 ədədi cütdür. 



Hər bir cismin üç ölçüsü var. 

2)

 



İki zidd cəm ola bilməz. 

7 ədədi cüt deyil. 

3)

 

Kamil hərəkətdədir. 



Alma şirindir. 

Müəllim ilahiyyatçıdır. 

Fəlsəfi  tövhid  dedikdə,  tövhidin  məhz  əqli  təfəkkürlə  isbatı  başa  düşülür.  Buna 

kitabın  digər  yerlərində  də  işarə  olundu.  Belə  ki,  tövhid  həm  sadə  insanların  qəbul 

etdiyi, həm kəlam alimlərinin, həm filosoflann, həm də ariflərin dediyi formada olur. 

269 



Məntiq ____________________________________________________________  

Yuxarıdakı  üç  qrup  hökmlərin  hər  birinin  öz  xüsusiyyəti  var. 

Birinci qrup hökmlərdə predikatların subyektə hökm olunmasmm 

modallığı  "zərurət"dir.  Çünki  8  ədədinin  cüt  olması  və  hər  bir 

cismin  üç  ölçüyə  malik  olması  vacibdir.  Bu  cür  olmamaları 

qeyri-mümkündür. 

İkinci 

qrup 


hökmlərdə 

modal- 


lıq 

"qeyri-mümkün" dür, yəni iki ziddin cəm obnası və 7-nin cüt olması 

qeyri-mümkündür. Amma üçüncü qrup hökmlər- dəki modalhq isə 

nə  zərurət,  nə  də  ki,  qeyri-mümkündür.  Yəni  üçüncü  qrup 

hökmlərin  modallığı  "imkan"dır.  "Zərurət"  -  əksinin  olması 

qeyri-mümkün, "imkan" isə nə obnası, nə də olmaması, nə vacib, nə 

də ki, qeyri-mümkün deməkdir. 

Bu müqəddünə ilə bütün varlıqları, Allah da daxil olmaqla, ya 

"vacib", ya "qeyri-mümkün", ya da "mümkün" qisimlərinə bölmək 

olar.  Allahm  varlığı  vacibdir,  çünki  Onun  "ad"larm-  dan  biri  də 

"Əzəli"dir.  Yəni  O,  həmişə  olub,  var  və  olacaqdır.  Bu  cəhətdən 

fəlsəfədə Allah "vacib-əl-vücud" (mütləq varlıq) kimi ifadə olunur. 

Yəni var olması vacib olan varlıq. Allahdan başqa hər bir mövcud 

olan  məxluqdur  və  "mümkünəl-vücud"  (nisbi,  mahiyyətə  malik 

varlıq) adlanır. Çünki onlarm olub-olmaması zatən nə vacibdir, nə 

də ki, qeyri-mümkündür. Məxluq olduqlarına görə bir mərhələ var 

idi  ki,  onlar  yox  idilər.  Yəni  onlarm  zatmda  həm  yoxluq,  həm  də 

varlıq var, amma Allahm zatmda isə həmişə varlıq vardır. 

Deməli,  hər  bir  mahiyyət  üçün  varlıq  nə  vacib,  nə  də  ki, 

qeyri-mümkündür.  Elə  isə  hər  bir  mahiyyətli  "mümkünəl-vü- 

cud"dur.  Bura  qədərki  sözlərdə  məqsəd  -  "Hər  hir  mahiyyətli 

mövcud  mümkünəl-vücuddur."  hökmünü  əldə  etmək  idi.  Deməli, 

sadə  şəkildə  olsa  da,  isbat  etdik  ki,  "Hər  bir  mahiyyətli  mövcud 

mümkünəl-vücuddur". 

İndi 


də 

bu 


hökmün 

"qədim 


qarşılaşdırma"sını  verək.  Bu  hökmü  verilən  olaraq  nəzərə  alsaq, 

onda  onun  qədim  qarşılaşdırması  yuxarıdakı  tanış  olduğunuz 

formalara əsasən aşağıdakı kimi olar; 

270 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə