Reshidi xelifeler doc



Yüklə 424,02 Kb.
Pdf görüntüsü
səhifə11/14
tarix16.11.2017
ölçüsü424,02 Kb.
#10429
1   ...   6   7   8   9   10   11   12   13   14

 

31



 -

 

Abdullah  bin  Abbas  (r.a.)  onların  etirazlarını  dinlədikdən  sonra  onlara 



dedi: 

1–ci  etirazınıza  cavab:  Məhəmməd  (s.a.s.)  Hudeybiyyə  zamanı 

müşriklərlə  sülh  müqaviləsi  bağladıqda,  "rəsulullah"  (Allahın  elçisi) 

ifadəsini  qeyd  etmədi.  Həmçinin,  Əlinin  (r.a.)  etdiyi  bu  əməl  Sünnəyə 

müvafiqdir. 

2-ci  etirazınıza  cavab:  Deyin  görək  Peyğəmbərin  (s.a.s.)  zövcəsi  və 

möminlərin anası

127


 sayılan qadından (Aişədən) cariyə olarmı? 

3-cü  etirazınıza  cavab:  Həqiqətən  Əli  Quran  ilə  hökm  vermişdir,  çünki 

Uca Allah müqəddəs kitabında buyurur: 

 

 



 

 

 



 

 

 

«[Ey  möminlər!]  Əgər  onların  (ər-arvad  və  s.)  arasında  ixtilaf 

olacağından qorxsanız, o zaman hər tərəfdən bir münsif (vasitəçi) təyin 

edib göndərin. Əgər bu iki vasitəçi onları barışdırmaq  istəsə, Allah da 

onların  köməyi  olar.  Həqiqətən,  Allah  (hər  şeyi)  bilən  və  (hər  şeydən) 

xəbərdardır.»

128


 

 

Bu cavablardan sonra onların əksəriyyəti düz yola qayıtdı. Yerdə qalanı 



isə fitnə-fəsad törətməkdə davam etdilər. Onlar Abdullah bin Xabbəbi (r.a.) 

onun  zövcəsini  və  onlarla  olan  üç  qadını  da  öldürdülər.  Bu  hadisə  Əliyə 

(r.a.)  çox  təsir  etdi.  Bu  dəfə  o,  əl-Hərb  bin  Murranı  (r.a.)  onların  yanına 

göndərdi.  Onlar  Əlinin  (r.a.)  bu  elçisini  də  öldürdülər.  Əli  (r.a.)  onlardan 

öldürülənlərin  qatillərini  tələb  etdikdə,  onlar  qatilləri  Əliyə  (r.a.) 

verməkdən  imtina  etdilər  və:  «Biz  hamımız  qatilik»  –  dedilər.  Səbri 

tükənmiş Əli (r.a.) qoşun hazırlayıb onların üzərinə hücum etdi və Bağdad 

şəhərinin  cənub-şərqində  yerləşən  Nəhrəvan  adlı  yerdə  onların  hamısını 

məhv etdi.

129


 

                                            

    

127


  «Peyğəmbər  möminlərə  onların  özlərindən  daha  yaxındır.  Onun  zövcələri 

möminlərin analarıdır. (Heç kəs onlarla evlənə bilməz)» («əl-Əhzab» surəsi, 6). 

    


128

 «ən-Nisa» surəsi, 35. 

    

129


 İbn Kəsir. «əl-Bidəyətu və ən-Nihəyə», 4-cü cild, 289-cu səhifə. 


 

32



 -

 

2)  «Səffeyn»  və  «Cəməl»  döyüşləri.  Əli  (r.a.)  bunu  İslam  ümmətini 



islah etmək üçün etmişdir. 

 

Əlinin (r.a.) zövcələri və övladları:



130

 

1.  Məhəmməd  peyğəmbərin  (s.a.s.)  qızı  Fatimə.  Övladları:  Həsən, 



Hüseyn, Zeynəb, Ümm Gülsüm. 

Qeyd:  Əli  (r.a.)  Fatimə  (r.a.)  vəfat  edənə  qədər  heç  bir  qadınla 

evlənməmişdir. Fatimə (r.a.) Peyğəmbərdən (s.a.s.) 6 ay sonra Əbu Bəkrin 

(r.a.) xilafəti zamanında vəfat etmişdir. 

2.  Ummu-l-Bənin  bint  hizəm.  Övladları:  Abbas,  Cəfər,  Abdullah,  Os-

man

131


3. Leyla bint Məsud. Övladları: Ubeydullah, Əbu Bəkr. 

4. Ummu Həbib bint Rabiyə. Övladları: Ömər, Ruqiyyə. 

5. Umamə bint Əbi-l-As. Övladı: Məhəmməd

132



 



Vəfat  etdiyi  tarix:  Hicri  tarixi  ilə  40-cı  ildə  sübh  namazını  qılmağa 

gedərkən  Əbdürrəhman  bin  Mülcəm  tərəfindən  qılıncla  vurulub  şəhid 

olmuşdur.  

 

Əlinin (r.a.) fəzilətlərinə dair 



ayə və hədislər: 

 

1) Uca Allah buyurur: 



 

 

 



 

 

 



«Əgər Peyğəmbərə qarşı bir-birinizə  kömək etsəniz, (bilin  ki) Allah 

onun hamisi, Cəbrail, əməlisaleh möminlər və bunlardan sonra (bütün) 

mələklər də onun köməkçiləridir!»

133


 

  

                                            



    

130


 Bu tarixi məlumatları ibn Cərir ət-Tabəri «Tarixu-l-uməm val-muluk»  kitabında (5-ci 

cild, səh.153-154) qeyd etmişdir. 

    

131


 Cəfər, Abdullah və Osman Hüseynlə (r.a.) bərabər Kərbəlada şəhid olmuşlar. 

    


132

 Məhəmməd bin Hənəfiyyə adı ilə tanınmışdır. 

    

133


 «ət-Təhrim» surəsi, 4. 

 



 

33



 -

 

İbn  Abbas  (r.a.)  İbn  Məsud  (r.a.)  İbn  Ömər  (r.a.)  və  başqaları  bu 



ayədəki əməlisaleh möminlərin Əbu Bəkr (r.a.) Ömər (r.a.) Osman (r.a.) 

Əli (r.a.) və başqalarının olduqlarını təfsir etmişlər.

134

 

2) Uca Allah buyurur: 



 

 

 



 

 

«Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan (atəşdən) uzaqlaş-



dırılar. O  kimsə  ki,  malını (Allah  yolunda) verib (günahlardan) təmizlə-

nər. O şəxsin boynunda heç kəsin bir minnəti yoxdur ki, onun əvəzi ve-

rilsin.  O  ancaq  ən  Uca  olan  Rəbbinin  rizasını  qazanmaq  üçün  belə 

edər. And olsun ki, o (öz Rəbbinin cənnətdə ona verəcəyi nemətlərə görə) 

razı olacaqdır»

135


  

 

Əksər təfsir alimlərinin rəyinə görə bu ayələr Əbu Bəkr (r.a.) üçün nazil 



olub və Əli (r.a.) də daxil olmaqla bütün möminlərə şamil edilir.

136


 

3) Uca Allah buyurur: 

 

 

 



 

 

 



«Haqqı (Quranı) gətirən və onu təsdiq edənlər əsl müttəqilərdir»

137


 

 

 Onu təsdiq edənlər Əbu Bəkr (r.a.) Ömər (r.a.) Osman (r.a.) Əli (r.a.) və 

başqa möminlərdir.

138


 

4)  Əli  bin  Əbu  Talib  (r.a.)  Kufə  məscidində  xütbə  verdiyi  zaman 

demişdir:  «Ey  insanlar!  Osmanın  əleyhinə  danışırsınız,  lakin  həqiqətən, 

mən  və  Osman  Allahın  müjdələdiyi  müsəlmanlardanıq"  –  deyib  bu  ayəni 

oxudu: 

 

                                            



    

134


 «Təfsir ibn Kəsir», 4/500. 

    


135

 «əl-Leyl» surəsi, 17-21. 

    

136


 «Təfsir ibn Kəsir», 4/762. 

    


137

 «əz-Zumər» surəsi, 33. 

    

138


 Ət-Tabəri, «Camiul bəyan», 3/24. 


Yüklə 424,02 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə