Reshidi xelifeler doc



Yüklə 424,02 Kb.
Pdf görüntüsü
səhifə14/14
tarix16.11.2017
ölçüsü424,02 Kb.
#10429
1   ...   6   7   8   9   10   11   12   13   14

 

40



 -

 

 



P

EYĞƏMBƏR 

(

S

.

A

.

S

.)

 ILƏ BU XƏLIFƏLƏR ARASINDA OLAN

 

QOHUMLUQ ƏLAQƏLƏRI

 

1.  Əbu  Bəkr  (r.a.)  Peyğəmbərin  (s.a.s.)  qayınatasıdır.  O,  qızı  Aişəni 



(r.a.)  Peyğəmbərə  (s.a.s.)  ərə  vermiş  və  beləliklə  də  onunla  qohum 

olmuşdur. 

2.  Ömər  (r.a.)  Peyğəmbərin  (s.a.s.)  qayınatasıdır.  O,  qızı  Həfsanı  (r.a.) 

Peyğəmbərə (s.a.s.) ərə vermiş və beləliklə də onunla qohum olmuşdur. 

3.  Osman  (r.a.)  Peyğəmbərin  (s.a.s.)  kürəkənidir.  O,  Peyğəmbərin 

(s.a.s.) qızları Ruqiyyə və Ummu Gülsüm (r.a.) ilə evlənmiş və beləliklə də 

onunla qohum olmuşdur. 

4.  Əli  (r.a.)  Peyğəmbərin  (s.a.s.)  əmisi  oğlu

173

,  həm  də  kürəkənidir.  O, 



Peyğəmbərin (s.a.s.) qızı Fatimə (r.a.) ilə evlənmişdir. 

5. Həsən (r.a.) Peyğəmbərin (s.a.s.) nəvəsidir. 

 

 

 



 

                                            

    

173


  Əli  (r.a.)  Əbu  Talibin  oğludur.  Əbu  Talib  isə  Peyğəmbərin  (s.a.s.)  atası  Abdullahın 

qardaşıdır. Hər ikisi Əbdülmüttəlibin oğlanlarıdır.  




 

41



 -

 

Dahi şairlərin 



ŞERLƏRINDƏN

 

 

Mürsəl nəbidən sonradır mötəbər, 



Əbu Bəkrə tay olmamış bir nəfər. 

Ömər dini-islama verdi rəvac, 

Müsəlmanlığın başına qoydu tac. 

Çatıb vəsf üçün Osmanın növbəti, 

Həmi izzəti vardır, həmi isməti. 

Xəlifə olub növbət ilə Əli, 

Məhəmməd onu vəsf edibdir, bəli! 

Demiş ki: «Əli olmasaydı əgər, 

Qazanmazdı islam bunca zəfər». 

 

Firdovsi 



«Şahnamə», səh.19 

 

 



Bu evə yeddi səqf yaratdın yenə, 

Tapşırdın onu da dörd xəlifənə. 

Siddiq

174


 sədaqətə olmuşdur rəhbər, 

Faruqi


175

 fərq-dən uzaq bildilər. 

O, Allahdan qorxan həyalı qoca

176


Tanrının şiriylə

177

 həmdərs olunca. 



Dördü də bir yolun sarbanı oldu, 

Dördü də bir ləkin reyhanı oldu. 

Bu dörd xəlifəylə güldü məmləkət, 

Hər ev dörd divarla qurular, əlbət. 

Bu dördlük birləşdi qoca dünyada, 

Bu dördbucaq evi gətirdi dada. 



 

Nizami Gəncəvi, 

«Leyli və Məcnun», səh.35 

 

                                            



    

174


 Əbu Bəkr (r.a.) nəzərdə tutulur. 

    


175

 Ömər ibnu-l-Xəttab (r.a.) nəzərdə tutulur. 

    

176


 Osman bin Əffana (r.a.) işarədir. 

    


177

 Əli bin Əbu Talibə (r.a.) işarədir. 




 

42



 -

 

         



          Gözəldir, səpərək can gövhərini, 

          Tərifə başlasam dörd yavərini.     

Dörd gövhər satan var, dörd gövhər alan, 

Artıq-əskiyinə qarışmaz satan. 

          Əlinin eşqinidə sabitqədəməm, 

Ömər sevgisindən uzaq deyiləm. 

Hər ikisi nur ilə nurlanır dimaq: 

Əbu Bəkr bir şamdır, Osman bir çıraq. 

Bu dərviş sifətli dörd böyük soltan, 

Dünyaya olmuş dörd təkbir oxuyan. 

 

Nizami Gəncəvi, 

«İskəndərnamə», səh.28 

 

 

 



«Quran» xəzinədir, şair, gərək sən, 

Hər sözü alasan bu xəzinədən. 

«Quran»a inandı Məhəmməd, Osman, 

Özlərini ona etdilər qurban. 

«Quran»ı bəzədi Osmanın qanı

178


Din yolunda şəhid etdi o canı. 

Şəriətdən kənar elm yoxdur, bil, 

Varsa qara xaldır, heç bilik deyil. 

Qara xalı üzə heç çıxarma sən, 

Gizlət ağ xal kimi iman əhlindən. 

 

Xəqani Şirvani 

«seçilmiş əsərlər» səh. 52

                                            

    

178


 Osman (r.a.) öz evində xaricilər tərəfindən öldürülərkən qanı oxuduğu (öz əli ilə 

yazmış) «Quran»ın üzərinə tökülmüşdür. 




 

43



 -

 

SON SÖZ 

 

Peyğəmbərlər



179

  və  elçilər

180

  bir-biri  ilə  qardaş  olduğu  kimi,  səhabələr, 



xüsusən  də  xəlifələr  bir-biri  ilə  qardaş  idilər.  Baxmayaraq  ki,  onlardan 

sonra  çox  fitnələr  olmuş,  lakin  onlar  öz  zamanında  bir-birinə  qarşı  çox 

mehriban,  rəhmli  olmuşlar.  Uca  Allah  peyğəmbərlərin,  elçilərin  birini 

digərindən üstün etdi: 

 

 

 



 

«Biz peyğəmbərlərin bə‘zisini digərlərindən üstün etdik»

181


 

 

 



 

 

 



 

«Biz elçilərin bə‘zisini digərindən üstün etdik»

182


 

 

 



Allah  eləcə  də səhabələrdən bəzilərini  digərlərindən  üstün  etdi. Xüsu-

sən də xəlifələr digərlərindən seçilirdi. İrbad bin Səriyə (r.a.) rəvayət edir 

ki,  Peyğəmbər  (s.a.s.)  vəsiyyət  edib  demişdir:  «Sizə  Allahdan  qorxmağı 

və  əmirə  (xəlifəyə)  qulaq  asıb,  ona  itaət  etməyi  tövsiyə  edirəm. 

Həqiqətən,  məndən  sonra çox  ixtilaflar  görəcəksiniz.  O zaman  mənim  və 

xəlifələrimin  sünnəsinə

183

 riayət  edin».



184

 Onlar Peyğəmbərin  (s.a.s.)  əmri 

ilə  Mədinə  şəhərinə  hicrət  etmiş  və  beləliklə  də  bir-birinə  qardaş 

olmuşlar. Peyğəmbər (s.a.s.) demişdir: «Mühacirlər dünya və axirətdə bir-

birinin vəlisidir

185


».

186


 

Bu müsəlman ümmətinin hər bir fərdinə səhabələrə münasibətdə məhəb-

bət,  itaət,  tabeçilik  nümayiş  etdirmək,  onlardan  nümunə  götürmək,  onlarla 

fəxr etmək, haqlarını müdafiə etmək və onlar üçün Allahın razılığını diləmək 

                                            

    


179

 Nəbilər. 

    

180


 Rəsullar. 

    


181

 «əl-İsra» surəsi, 55. 

    

182


 «əl-Bəqərə» surəsi, 253. 

    


183

 Sünnənin lüğəti mənası «yol» deməkdir. 

    

184


 Əbu Davud. «Sünən», 12/234, 4594-cü hədis. 

    


185

 Burada: qardaşı, sevimlisi. 

    

186


 «Səhih hədislər silsiləsi», 3/30, 1036-cı hədis. 


 

44



 -

 

vacibdir.  Bu  onların  müsəlmanlar  üzərindəki  haqlarıdır.  Çünki  onlar 



Peyğəmbərdən (s.a.s.) sonra bu ümmətin yolunu işıqlandıran çıraqlardır. 

Məhz onlar barəsində Uca Allah buyurur: 

 

 

 



 

 

 



 

 

«(İslamı) ilk əvvəl qəbul edib (başqalarını bu işdə) qabaqlayan müha-

cirlərə  və  ənsarlara,  həmçinin,  yaxşı  işlər  görməkdə  onların  ardınca 

gedənlərə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdılar. Allah 

onlar  üçün əbədi  qalacaqları, (ağacları)  altından çaylar  axan cənnətlər 

hazırlamışdır. Bu, ən böyük qurtuluş və uğurdur!»

187

  

 



Bu  qısa  oçerkdə  biz  Peyğəmbərin  (s.ə.s)  ən  yaxın  səhabələrindən  olan, 

cənnətlə  müjdələnən,  nübuvvət  məktəbində  tərbiyə  alan,  islam  həyatını 

onun  ilk  çağlarından  yaşayan,  otuz  il  islam  ümmətinə  rəhbərlik  edən  beş 

raşidi xəlifə barəsində danışdıq. Onların hamısı Peyğəmbərin (s.a.s.) xəttini 

davam etdirmiş, onun sünnəsini rəhbər tutmuş və yolu ilə getmişlər. 

Biz  həmçinin  öyrəndik  ki,  Əbu  Bəkrdən  (r.a.)  başlayaraq  Həsənə  (r.a.) 

kimi onlardan heç biri  hakimiyyətə  öz istəyi ilə gəlməmiş, bu məsuliyyətli 

işi onlara müsəlmanların şurası tapşırmışdır. 

Allah  onlardan razı  olsun  və  yaxşı  işlərdə bizi  onların davamçısı  etsin! 

Amin! 


 

 

 



 

                                            

187

 «ət-Tövbə» surəsi, 100. 



 


 

45



 -

 

BƏZİ  SÖZLƏRİN  İZAHI: 

 

1.

 

Fil ili: 570-ci (vəya 571) ildə kitab əhlindən olan Əbrəhə adlı birisi 

qoşun toplayıb müqəddəs Kəbəni dağıtmaq üçün Məkkəyə yola 

düşür. Kəbə yaxınlaşdığı zaman UCA-ALLAH  ona böyük bir bəla 

göndərir və qoşunu ilə bərabər onu məhv edir. Bu münasibətlə də 

bu il Fil ili adlandırılır 

2.

 

Səhabə: Peyğəmbər (s.a.s.) ilə sağlığında görüşüb ona iman 

gətirmiş və mömin olaraq vəfat etmiş şəxsə səhabə deyilir. 



3.

 

Fəcr: Sübh namazı. 

4.

 

Ənsar: Peyğəmbərə (s.a.s.) yardım etmiş Mədinə şəhərinin 

sakinləri (müsəlmanlar). 



5.

 

Fəzilətli: Hörməti, savabı və s. üstün cəhətləri çox olan şəxs. 

6.

 

Qövmün: Tayfanın 

7.

 

Müşrik: İbadətdə Allaha şərik qoşan. 

8.

 

Münafiq: İki üzlü, (daxildən bir cür olub, zahirdən başqa cür olan) 

9.

 

Nübuvvət: Peyğəmbərlik. 

10.

 

Raşidi: Ədalətli, düz yolda olan şəxslər. 

11.

 

Beyət: Hər hansı bir şəxsin əlini sıxaraq onun xəlifə olmasını və ya 

hər hansı bir əhdin yerinə yetirilməsini təsdiq etmək. 




 

46



 -

 

Kitabçada istifadə olunan ədəbiyyat 

 

1.

 

Qurani Kərim 



2.

 

Qurani Kərimin tərcüməsi (Z.Bünyadov, V.Məmmədəliyev) 



3.

 

Səhihu-l-Buxari 



4.

 

Səhih Muslim 



5.

 

Malikin «Muvatta» əsəri 



6.

 

Əhməd ibn Hənbəlin «Müsnəd» əsəri 



7.

 

Əbu Davudun «Sünnə» əsəri 



8.

 

ən-Nəsainin «Sünnə» əsəri 



9.

 

ət-Tirmizini «Sünnə» əsəri 



10.

 

ibn Macənin «Sünnə» əsəri 



11.

 

Abdurrəzzaqın «əl-Musənnəf» əsəri 



12.

 

əl-Hakimin «Müstədrək» əsəri 



13.

 

ibn həcərin «Təqribu-t-Təhzib» əsəri 



14.

 

əl-Albaninin «Səhih hədislər silsiləsi» 



15.

 

Təbarinin «Tarixu-l-Uməm vəl-Muluk» əsəri 



16.

 

İbn kəsirin «əl-Bidayətu vən-Nihayə» əsəri 



17.

 

İbn Əsirin tarixi 



18.

 

Zəhəbinin «Siyəru Ələmun-Nubələ» əsəri 



19.

 

Əkrəmin «Siratu-n-Nəbi» əsəri 



20.

 

Tabarinin təfsiri 



21.

 

İbn Kəsirin təfsiri 



22.

 

Qurtubinin təfsiri 



23.

 

Şövkaninin təfsiri 



24.

 

Bəğavinin təfsiri 



25.

 

Razinin təfsiri 



26.

 

Sə’dinin təfsiri 



27.

 

Şinqitinin təfsiri 



28.

 

Əlusinin təfsiri 



29.

 

Hikmət Bəşirin təfsiri 



30.

 

«Nəhcül-Bəlağa» Əli bin Əbu Talib (r.a.) 



31.

 

«Nəhcül-Bəlağa» nın Azərbaycan dilində tərcüməsi. 



32.

 

Meysəmin «Nəhcül-Bəlağa» ya verdiyi şərhi 



33.

 

Məclisinin «Biharul-Ənvar» əsəri 



34.

 

Ərbilinin «Kəşful-Ğummə fi mərifəti-l-əimmə» əsəri 



35.

 

Əli ibn əl-Hüseynin (əl-Mürtəza) «əş-Şafi» əsəri 



36.

 

Kuleyninin «ər-Rovzə minə-l-Kafi» əsəri 



37.

 

Kuleyninin «əl-Kafi fil-furu» əsəri 




 

47



 -

 

38.



 

Ət-Tabrisinin «əl-İhdicac» əsəri 



39.

 

Əbulqasim Firdovsinin «Şahnamə» əsəri-Bakı 1987-ci il 



40.

 

Nizami Gəncəvinin «Leyli və Məcnun» əsəri-Bakı 1982-ci il 



41. Nizami Gəncəvinin «İskəndərnamə» əsəri-Bakı 1982-ci il 

42.Xəqani Şirvaninin «Seçilmiş əsərləri»- Bakı 1987-ci il 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

48



 -

 

MÜNDƏRİCAT 

 

 

Müqəddimə ........................................................................................2 



I xəlifə: Əbu Bəkr əs-Siddiq (r.a.) ........................................................5 

Əbu Bəkrin fəzilətinə dair ayə və hədislər ............................................6 



II xəlifə: Ömər ibnu-l-Xəttab (r.a.)..................................................... 13 

Ömərin fəzilətinə dair ayə və hədislər.................................................14 



III xəlifə: Osman bin Əffan (r.a.)....................................................... 23 

Osmanın fəzilətinə dair ayə və hədislər .............................................. 24 



IV xəlifə: Əli bin Əbu Talib (r.a.) ...................................................... 30 

Əlinin fəzilətinə dair ayə və hədislər ..................................................32 



V xəlifə: həsən bin Əli (r.a.)............................................................... 37 

Həsənin fəzilətinə dair ayə və hədislər................................................ 37 

Peyğəmbərin (s.a.s.) bu xəlifələrlə olan qohumluq əlaqələri................ 40 

Dahi şairlərin şe’rlərindən .................................................................. 41 

Son söz ………………………………………………………………..43 

Bəzi sözlərin izahı ……………………………………………………45 

Kitabçada istifadə olunan ədəbiyyat ………………………………..46 

 

 



 

www.azerislam.com



 

 

Yüklə 424,02 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə