Rəhim Həsənov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/40
tarix23.11.2017
ölçüsü2,8 Kb.
#11778
1   ...   27   28   29   30   31   32   33   34   ...   40

 
124 
 
baxış  keçirir  və  bu  zaman  yaddaşın  üç  növünü  bir-
birindən  fərqləndirir:  ad  saxlayan  yaddaş,  bərpaedici 
yaddaş, mexaniki yaddaş. Adından da göründüyü kimi 
ad saxlayan  yaddaş adın  mahiyyətini onunla  əlaqədar 
olan  təsəvvürləri  özündə  əks  etdirir.  Bərpaedici 
yaddaşa predmeti seyrsiz və obrazsız dərk edir, insan 
bu  zaman  əsasən  adlar  vasitəsilə  düşünür,  təsəvvür 
adlarda  ortaya  çıxır,  adlar  bərpaedilənin  mənası 
anlamına  gəlir.  Mexaniki  yaddaşa  heç  bir  anlama 
malik olmayan sözlərin adların yaddaşda mexaniki bir 
surətdə  özünə  yer  tapması  prosesidir.  Mexaniki 
yaddaşın  bir  növ  praktikaya  ehtiyacı  vardır  və 
qocalara 
nisbətən  cavanlarda  çox  güclü  bir 
əhəmiyyətə malikdir. Hegelə görə gənclik dövründəki 
insanlar öz istedadlarını yaddaşla birləşdirməyi bacara 
bilsələr onlar böyük nailiyyətləri əldə edə bilərlər. 
Nəzəri  ruhun  sonuncu  pilləsində  yer  alan 
təfəkkür  seyr  vasitəsilə  ona  məxsus  olan  predmeti 
dərk edir. Bilmək, tanımaq qabiliyyətlərini özündə əks 
etdirən  intelligensiya  təfəkküründə  özü-özünü  özü 
üçün  idrak  obyektinə  çevirir.  «İdrakda  təfəkkürün 
formalarının  fəaliyyəti  onların  tənqidi  ilə  eyni 
zamanda  baş  verməlidir.  Təfəkkür  formaları  özü-
özünü  araşdırır,  öz  hüdudlarını  özü  müəyyən  etməli 
və özünün yetərsizliyini aşkar etməlidir. O zaman bu, 
artıq  təfəkkürün  ondan  sonra  gözdən  keçirəcəyimiz 
dialektik  fəaliyyət  olaraq  və  burada  biz  hələ  onun 
barəsində  yalnız  onu  qeyd  etməliyik  ki,  dialektikaya 
təfəkkürün  fəaliyyətinə  gətirilmiş  bir  şey  kimi  deyil, 


 
125 
 
onun  özünə  xas  olan  bir  özəllik  kimi  baxılmalıdır» 
(17, səh.144). Göründüyü kimi Hegel «Fəlsəfə elmləri 
ensiklopediyası»nın  paraqraf  qırxında  təfəkkürü  bu 
sözlərlə  ifadə  edir  və  təfəkkürün  dialektk 
fəaliyyətindən  bəhs  edəcəyinə  söz  verir.  Təfəkkürün 
dialektik  fəaliyyəti  üç  pilləli  bir  fəaliyyətdir:  dərrakə, 
mühakimə  və  əqli  nəticə.  Hegel  dərrakənin  izahını 
verərkən Kantın bu haqda olan fikirlərini təkzib edir, 
düşüncə ilə dərrakə arasındakı fərqləndirilməyə etiraz 
edir.  Təfəkkürün  ikinci  forması  olan  mühakimə 
predmetin  təkcəliyində  birləşən  ümumi  cəhətləri 
müzakirə  obyektinə  çevirir.  Yalnız  təfəkkürün  son 
mərhələsində  anlayış  olduğu  kimi  qavranılır,  burada 
varlıq  özü  üçün  mövcud  olur,  obyektlə  azad  əlaqəyə 
girir.  
Praktiki ruhun inkişafı da üç mərhələdən ibarət 
bir  mahiyyətə  malikdir,  bu  mərhələlər  praktiki  hiss, 
istək  və  zorakılıq,  xoşbəxtlik  formalarında  təzahür 
edir. Bilavasitə təkcə məzmununa malik olan praktiki 
hissdə  iradə  yalnız  özünə  nəzərən  azad  mahiyyətə 
malikdir.  İradənin  obyektiv  ruh  olması  üçün  ilk  öncə 
öz  anlayışını  azadlıqla  eyniləşdirməlidir.  Həzz, 
sevinc,  kədər,  peşmanlıq,  utancaqlıq,  məmnunluq, 
razılıq  -  bunlar  praktiki  hissin  müxtəlif  formalarıdır. 
Praktiki  hissin  predmeti  formasında  allah,  hüquq, 
əxlaq,  mənəviyyat,  qanun  və  s.  kimi  anlayışlar  də 
təzahür edə bilər.  
Praktiki  ruhun  ikinci  forması  olan  istək  və 
zorakılıq  iradəli  intelligensiyanın  inkişafının  son 


 
126 
 
mərhələsidir.  Hegel  istək  anlayışının  ehtirasdan  və 
şəhvətdən  fərqli  və  üstün  xarakterə  malik  olduğunu 
izah edir. Şəhvət subyektivlik və obyektivlik arasında 
əkslik  mərhələsində  olduğundan  təkcə  kimi  təzahür 
edir.  İstəksə  bunun  tam  əksinə  olaraq  tam  kimi  çıxış 
edir  və  ən  ümumini  təmsil  edir.  Ehtiras  isə  mahiyyət 
etibarilə nə xeyirə, nə də şərə aid edilə bilməz, burada 
bütün həyatı maraqların – istedadının, xarakterinin, öz 
ruhunun,  həzzinin  ifadəsi  öz  əksini  tapır.  Hegelin 
nöqteyi  nəzərincə  öz  istəkləri  ilə  silahlanmış  insan 
hələ azad insan demək deyildir. Çünki, istəkləri təkcə 
mahiyyətinə  malik  olan  praktiki  hisslər  yaradır. 
Subyektin 
istəyi, 
məqsədi 
eqoizimlə 
qarışdırılmamalıdır. 
Eqoizm 
özünün 
şəxsi 
maraqlarını,  istəklərini  obyektiv  mahiyyətdən  üstün 
tutur, bir növ özünə aludə olur.  
Praktiki  ruhun  son  inkişaf  mərhələsi  olan 
xoşbəxtlik  azad  ruha  keçid  mərhələsini  hazırlayır. 
Xoşbəxtliyin  əsas  məzmunu  onun  təsəvvürdə 
gerçəkləşəcək  bir  şəkildə  mövcud  olmasıdır, 
təsəvvürün  mücərrəd  xarakterinə  malik  olan  ən 
ümumidir.  Xüsusi  istəklərin  bu  ən  ümumiyə  tabe 
edilməsi  burdakı  inkişafın  əsas  mahiyyətidir.  Yalnız 
bu  ən  ümumilik  refleksiyanın  ən  ümumiliyi  olduğu 
üçün  istəklərin  xüsusi  olması  ucbatından  xarici  bir 
mahiyyət kəsb edir.  
Hegelin  nəzərincə  praktiki  ruhun  inkişafında 
əsas  məqsəd  xüsusi  məzmunlu  istəklərin  xoşbəxtliyə 
ram  edilməsidir.  Ümumiyyətlə  praktiki  ruhu  fərdin 


 
127 
 
subyektiv xarakterlərə malik olan psixi prosesləri kimi 
nəzərdən keçirir. Hegelə görə nəzəri və praktiki ruhun 
vəhdət  formasına  gəlməsindən  azad  iradə  yaranır. 
Gerçək  bir  mahiyyətə  malik  olan  bu  azad  iradə  azad 
ruhun yaranmasına səbəb olur. Azad ruh, gerçək olan 
bir  ruhdur,  azadlıq  ruhun  əsl  mahiyyətidir.  Hegelə 
görə azadlıq ideyası Afrikada və Şərq ölkələrində heç 
bir  zaman  olmamışdır,  gələcəkdə  də  olmayacaq, 
yunanlar  və  romalılarda  isə  azadlıq  yalnız  xarakteri, 
təhsili və fəlsəfəsi ilə seçilən insanlarda təzahür edir. 
Allah  sevgisini  də  özündə  birləşdirən  azadlıq  ideyası 
yalnız  xristianların  mənəviyyatında  özünə  yuva  tapa 
bilmişdir.  Hegelin  nöqteyi-nəzərindən  baxarsaq  kölə 
müdrik həbsxanada zəncirlərlə təcrid olunsa belə azad 
olaraq  qalır.  İnsanın  xoşbəxtliyi  əldə  etməsi  və  azad 
ruh kimi formalaşması cəmiyyətdən kənar mövcud ola 
bilməz.  Subyektiv  ruhun  inkişafının  son  mərhələsi 
olan azadlıq ruhun və ürəyin prinsipi, anlayışı kimi də 
izah olunur. «Hegel azadlığı əsl daxili ziddiyyət hesab 
edirdi.  Onun  fikirincə  azadlıq  odur  ki,  insan  yalnız 
özündən asılı olsun.»(34, səh.455.) 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə