Reshidi xelifeler doc



Yüklə 424,02 Kb.
Pdf görüntüsü
səhifə12/14
tarix16.11.2017
ölçüsü424,02 Kb.
#10429
1   ...   6   7   8   9   10   11   12   13   14

 

34



 -

 

 



 

 

 



 

 

"Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş 

olub taxt üstündə qarşı-qarşıya əyləşərlər"

139

»

140


 

 

5)  Əbu  Səid  əl-Xudri  (r.a.)  rəvayət  edir  ki,  «Peyğəmbər  (s.a.s.) 



demişdir:  "Mənim səhabələrimi söyməyin! Həqiqətən, sizdən biriniz  Uhud 

dağı  boyda  qızıl  sədəqə  versə  belə,  onlardan  birinin  verdiyi  bir  ovuca 

(sədəqəyə) hətta yarısına belə çata bilməz"»

141


6)  Səhl  bin  Sə‘d  (r.a.)  rəvayət  edir  ki,  Peyğəmbər  (s.a.s.)  demişdir: 

«Bayrağı  sabah  elə  bir  adama  verəcəyəm  ki,  Allah  onun  əli  ilə 

müsəlmanlara  zəfər  bəxş  edəcək.  Hamı  səhərə  qədər  bayrağın  kimə 

veriləcəyi  haqqında  düşündü.  Səhabələr  səhər  peyğəmbərin  (s.a.s.)  yanına 

gəldilər. Onlardan hər biri bayrağın ona verilməsini arzulayırdı. Peyğəmbər 

(s.a.s.)  Əli  bin  Əbu  Talibin  harada  olduğunu  soruşduqda,  səhabələr  onun 

gözlərindən  şikayət  etdiyini  Peyğəmbərə  (s.a.s.)  xəbər  verdilər.  O,  Əlini 

çağırtdırdı  və  onun  üçün  dua  etdikdən  sonra  onun  gözlərinin  ağrısı  keçdi. 

Peyğəmbər (s.a.s.) bayrağı ona verdi».

142

 

Başqa  bir  rəvayətdə  Peyğəmbər  (s.a.s.)  demişdir:  «Bu  bayrağı  Allahın 



və Onun elçisinin sevdiyi bir insana verəcəyəm».

143


 

7)  Sə‘d  bin  Əbi  Vəqqas  (r.a.)  rəvayət  edir  ki,  «Peyğəmbər  (s.a.s.) 

demişdir: "Harun Musaya yaxın olduğu kimi, sən də mənə yaxınsan"»

144


 

8)  Peyğəmbər  (s.a.s.)  demişdir:  «Əliyə  əziyyət  verən,  mənə  əziyyət 

vermiş kimidir».

145


 

9)  Peyğəmbər  (s.a.s.)  demişdir:  «Əli  məndən  sonra  hər  bir  möminin 

dostu, sevimlisidir».

146


 

                                            

    

139


 «əl-Hicr» surəsi, 47-ci ayə. 

    


140

 Əhmədin «Müsnəd» əsəri, 1/453. 

    

141


 «Səhihu-l-Buxari», 7/25, 3673-cü hədis. 

    


142

 «Səhihu-l-Buxari», 7/87, 3701-ci hədis. 

    

143


 «Səhihu-l-Buxari, «7/87, 3702-ci hədis. 

    


144

 «Səhih Muslim», 15/169, 6167-ci hədis. 

    

145


 «Səhih hədislər silsiləsi», 5/373, 2295-ci hədis. 

    


146

 «Səhih hədislər silsiləsi», 5/263. 




 

35



 -

 

10)  Əbu  Səid  əl-Xudri  (r.a.)  rəvayət  edir  ki,  «Peyğəmbər  (s.a.s.) 



demişdir:  "Nəfsim  əlində  olan  Allaha  and  olsun  ki,  əhli  beytimi 

qəzəbləndirən cəhənnəmə vasil olar"».

147

 

11)  Ummu  Sələmə  (r.a.)  demişdir:  «Mən  peyğəmbərdən  (s.a.s.)  belə 



eşitdim:  "Əlini  sevən  məni  sevmiş,  məni  sevən  isə  Allahı  sevmiş  olur. 

Əliyə nifrət edən mənə nifrət etmiş, mənə nifrət edən isə Allaha nifrət etmiş 

olur"».

148


 

12)  Peyğəmbər  (s.a.s.)  demişdir:  «Ey  Əli!  Səni  yalnız  mömin  sevər  və 

sənə yalnız münafiq olan nifrət edər».

149


 

13)  İbn  Abbas  (r.a.)  rəvayət  edir  ki,  «Ömər  (r.a.)  demişdir:  "Bizim 

içərimizdə ən  gözəl Quran oxuyan  Ubeyy  və ən  gözəl qazi (ədalətlə  hökm 

verən) isə Əlidir"».

150

 

14)  Cabir  bin  Abdullahdan  (r.a.)  Əli  (r.a.)  haqqında  soruşduqda  o 



demişdir: «O, bəşərin (insanların) xeyirlisindən idi».

151


 

15)  Əbu  Harun  deyir  ki,  İbn  Ömərlə  (r.a.)  oturmuşdum,  birdən  Nafi 

ibnu-l-Əzraq  gəldi  və  onun  başının  üzərində  dayanıb  dedi:  «Allaha  and 

olsun, Əliyə nifrət edirəm». İbn Ömər (r.a.) başını ona tərəf döndərib dedi: 

«Allah  sənə  nifrət  etsin!  Dünya  və  onun  içindəkilərdən  üstün  olan  bir 

insana nifrət edirsən?!»

152

 

16)  Əhməd  bin  Hənbəl  demişdir:  «Əlinin  fəzilətləri  ilə  bağlı  olan 



xüsusiyyətlər peyğəmbərin (s.a.s.) başqa səhabələrinə verilməmişdir».

153


 

17) Müdrik olmağı  da onun fəzilətlərindən biridir. Bunu  ondan rəvayət 

olunan çoxsaylı kəlamlar

154


 

da təsdiq edir: 

–  Elm  peyğəmbərlərdən,  mal  isə  (xüsusən)  Qarun  və  Fironlardan 

mirasdır. 

– Elm sahibini, malı isə sahibi qoruyur. 

– Elm sahibinin dostu, mal sahibinin isə düşməni çox olar. 

–  Elmin  oğrudan  qorunmasına  lüzum  yoxdur,  malın  isə  qorunması 

vacibdir. 

–  Elm  sahibi  şərəfli  ünvanlar,  mal  sahibi  isə  (çox  vaxt)  simic  və  xəsis 

kimi ad qazanar. 

                                            

    


147

 «Səhih hədislər silsiləsi», 5/643, 2488-ci hədis. 

    

148


 «Səhih hədislər silsiləsi», 3/287, 1299-cu hədis. 

    


149

 «Səhih hədislər silsiləsi», 4/298, 1720-ci hədis. 

    

150


 «Səhihu-l-Buxari», 3/99. 

    


151

 Əbdu-r-Rəzzaq. «əl-Müsənnəf», 12/82. 

    

152


 Əbdu-r-Rəzzaq. «əl-Müsənnəf», 12/82. 

    


153

 «Müstədrək», 3/107. 

    

154


 «101 sual», səh.72. 


 

36



 -

 

– Xərclədikcə elm artar, mal isə azalar. 



– Zaman keçdikcə elm cilalanır (artır) mal isə çürüyüb tələf olur. 

– Elm qəlbi qüvvətləndirir, mal isə əksinə, zəiflədir. 

– Elm təvazökarlıq, mal isə lovğalıq (təkəbbürlük) gətirir. 

–  Elm  insanda  mərhəmət,  mal  isə  (çox  vaxt)  xəbislik  (tamahkarlıq) 

doğurur. 

 

 



 

 



Yüklə 424,02 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə