Rəhim Həsənov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/40
tarix23.11.2017
ölçüsü2,8 Kb.
#11778
1   ...   23   24   25   26   27   28   29   30   ...   40

 
108 
 
ünsürlərinə  də  rast  gəlinir,  uşağın  ailə  mühitindən 
məktəb  mühitinə  cəlb  olunması  prosesi  onun 
cəmiyyətdə ilk çıxışı kimi izah olunur. 
Hegelə  görə  gənc  insanın  ruhu  hər  zaman 
yaşadığı  mühitlə  əkslik,  ziddiyyət  təşkil  edir.  Gəncin 
şüurunda  yaranmış  ideya  dünyanı  dəyişdirməyə, 
inqilab etməyə meyl edir. Hər bir fərdin həyatına cinsi 
yetkinlik  dövrünün  başlaması  artıq  uşaqlıq  dövrünün 
bitdiyini  və  gənclik  dövrünün  başladığına  bir  işarə 
hesab  oluna  bilər.  Uşaqlıq  dövründən  fərqli  olaraq 
gənc  daima  öz  ətraf  mühiti  ilə  ziddiyyət  içərisində 
yaşayır.  «Onun  idealında  olan  substansional  ən 
ümuminin  mahiyyətcə  dünyada  artıq  öz  inkişafını 
tapdığını  və  gerçəkləşdiyini  gəncin  xəyalçı  ruhu 
anlamaq  durumunda  deyil.  Bu  ən  ümuminin 
gerçəkləşməsi  onun  üçün  öz  idealından  geri  qalmış 
görünür»  (18,  səh.  137).  Gəncin  təfəkküründə 
yaranmış bu ideya dünya ilə ziddiyyətin əsasını təşkil 
edir, onun uşaqlıq dövründəki «dünya ilə harmoniya» 
fikrindən  alıb  uzaqlara  doğru  götürməyə  başlayır. 
Hegelə görə gəncin şüurunda yaranmış bu ziddiyyətin, 
bu əksliyin qarşısını almaq üçün onun mükəmməl bir 
təhsilə  ehtiyacı  vardır.  Yalnız  bundan  sonra  gənc 
özünün  yaratdığı  ideal  təsəvvürlərdən  xilas  ola  bilər 
və  özünü  inqilaba  olan  meylindən  azad  edər.  Bunun 
üçün  gəncin  şüurunda  ruh  düşgünlüyünü  vacib  bir 
qüvvə  kimi  ortaya  çıxartmaq  lazımdır.  Öz  idealını 
gerçəkləşdirməyə  can  atan  gəncin  fəaliyyət  zamanı 
xırdalıqlarla  qarşılaşması  hadisəsi  ruh  düşgünlüyünü 


 
109 
 
bir proses kimi ortaya çıxarır, lakin təbii cəhətdən zəif 
olan  insanlarda  ömrü  boyu  davam  edir.  Hegel  belə 
qənaətə  gəlir  ki,  fərd  gənclik  dövründən  başlayaraq, 
dünyanı bitgin bir şəkildə qavramağa başlamalıdır.  
Hegelə görə dünyanı qavramağa başlayan gənc 
artıq  yaşlı  insan  olur.  Dünyanı  dərk  edən  yaşlı  insan 
artıq öz idealının mənasız olduğunu anlayır, idealının 
məhvi  ilə  bağlı  fərddə  yaranmış  kədər  duyğusu  yaş 
ötdükcə  itib-batır.  Hegel  belə  qənaətə  gəlir  ki,  ayrı-
ayrı  fərdlərin  fəaliyyəti  üçün  geniş  bir  məkan  var  və 
bu məkanda inkişafa aparan hər cür fəalliyyətə qadağa 
qoyulmamalı, 
əksinə 
hüdudsuz 
bir 
şərait 
yaradılmalıdır.  Özünün  yaratdığı  dialektik  sistemə 
görə  yaşlı  nəsil  mükəmməl  bir  dünyagörüşünə 
sahibdir,  gerçəklikdəki  bütün  predmetlərlə  onun 
qarşılıqlı təsiri məqsədəuyğun bir tərzdə aparılır. Onu 
da  qeyd  etmək  yaxşı  olardı  ki,  Hegel  yaşlı  insan 
dedikdə  orta  yaşlı  və  yuxarı  yaşlı  insanları  nəzərdə 
tuturdu.  
Bütün  bunlarla  birlikdə  yaşlı  nəsildə  dünyanı 
dəyişdirmək, onu yenidən qurmaq, yəni, inqilab etmək 
kimi  fikirləri  yoxdur.  Hegelə  görə  bunun  əsas  səbəbi 
yaşlı nəslin fəaliyyət dairəsinin daha da genişlənməsi 
ilə  yaradıcılıq  imkanlarının  ən  ali  səviyyəyə 
çatmasıdır.  Yaşlı  insan  qocaldığı  zaman  onun  həyatı 
maraqsız olmağa başlayır, bir zamanlar onun yaratdığı 
idealı  artıq  həyata  keçməyib,  gələcəkdə  keçməsinə, 
mövcud  olmasına  isə  heç  bir  ümid  yoxdur.  Lakin  o 
həyatda  topladığı  təcrübəni  gənc  nəslə  öyrətməyə 


 
110 
 
artıq  dərəcədə  həvəslidir,  çünki  o,  artıq  bir  müdrik 
kimi  təkmilləşmiş  həyatını  yaşayır.  Gənc  fərdlər 
təlim-tərbiyə  prosesində  öyrəndiyi  hələ  azdır,  onların 
müdrik  və  yaşlı  insanın  nəsihətinə  hər  zaman 
ehtiyacları  vardır  və  bu  ehtiyac  ödənilməsi  verilmiş 
təlim-tərbiyənin  heç  bir  əhəmiyyəti  olmaz,  elə  buna 
görə  yaşlı  nəslin  müdrik  insanları  gənclərin  həyatına 
ağıllı müdaxilə etməli, yaddaşlarına hopmuş təcrübəni 
gənc nəslə ötürməlidir. 
Hegel  yaş  dövrlərinin  sonunda  insanın  «canlı 
təkcəliyin  abstrakt  inkarı»  olan  ölüm  hadisəsinin 
yaranmasının  labütlüyünü  vurğulayır.  «Canlı  varlığın 
təbiətdə  üç  forması  vardır:  hissetmə,  qıcıqlanma  və 
özünü  törətmə»  (17,  səh.399).  Özünü  törətmədən 
sonra  canlı  varlıq  təkcə  olduğundan  sonsuz  bir  güc 
olan  ümumi  varlığın  iradəsinə  tabe  olur.  Çünki  insan 
həyatı  ziddiyyətlərdən  ibarətdir,  ölüm  isə  bu 
ziddiyyətləri aradan qaldırır.  
Hegel  xalis  təbii  ruhun  axırıncı  formalarının 
yuxu  və  oyaqlıq  olduğunu  göstərir.  Yuxu  ruhun 
neytral  və  heyvani  bir  halıdır,  bu  zaman  ruhi 
fəaliyyətin  nəticəsində  yalançı  və  saxta  təsəvvürlər 
formalaşır.  Yalnız  nadir  hallarda  yuxunun  gerçək 
həyatla  bağlantısı  ola  bilər,  çünki  təfəkkür  və 
düşünmək  yalnız  insana  aid  olan  bir  xüsusiyyətdir. 
Oyaqlıq zamanında isə ruh predmetlə ya əksilik, ya da 
vəhdət  təşkil  etməlidir.  Oyaqlıq  durumunda  insan 
özünü mən kimi qavrayır, başqa sözlə desək təfəkkür 
fəaliyyətə keçir. Ruhun oyaq vəziyyətində konkretlik, 


 
111 
 
aydınlıq,  şüur  fəaliyyəti  kimi  proseslər  vaş  verir,  bu 
proseslərə yuxu halında rast gəlmək olmur. 
Yuxu  ilə  oyaqlıq  arasındakı  oxşar  cəhət  isə 
orqanizminin  üzvi  həyat  deyilən  vəziyyətində  ortaya 
çıxır.  Üzvi  həyata  –  həzm  sistemi,  qan  dövranı,  tər 
ifrazı  və  tənəffüsü  aid  edən  Hegel  bu  proseslərin 
yuxuda  da  davam  etdiyini  söyləyir.  Hegelə  görə  üzvi 
həyatda  baş  verən  proseslər  orqanizmin  bütün  ömrü 
boyu  davam  edir  və  bu  proseslərin  öz  dövrünü  başa 
vurması  ölüm  hadisəsini  ortaya  çıxarar.  Bu  isə  həm 
yuxunun həm də oyaqlığın inkarı deməkdir.  
Düyğu  insan  və  heyvan  ruhlarında  eyni 
əhəmiyyət  kəsb  edir.  Duyğu  hiss  üzvüləri  vasitəsilə 
baş  versə  belə  Hegel  hiss  orqanlarını  ideallaşdırmaq 
kimi  qeyri-adi  bir  fikir  irəli  sürür.  Lamisədən  başqa 
bütün hiss üzvləri perdmetlə birbaşa təmasda olmasını 
da elə bununla izah edir.  
Hegel duyğu ilə əlaqədar olaraq «hiss edən ruh» 
anlayışını  da  ortaya  çıxarır,  onun  mahiyyətini  təhlil 
edir. Hiss edən ruh duyan ruh insanın şüuraltı «mən»i 
ilə xarakterizə olunur. Mahiyyətcə abstrakt olan hissi 
ruh  «düha»,  «dəlilik»  və  «vərdiş»  formalarında 
təzahür edir. Düha insanda «mən»in yaranmasında bir 
mərhələ  təşkil  edir,  buradakı  «mən»  anlayışı  ibtidai 
bir  səviyyədə  «mən»  hələ  hissi  həyatını  yaşayır. 
Müasir  dövrdə  canlı  maqnetizm  deyə  adlandırılan 
hadisəyə  Hegel  «heyvani  maqnetizm»  adını  verir  və 
qeyd  edir  ki,  dühada  passiv  həyat  keçirən  «mən» 
özünü  «heyvani  maqnetizm»  hadisəsi  zamanı  biruzə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə