Rəhim Həsənov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/40
tarix23.11.2017
ölçüsü2,8 Kb.
#11778
1   ...   25   26   27   28   29   30   31   32   ...   40

 
116 
 
izah edir ki, din, əxlaq, hüquq kimi mənəvi xarakterlər 
hissi  şüurda  əks  oluna  bilməz.  «Belə  ki,  hissi  şüurda 
mütləq  zərurət,  ədəbi,  sonsuz,  içəri  olana  sonluluq, 
dalğınlıq,  özü-özündə  dışarılıq  görünüşü  verilir.  Ona 
görə  də  yeni  zamanda  allahı  bilavasitə  bilməyin 
mümkünlüyünü  qəbul  etmək  istəsələr  də  bu  zaman 
yalnız allah vardır – o bizdən kənarda mövcuddur və 
duyğu  üçün  bu  və  ya  başqa  xassələrə  malikdir 
deməklə məhdudlaşırlar» (18, səh.269-270). 
Ruhun fenomenologiyası şüur, özünüdərk və ağıl 
kimi  mərhələlərdən  keçərkən  bunlarda  şüur  da  üç 
mərhələli inkişafdan keçir. Hissi şüur, qavrayışlı şüur 
və düşünən şüur kimi qruplaşdırılan bu üç mərhələdən 
ikincisi  qavrayışla  şüur  hissi  şüurdan  bir  sonrakı 
mərhələni  təşkil  edir.  Hissi  şüurdan  fərqli  olaraq 
qavrayışlı  şüurda  şeylərin  mahiyyəti  şüurun  təsir 
obyektinə  çevrilir.  Qavrayışda  təkcələr  ən  ümumi 
olana  münasibətdə  ortaya  çıxır,  lakin  təkcə  ilə 
ümuminin  vəhdəti  məsələsinə  hələ  də  rast  gəlmək 
mümkün  olmur.  Duyğular  vasitəsilə  dağınıq  halda 
əldə edilən məlumatların qavrayışda yeni bir biçimdə 
toplanması və bunların arasında əlaqələrin axtarılması 
«mən»in özünə doğru dərinləşməsinə səbəb olur. 
Hegel qavrayışı mənlik şüuru kimi izah edir və 
burada  təcrübənin  və  müşahidənin  roluna  xüsusilə 
böyük əhəmiyyət verir. Hegelə görə Kant fəlsəfəsində 
şüurun  ruhu  dərk  etdiyi  pilləsi  əslində  qavrayışlı 
şüurdan  başqa  bir  şey  deyildir.  Şüur  burada  «mən»ə 
dərinləşdiyi  zaman  əslində  obyektə,  predmetə  doğru 


 
117 
 
dərinləşir.  Təkcəliyi  bərtərəfləşdirən  şüur  şeyi  ideal 
bir  formada  müəyyənləşdirir  və  bunun  nəticəsində 
«mən»  predmetin  daxili  meyarlarına  nüfuz  edir. 
Lakin, təkcə ilə ən ümumi olan birlik təşkil edə bilmir 
və  bu  da  onların  qarışmasına  səbəb  olur.  Təkcə 
şeylərin 
müşahidəsi 
nəticəsində 
ziddiyyətlərlə 
qarşılaşır,  bu  da  qavrayışın  ziddiyyətlərdən  ibarət 
olmasına gətirib çıxarır.  
Bu  ziddiyyətlərin  həll  olunması  üçün  şüurun 
yeni  bir  pilləyə  ehtiyacı  vardır.  Bu  mərhələ,  bu  pillə 
şüurun inkişafında son mərhələ olan düşünən şüurdur. 
Burada artıq obyekt subyektə çevrilir, şüur özü-özünü 
predmetə çevirir, özü üçün mövcud olur. Hegelə görə 
düşüncədə  şüur  predmetdən  öz-özünə  dönüş 
mərhələsini  həyata  keçirir,  öz  təəssüratını  özü 
üzərində  canlandırır,  yəni,  özünə  refleksiya  prosesini 
həyata  keçirir.  Burada  predmet  artıq  «mən»  kimi 
müəyyənləşir, artıq düşünən şüura çevrilir. 
Bu  zaman  şüur  yeni  bir  mərhələyə  münçər  olur 
və  artıq  mənlik  şüuruna  çevrlir.  Bu  isə  şüurda 
özünüdərk  məsələsini  qarşıya  qoyur.  Özünüdərk 
şüurunun  təməlini  təşkil  edən,  onun  bünövrəsini 
yaradan  bir  anlayışdır.  Özünüdərkdə  artıq  reallıq 
mövcud  deyildir,  burada  azadlıq  mücərrəd  bir 
mahiyyət  kəsb  edir.  «Mən»  =  «mən»  deyimində 
mütləq idrak və azadlıq prinsipi ifadə olunur. Azadlıq 
və  idrak  budur  ki,  mən  «mən»  =  «mən»  formasına 
yüksəlirəm,  mən  hər  şeyi  mənə  məxsus  bir  şey  kimi 
«mən»  kimi  dərk  edirəm,  hər  bir  obyekti  mən 


 
118 
 
sistemdə  bir  həlqə  olaraq  özüm  kimi  başa  düşürəm  - 
qısa deyilərsə eyni bir şüurda mən həm «mən»ə həm 
də dünyaya malik oluram, dünyada özümü, özümü isə 
dünyada  yenidən  tapıram,  öz  şüurumda  olan 
obyektivliyə  malik  oluram  (18,  səh.275).  Hegel 
özünüdərk anlayışını belə xarakterizə edirdi.  
Ruhun  fenomenologiyasında  şüurdan  sonrakı 
mərhələni  yaradan  özünüdərk  anlayışının  təsnifatını 
verərkən  onun  istək,  tanıyan  özünüdərk,  ən  ümumi 
özünüdərk  kimi  Hegel  tərəfindən  sıralanırdı.  Bütün 
bunlar  özünüdərkin  yəni  mənlik  şüurunun  inkişaf 
mərhələlərini  yaradan  anlayışlardır  və  özünüdərkin 
məqsədinə  doğru  getdiyi  yolda  təzahür  edilir.  Eyni 
zamanda  bu  anlayışlar  ruhun  fenomenologiyasından 
psixologiyaya  keçid  mərhələsini  təşkil  edir.  Ruhun 
fəal  xarakterini  ortaya  çıxaran  istək  anlayışı 
özünüdərk prosesinin yaranmasına səbəb olur. Burada 
ruhun 
fəallığı  «mən»  lə  predmetin  arasında 
ziddiyyətin  yaranmasına  bais  olur.  Lakin,  özünüdərk 
prosesi  mütləq  bir  fəaliyyətdir,  bu  isə  onun  varlıq 
olmaması  deməkdir.  Özünüdərk  və  ya  mənlik  şüuru 
bu  səbəbdən  də  ziddiyyətin  öhdəsindən  gəlməyi 
bacarır,  yəni,  predmeti  əhatə  dairəsinə  almağa  nail 
olur.  Şeylərdə  çatışmayan,  bitərəf  qalan  yalnız  onun 
zahirində  idi,  mənlik  şüuru  isə  onun  daxilini  əhatə 
edir.  Hegel  bu  mövzuya  «Ruhun  fenomenologiyası» 
əsərində də toxunmuş, lakin burada fərqli bir yöndən 
izah  etmiş,  insanlara  deyil,  heyvanlara  müncər 
etmişdi. 


 
119 
 
Özünüdərk anlayışının ikinci mərhələsi tanıyan 
özünüdərk  bir  özünüdərkin  başqa  bir  özünüdərklə 
münasibətini  xarakterizə  edir.  Burada  təkcə  ilə  ən 
ümumi  olanın  birləşməsi  prosesi  başlayır.  Bu  proses 
onların  bir-birini  tanıması  ilə  xarakterizə  olunur. 
Obyektiv  mahiyyətə  malik  oan  «mən»  başqa  bir 
«mən»ə  çevrilir.  Hegelə  görə  insanın  digər  insanlara 
qarşı  qeyri-münasibət  göstərməsi  ruhun  təbiət 
şeylərini özünə ram  etməsi istəyində yaranır. Ağa ilə 
kölə  münasibətlərinin  hökm  sürdüyü  bir  zamanda 
azadlığın  olmaması  təbii  bir  haldır.  Əgər  ağa  köləni 
əsarətdə saxlayırsa, deməli, özünü başqasında görmək 
hissindən də mərhumdur. Bu da ağanın özünün də tam 
azad  olmasından  aşkara  çıxan  bir  prosesdir.  Bu  isə 
Konfutszının özünə vəfa görmədiyin işin başqasına da 
vəfa görmə fikri ilə eyniyyət təşkil edirdi.  
Əsl  azadlıq  isə  insanın  özünü  başqasında  da 
azad  hiss  etməsidir,  azadlıq  eyniyyət  təşkil  etməli  və 
hamı  üçün  eyni  mahiyyətə  malik  olmalıdır.  İnsanın 
özünü ağanın əsarətindən azad etməsi yalnız mübarizə 
nəticəsində  təzahür  edə  bilər.  Köləlikdən  azad  ola 
bilən insan özünü maddi varlıq kimi, ruhi varlıq kimi 
başa  düşür.  İnsan  özünü  ruhi  varlıq  kimi  hiss  etdiyi 
zamansa ədalətsizlik ortadan qalxır. Hegelə görə əgər 
hansısa  bir  insan  özünün  azadlığını  əldə  etmək  üçün 
risk  eləmirsə,  öz  həyatını  azadlığı  naminə  təhlükəyə 
atmırsa  o  insan  kölə  olmağa  layiqdir,  başqa  sözlə 
köləliyə məhkum edilmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə