Reshidi xelifeler doc



Yüklə 424,02 Kb.
Pdf görüntüsü
səhifə13/14
tarix16.11.2017
ölçüsü424,02 Kb.
#10429
1   ...   6   7   8   9   10   11   12   13   14

 

37



 -

 

V XƏLİFƏ: 



HƏSƏN BİN ƏLİ (r.a.) 

 

 



Adı: əl-Həsən bin Əli (r.a.) 

Atasının adı: Əli bin Əbu Talib (r.a.) 

Anasının adı: Fatimə (r.a.) bint Məhəmməd (s.a.s.) 

Künyəsi: Əbu Məhəmməd 

Anadan  olduğu  tarix:  hicrətin  3-cü  ilində  ramazan  ayının  ortalarında 

Mədinə şəhərində anadan olmuşdur. 

 

O, Peyğəmbərin (s.a.s.) ən  yaxın səhabələrindən  və  cənnətlə  müjdələn-



mişlərdəndir. Bir çox döyüşlərdə iştirak etmiş, malı və canı ilə islam dininə 

yardım  etmişdir.  Əli  (r.a.)  şəhid  olduqdan  sonra,  səhabələrin  şurası 

tərəfindən  xəlifə  seçilmişdir.  O,  6  ay  xəlifə  olmuş  və  islam  dininə  fayda 

verən bir çox xeyirli işlər görmüşdür. 

Gördüyü  işlərin  ən  fəzilətlisi,  iki  müsəlman  tayfasının  arasına  düşəcək 

qardaş  qırğınının  qarşısını  almasıdır

155

.  Artıq  bu  barədə  Peyğəmbər  (s.a.s.) 



sağlığında  xəbər  vermişdir:  Əbu  Bəkr  (r.a.)  rəvayət  edir  ki,  «Peyğəmbər 

(s.a.s.)  Həsəni  (r.a.)  göstərib  demişdir:  "Bu  övladım  (nəvəm)  seyiddir

156



Allah təala onun əli ilə müsəlmanlardan olan iki tayfanı islah edəcək"».



157

 

 



Vəfat etdiyi tarix: Həsən (r.a.) hicri tarixi ilə 50-ci ildə zəhərləndirilərək 

şəhid olmuşdur.

158

 

 



Həsənin (r.a.) fəzilətinə dair ayə və hədislər: 

 

1) Uca Allah buyurur: 



 

 

 



 

 

                                            



    

155


 Bu hadisə hicrətin 41-ci ilində baş vermişdir. 

    


156

  Bu  ləqəb  Peyğəmbərin  (s.a.s.)  nəslindən  olan  şərəfli  insanlara  verilir.  Bax:  «əl-

Mucəmu-l-Vasit», 1/461. 

    


157

 «Səhihu-l-Buxari», 7/118, 3746-cı hədis. 

    

158


 «Təqribu-t-Təhzib», səh.240 (1270-cı tərcümə). 


 

38



 -

 

«Əgər Peyğəmbərə qarşı bir-birinizə  kömək etsəniz, (bilin  ki) Allah 



onun hamisi, Cəbrail, əməlisaleh möminlər və bunlardan sonra (bütün) 

mələklər də onun köməkçiləridir!»

159


 

 

 



İbn Abbas (r.a.) İbn Məsud (r.a.) İbn Ömər (r.a.) və başqaları bu ayədəki 

əməlisaleh  möminlərin  Əbu  Bəkr  (r.a.)  Ömər  (r.a.)  Osman  (r.a.)  Əli  (r.a.) 

Həsən (r.a.) və başqalarının olduqlarını təfsir etmişlər.

160


 

2) Uca Allah buyurur: 

 

 

 



 

 

 



«Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan (atəşdən) uzaqlaş-

dırılar. O  kimsə  ki,  malını (Allah  yolunda) verib (günahlardan) təmizlə-

nər. O şəxsin boynunda heç kəsin bir minnəti yoxdur ki, onun əvəzi ve-

rilsin.  O  ancaq  ən  Uca  olan  Rəbbinin  rizasını  qazanmaq  üçün  belə 

edər. And olsun ki, o (öz Rəbbinin cənnətdə ona verəcəyi nemətlərə görə) 

razı olacaqdır»

161


 

 

 



Əksər təfsir alimlərinin rəyinə görə bu ayələr Əbu Bəkr (r.a.) üçün nazil 

olub və Həsən (r.a.) də daxil olmaqla bütün möminlərə şamil edilir.

162

 

3) Uca Allah buyurur: 



 

 

 



 

«Haqqı (Quranı) gətirən və onu təsdiq edənlər əsl müttəqilərdir»

163


 

 

 



Onu  təsdiq  edənlər  Əbu  Bəkr  (r.a.)  Ömər  (r.a.)  Osman  (r.a.)  Əli  (r.a.) 

Həsən (r.a.) və başqa möminlərdir.

164

 

                                            



    

159


 «ət-Təhrim» surəsi, 4. 

    


160

 «Təfsir ibn Kəsir», 4/500. 

    

161


 «əl-Leyl» surəsi, 17-21. 

    


162

 «Təfsir ibn Kəsir», 4/762. 

    

163


 «əz-Zumər» surəsi, 33. 

 

    



164

 Ət-Tabəri, «Camiu-l-bəyan», 3/24. 




 

39



 -

 

4)  Əbu  Səid  əl-Xudri  (r.a.)  rəvayət  edir  ki,  «Peyğəmbər  (s.a.s.) 



demişdir:  "Mənim səhabələrimi söyməyin! Həqiqətən, sizdən biriniz  Uhud 

dağı  boyda  qızıl  sədəqə  versə  belə,  onlardan  birinin  verdiyi  bir  ovuca 

(sədəqəyə) hətta yarısına belə çata bilməz."»

165


 

5) Bəra bin Azib (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) Həsəni (r.a.) 

boynunda  otuzdurub  demişdir:  "Allahım,  həqiqətən  mən  onu  sevirəm  və 

Sən də onu insanlara sevdir!"»

166

 

6)  Uqbə  ibnu-l-Haris  rəvayət  edir  ki,  «Əbu  Bəkr  (r.a.)  Həsəni  (r.a.) 



qucağına götürüb dedi: "Bu, Əlidən çox Peyğəmbərə (s.a.s.) oxşayır". Bunu 

eşidən Əli gülümsədi».

167

 

7)  İbn  Ömər  (r.a.)  rəvayət  edir  ki,  Əbu  Bəkr  (r.a.)  demişdir: 



«Məhəmməd peyğəmbərin (s.a.s.) əhli-beytini (ev əhlini) qorumaqla onları 

mühafizə edin!»

168

 

8) İraq əhli ibn Ömərdən (r.a.) həcc zamanı  milçəyin (başqa rəvayətdə: 



ağcaqanadın)  öldürülməsi  haqqında soruşduqda o  demişdir:  «Onlar milçək 

haqqında  soruşurlar,  halbuki  Peyğəmbərin  (s.a.s.)  reyhan  kimi  nəvəsini 

qətlə  yetirmişlər.  Həsən  və  Hüseyn  (r.a.)  onun  reyhan  qoxulu  nəvələri 

idi».


169

 

9)  Peyğəmbər  (s.a.s.)  demişdir:  «Həsən  və  Hüseyn  cənnətdə  olan 



cavanların seyyididir (yüksək mərtəbədədir)».

170


 

10) Peyğəmbər (s.a.s.) demişdir: «Həsən məndəndir».

171

 

11)  İbn  Kəsir  rəvayət  edir  ki,  «Həsən  (r.a.)  sübh  namazını  qıldıqdan 



sonra  gün  çıxana  qədər  Allahı  zikr  edib,  sonra  da  gedib  Peyğəmbərin 

(s.a.s.) zövcələrinə salam verərdi».

172

 

 



 

 

 



                                            

    


165

 «Səhihu-l-Buxari», 7/25, 3673-cü hədis. 

    

166


 «Səhihu-l-Buxari», 7/119, 3749-cu hədis. 

    


167

 «Səhihu-l-Buxari», 7/119, 3750-ci hədis. 

    

168


 «Səhihu-l-Buxari», 7/119, 3751-ci hədis. 

    


169

 «Səhihu-l-Buxari», 7/119, 3753-cü hədis. 

    

170


 «Səhih hədislər silsiləsi», 2/423, 796-cı hədis. 

    


171

 «Səhih hədislər silsiləsi», 2/450, 811-ci hədis. 

    

172


 «əl-Bidəyə va-n-Nihəyə», 8/40. 


Yüklə 424,02 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə