Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə44/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   40   41   42   43   44   45   46   47   ...   119

Məntiq ____________________________________________________________  

Qeyri-zati  məfhum  ya  zəruri,  ya  da  qeyri-zəruridir.  Zəruri 

dedikdə,  hər  hansı  bir  varlığm  zatı  yaranarkən,  yaranması  vacib 

olan  digər  bir  xüsusiyyət  başa  düşülür.  Məsələn,  ədədlərin 

cüt-təkliyi kimi. Diqqət olunsa, cüt və təkliyin, ədədin zatım təşkil 

etmədiyi məlum olur. Ədəd, vahidlərin cəmindən ibarətdir; elə ki, 

vahidlər  cəm  oldu,  ədəd  əmələ  gəlir  və  həmçinin  bununla  həmin 

ədəd  ya  cüt,  ya  da  tək  olur.  Ədədlərin  əmələ  gəlməsi  üçün 

vahidlərin  birləşməsi  kifayətdir,  cütlük  və  təklik  isə  vahidlər 

birləşərkən  öz-özünə  yaramr.  Göründüyü  kimi,  burada,  hər  hansı 

bir  məfhumun  yaranması  üçün  aparılan  əməliyyat  zamam  başqa 

bir məfhumun da yaranması lazım olur. Bu, söz dəlalətinin əlaqəli 

növü  ilə  bağlıdır.  Belə  ki,  əlaqəli  dəlalətdə  əşyanm  zatım  təşkil 

etməsə də, onunla bərabər ohnası vacib olan ünsür başa düşülürdü 

(diqqət).  Belə  lazunlı-  lıq  qeyri-zati  zəruri  məfhumları  yaradır. 

Başqa bir misal: insan zatım "canidıq" və "nitq" ünsürləri təşkU edir. 

Bu iki ünsür cəm olduqda, insan yaramr. İnsamn yaranması üçün 

bu iki ünsürün birləşməsi kifayətdir. Bu iki məfhum vahidləşərkən 

insan  yaramr,  bununla  belə,  insana  xas  başqa  xüsusiyyətlər  də 

əmələ gəlir. Yəni bu iki ünsürün birləşməsi ilə insana xas başqa bir 

xüsusiyyət  də  yaranarsa,  onda  bu  xüsusiyyət  insamn  zatım  təşkil 

etməsə  də,  amma  onun  üçün  vacib  olan,  zəruri  olan  xüsusiyyət 

olur.  Niyə  zəruri  olur?  Çünki  dedik  ki,  əgər  yakuz  həmin  iki 

ünsürün birləşməsi üə insan yaramrsa, məlumdur ki, yaranan digər 

xüsusiyyətlər onun zatım təşkil etməməlidir. Məsələn: bu iki ünsür 

birləşərkən insan yaranır, deməli, insan rütqə malik bir varlıq olur. 

Əvvəllər  dedik  ki,  nitq,  əsası  təfəkkürə  söykənən  xüsusiyyətdir. 

Deməli,  nitqə  malik  olmaq,  təfəkkürə  malik  oknaq  deməkdir. 

Təfəkkür isə insanda maraq hissi doğurur, təfəkkür sayəsində yeni 

məlumatlar  əldə  edən  insan  təəccüblənə  bilər.  Yəni  nitqə  malik 

insanda  təəccüb  xüsusiyyəti  yaranır.  Göründüyü  kimi,  burada 

nitqin  yaranması  ilə  öz-özünə,  zəruri  olaraq  təəccüblənmə 

xüsusiyyəti meydana 

158


 


Zehin və Məntiq 

gəlir.  Bu  təəccüblənmək  xüsusiyyəti  insan  üçün  zati  yox,  qey- 

ri-zati, amma zəruri xüsusiyyət olur. Başqa sözlə. Allah-taala inşam 

yaradarkən  həmin  iki  ünsürü  birləşdirir.  Məlumdur  ki,  xarici 

aləmdə,  yalmz  bu  iki  ünsürdən  ibarət  olan  insan  yoxdur.  Bu  iki 

ünsürdən ibarət olan insan, yalnız zehindədir. Yəni bu iki ünsürdən 

əmələ gələn, yalmzca məfhumdur. Amma Allah- taala inşam xarici 

aləmdə  yaradarkən  elə  bu  iki  ünsürü  yaradır,  xarici  aləmdə  var 

olma isə qalan əsas olmayan cüzi əlamətləri də əmələ gətirir. Yəni 

Allah  inşam  xarici  aləmdə  yaradır  və  bu  xarici  aləmdə  yaranma 

zəruri  olaraq başqa  xüsusiyyətləri də  yaradır. Bu,  eyni  ilə  Allahm 

Günəş və cisimləri ya- ratmasma bənzəyir. Belə ki. Günəş və işığm 

xarici  aləmdə  yaranması  kölgə  əmələ  gətirir.  Yəni  Allah-taala 

kölgəni Günəş və cisimlər kimi birbaşa yaratmır. Onun yaranması 

ikinci mərhələdə dolayısı yolla baş verir. 

Qeyri  zəruri  dedikdə  isə,  zəruriliyin  əksi  başa  düşülür. 

Məsələn,  insamn  saçımn  rəngi  zəruri  yox,  qeyri-zəruridir.  Necə? 

Cismin  yaranması,  üçölçülü  varlığm  yaranması  deməkdir.  Yəni 

əgər  üçölçülü  varlıq  yaranarsa,  bu,  cisim  olur.  Rəngin  isə  olması 

cisim üçün vacib deyil. Necə ki, bəzi cisimlər vardır ki, rəngsizdir. 

Qeyd  edək  ki,  mücərrədləşdirmədəki  əsas  olmayan  əlamətlər 

dedikdə,  buradakı  zəruri  olmayan  qeyri-zati  məfhumlar  başa 

düşülür.  Məsələn,  insan  məfhumunun  məzmununu  zati  olan 

canlılıq  və  nitq  təşkü  edir,  amma  onun  rəngi,  boyu  və  s. 

xüsusiyyətləri qeyri-zati zəruri olmayan məfhumlardır. Əlbəttə, bu 

qeyri-zati  məfhumlarm  özü  də  mücərrədləşdirmə  əsa-  smda 

yaramr (diqqət). 

Zati və qeyri-zati məfhumun xüsusiyyətləri 

1.

 



Zati  məfhum,  predmetlərinin  zatmı  təşkil  etdiyi  üçün, 

onlardan nə xarici aləmdə, nə də zehni aləmdə ayrılmazdır. 

159 



Məntiq  ___________________________________________________________  

2.

 



Əgər  zati  məfhum  olmasa,  mahiyyət  nə  xarici  aləmdə 

mövcud olar, nə də ki, zehni aləmdə düzgün təsəvvür edüə bilər. 

3.

 

Zati  məfhum,  zatı  təşkil  etdiyi  üçün  səbəbi  yoxdur,  yəni 



predmetin zatırun mövcud olması üə zati məfhum da mövcud olur. 

4.

 



Bir  qeyri-zati  məfhumun  bir  məfhumun  predmetlərinə 

nisbətən  "xüsusi  qeyri-zati",  başqa  birinə  nisbətən  "ümumi 

qeyri-zati"  olması  mümkündür.  Məsələn,  "yeriyən"  məfhumu 

"yalnız  yeriyənlər"  məfhumunun  predmetlərinə  nisbətən  xüsusi, 

insana nisbətən isə ümumi qeyri-zatidir. 

5.

 



Bəzi  məfhumlar  bir  mahiyyətə  nisbətən  qeyri-zati,  başqa- 

sma  nisbətən  isə  zati  ola  bilər.  Məsələn,  "rəng"  məfhumu  cisim 

məfhumuna  nisbətən  qeyri-zatidir,  çünki  cisim  yalnız  üç-  ölçülü 

maddi varlıqdan ibarətdir, "ağ", "qırmızı" və "yaşıl" məfhumlarma 

nisbətən isə zati məfhumdur. 

Bu məfhumlar haqqmda gələn dərslərdə də söhbət açdacaq. 

 

160 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə