-
40
-
P
EYĞƏMBƏR
(
S
.
A
.
S
.)
ILƏ BU XƏLIFƏLƏR ARASINDA OLAN
QOHUMLUQ ƏLAQƏLƏRI
:
1. Əbu Bəkr (r.a.) Peyğəmbərin (s.a.s.) qayınatasıdır. O, qızı Aişəni
(r.a.) Peyğəmbərə (s.a.s.) ərə vermiş və beləliklə də onunla qohum
olmuşdur.
2. Ömər (r.a.) Peyğəmbərin (s.a.s.) qayınatasıdır. O, qızı Həfsanı (r.a.)
Peyğəmbərə (s.a.s.) ərə vermiş və beləliklə də onunla qohum olmuşdur.
3. Osman (r.a.) Peyğəmbərin (s.a.s.) kürəkənidir. O, Peyğəmbərin
(s.a.s.) qızları Ruqiyyə və Ummu Gülsüm (r.a.) ilə evlənmiş və beləliklə də
onunla qohum olmuşdur.
4. Əli (r.a.) Peyğəmbərin (s.a.s.) əmisi oğlu
173
, həm də kürəkənidir. O,
Peyğəmbərin (s.a.s.) qızı Fatimə (r.a.) ilə evlənmişdir.
5. Həsən (r.a.) Peyğəmbərin (s.a.s.) nəvəsidir.
173
Əli (r.a.) Əbu Talibin oğludur. Əbu Talib isə Peyğəmbərin (s.a.s.) atası Abdullahın
qardaşıdır. Hər ikisi Əbdülmüttəlibin oğlanlarıdır.
-
41
-
Dahi şairlərin
ŞERLƏRINDƏN
Mürsəl nəbidən sonradır mötəbər,
Əbu Bəkrə tay olmamış bir nəfər.
Ömər dini-islama verdi rəvac,
Müsəlmanlığın başına qoydu tac.
Çatıb vəsf üçün Osmanın növbəti,
Həmi izzəti vardır, həmi isməti.
Xəlifə olub növbət ilə Əli,
Məhəmməd onu vəsf edibdir, bəli!
Demiş ki: «Əli olmasaydı əgər,
Qazanmazdı islam bunca zəfər».
Firdovsi
«Şahnamə», səh.19
Bu evə yeddi səqf yaratdın yenə,
Tapşırdın onu da dörd xəlifənə.
Siddiq
174
sədaqətə olmuşdur rəhbər,
Faruqi
175
fərq-dən uzaq bildilər.
O, Allahdan qorxan həyalı qoca
176
,
Tanrının şiriylə
177
həmdərs olunca.
Dördü də bir yolun sarbanı oldu,
Dördü də bir ləkin reyhanı oldu.
Bu dörd xəlifəylə güldü məmləkət,
Hər ev dörd divarla qurular, əlbət.
Bu dördlük birləşdi qoca dünyada,
Bu dördbucaq evi gətirdi dada.
Nizami Gəncəvi,
«Leyli və Məcnun», səh.35
174
Əbu Bəkr (r.a.) nəzərdə tutulur.
175
Ömər ibnu-l-Xəttab (r.a.) nəzərdə tutulur.
176
Osman bin Əffana (r.a.) işarədir.
177
Əli bin Əbu Talibə (r.a.) işarədir.
-
42
-
Gözəldir, səpərək can gövhərini,
Tərifə başlasam dörd yavərini.
Dörd gövhər satan var, dörd gövhər alan,
Artıq-əskiyinə qarışmaz satan.
Əlinin eşqinidə sabitqədəməm,
Ömər sevgisindən uzaq deyiləm.
Hər ikisi nur ilə nurlanır dimaq:
Əbu Bəkr bir şamdır, Osman bir çıraq.
Bu dərviş sifətli dörd böyük soltan,
Dünyaya olmuş dörd təkbir oxuyan.
Nizami Gəncəvi,
«İskəndərnamə», səh.28
«Quran» xəzinədir, şair, gərək sən,
Hər sözü alasan bu xəzinədən.
«Quran»a inandı Məhəmməd, Osman,
Özlərini ona etdilər qurban.
«Quran»ı bəzədi Osmanın qanı
178
,
Din yolunda şəhid etdi o canı.
Şəriətdən kənar elm yoxdur, bil,
Varsa qara xaldır, heç bilik deyil.
Qara xalı üzə heç çıxarma sən,
Gizlət ağ xal kimi iman əhlindən.
Xəqani Şirvani
«seçilmiş əsərlər» səh. 52
178
Osman (r.a.) öz evində xaricilər tərəfindən öldürülərkən qanı oxuduğu (öz əli ilə
yazmış) «Quran»ın üzərinə tökülmüşdür.
-
43
-
SON SÖZ
Peyğəmbərlər
179
və elçilər
180
bir-biri ilə qardaş olduğu kimi, səhabələr,
xüsusən də xəlifələr bir-biri ilə qardaş idilər. Baxmayaraq ki, onlardan
sonra çox fitnələr olmuş, lakin onlar öz zamanında bir-birinə qarşı çox
mehriban, rəhmli olmuşlar. Uca Allah peyğəmbərlərin, elçilərin birini
digərindən üstün etdi:
«Biz peyğəmbərlərin bə‘zisini digərlərindən üstün etdik»
181
«Biz elçilərin bə‘zisini digərindən üstün etdik»
182
Allah eləcə də səhabələrdən bəzilərini digərlərindən üstün etdi. Xüsu-
sən də xəlifələr digərlərindən seçilirdi. İrbad bin Səriyə (r.a.) rəvayət edir
ki, Peyğəmbər (s.a.s.) vəsiyyət edib demişdir: «Sizə Allahdan qorxmağı
və əmirə (xəlifəyə) qulaq asıb, ona itaət etməyi tövsiyə edirəm.
Həqiqətən, məndən sonra çox ixtilaflar görəcəksiniz. O zaman mənim və
xəlifələrimin sünnəsinə
183
riayət edin».
184
Onlar Peyğəmbərin (s.a.s.) əmri
ilə Mədinə şəhərinə hicrət etmiş və beləliklə də bir-birinə qardaş
olmuşlar. Peyğəmbər (s.a.s.) demişdir: «Mühacirlər dünya və axirətdə bir-
birinin vəlisidir
185
».
186
Bu müsəlman ümmətinin hər bir fərdinə səhabələrə münasibətdə məhəb-
bət, itaət, tabeçilik nümayiş etdirmək, onlardan nümunə götürmək, onlarla
fəxr etmək, haqlarını müdafiə etmək və onlar üçün Allahın razılığını diləmək
179
Nəbilər.
180
Rəsullar.
181
«əl-İsra» surəsi, 55.
182
«əl-Bəqərə» surəsi, 253.
183
Sünnənin lüğəti mənası «yol» deməkdir.
184
Əbu Davud. «Sünən», 12/234, 4594-cü hədis.
185
Burada: qardaşı, sevimlisi.
186
«Səhih hədislər silsiləsi», 3/30, 1036-cı hədis.
-
44
-
vacibdir. Bu onların müsəlmanlar üzərindəki haqlarıdır. Çünki onlar
Peyğəmbərdən (s.a.s.) sonra bu ümmətin yolunu işıqlandıran çıraqlardır.
Məhz onlar barəsində Uca Allah buyurur:
«(İslamı) ilk əvvəl qəbul edib (başqalarını bu işdə) qabaqlayan müha-
cirlərə və ənsarlara, həmçinin, yaxşı işlər görməkdə onların ardınca
gedənlərə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdılar. Allah
onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər
hazırlamışdır. Bu, ən böyük qurtuluş və uğurdur!»
187
Bu qısa oçerkdə biz Peyğəmbərin (s.ə.s) ən yaxın səhabələrindən olan,
cənnətlə müjdələnən, nübuvvət məktəbində tərbiyə alan, islam həyatını
onun ilk çağlarından yaşayan, otuz il islam ümmətinə rəhbərlik edən beş
raşidi xəlifə barəsində danışdıq. Onların hamısı Peyğəmbərin (s.a.s.) xəttini
davam etdirmiş, onun sünnəsini rəhbər tutmuş və yolu ilə getmişlər.
Biz həmçinin öyrəndik ki, Əbu Bəkrdən (r.a.) başlayaraq Həsənə (r.a.)
kimi onlardan heç biri hakimiyyətə öz istəyi ilə gəlməmiş, bu məsuliyyətli
işi onlara müsəlmanların şurası tapşırmışdır.
Allah onlardan razı olsun və yaxşı işlərdə bizi onların davamçısı etsin!
Amin!
187
«ət-Tövbə» surəsi, 100.
-
45
-
BƏZİ SÖZLƏRİN İZAHI:
1.
Fil ili: 570-ci (vəya 571) ildə kitab əhlindən olan Əbrəhə adlı birisi
qoşun toplayıb müqəddəs Kəbəni dağıtmaq üçün Məkkəyə yola
düşür. Kəbə yaxınlaşdığı zaman UCA-ALLAH ona böyük bir bəla
göndərir və qoşunu ilə bərabər onu məhv edir. Bu münasibətlə də
bu il Fil ili adlandırılır
2.
Səhabə: Peyğəmbər (s.a.s.) ilə sağlığında görüşüb ona iman
gətirmiş və mömin olaraq vəfat etmiş şəxsə səhabə deyilir.
3.
Fəcr: Sübh namazı.
4.
Ənsar: Peyğəmbərə (s.a.s.) yardım etmiş Mədinə şəhərinin
sakinləri (müsəlmanlar).
5.
Fəzilətli: Hörməti, savabı və s. üstün cəhətləri çox olan şəxs.
6.
Qövmün: Tayfanın
7.
Müşrik: İbadətdə Allaha şərik qoşan.
8.
Münafiq: İki üzlü, (daxildən bir cür olub, zahirdən başqa cür olan)
9.
Nübuvvət: Peyğəmbərlik.
10.
Raşidi: Ədalətli, düz yolda olan şəxslər.
11.
Beyət: Hər hansı bir şəxsin əlini sıxaraq onun xəlifə olmasını və ya
hər hansı bir əhdin yerinə yetirilməsini təsdiq etmək.
-
46
-
Kitabçada istifadə olunan ədəbiyyat
1.
Qurani Kərim
2.
Qurani Kərimin tərcüməsi (Z.Bünyadov, V.Məmmədəliyev)
3.
Səhihu-l-Buxari
4.
Səhih Muslim
5.
Malikin «Muvatta» əsəri
6.
Əhməd ibn Hənbəlin «Müsnəd» əsəri
7.
Əbu Davudun «Sünnə» əsəri
8.
ən-Nəsainin «Sünnə» əsəri
9.
ət-Tirmizini «Sünnə» əsəri
10.
ibn Macənin «Sünnə» əsəri
11.
Abdurrəzzaqın «əl-Musənnəf» əsəri
12.
əl-Hakimin «Müstədrək» əsəri
13.
ibn həcərin «Təqribu-t-Təhzib» əsəri
14.
əl-Albaninin «Səhih hədislər silsiləsi»
15.
Təbarinin «Tarixu-l-Uməm vəl-Muluk» əsəri
16.
İbn kəsirin «əl-Bidayətu vən-Nihayə» əsəri
17.
İbn Əsirin tarixi
18.
Zəhəbinin «Siyəru Ələmun-Nubələ» əsəri
19.
Əkrəmin «Siratu-n-Nəbi» əsəri
20.
Tabarinin təfsiri
21.
İbn Kəsirin təfsiri
22.
Qurtubinin təfsiri
23.
Şövkaninin təfsiri
24.
Bəğavinin təfsiri
25.
Razinin təfsiri
26.
Sə’dinin təfsiri
27.
Şinqitinin təfsiri
28.
Əlusinin təfsiri
29.
Hikmət Bəşirin təfsiri
30.
«Nəhcül-Bəlağa» Əli bin Əbu Talib (r.a.)
31.
«Nəhcül-Bəlağa» nın Azərbaycan dilində tərcüməsi.
32.
Meysəmin «Nəhcül-Bəlağa» ya verdiyi şərhi
33.
Məclisinin «Biharul-Ənvar» əsəri
34.
Ərbilinin «Kəşful-Ğummə fi mərifəti-l-əimmə» əsəri
35.
Əli ibn əl-Hüseynin (əl-Mürtəza) «əş-Şafi» əsəri
36.
Kuleyninin «ər-Rovzə minə-l-Kafi» əsəri
37.
Kuleyninin «əl-Kafi fil-furu» əsəri
-
47
-
38.
Ət-Tabrisinin «əl-İhdicac» əsəri
39.
Əbulqasim Firdovsinin «Şahnamə» əsəri-Bakı 1987-ci il
40.
Nizami Gəncəvinin «Leyli və Məcnun» əsəri-Bakı 1982-ci il
41. Nizami Gəncəvinin «İskəndərnamə» əsəri-Bakı 1982-ci il
42.Xəqani Şirvaninin «Seçilmiş əsərləri»- Bakı 1987-ci il
-
48
-
MÜNDƏRİCAT
Müqəddimə ........................................................................................2
I xəlifə: Əbu Bəkr əs-Siddiq (r.a.) ........................................................5
Əbu Bəkrin fəzilətinə dair ayə və hədislər ............................................6
II xəlifə: Ömər ibnu-l-Xəttab (r.a.)..................................................... 13
Ömərin fəzilətinə dair ayə və hədislər.................................................14
III xəlifə: Osman bin Əffan (r.a.)....................................................... 23
Osmanın fəzilətinə dair ayə və hədislər .............................................. 24
IV xəlifə: Əli bin Əbu Talib (r.a.) ...................................................... 30
Əlinin fəzilətinə dair ayə və hədislər ..................................................32
V xəlifə: həsən bin Əli (r.a.)............................................................... 37
Həsənin fəzilətinə dair ayə və hədislər................................................ 37
Peyğəmbərin (s.a.s.) bu xəlifələrlə olan qohumluq əlaqələri................ 40
Dahi şairlərin şe’rlərindən .................................................................. 41
Son söz ………………………………………………………………..43
Bəzi sözlərin izahı ……………………………………………………45
Kitabçada istifadə olunan ədəbiyyat ………………………………..46
www.azerislam.com
Dostları ilə paylaş: |