Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə68/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   64   65   66   67   68   69   70   71   ...   119

Formal Məntiq 

raq,  Sədrül-mütəəllihin  Şirazi  (Molla  Sədra)  8  şərt  vermişdir. 

Beləliklə, ziddin şərtləri: 

1.

 

Subyekt vəhdəti: 

Hər iki hökmdə subyekt bərabər olmalıdır. 

Məsələn:  "Bəzi  cəngəlliklərin  yarısı  yaşıldır."  hökmü  ilə  "Bütün 

cəngəlliklərin dörddə biri yaşıl deyil" hökmü zidd deyil. 



2.

 

Predikat  vəhdəti: 

Hər  iki  hökmün  predikatı  bərabər 

olmalıdır.  Məsələn: "Bəzi kimyəvi elementlər metaldır." və  "Bütün 

kimyəvi elementlər qeyri-metal deyil." hökmləri zidd deyildir. 



3.

 

Zaman  vəhdəti: 

Hər  iki  hökmün  dəlalət  etdiyi  hadisə  eyni 

zamanda olmalıdır. Məsələn: "Kamil axşam filmə baxdı." və "Kamil 

gecə filmə baxmadı." hökmləri də zidd deyil. 



4.

 

Məkan  vəhdəti: 

Hər  iki  hökmün  dəlalət  etdiyi  hadisə  eyni 

məkanda  olmalıdır.  Məsələn:  "İkinci  Günəş  yoxdur."  və  "İkinci 

Günəş  var."  hökmlərinin  hər  ikisində  məkan  xarici  məkan  olsa, 

onlar  ziddirlər,  amma  birinci  hökmdə  məkan  xarici  və  ikinci 

hökmdə  məkan  zehin  aləmi  olsa,  bu  zaman  bu  iki  hökm  zidd 

deyildir və hər ikisi doğrudur. 

5.

 

Şərt  vəhdəti: 

Hər  iki  hökmün  dəlalət  etdiyi  hadisənin  baş 

verməsi  üçün  eyni  şərt  lazımdır.  Məsələn:  "Bütün  insanlar  öz 

qabiliyyətlərindən  istifadə  etməklərinə  uyğun  olaraq  inkişaf  edir." 

hökmü  ilə  "Bəzi  insanlar  öz  qabiliyyətlərindən  istifadə 

etməmələrinə  uyğun olaraq inkişaf etmirlər." hökmləri zidd deyil. 

Çünki ikincinin şərti birincinin əksidir və hər ikisi də doğrudur. 

6.

 

Nisbət  vəhdəti: 

Məsələn:  "Bəzi  ağaclar  Çinar  ağacma 

nisbətən kiçikdir." hökmü ilə "Bütün ağaclar alma ağacma nisbətən 

böyükdür."  hökmü,  hətta  birincisi  doğru,  ikincisi  yalan  olsa  belə, 

zidd deyillər. 

7.

 

Aktual  və  potensiallıq  (fel  və  qüvvə)  vəhdəti: 

Məsələn: 

"Bütün  insanlarm  alim  olmağa  potensialı  var."  hökmü  ilə  "Bəzi 

insanlar aktual olaraq hal-hazırda alim deyil." hökmləri 

257 



Məntiq ____________________________________________________________  

zidd  deyil.  Çünki  birinci  hökmdə  hökm  istedad  olaraq  verilmiş, 

ikinci hökmdə isə hökm, həmin istedad hayata keçmiş halda verilib. 

8.Birinci  növ  və  məşhur  predikasiya  vəhdəti: 

Bu  şərt  İsla- 

mm dahi filosofu Sədrül-mütəəlhhin Şirazi (Molla Sədra) tərəfindən 

fəlsəfə və məntiqdə 1000 illərlə həll olunmaz kimi qalan məsələlərin 

həlli üçün, əvvəl də qeyd etdiyimiz kimi, "birinci növ predikasiya" 

və "məşhur predikasiya" şərtidir. 

Beləliklə, əgər bu 8 şərt olmasa, iki hökm bir-birinin ziddi deyil. 

Riyaziyyat kursunda zidd hökmlər 

Məktəblilərin  riyaziyyat  kursrmda  yaxmdan  tamş  olduqları 

"əksini fərz etmə" qaydası məntiqdə "zidd" adlamr. Bu qay- dadakı 

əsəs proseslər: 

I

 

proses: Tələbə iddiamn (tezisin) əksini fərz edir. Məlumdur ki, 



iddianın əksinin iddia ilə münasibəti var. Yəni "əksini fərzdə" fərz 

olunan iddia ilə fərzin ziddi cəm ola bilmir. 

II

 

proses: Tələbə zidd fərziyyənin yanlış olduğunu isbat edir. 



III

 

proses: I və  II prosesi nəzərə  alaraq,  "Əgərfərziyyd ilə  zidd 



fərziyyə cəm ola bilmirsə və zidd fərziyyə yanlışdırsa, deməli, iddia 

olunan fərziyyə düzgündür." nəticəsini alır. 

Zidd - Hökmlərin anasıdır 

Məntiq və fəlsəfə aləmində zidd, hökmlərin anası hesab olunur. 

Çünki  varlıq  aləminin  bütün  sahələri  cəm  və  dəf  ola  bilməyən 

ziddiyyətli  hallardan  uzaqdır.  Bütün  hökmlər,  dəlillər  və  isbatlar 

zidd  hökmlərə  əsaslanır.  Hətta  insanm  bütün  həyatı 

"Zidd 

hökmlər nə cəm, nə də dəf ola bilirlər." 

qanu- 


Bax; II hissə, II fəsil, II dərs 

258 



Formal Məntiq 

nunun  üzərində  qurulmuşdur.  Bu  qanuna 



"Üçüncünü  istisna" 

qanunu da deyilir. 

Həyatm ən sadə və mürəkkəb məsələləri, bu qanım əsasm- da 

dərk  olunur.  Məsələn:  Biri  ilə  söhbət  ediriksə,  üzümüzü 

həmsöhbətimizin  üzünü  tutduğu  istiqamətə  tərəf  yox,  ona  tərəf 

tuturuq.  Çünki  onun  qarşımızda  olduğunu  qəbul  edirik.  Bu  da, 

onun başqa məkanda yox, məhz bizim qarşımızda olduğunu dərk 

etdiyimizi göstərir. Bu, məntiqi zidlə belə ifadə edilir: "Müəyyən bir 

əşya  A  nöqtəsindədir."  və  "Həmin  əşya  A  nöqtəsində  deyil." 

hökmləri  ziddir.  Bunlarm  hər  biri  doğru  ola  bilməz.  Buna  əsasən 

də,  həmsöhbətimizin  başqa  məkanda  olmayıb,  qarşımızda 

olduğunu dərk edirik. 

Əlbəttə,  insan  belə  hallarda  məntiqi  fikirləşərək,  "Zidd  hökm- 

brd  əsasən,  həmsöhbətim  qarşımdadırsa,  başqa  yerdə  deyil,  buna 

görə  də  mən  onunla  söhbət  edən  zaman  onunla  üz-üzə 

dayanmalıyam”  deyərək  hərəkət  etmir.  Çünki  bu,  insan  fitrətinin 

dərk etdiyi aydm bir şeydir. Buna görə də məntiqçilər ziddin cəm 

və dəf obnamasım zəruri bilik hesab edir və onu "hökmlərin anası" 

adlandırırlar. 

Üçüncünü  istisna  qanununu,  yaxud  zidd  hökmləri  ümumi 

şəkildə  qısa  olaraq  belə  ifadə  etmək  olar: 



"Varlığın  iqrarı,  onun 

yoxluğunun inkarıdır və əksinə".

 

Allahın  qüdrəti  və  zidd  hökmlər: 

Abdullah  Deysani  İmam 

Sadiqin (ə) şagirdi Hişam ibn Həkəmin yanma gələrək ona dedi: 

-

 

"Sənin  dediyin  Allah,  əgər  hər  şeyə  qadirdirsə,  bu  aləmi  bir 



yumurtanm içinə yerləşdirə bilərmi? Belə ki, nə yumurta böyüsün, 

nə də aləm kiçilsin". 

Hişam  ibn  Həkəm  Deysanidən  möhlət  alaraq,  İmamm  (ə) 

yanma gəlib əhvalatı danışır. Həzrət (ə) cavabmda buyurur: 

-

 

"Bəli.  Görməyin  üçün  Allah  bu  aləmi  sənin  yumurtadan  da 



kiçik olan gözlərində necə yerləşdirmişdir?!" 

259 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə