Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə56/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   52   53   54   55   56   57   58   59   ...   119

Məntiq ____________________________________________________________  

Hansı ki, həmin alimin fəlsəfəni tərif etməsi, fəlsəfənin başqa- larma 

da  həqiqəti  göstərmək  üçün  gözəl  bir  vasitə  obnasma  görədir  və 

tənqid  etməsi  isə  fəlsəfənin,  msam  həqiqətə  tərəf  yalmz  müəyyən 

həddə  qədər  aparmağa  qabiliyyəti  olub,  amma  həqiqətin  özəyinə 

yetişdirməyə gücü çatmadığma görədir. 

Yuxarıdakı  suallar  əsasmda,  həmin  materialist  bilməlidir  ki, 

fəlsəfənin  məqsədi  təbiətə  hakim  oknaq  deyil  ki,  faydasız  olsun. 

Məgər insan yalnız maddi yönə malikdir? Onun mənəviyyatı, zehni 

təfəkkürü  yoxdur  ki,  materialist  də  "Fəlsəfd  biza  maddi  rahatlıq 



verirmi  ki,  biz  də  onu  öyrənək?"  desin?  Məgər insa-  run  rahatlığı, 

yakuz maddi rahatlıqdır? Bəs zehni, mənəvi rahatlıq lazım deyil? 

Yaxud  da  bir  arifin  }mxarıdakı  sözünə  qurban  gedənlərə  sual 

olimur ki, həmin arif bu sözü nə üçün demişdir, hansı mərhələləri 

keçəndən  sonra,  hansı  mənəvi  hala  çatandan  sonra  demişdir? 

Həqiqətin  dərki  iki  formadadır  və  hər  birinin  öz  yeri  var;  arif  də 

həqiqətin mənəviyyat yolu ilə əldə edilən dərkin, həqiqətin özünün 

dərki olduğuna görə bu dərki, həqiqətin fəlsəfə yolu ilə dərkindən 

üstün  tutmuşdur.  Buna  görə  də  bu  cəhətdən  fəlsəfəni  naqis  bilir. 

Amma fəlsəfi dərkin də özünəməxsus xüsusiyyətləri, gözəllikləri və 

özəllikləri  vardır.  Elə  isə,  arifin  həmin  hikmət  dolu  sözündən 

"fəlsəfə  lazım  deyü"  nəticəsini  almaq  düzgündürmü?  Əlbəttə  ki, 

düzgün  deyil.  Burada  arifin  sözündən  bu  cür  nəticə  çıxarmaq 

yanhşdır. 

Buna görə də cümlədəki hökmün tam mənasım qavramaq üçün 

ikinci dərəcəli üzvlərə ehtiyac vardır. 

Cümlənin  bu  cür  naqis  verilməsi  müxtəlif  fikir  cərəyanları 

arasmda  münaqişələr  yaratmışdır.  Bir  şəxs,  ikinci  dərəcəli  üzvləri 

işlətmədən,  nəzərə  almadan  kiminsə  dediyi  sözə,  hökmə 

əsaslanaraq  yeni  bir  nəticə  ahr,  bu  zaman  məlumdur  ki,  alman 

nəticə  yanlış  olmalıdır.  Həmin  şəxs  bununla  da  həmin  hökmün 

yanlış olduğunu isbat etmiş olur,  halbuki bu hökm ikinci dərəcəli 

üzvlər işlədilsə, düzgün ola bilər. Buna görə də fikir 

208 



Formal Məntiq 

yürüdülən  zaman  verilən  hökmlərin  tam  qavranılması  və  yanlış 

nəticələrə  gəlməmək  üçün  mütləq  ikinci  dərəcəli  üzvlər 

işlədilməlidir. 

Burada  demək  istədiyimiz  məsələ  budur  ki,  məntiqi  təfəkkür 

zamam  yanlış  nəticələrin  yaranması  cümlərıin  ikinci  dərəcəli 

üzvlərindən  asıh  olur.  Buna  görə  də  dəLügətirmənin  ən  əsas 

şərtlərindən biri də aşağıdakı qanunla bağhdır: 



Hökmün  tam  qavranılma  qanunu; 

Hökmün  düzgün  qavra- 

nılması, onu ifada edan cümlanin ikinci daracali üzvlarindan asılıdır. 

SUALLAR: 

1.

 

Tam qeyri-xəbəri mürəkkəb söz nə üçün zati baxımdan yalan və 



doğru xüsusiyyətlərinə malik deyil? 

2.

 



Hökmə öz ifadənizlə tərif verin. 

3.

 



Dərsdən bir neçə hökm seçin. 

4.

 



Hökm ilə birinci hissədə tanış olduğunuz "təsdiq" biliyinin fərqi 

nədir? 


5.

 

Əgər hökm xarid aləmdəki hadisədirsə, onda təsəvvür elminin 



də xarid aləmdə predmeti olduğundan, o da hökm deyilmi? 

6.

 



"Allah  təkdir"  hökmünü  dörd  məkana  yerləşdirin.  Sonra  bu 

hökmə imanımzın hansı məkana aid olduğunu dəqiqləşdirin. 

7.

 

Allahla  bağlı  mövzuların  müxtəlif  fikir  cərəyanları  arasındakı 



münaqişələrini "Hökmün tam qavranılma qanunu” ilə izah edin. 

8.

 



Oxuduğunuz bu cümlə hökmdürmü? 

209 



2-

 

CI DƏRS 



HÖKMÜN NÖVLƏRİ 

Qəti və şərti hökm 

Məntiqçilər  hökmü  iki  qismə  bölürlər  və  bunlar  da  öz 

növbəsində  müxtəlif  qisimlərə  ayrıhr.  İndi  bunlarm  hər  biri  haq- 

qmda təfsilatı ilə tamş olaq. 



1. Qəti 

hökm - Elə tam xəbəri mürəkkəb sözdür ki, o, iki "sadə" 

və ya "naqis mürəkkəb" sözlərdən və onlar arasmda əlaqə yaradan 

"bağlayıcıdan"  təşkil  olunur  və  qəti  hökmlərə 



predikasiya 

da 


deyilir.  Məsələn, "Yer  kürə  şəklindədir", "İnsan  əzəmətli və  şərəfli 

məxluqdur",  "Sokrat  azərbaycanlı  deyil",  "Ulduzlarm  sayı  sonsuz 

ola biknəz" və s. Göründüyü kimi, bu hökmlərin hər birində iki - ya 

sadə, ya  da  naqis  mürəkkəb tərəf  və  bir  rabitə  vardır.  Yəni  bu  iki 

tərəf rabitə  ilə  birlikdə  işlənib vahidləşərək  hökm əmələ  gətirirlər. 

Birinci misalda tərəflər "Yer" və "kürə", rabitə isə "dir" şəkilçisidir. 

Belə hökmlər "qəti" hökmlər adlamr. 

Qəti  hökmlərdə  üç  termin  vardır:  hökm  edilən  birinci  tərəf 



subyekt, 

hökm  verüən  ikinci  tərəf 



predikat 

adlamr,  onlar  ara- 

smdakı rabitə isə bağlayıcıdır. Məsələn, yuxarıdakı "İnsan əzəmətli 

məxluqdur"  qəti  hökmündə  "əzəmətli  məxluq",  "in-  san"a  hökm 

edilmişdir.  Burada,  insan  -  "subyekt",  əzəmətli  məxluq  - 

"predikat"dır. 

211 



Məntiq ____________________________________________________________  

2.  Şərti 

hökm  -  Elə  "tam  xəbəri  mürəkkəb  söz"  dür  ki,  iki 

hökmün münasibətini, bağlılığım ifadə edir. Yəni şərti hökmlər iki 

və  daha  artıq  qəti  hökmün  nisbətini  ifadə  edir.  Bu  hökmlər  elə 

hökmlərdir  ki,  qəti  hökmlərdə  olduğu  kimi,  burada  artıq 

subyekt-predikat  nisbətindən,  vahidləşməsindən  söhbət  getmir, 

əksinə,  iki  hökmün  münasibətindən  söz  açılır.  Məsələn,  "Əgər 

riyaziyyat  bu  qədər  inkişaf  etməsəydi,  fizika  klassik  həyatmı 

yaşayardı", "Əgər Kcimil gəlsə, mən getməyəcəyəm", "Hər bir insan 

ya xoşbəxtliyə, ya da bədbəxtliyə qovuşacaq", "Natural ədədlər ya 

cüt, ya da təkdir" və s. Bu misallardan da göründüyü küni, onlarm 

hər biri hökm olmaqla bərabər, iki hökmə ayrılır və bu iki hökmün 

münasibətini ifadə edir. Amma bu hökmlərdə tərəflər vahidləşmir, 

sadəcə  biri  o  birinin  nəticəsi  olur.  Birinci  misalda  "Riyaziyyat  bu 

qədər  inkişaf  etməyib"  birinci  hökm  və  "Fizika  klassik  həyatmı 

yaşayır" isə ikinci hökmdür. Biz bunları bir birinə nisbət verməklə 

yuxarıdakı şəklə salırıq və belə hökmlərə "şərti" hökmlər deyilir. 

Burada  birinci  hökmə 



məntiqi  əsas  termin, 

ikinci  hökmə 



məntiqi nəticə termin

bağlayıcı ədatlara isə 



bağlayıcılar 

deyilir. 

Bu  hökmlərin  də  admm  belə  seçilməsi  iki  hökmdən  birinin 

doğruluğunun o birinin doğruluğuna bağlı olmasma görədir. Yəni 

şərti  hökmdə  terminlərin  düzgünlüyü  və  yanlışlığı  bir-birindən 

asılıdır. 

Şərti hökmlər "əgər", "elə ki", "ya" kimi şərt ədatları ilə bərabər 

gəlir.  Bunlara  misal  olaraq,  aşağıdakı  nümunələri  göstərmək  olar: 

"Əgər  məntiqi  oxusan,  İbn  Skıa  kimi  dahilərin  insan  ağlmm 

kamilliyi üçün təyin etdiyi bir neçə pillədən birini keçmiş olarsan", 

"Elə ki, həzrət Rəsulallahm (s) son canişini həzrət Mehdi (ə.f.) zühur 

etdi, artıq yer üzərində zülm qalmayacaq!", "İnsanlar ya savadlı, ya 

da savadsızdırlar". 

212 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə