-
28
-
«(Yaxşı əməllərin mükafatı olaraq) öncədən özlərinə nemət (cənnət,
əbədi səadət) yazılmış kəslər cəhənnəmdən uzaqda olacaqlar»
109
. Osman
da onlardandır».
110
13) Əli bin Əbu Talib (r.a.) Kufə məscidində xütbə verdiyi zaman
demişdir: «Ey insanlar! Osmanın əleyhinə danışırsınız, lakin həqiqətən,
mən və Osman Allahın müjdələdiyi müsəlmanlardanıq" – deyib bu ayəni
oxudu:
"Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş
olub taxt üstündə qarşı-qarşıya əyləşərlər"»
111
14) Əli (r.a.) demişdir: «Əbu Bəkrə, Ömərə, Osmana beyət gətirmiş
adamlar onlara beyət gətirdikləri məsələdə mənə də beyət gətirmişlər.
Onlarda qayda belə idi ki, orada iştirak edən adam özü istəyəni seçə bilməz,
o zaman orada olmayan isə seçilmiş adamı rədd edə bilməzdi. Yalnız
mühacirlərin və ənsarların şurası bir adam haqqında eyni fikirdə olub onu
imam adlandıranda, Allahın bu işə razılığı əlaməti sayılardı. Əgər bir nəfər
tənə edərək və ya bidətlə onların işindən özünü kənara çəksəydi, onu
fikrindən daşındırardılar. Etiraz etsəydi, möminlərin yolu ilə getmədiyi
üçün ona qarşı üsyan edərdilər və Allah da ona layiq olduğunu verərdi».
112
15) Məclisi istinadla Cəfər əs-Sadiqdən, o da babalarından, onlar da
Əlidən (r.a.) rəvayət etmişdir ki: «Peyğəmbərimizin (s.a.s.) səhabələrini
söyməməyi sizə vəsiyyət edirəm. Onlar Peyğəmbərdən (s.a.s.) sonra dinə
heç bir yenilik gətirməmişlər. Həqiqətən, Peyğəmbər (s.a.s.) də belə
vəsiyyət etmişdir».
113
16) Xaricilər Əlinin (r.a.) yanına gəlib Osmandan (r.a.) şikayət edəndə,
o Osmanın (r.a.) yanına gəlib belə demişdir: «Arxamdakı adamlar məni
səninlə özləri arasında səfir etmişlər. Allaha and olsun ki, bilmirəm sənə nə
deyim. Elə bir iş yoxdur ki, mən bilim, sən yox. Biz nəyi bilirik, sən də
bilirsən. Bir şeydə səndən irəlidə deyilik ki, sənə onun haqqında məlumat
109
«əl-Ənbiya» surəsi, 10-ci ayə.
110
Əhmədin «Müsnəd» əsəri, 1/475.
111
«əl-Hicr» surəsi, 47-ci ayə.
112
«Nəhcu-l-Bəlağə», səh:366-367 (tərcümədə səh.298, Tehran çapı, 1995-ci il)
113
«Biharu-l-ənvar» 22/305-306.
-
29
-
verək.
114
Səndən bir şey də gizlətməmişik ki, indi onu sənə çatdıraq. Sən
bizim gördüklərimizi görmüsən, eşitdiklərimizi də eşitmisən, sən də
Allahın elçisinin (s.a.s.) səhabələrindən olmusan. Nə ibn Əbu Quhafə (Əbu
Bəkr) nə də İbn əl-Xəttab haqq işində səndən irəli deyillər. Sən Allahın
elçisinin (s.a.s.) atasına, qan qohumluğuna görə onların hər ikisindən də
yaxınsan. Sən onun o biri iki kürəkəninin
115
nail olmadığına nail
olmusan
116
».
117
17) Səid bin Zeyd (r.a.) demişdir: «Mən şəhadət verirəm ki,
Peyğəmbərin (s.a.s.) belə dediyini eşitdim: "On nəfər cənnətlikdir: Əbu
Bəkr, Ömər, Osman, Əli, Talhə, əz-Zubeyr ibnu-l-Əvvam, Sə‘d bin Malik,
Əbdü-r-Rəhman bin Auf, Səid bin Zeyd, Əbu Ubeydə ibnu-l-Cərrah"».
118
18) Əli (r.a.) demişdir: «Mən Məhəmməd peyğəmbərin (s.a.s.) əshabını
gördüm. İçinizdə onlara bənzər bir adam belə görmürəm. Onlar saçları
dağılmış, toz-torpağa bulanmış bir halda sabahı açar, gecələrini namazla
keçirərdilər. Kimi alnını torpağa sürtərdi, kimi üzünü, qiyaməti
xatırlayanda köz kimi yanardılar. Alınları səcdə etməkdən keçinin dizlərinə
dönmüş, qabıq bağlamışdı. Allahı yada salanda əzab qorxusundan, savab
ümidindən göz yaşı tökərdilər. Hətta elə ağlayardılar ki, yaxaları islanar və
yelin əsdirdiyi ağac kimi titrəyərdilər».
119
114
Bu sözlər Əlinin (r.a.) çox təvazökar olduğuna daha bir sübutdur.
115
Burada Peyğəmbərin (s.a.s.) qızları Fatimənin (r.a.) həyat yoldaşı Əli (r.a.) və Zeynə-
bin (r.a.) həyat yoldaşı Əbu-l-As (r.a.) nəzərdə tutulur.
116
Yəni, Peyğəmbərin (s.a.s.) iki qızını – Ruqiyyə (r.a.) və Ummu Gülsüm (r.a.) almısan.
117
«Nəhcu-l-Bəlağə», səh: 234 (tərcümədə səh.169, Tehran çapı, 1995).
118
Əbu Davudun «Sünən» kitabı, 12/262, 3635-ci hədis; «Səhih hədislər silsiləsi»,
3/879 - 3886-cı hədis.
119
«Nəhcu-l-Bəlağə», səh: 143 (tərcümədə səh.257, Tehran çapı, 1995).
-
30
-
IV XƏLİFƏ:
ƏLİ BİN ƏBU TALİB (r.a.)
Adı: Əli bin Əbu Talib
Atasının adı: Əbu Talib
120
bin Əbdü-l-Müttəlib
Anasının adı: Fatimə bint Əsəd
Künyəsi: Əbu-l-Həsən
Ləqəbi: Əbu əs-Sibteyn
121
, Əbu Turab
122
Anadan olduğu tarix: Fil ilindən 30 il sonra (təxminən 600-cü il) Məkkə
şəhərində anadan olmuşdur.
Əli (r.a.) islamı qəbul edən ilk şəxslərdən
123
biridir. O, 10 yaşında islamı
qəbul etmiş, Peyğəmbərin (s.a.s.) ən yaxın səhabələrindən və cənnətlə
müjdələnmişlərdəndir. Bir çox döyüşlərdə iştirak etmiş, malı və canı ilə
islam dininə yardım etmişdir. Osman (r.a.) şəhid olduqdan sonra,
səhabələrin şurası tərəfindən xəlifə seçilmişdir. O, 4 il 9 ay xəlifə olmuş və
islam dininə fayda verən bir çox xeyirli işlər görmüşdür:
1) Sayı 12 minə yaxın, qəlbində mərəz olan xaricilər Peyğəmbərin
(s.a.s.) yolu ilə gedən Əlinin başçılıq etdiyi camaatdan ayrılıb, ona qarşı
çıxdılar və Əlini (r.a.) kafir saydılar. Əli (r.a.) nəsihət etmək üçün Abdullah
bin Abbası (r.a.) onların yanına göndərdi. Onlar Əlini (r.a.) günahkar
saydılar və üç məsələdə onu ittiham etdilər:
1-ci: Nə üçün Əli Müaviyə ilə sülh bağladıqda «əmirə-l-möminin
124
»
ifadəsini qeyd etmədi?
2-ci Nə üçün Əli Müaviyə tərəfdən cariyə
125
götürmədi?
3-cü: Nə üçün Əli Quran və Sünnə (hədis) ilə yox, iki nəfərin
126
danışığı
nəticəsində əldə edilən razılıq ilə sülh bağladı?
120
Adı: Əbd Manaf.
121
Peyğəmbər (s.a.s.) bu ləqəbi ona, iki nəvəsinin (Həsənin və Hüseynin-r.a.) atası
olduğuna görə vermişdir. Əbu Sibteyn – yəni, iki nəvənin atası.
122
Peyğəmbər (s.a.s.) Əlini (r.a.) torpağın üzərində uzandığını görüb, ona bu ləqəbi
vermişdir. Əbu Turab – yəni torpaq atası.
123
İslam dinini qəbul edən ilk şəxslər: qadınlardan Xədicə (r.a.) kişilərdən Əbu Bəkr
(r.a.) uşaqlardan Əli (r.a.) qullardan Zeyd ibnu-l-Haris (r.a.).
124
Yəni, möminlərin əmiri.
125
Yəni, qənimət kimi götürülən qul qadın.
126
Yəni Əbu Musa əl-Əş‘ari və Amr ibnu-l-As.
Dostları ilə paylaş: |