Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə55/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   51   52   53   54   55   56   57   58   ...   119

Formal Məntiq 

maq  üçündür.  Yəni  "tərif"  bəhsinə  əsasən  desək:  "Tərifin  birinci 

şərtində dəf etmənin ödənməsi üçündür". Çünki sual verilə bilər ki, 

əgər  bir  şəxs  yoxsul  olmadığı  halda,  "Mənə  kömək  edin" 

(qeyri-xəbəri  xahiş  forması)  deyirsə,  onun  bu  sözü  xahiş  olsa  da, 

doğru  və  yalan  okna  xüsusiyyətlərinə  malik  deyilmi?  Deyə 

bilmərikmi ki, o yalan deyir? Cavab: Dəlalət bəhsinə  nəzər salsaq, 

görərik ki, "tam xəbəri mürəkkəb söz"ün "tam uyğun" dəlaləti, yəni 

tam  dəlalət  etdiyi  məna  doğru  və  yalan  olma  xüsusiyyətinə 

malikdir,  lakin  "tam  qeyri-xəbəri  mürəkkəb  söz"ün  isə  "əlaqəh"^ 

dəlaləti, yaxud əlaqəli dəlalət etdiyi məna bu xüsusiyyətə malikdir. 

Başqa  sözlə,  xəbəri  sözün,  şərti  qəbul  edilən  mənası,  qeyri-xəbəri 

sözün  isə  mənasmdan  kənar  olan,  lakin  onun  ayrılmaz  bir  hissəsi 

olan  məna,  yəni  sözün  zatı  yox,  dəlalət  etdiyi  hansısa  bir  xəbər 

doğru  və  yalan  olma  xüsusiyyətinə  malikdir.  Qeyd  etdiyimiz 

misalda "Mənə kömək edin" qeyri-xəbəri ifadəsinin özü yox, əlaqəli 

dəlalət  etdiyi  "Mən  yoxsulam"  mənası  doğru  və  yalan  olma 

xüsusiyyətinə  malikdir.  Əgər  "Mənə  kömək  edin"  qeyri-xəbəri 

ifadəsini təklikdə nəzərə alsaq, zati baxımdan doğru və yalan obna 

xüsusiyyətinə  malik  olmayacaq.  Bıma  mürəkkəb  sözün  qisimləri 

başlığmda da işarə olımdu. 

"Hökm"  ilə  əvvəlki  bəhslərdə  qeyd  edilən  "təsdiq"in  fərqi  isə 

budur ki, hər bir təsdiq hökmdür, lakin hər hökm təsdiq deyil. Yəni 

müəyyən bir hökm xarici aləmdən xəbər verdikdə, şəxs tərəfindən 

qəbul  edilsə,  bu  hökm  təsdiq  olur  (Diqqət).  Əks  halda  isə,  hökm, 

hələ  təsəvvür  olaraq  qalır.  Məsələn:  "Məşuqun  üzü  aydır";  "Qızıl 

dağı  sarıdır"  küni  tam  xəbəri  mürəkkəb  sözlər  hökmdür,  amma 

təsdiq deyil. Çünki bu hökmlərdə bir növ yalan vardır və həqiqətdə 

xarici  aləmdən  xəbər  vermir.  Yaxud  birinci  hökm  bir  şairin 

tərəfindən təsdiqlənən, ikinci hökm isə filosofun zehni varlıq olaraq 

təsdiq etdiyi, həqiqətdə 

^ Bax: I hissə, III fəsil 

205 



Məntiq ____________________________________________________________  

isə xarici aləmdə predmetləri olmayan təsəvvürlərdir. Başqa sözlə, 

hökm xarici aləmlə uyğunluq təşkil etsə və ya onun xarici aləmdə 

predmeti  olsa  və  insan  bunu  qəbul  etsə,  təsdiq  elmi  olur.  Hökm 

xarici  aləmdə  (xarici  məkanda)  baş  verən  hadisənin  (predmetin) 

zehindəki (zehin məkanmdakı) inikasmm (təsdiqinin) şifahi və ya 

yazılı məkandakı formasıdır (sözdür). 

Hökm dörd məkanda 

Əvvəlki dərslərdə qeyd etdik ki, insan dörd aləmlə üz-üzədir: 

xarici, zehni, yazılı və şifahi. Bu aləmlərin qarşılıqlı əlaqəsilə artıq 

tamşıq. Misal: Sizin hal-hazuda oxuduğunuz bu kitab mövcuddur. 

Yəni  xarici aləmdədir. Onun  sizin  zehniniz-  dəki inikası isə  zehin 

aləmində  yerləşmişdir.  Həmçinin  yuxarıdakı  "Hal-hazırda 



oxuduğunuz bu kitab mövcuddur" sözü yazıb aləmdə yer almışdır. 

Əgər  onu  tələffüz  etsək,  şifahi  aləmdə  yer  alar.  Deməli,  hər  bir 

sözün  (yazılı  və  şifahi)  dəlalət  etdiyi  pred-  met  ya  xarici,  ya  da 

zehin  aləmindədir.  Nəzərə  alsaq  ki,  hökm  də  sözdür  və  yazılı, 

yaxud  şifahi  aləmdədir,  deməli,  o  da  xarici,  ya  da  zehni  aləmdə 

olmalıdır.  Amma  sözdən  fərqli  olaraq,  hökmü  məkanlaşdırma 

xəbərə aiddir. Başqa sözlə desək, hökm, yaxud hökmdəki xəbər ya 

xarici,  ya  şifahi,  ya  yazılı,  ya  da  zehni  aləmdə  olmalıdır.  Misal: 

Tutaq  ki.  Günəşin  tutulmasmı  müşahidə  edirik.  Bu  zaman  hökm 

veririk  ki,  "Günəş  tutuldu".  Bizim  burada  Günəşin  tutulmasmı 

müşahidə  etməyimiz  və  onu  təsdiqləməyimiz  zehin  aləminə 

(təsdiq), bu hadisə  bir həqiqət olduğu üçün onun tutulması xarici 

aləmə  (predmet)  və  əvvəlki  cümlədə  dırnaq  içində  gələn  forması 

yazılı aləmə (yazılı hökm), bu hadisəni müşahidə etməyən birisinə 

bu xəbəri tələffüzümüz (şifahi hökm) də şifahi aləmə mənsub olur. 

Necə  ki,  qarşmızdakı  kitab  xarici  aləmə,  onun  zehninizdəki  hər 

hansı surəti (hissi, xəyali, əqli) zehni aləmə və s. məxsusdur. 

206 



Formal Məntiq 

Hökmün tam qavranılma qanunu 

Qammatikadan  məlumdur  ki,  hər  bir  xəbər  cümləsi  ən  azı  iki 

cümlə üzvündən ibarət olur. Yəni mübtəda və xəbərdən. Hər hansı 

bir  hökm,  bəzən  xəbər  cürnləsinin  baş  üzvləri  ilə,  bəzən  isə  baş 

üzvlərlə bərabər, ikinci dərəcəli üzvlərlə ifadə edilir. Əgər hər hansı 

bir hökmü ifadə edən cümlə ikinci dərəcəli üzvlər olmadan, yalnız 

baş  üzvlərlə  ifadə  edilsə,  bu,  dinləyən  tərəfə  həmin  hökmün 

düzgün  çatdırılmasınm  qarşısım  ala  bUər.  Məsələn:  İlahiyyatçı 

filosoflarm  "Fəlsəfə  insam  həqiqətə  çatdırır"  cümləsindəki  hökmə 

baxaq. Bu sözü deyən filosofları bəzi materialist yönlü alimlər qəbul 

etməyərək  deyirlər:  özünüz  də  qəbul  edirsiniz  ki,  sizin  dediyiniz 

fəlsəfə insam təbiətə hakim etmir, buna görə də bu fəlsəfənin heç bir 

əhəmiyyəti yoxdur. 

Bu sözü eşidən bəzi insanlar da belə fikrə gəlirlər ki, doğrudan 

da,  bu  ilahiyyatçı  filosoflarm  öz  dediklərinə  əsasən,  əgər  onlarm 

fəlsəfəsi insam təbiətə hakim etmirsə, nə faydası var? 

Belə  insanlar  bununla  da  fəlsəfədən  uzaq  düşmüş  olurlar. 

Yaxud  "irfan"  ekni  oxuyan  hər  hansı  bir  tələbə,  ariflərin  "fəlsəfə 

hicab  və  maneədir,  insam  isə  həqiqətə  çatdıran  yalmz  eşq, 

mənəviyyat  və  irfandır"  kimi  hikmətli  sözlərindən  təsirlənərək, 

fəlsəfədən uzaq durur və hətta fəlsəfəni qadağan hesab edirlər. 

Belə  qərara  gələn  insanlar  düşünmürlər  ki,  "fəlsəfə  insam 

həqiqətə  çatdırır"  cümləsindəki  hökmün  ikinci  dərəcəli  üzvləri 

haradadır?  Yəni  fəlsəfə  insam  nə  vaxt,  necə,  hansı həqiqətə, hansı 

halda, insamn hansı yönünü və s. həqiqətə çatdırır? İkinci dərəcəli 

üzvləri  təyin  edən  belə  sualları  artırmaq  da  olar.  Hətta  bu  sözü 

deyən şəxsin kim olduğunu, hansı halda dediyini, nə üçün dediyini 

və s. bilmədən fəlsəfəni kənara atmaq düzgün deyil. 

Yaxud  bəzən,  bir  yerdə  fəlsəfəni  tərifləyən,  başqa  yerdə  isə 

tənqid edən bir alimin ziddiyyətli damşdığım düşünürük. 

207 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə