Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə21/59
tarix14.09.2018
ölçüsü1,59 Mb.
#68629
1   ...   17   18   19   20   21   22   23   24   ...   59

ƏSMOR ƏI.IYEV/V 
nik  avtomobilləri  və  idman  və  istirahət  üçün  nəzərdə  tutulmuş  yax-  talar 
əlavə  olundu.  Lakin  bu,  uzun  müddət  cəmiyyətdə  mübahisə  və  narazılıq 
predmeti  oldu.  Fikrimizcə,  məcəlləyə  edilmiş  bu  əlavə  vergiqoymanın 
bütün prinsipləri gözlənilməklə dövlət büdcəsinin gəlirlərinin artırılmasına 
yönəldilmiş  düzgün  və  əsaslandırılmış  addım  kimi  qiymətləndirilməlidir. 
Bunu  bir  sıra  amillərlə  əsaslandıra  bilərik.  Azərbaycan  Respublikasının 
dövlət  büdcəsi  hər  il  büdcə  kəsiri  ilə  işləyir.  Dünya  təcrübəsində  büdcə 
kəsirinin  örtülməsinin  ən  səmərəli  iki  üsulundan  biri  vergilərin 
artırılmasıdır.  Vergilərin  artırılması  da  iki  yolla  həyata  keçirilə  bilər:  a) 
mövcud  vergi  dərəcələrinin  artırılması;  b)  yeni  vergitutma  obyektlərinin 
müəyyən  olunması.  Vergi  dərəcələrinin  artırılması  bir  qayda  olaraq, 
vergiqoymanın  ən  əsas  prinsiplərindən  biri  olan  ədalətlilik  prinsipinin 
pozulmasına  gətirib  çıxarır.  Çünki  vergi  dərəcələrinin  hamı  üçün  eyni 
dərəcədə  artırılması  yüksək  gəlirli  şəxslər  üçün  elə də  hiss olunmayacaq, 
bununla  birgə  əhalinin  gəlirləri  çox  olmayan  hissəsi  üçün  çox  ağır  vergi 
yükü əmələ gətirəcək. Məsələn, onsuz da yüksək dərəcələrdə tətbiq edilən 
və  gəlir  vergisinin  artırılması  vergiqoymanın  ədalətlilik,  vergi  yükünün 
bərabərliyi,  mütənasiblik  və  s.  prinsiplərininin  pozulmasıdır.  Bu,  əslində 
büdcə kəsirinin əhalinin orta və aşağı təbəqəli hissəsinin ödədiyi vergilər 
hesabına örtülməsi deməkdir. 
«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər 
edilməsi barədə» Azərbaycan Respublikasının 15 dekabr 2006-cı il tarixli 
qanunu ilə aksizli malların siyahısına əlavə edilən obyektlər elə obyektlərdir 
ki,  onların  dövriyyəsində  bir  qayda  olaraq  əhalinin  varlı  təbəqəsi  iştirak 
edir.  Bundan  başqa  qeyd  etmək  lazımdır  ki,  idxalda  minik 
avtomobillərindən  və  yaxtalardan  aksiz  vergisi  proqressiv  metodla  alınır, 
yəni  avtomobillərin  və  yax-  taların  mühəiTİklərinin  həcmi,  yəni  birbaşa 
olaraq, qiymətindən asılı olaraq vergilərin dərəcələri artır. Bu isə ona görə 
ədalətlidir ki, 
65 


ƏSMOR
 ƏLIYEVA
 
ucu/, qiymotli maşınların istifadəçilərinin maddi vəziyyəti müxtəlif olsa da, 
bahalı  maşınlar  yalnız  varlı  şəxslər  tərəfindən  gətirilir.  Göstərilən  məsələ 
Adam Smitin nəzəriyyəsində mərkəzi yerlərdən birini tutan vergiqoymada 
ədalətlilik (özü də şaquli ədalətlilik) prinsipinin realizəsidir: daha çox gəlir 
əldə edən dövlətə daha çox vergi venTiolidir.' 
Ümumiyyətlə, dünya təerübəsində belə qəbul olunur ki, ak- siz vergisi 
mahiyyət  etibarilə  bahalı  və  yüksək  rentabelli  malların  üzərinə  qoyulur. 
ABŞ-da  aksiz  vergisini  «günaha  qoyulan  vergi»,^  bəzi  ölkələrdə  isə 
«varlıların ödədiyi vergi» adlandırırlar. Hər bir dövlətdə vergi siyasətindən 
asılı olaraq, aksizli malların siyahısı müxtəlif olsa da, ümumi eəhət eynidir: 
aksiz vergisi geniş istehlak malları sayılmayan, əlavə təmtəraq və istirahət 
üçün nəzərdə tutulan və istehsalçıları üçün yüksək mənfəət nəzərdə tutan 
mallara (spirtli içkilər, tütün məhsulları, xəz məmulatları, qumar oyunları və 
s.) qoyulur. 
Göstərilən  qanunla  aksizli  malların  siyahısına  əlavə  etməklə  dövlət 
başqa  məqsədlər  də  güdə  bilər:  yeni  yaranmaqda  olan  daxili  maşın 
istehsalının  həvəsləndirilməsi,  xariedən  ölkəyə  kütləvi  şəkildə  avtomobil 
gətirilməsinin  məhdudlaşdırılınası  və  s.  ilər  bir  halda  xidmət  etdiyi 
maraqdan asılı olmayaraq, bunlardan hər biri yuxarıda qeyd edilən fikri bir 
daha  təsdiqləyir  ki,  dövlət,  gömriikdə  alaea-  ğı  ödənişlərin  həeıni  və 
istiqamətini  müəyyən  etməklə  daxili  bazarını  və  bütövlükdə  dövlət 
iqtisadiyyatını öz nəzarəti altında saxlayır. 
Gömrük ödənişlərinin həeminin və dairəsinin müəyyən edilməsi, yəni 
gömrük-tarif siyasətinin seçilməsi başqa funksiyalar da daşıya 
' Смит Л. Исследование о природе и причинах богатела народов / Перевод с англ. 
В.С. Афанасьева. М.: Эксмо, 2009, с. 761-762 
^ Финансы: Учебник / Под рсд. В.В. Ковалева. М.: Проспект, 2006, с, 118-119 
66 


ƏSMƏR
 ƏLIYEVA
 
bilər.  Məsələn,  son  zamanlar  dünya  bazarında  müşahidə  olunan  taxıl 
istehsalı böhranı ilə əlaqədar AR Nazirlər Kabinetinin 31 yanvar 2005-ci il 
tarixli  «Azərbaycan  Respublikası  ərazisinə  gətirilən,  əlavə  dəyər 
vergisindən  azal  olunan  malların  siyahısı  haqqında»  qərarına  30  dekabr 
2007-ci il tarixdə edilmiş əlavə və dəyişikliklər nəticəsində taxılın və buğda 
ununun idxalının ƏDV-dən azad olunması ilə bağlı qərarı buna misal ola 
bilər.' 
Gömrük ödəmələrini idxal və ixrac rüsumları ilə eyniləşdirmək olmaz. 
Bu  rüsumlar  gömrük  ödəmələrinin  yalnız  bir  növüdür,-  AR  GM-nin 
1.0.17-ci maddəsinə əsasən gömrük ödəmələri dedikdə, məcəllə ilə nəzərdə 
tutulmuş  hallarda  gömrük  orqanları  tərəfindən  alınan  gömrük  rüsumları, 
vergilər, dövlət rüsumu, yığımlar, haqlar başa düşülür. AR GM-nin 224.1-ci 
maddəsinə əsasən bu ödənişlər aşağıdakılardan ibarətdir: 
-
 
gömrük rüsumu; 
-
 
əlavə dəyər vergisi
-
 
aksizlər; 
-
 
yol vergisi; 
-
 
gömrük yığımları; 
-
 
haqq; 
-
 
dövlət rüsumu. 
AR  GM-dən  fərqli  olaraq,  hüquq  ədəbiyyatında  gömrük  ödəmələrinə 
mal və nəqliyyat vasitələrini keçirən şəxslərdən gömrük orqanı işçilərinin 
aldığı pul vəsaitləri kimi anlayış verilmiş və faktiki olaraq bu ödənişlərin 
dairəsi məhdudlaşdırılmışdır.-' 
Tədqiqatçı alim A.Q.Mirzəyeva isə gömrük ödənişlərinin aşa- 
' Gömrük tarifi. Qanunvericilik toplusu/Tərtib edon A.Əliyev. Bakı: Qanun, 2009, .s. 
1018 
-  Трошкина  T.H.  Таможенные  платежи:  Учсбно-нрактичсскос  пособие.  M.: 
Городец, 2007, с. 6 
Nuriyev C.Q. Gömrük hüququ: Dərslik. Bakı: Təfəkkür NPM, 2002, s. 137 
67 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə