Reshidi xelifeler doc



Yüklə 424,02 Kb.
Pdf görüntüsü
səhifə10/14
tarix16.11.2017
ölçüsü424,02 Kb.
#10429
1   ...   6   7   8   9   10   11   12   13   14

 

28



 -

 

«(Yaxşı  əməllərin  mükafatı  olaraq)  öncədən  özlərinə  nemət  (cənnət, 

əbədi səadət) yazılmış kəslər cəhənnəmdən uzaqda olacaqlar»

109


. Osman 

da onlardandır».

110

 

13)  Əli  bin  Əbu  Talib  (r.a.)  Kufə  məscidində  xütbə  verdiyi  zaman 



demişdir:  «Ey  insanlar!  Osmanın  əleyhinə  danışırsınız,  lakin  həqiqətən, 

mən  və  Osman  Allahın  müjdələdiyi  müsəlmanlardanıq"  –  deyib  bu  ayəni 

oxudu: 

 

 



 

 

"Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş 



olub taxt üstündə qarşı-qarşıya əyləşərlər"»

111


 

 

    14)  Əli  (r.a.)  demişdir:  «Əbu  Bəkrə,  Ömərə,  Osmana  beyət  gətirmiş 



adamlar  onlara  beyət  gətirdikləri  məsələdə  mənə  də  beyət  gətirmişlər. 

Onlarda qayda belə idi ki, orada iştirak edən adam özü istəyəni seçə bilməz, 

o  zaman  orada  olmayan  isə  seçilmiş  adamı  rədd  edə  bilməzdi.  Yalnız 

mühacirlərin  və  ənsarların  şurası  bir  adam  haqqında  eyni  fikirdə  olub  onu 

imam adlandıranda, Allahın bu işə razılığı əlaməti sayılardı. Əgər bir nəfər 

tənə  edərək  və  ya  bidətlə  onların  işindən  özünü  kənara  çəksəydi,  onu 

fikrindən  daşındırardılar.  Etiraz  etsəydi,  möminlərin  yolu  ilə  getmədiyi 

üçün ona qarşı üsyan edərdilər və Allah da ona layiq olduğunu verərdi».

112

 

15)  Məclisi  istinadla  Cəfər  əs-Sadiqdən,  o  da  babalarından,  onlar  da 



Əlidən  (r.a.)  rəvayət  etmişdir  ki:  «Peyğəmbərimizin  (s.a.s.)  səhabələrini 

söyməməyi  sizə  vəsiyyət  edirəm.  Onlar  Peyğəmbərdən  (s.a.s.)  sonra  dinə 

heç  bir  yenilik  gətirməmişlər.  Həqiqətən,  Peyğəmbər  (s.a.s.)  də  belə 

vəsiyyət etmişdir».

113

 

16) Xaricilər Əlinin (r.a.) yanına gəlib Osmandan (r.a.) şikayət  edəndə, 



o  Osmanın  (r.a.)  yanına  gəlib  belə  demişdir:  «Arxamdakı  adamlar  məni 

səninlə özləri arasında səfir etmişlər. Allaha and olsun ki, bilmirəm sənə nə 

deyim.  Elə  bir  iş  yoxdur  ki,  mən  bilim,  sən  yox.  Biz  nəyi  bilirik,  sən  də 

bilirsən.  Bir  şeydə  səndən  irəlidə  deyilik  ki,  sənə  onun  haqqında  məlumat 

                                            

    


109

 «əl-Ənbiya» surəsi, 10-ci ayə. 

    

110


 Əhmədin «Müsnəd» əsəri, 1/475. 

    


111

 «əl-Hicr» surəsi, 47-ci ayə. 

    

112


 «Nəhcu-l-Bəlağə», səh:366-367 (tərcümədə səh.298, Tehran çapı, 1995-ci il) 

    


113

 «Biharu-l-ənvar»  22/305-306. 




 

29



 -

 

verək.



114

  Səndən  bir  şey  də  gizlətməmişik  ki,  indi  onu  sənə  çatdıraq.  Sən 

bizim  gördüklərimizi  görmüsən,  eşitdiklərimizi  də  eşitmisən,  sən  də 

Allahın elçisinin (s.a.s.) səhabələrindən olmusan. Nə ibn Əbu Quhafə (Əbu 

Bəkr)  nə  də  İbn  əl-Xəttab  haqq  işində  səndən  irəli  deyillər.  Sən  Allahın 

elçisinin  (s.a.s.)  atasına,  qan  qohumluğuna  görə  onların  hər  ikisindən  də 

yaxınsan.  Sən  onun  o  biri  iki  kürəkəninin

115


 

nail  olmadığına  nail 

olmusan

116


».

117


 

17)  Səid  bin  Zeyd  (r.a.)  demişdir:  «Mən  şəhadət  verirəm  ki, 

Peyğəmbərin  (s.a.s.)  belə  dediyini  eşitdim:  "On  nəfər  cənnətlikdir:  Əbu 

Bəkr, Ömər, Osman, Əli, Talhə, əz-Zubeyr ibnu-l-Əvvam, Sə‘d bin Malik, 

Əbdü-r-Rəhman bin Auf, Səid bin Zeyd, Əbu Ubeydə ibnu-l-Cərrah"».

118


 

18) Əli (r.a.) demişdir: «Mən Məhəmməd peyğəmbərin (s.a.s.) əshabını 

gördüm.  İçinizdə  onlara  bənzər  bir  adam  belə  görmürəm.  Onlar  saçları 

dağılmış,  toz-torpağa  bulanmış  bir  halda  sabahı  açar,  gecələrini  namazla 

keçirərdilər.  Kimi  alnını  torpağa  sürtərdi,  kimi  üzünü,  qiyaməti 

xatırlayanda köz kimi yanardılar. Alınları səcdə etməkdən keçinin dizlərinə 

dönmüş,  qabıq  bağlamışdı.  Allahı  yada  salanda  əzab  qorxusundan,  savab 

ümidindən göz yaşı tökərdilər. Hətta elə ağlayardılar ki, yaxaları islanar və 

yelin əsdirdiyi ağac kimi titrəyərdilər».

119


 

 

 



 

 

                                            



    

114


 Bu sözlər Əlinin (r.a.) çox təvazökar olduğuna daha bir sübutdur. 

    


115

 Burada Peyğəmbərin (s.a.s.) qızları Fatimənin (r.a.) həyat yoldaşı Əli (r.a.) və  Zeynə-

bin (r.a.) həyat yoldaşı Əbu-l-As (r.a.) nəzərdə tutulur. 

    


116

 Yəni, Peyğəmbərin (s.a.s.) iki qızını – Ruqiyyə (r.a.) və Ummu Gülsüm (r.a.) almısan. 

    

117


 «Nəhcu-l-Bəlağə», səh: 234 (tərcümədə səh.169, Tehran çapı, 1995). 

    


118

 Əbu Davudun «Sünən» kitabı, 12/262, 3635-ci hədis; «Səhih hədislər silsiləsi»,  

 3/879 - 3886-cı hədis. 

    


119

 «Nəhcu-l-Bəlağə», səh: 143 (tərcümədə səh.257, Tehran çapı, 1995). 




 

30



 -

 

IV XƏLİFƏ: 



ƏLİ BİN ƏBU TALİB (r.a.) 

 

 



Adı: Əli bin Əbu Talib 

Atasının adı: Əbu Talib

120

 

bin Əbdü-l-Müttəlib 



Anasının adı: Fatimə bint Əsəd 

Künyəsi: Əbu-l-Həsən 

Ləqəbi: Əbu əs-Sibteyn

121


, Əbu Turab

122


 

Anadan olduğu tarix: Fil ilindən 30 il sonra (təxminən 600-cü il) Məkkə 

şəhərində anadan olmuşdur. 

 

Əli (r.a.) islamı qəbul edən ilk şəxslərdən



123

 biridir. O, 10 yaşında islamı 

qəbul  etmiş,  Peyğəmbərin  (s.a.s.)  ən  yaxın  səhabələrindən  və  cənnətlə 

müjdələnmişlərdəndir.  Bir  çox  döyüşlərdə  iştirak  etmiş,  malı  və  canı  ilə 

islam  dininə  yardım  etmişdir.  Osman  (r.a.)  şəhid  olduqdan  sonra, 

səhabələrin şurası tərəfindən xəlifə seçilmişdir. O, 4 il 9 ay xəlifə olmuş və 

islam dininə fayda verən bir çox xeyirli işlər görmüşdür: 

1)  Sayı  12  minə  yaxın,  qəlbində  mərəz  olan  xaricilər  Peyğəmbərin 

(s.a.s.)  yolu  ilə  gedən  Əlinin  başçılıq  etdiyi  camaatdan  ayrılıb,  ona  qarşı 

çıxdılar və Əlini (r.a.) kafir saydılar. Əli (r.a.) nəsihət etmək üçün Abdullah 

bin  Abbası  (r.a.)  onların  yanına  göndərdi.  Onlar  Əlini  (r.a.)  günahkar 

saydılar və üç məsələdə onu ittiham etdilər: 

1-ci:  Nə  üçün  Əli  Müaviyə  ilə  sülh  bağladıqda  «əmirə-l-möminin

124


» 

ifadəsini qeyd etmədi? 

2-ci Nə üçün Əli Müaviyə tərəfdən cariyə

125


 götürmədi? 

3-cü: Nə üçün Əli Quran və Sünnə (hədis) ilə yox, iki nəfərin

126

 

danışığı 



nəticəsində əldə edilən razılıq ilə sülh bağladı? 

                                            

120

 Adı: Əbd Manaf. 



121

  Peyğəmbər  (s.a.s.)  bu  ləqəbi  ona,  iki  nəvəsinin  (Həsənin  və  Hüseynin-r.a.)  atası 

olduğuna  görə vermişdir. Əbu Sibteyn – yəni, iki nəvənin atası. 

122


  Peyğəmbər  (s.a.s.)  Əlini  (r.a.)  torpağın  üzərində  uzandığını  görüb,  ona  bu  ləqəbi 

vermişdir. Əbu Turab – yəni torpaq atası. 

123

  İslam  dinini  qəbul  edən  ilk  şəxslər:  qadınlardan  Xədicə  (r.a.)  kişilərdən  Əbu  Bəkr 



(r.a.) uşaqlardan Əli (r.a.) qullardan Zeyd ibnu-l-Haris (r.a.). 

124


 Yəni, möminlərin əmiri. 

125


 Yəni, qənimət kimi götürülən qul qadın. 

126


 Yəni Əbu Musa əl-Əş‘ari və Amr ibnu-l-As. 


Yüklə 424,02 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə