Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə47/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   43   44   45   46   47   48   49   50   ...   119

Məntiq ____________________________________________________________  

iradəli canlı olmaqda insanla müştərək olan "heyvan"lardan ayırır 

və s. 

Uzaq 

-  Bir  mahiyyəti  "uzaq  cins"də  müştərək  olan 

mahiyyətlərdən  ayıran  ümumi  məfhuma  deyilir.  Məsələn, 

"canlılıq"  insamn  "uzaq  fəsl"idir,  çünki  insanı  "cisim"  olmaqda 

müştərək olan "cansız"lardan ayırır. 

Fəslin xüsusiyyətlərində dedik ki, hər bir növün fəsli bu növün 

zatını təşkil edir. Bu zaman belə fəslə 

dayaq 

deyilir. Eyni ilə cins 

də, həmçinin zatı təşkil etdiyindən cinsə də "dayaq" deyilir. Amma 

həmin fəsi özündən yuxarı cinsə nisbətən bölən adlamr. Çünki cinsi 

iki  qismə  ayırır.  Məsələn,  "nitq"  və  "iradə"  insana  nisbətdə 

dayaqdır,  amma  "nitq",  "iradəli  canlı-  ya"a  nisbətdə  isə  böləndir. 

Çünki  nitq  məfhumu  iradəli  məfhumunu  iki  hissəyə  -  insana  və 

qeyri-insana bölür. 

Sinif: Bir növün bir qrup predmetləri, həmin növün başqa qrup 

predmetləri  ilə  zat  və  mahiyyət  baxımmdan  eyni  olsalar  da, 

müəyyən  qeyri-zati  xüsusiyyətə  malik  olduqlarmdan  onlardan 

fərqlənə  bilər.  Məsələn:  insan  məfhumunun  predmetlə-  rini  həm 

alim,  həm  də  cahil  qruplarma  ayırmaq  olar.  Burada  növ  olan 

"insan"  məfhumunun  bir  qrupu  başqa  bir  qrupundan  qeyri-zati 

məfhuma  görə  fərqlənir.  Yəni  insan  məfhumunun  bəzi 

predmetlərinin  üzərinə  "büik,  ekn"  məfhumu  əlavə  olunduqda 

orüar alimə çevrilir və bu ekn məfhumu burada qeyri-zati məfhum 

olur,  çünki  insan  məfhumunun  zatım,  mahiyyətini,  məzmununu 

yalmz "iradəli canlı" və "nitq" məfhumları təşkil edir. Buna görə 

də  bilik  məfhumu  insan  üçün  qeyri-  zati  məfhumdur.  Bir  növün 

predmetlərinin qeyri-zati məfhum  əsasmda bir-birindən ayrılması 

sinifləri yaradır. Deməli, insan məfhumunun predmetlərini alim və 

cahil kimi iki sinfə bölmək olar. 

Sinfə  ayırma  növlərə  ayırma  kimidir,  amma  bu  fərqlə  ki, 

növlərə ayırmada, zatı təşkil edən fəsillər vasitəsi ilə cins və si- 

168 



Zehin və Məntiq 

nifləndirmədə isə zatdan kənar olan qeyri-zati məfhum vasitəsi ilə 

hər hansı bir məfhum bölünür. 

Təbii,  məntiqi  və  əqli  ümumi  məfhum: 

"İnsan  ümumidir 

(məfhum)"  dedikdə,  burada  üç  ünsür  var:  insanm  zatı  insan 

baxımmdan, ümumilik məfhumu ümumilik cəhətindən, yəni onun 

insan  məfhumu,  yaxud  qeyri-insan  məfhumu  olub-olmaması 

nəzərə alınmadan və insanm ümumi sifəti ilə vəhdəti. Başqa sözlə, 

burada üçü məfhum var: isim, sifət və sifətlənmiş isim. 

Əql  qüvvəsi  "ümumilik'Tə  sifətlənmiş  məfhumu  tənha  olaraq 

nəzərə  alsa,  yəni  onun  ümumi  olub-olmamasmı  nəzərə  almadan, 

yalmz  həmin  məfhumım  mahiyyətini  götürsə,  bu  zaman  məqsəd 

predmetin  təbiətidir  və  belə  məfhuma 

təbii  ümumi 

deyilir.  Belə 

təbii  ümumi  xarici  aləmdə  öz  predmetləri  ilə,  yaxud  qeyri-zati 

xüsusiyyətlərlə mövcuddur. 

Əgər  ağıl  (əql)  qüvvəsi  ümumilik  sifətini  təklikdə  nəzərə  alsa, 

yəni  "bir  neçə  predmetə  malik  olma"  məfhumunu  götürsə,  daş, 

ağac, heyvan kimi heç bir məzmım, maddə olmadan nəzərə alarsa, 

təsəvvür  olunan  bu  ümumiliyə 



məntiqi  ümumi 

deyilir.  Məntiqi 

ümumi, yalmz zehində vardır. Çünki əql qüvvəsi onu zehni ümumi 

mahiyyət məfhumlarmdan almışdır. 

Bu  dəfə  də  isim  (məsələn:  insan)  ilə  sifət  (ümumilik)  bərabər 

nəzərə  almarsa,  yəni  insan  məfhumu  bir  neçə  predmeti  olaraq 

nəzərə almarsa, belə ümumi məfhuma da 

əqli ümumi 

deyilir. 

Bu üç məfhum ümumiliklə bərabər həm xüsusiHyə, həm növə, 

həm cinsə və s. aiddir. Məsələn: təbü növ - insan insan baxımmdan, 

məntiqi  növ  -  eyni  mahiyyətə  mahk  müxtəlif  predmetlərin  tam 

həqiqətləri  və  əqli  növ  -  yəni  insan  həqiqət-  cə  eyni  olan  müxtəlif 

predmetlərin tam həqiqəti olduğu halda. 

Eyni  ilə  də  xüsusilik  məfhumu:  "Aristotelin  məntiq  traktatı 



xüsusidir"  hökmünə  baxaq.  Burada  Aristotelin  nəzərdə  tutulan 

məntiq haqqmda yazdığı traktat bir ədəd olduğundan xüsusi 

169 



Məntiq ____________________________________________________________  

dir.  Bu  məfhumun  (yəni  "Aristotelin  məntiq  traktatı"),  yalnız 

məfhumluğunu  nəzərə  alsaq,  təbii  xüsusi,  xüsusiliym  özünü 

təklikdə  nəzərə  alsaq,  bu  xüsusillk  məntiqi  xüsusi  və  Aristotelin 

məntiq  traktatı  məfhumımu  məntiqi  xüsusiliklə  nəzərə  alsaq,  bu 

zaman da əqli xüsusi olar. 



"Qızıl qayda"nın izahı 

Dəlalət dərsində "Qızıl qayda" adlanan aşağıdakı kimi qaydaya 

işarə edib dedik ki, hər bir məfhumun "məzmun"unu açaraq, zehni 

həmin  məfhum  üzərindən,  məzmunda  yerləşən  məfhuma  tərəf 

yönəltmək  olar.  Biz,  artıq  məfhum,  onun  məzmımu  və  həcmi  ilə 

tanışıq. İndi də bu qaydarun izahma baxaq: 

Dəlalət  dərsində,  dəlaləti  şüurlu  və  şüursuz  kimi  iki  yerə 

ayırdıq  və  dedik  ki,  şüursuz  dəlalət  zehnin  özünün  yönəhnə- 

yidirsə, şüurlu dəlalətdə isə digər zehinlərin yönəldilməsinə baxılır. 

Yəni əgər kiminsə zehnini nəyəsə yönəltmək istəyiriksə, bu zaman 

xüsusi  əşyalarm  xüsusi  düzülüşünə  baxılır.  Bu  zaman  hansısa 

müəyyən  istiqamətə  tərəf  yönəltmək  istədiyimiz  şəxsin  zehnini 

düşündürür və istədiyimiz məqsədə çatırıq. Məsələn: tutaq ki, qarşı 

tərəflə  hansısa  müəyyən  mövzu  haqqmda  danışmaq  istəyirik, 

amma mətləbə birbaşa keçə bilmirik. Belə olan halda dolayısı yoUa 

həmin  mətləblə  ya  bir,  ya  iki,  ya  üç,  ya  da  daha  çox  "məsafə"də 

əlaqəsi olan mövzudan başlayırıq. Fərz edək ki, qarşı tərəflə söhbət 

açmaq  istədiyimiz  mövzu  onun  bizə  verəcəyi  bir  miqdar  borc 

puldur. Məlumdur ki, insan bəzən borcunu istəməyə xəcalət çəkir, 

bunun üçün də bımu dolayı yolla qarşı tərəfə  xatırlatmağa çalışır. 

İndi görək hansısa bir mövzudan başlayıb, "borc" məfhumu üzərmə 

necə  gələ  bilərik  ki,  qarşı  tərəf,  bilmədən  bizə  borclu  olduğunu 

yada  salsm.  Qaydada  deyildiyi  kimi,  hər  bir  məfhumun 

məzmununu açaraq istənilən məfhuma yönəlmək olar. Biz burada, 

"borc" məfhumunun üzərinə gəlmək üçün "nizam" məfhu 

170 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə