Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə60/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   56   57   58   59   60   61   62   63   ...   119

Məntiq ____________________________________________________________  

rədir.  Yəni  əgər  hökm  ümumidirsə,  ya  subyekt,  ya  da  predikat 

ehtiva olimur. 

4.

 

Subyekt zehində, xaricdə və həqiqətdə 

İqrari hökm ilə inkarinin fərqi: 

İnkari hökmlərin doğruluğu 

üçün,  subyektin  xarici  aləmdə  predmetinin  mövcudluğu  lazım 

deyil.  Çünki  bəzən  mövcud  olmayan  şeydən  hansısa  bir  cəhəti 

inkar  etmək  mümkündür  və  belə  hökm  doğrudur.  Buna  görə  də 

hökmdə subyektin varhğmı və yoxluğunu nəzərə alsaq, inkari qəti 

hökm  iki  cür  olar:  birincidə  subyekt  mövcuddur  və  hansısa  bir 

cəhət inkar  edilmir,  məsələn,  "İsa  peyğəmbər  (ə)  öldürülmədi"  və 

ikincidə isə subyekt mövcud deyil, bununla belə, hökm doğrudur, 

məsələn,  "İsa  peyğəmbərin  (ə)  atası  heç  vaxt  yemək  yemirdi".  Bu 

hökmün doğruluğu həzrət İsanm (ə) atasmm ohnamasma görədir. 

Amma  bu,  fəlsəfi bəhs  olsa  da,  qeyd  etməliyik  ki, belə  hökmlərin 

subyekti zehin aləmində mövcuddur, əks halda, hökm vermək heç 

cür mümkün olmazdı. 

İqrari  hökm  ilə  inkarinin  bir  fərqi  bundan  ibarətdir  ki,  iqrari 

hökmün  doğruluğu  üçün  subyektin  mövcudluğu,  ümumiyyətlə, 

zəruridir.  Çünki  iqrarilik  bir  şeyin  başqa  bir  şeyə  hökm 

verilməsidir.  Əgər  subyekt  olmasa,  hökmdən  söz  gedə  bilməz. 

Məsələn, əgər "Kamil qəzəbləndi" deyiriksə, gərək, əvvəlcə Kamilin 

özü var olsun ki, "qəzəb" xüsusiyyətini ona hökm edə bilək. 

Bu  izaha  əsasən  deyə  bilərik: İqrari  hökmün doğruluğu  üçün, 

onun 


subyekti 

hökm 


verilməmişdən 

əvvəl 


müəyyənləş- 

dirilməhdir,  yoxsa  hökm  yalan  olacaq.  Buna  əsasən,  iqrari  hökm, 

subyektinin  üç  aləmdə  mövcudluğuna  görə,  üç  qismə  ayrılır: 

"zehni", "xarici" və "həqiqi". 



Zehni 

-  Subyekti,  yahuz  zehin  aləmində  mövcudluğu  tələb 

edən qəti hökmdür və bu hökmdə predikasiya, yaxud hökm 

224 



Formal Məntiq 

zehin  aləmində  həyata  keçir.  Məsələn,  "5,  3-dən  böyükdür",  "Bu 

filmdə buynuzlu at yaradıblar", "Məntiq gözəl elmdir" və s. 

Xarici 

-  Subyekti  xarici  aləmdə  mövcudluğu  tələb  edən  qəti 

hökmdür  və  hökm,  üç  zamandan  biri  nəzərdə  tutularaq  xarici 

aləmdə  həyata  keçir.  Məsələn, "həzrət  Nuhım  (ə)  özündən və  ona 

iman  gətirənlərdən  başqa  hamı  suda  qərq  oldu",  "İnsan  yeriyən 

varlıqdır" və s. 



Həqiqi 

-  Subyekti  hər  hansı  zaman  və  məkandan  asılı 

olmayaraq,  nə  zehində,  nə  də  xarici aləmdə  olmağı  tələb  etməyən 

qəti  hökmdür  və  burada  hökm  həqiqət  aləmində  həyata  keçir. 

Yaxud  hər  iki  aləmdə  ola  bilər.  Məsələn,  "Üçbucağm  daxili 

bucaqlarınm  cəmi  180°-ə  bərabərdir".  Yəni  istər  subyekti  təsəvvür 

edək,  istərsə  də  xarici  aləmdə  mövcud  olsun,  hökm doğru  olacaq. 

Bu  misalda  üçbucaq  məfhumu  üçün  xarici  aləmdə  bir  predmet 

tapmaq  mümkün  deyil,  amma  xarici  aləmdə  mümkün  olsa  belə, 

yenə  də  daxili  bucaqlarmm  cəmi  180°-yə  bərabər  olacaq.  Bu 

hökmün  zehni  hökm  üə  fərqi  bundan  ibarətdir  ki,  zehni  hökmün 

subyekti  zehin  aləmində  mövcud  olub  və  xarici  aləmdə  mövcud 

olmasıdır. 

5.  Müsbət  və  mənfi: 

Hökmlərin  belə  bölgüsü məfhumla-  rm 

müsbət və mənfi bölgüsünə əsasəndir. Belə ki, bəzən hökmün iqrari 

və inkari obnasmdan asılı olmayaraq, subyekt və predikatm hər biri 

zatən müsbət mənada götürülür. Məsələn, "Kamil həkimdir", "Aqil 

idmançıdır",  bəzən  də  subyekt  və  predikatm  ya  hər  ikisi,  ya  da 

onlardan  biri  zati  baxımdan  mənfi  mənada  götürülür.  Məsələn, 

"Daş  qeyri-insandır",  "O  rəhmsizdir",  "Ədalətsiz  insan  məhv 

olacaq". Bu izaha əsasən, qəti hökmləri iki yerə ayırmaq olar: 

Müsbət 

- Elə qəti hökmdür ki, onun subyekt və predikatı- mn 

hər  biri  müsbət mənada götürülür.  Keyfiyyəti  nəzərə  alsaq,  bu da 

öz növbəsində iki qisim olacaq. Ya iqrari, məsələn, 

225 



Məntiq ____________________________________________________________  

"Marsda həyat var", ya da inkari, məsələn, "Marsda həyat yoxdur". 

Mənfi  -  Subyekt  və  predikatı  mənfi  mənada  götürülən  qəti 

hökmdür. Bu da keyfiyyəti nəzərə alsaq, altı qisim olar. 

a)

 

Subyekti  mənfi  və  iqrari:  məsələn,  "Bütün  qeyri-maddilər 



mücərrəddirlər". 

b)

 



Subyekti  mənfi  və  inkari:  məsələn,  "Bəzi  vəfasızlarda, 

ümumiyyətlə, vəfa yoxdur". 

c)

 

Predikatı 



mənfi 

və 


iqrari: 

məsələn, 

"Mələklər 

qeyri-maddidirlər". 

d)

 

Predikatı  mənfi  və  inkari:  məsələn,  "Bütün  hökmlər  qey- 



ri-yalan deyil". 

e)

 



İkitərəfli  mənfi  və  iqrari:  məsələn,  "Bəzi  qeyri-düz  xətlər 

qeyri-ellipsdir". 

f)

 

İkitərəfli  mənfi  və  inkari:  məsələn  ,"Hər  bir  qeyri-asiyalı 



qeyri-müsəlman deyil". 

Bu  cür 


bölgü/  əsimdə, 

subyektin 

varlığma 

dəlalət 


edib-etməməyə görədir. Yəni ola bilər ki, hökm doğru olsun, amma 

bununla belə, həqiqətdə subyekt xarici aləmdə mövcud olma- sm və 

ya  olsun.  Eynilə  iqrari  ilə  inkari  hökmün  fərqindəki  kimi.  Bəzi 

vaxtlar bu hökmləri bir-birinə çevirmək olur. Riyazi şəkildə: 

"s, 

qeyri-p 

+"; predikatı mənfi iqrari olan bu hökmdə aşağıdakı 

kürü hasilə baxaq: 

("qeyri" X "+" = 

Bu hasili nəzərə alsaq, "sp-" müsbət iqrari hökmü almır. Çünki 

mənfi ilə müsbətür hasüi mənfi olur. Bu zaman birinci hökm iqrari 

olduğundan subyekt mütləq mövcud olmalıdır. Amma ikinci inkari 

olduğundan  subyektin  mövcudluğu  mütləq  deyil.  Burada 

ziddiyyət  alınır.  Çünki  bu  iki  hökmün  həqiqi  nəticəsi  əslində 

eynidir.  Amma  qeyd  edilənlərə  görə,  birinci  hökmdə  subyektin 

varlığı vacibdir, ikincidə isə vacib deyil. 

226

 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə