Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə23/59
tarix14.09.2018
ölçüsü1,59 Mb.
#68629
1   ...   19   20   21   22   23   24   25   26   ...   59

ƏSMƏR ƏLİYl'.VA 
çürülür. Gömrük ödonişlorinin ödonilmosindon yayınmaya cohd göstoron 
şoxslorə  bu  cür  ödonişlorin  ödənilməsi  üçün  möhlət  verilmir  və  ya  vaxt 
uzadılmır. 
Gömrük  ödənişlərinin  tutulmasının  növbəti  şərti  kimi  gömrük 
ödənişlərinin  ödənilməsinin  təmin  edilməsi  çıxış  edir  və  bu,  AR  GM-nin 
45-ei  fəslində  əks  olunmuşdur.  Yeni  Gömrük  Məeəlləsində  əvvəlkindən 
fərqli  olaraq  mövcud  və  ya  yarana  biləcək  gömrük  boreu  təminatının 
məcburi  və  fakültativ,  əhatəli  və  əlavə  (və  ya  əvəzedici)  növləri 
fərqləndirilir. 
AR  GM-nin  249-cu  maddəsi  gömrük  ödənişlərinin  ödənilmədiyi 
təqdirdə  məcburi tutulma və  məsuliyyət  tətbiq  etmə qaydalarını  müəyyən 
edir.  Həmin  maddəyə  əsasən  ödənilməmiş  gömrük  ödənişləri  ödəməmə 
faktının  aşkar  edilməsi  vaxtından  asılı  olmayaraq  gömrük  orqanları 
tərəfindən  tutulur.  Gömrük  sərhədindən  kommersiya  məqsədləri  üçün 
nəzərdə tutulmayan malları keçirən fiziki şəxslərdən ödənilməmiş gömrük 
ödənişləri  qanunvericiliyə  əsasən  tutulur.  Ödənilməmiş  gömrük  borcları 
gömrük  ödənişlərini  ödəmək  öhdəliyi  yarandığı  tarixdən  üç  il  ərzində 
gömrük orqanları tərəfindən tutulur. 
Gömrük  ödəmələrinin  tədqiqi  zamanı  onların  hesablanmasında  malın 
gömrük dəyəri institutu böyük əhəmiyyət kəsb edir. 
Gömrük dəyəri-gömrük hüququ institutu kimi çıxış edir. Bu institutdan 
dövlətin  xarici  ticarət  fəaliyyətinin  qiymətləndirilməsi  zamanı  müxtəlif 
məqsədlər  üçün,  məsələn,  xarici  ticarət  əqdlərində  valyuta  nəzarətinin 
həyata  keçirilməsi  zamanı,  xarici  ticarət  və  gömrük  statistikasının 
hazırlanması  zamanı  istifadə  olunur.  Lakin  bu  institut  daha  çox  gömrük 
rüsumları  və  digər  gömrük  ödəmələrinin  hesablanması  zamanı  əhəmiyyət 
daşıyır. 
Ümumiyyətlə,  gömrük  dəyəri  institutunun  təhlilinə,  malın  gömrük 
dəyərinin müəyyən olunması üsullarının tədqiq olunmasına hü 
71 


ƏSMƏR_ƏLİYEVA'>ƏSMƏR ƏLİYEVA 
quq odobiyyatlannda çox az yer verilir. Bu həmin sahədəki qanunvericiliyin 
mükəmməl olmaması ilə əlaqəlidir. 
Malın  gömrük  dəyəri-  gömrük  orqanları  üçün  gömrük  ödəmələrinin 
hesablanması  zamanı  baza  rolunu  oynayan  və  xarici  ticarət  əqdində 
göstərilən dəyərə əsaslanan kəmiyyətdir. 
Gömrük  məqsədləri  üçün  gömrük  dəyəri  institutu  aşağıdakı 
hesablamalar zamanı vergi bazası rolunu oynayır: 
a)
 
idxal zamanı: 
-
 
advalor (dəyərə görə) gömrük rüsumlarının hesablanması; 
-
 
ölkə  ərazisinə  gətirilən  mallardan  ƏDV  və  aksiz  vergisinin 
hesablanması; 
-
 
fiziki  şəxslərdən  vahid  dərəeə  ilə  gömrük  rüsumları,vergilərin 
hesablanması; 
-
 
malların  gömrük  rəsmiləşdirilməsinə  görə  gömılik  yığımlarının 
hesablanması zamanı. 
b)
 
ixrac zamanı: ixrac mallarına qoyulan advalor gömrük rüsumlarının 
hesablanması zamanı (ölkəmizdə malların ixracı rüsumlardan azad olduğu 
üçün sonuncu şərti olaraq qeyd edilmişdir).' 
Gömrük ödəmələrinin hesablanması məqsədilə malın gömrük dəyərini 
hesablamaq gömrük tənzimlənməsində ən çətin məsələlərdən biridir. Uzun 
illər dövlətlərin malın gömıük dəyərini hesablaması metodları bir-birindən 
fərqlənirdi.  Bəzi  dövlətlərdə  bu  dəyər  malın  gömrük  rəsmiləşdirilməsi 
zamanı  ekspert  tərəfindən  qoyulan  qiymətə  əsaslanırdısa,  bəzilərində  bu, 
həmin malın dünya bazarındakı qiymətinə əsasən hesablanırdı. Bu zaman ən 
böyük problem də ondan ibarət olmuşdur ki, bir dövlətdən o birinə keçən 
sahibkar burada gömräk rəsmiləşdirilməsi zamanı hansı metoddan istifadə 
olunacağını bilmirdi. 
'  Молчанова  O.В.,  Koran  M.B.  Таможенное  дело:  Учебное  пособие.  Ростов  н/Д: 
Феникс, 2007, с. 122 
72 


ƏSMƏR
 ƏLIYEVA
 
Beynəlxalq ticarət əlaqələrinin inkişafı digər məsələlərdə olduğu kimi 
gömrük  dəyərinin  müəyyən  edilməsini  tənzimləyən  normaların  da 
unifıkasiyasmı  şərtləndirdi.  1950-ci  ildə  bəzi  Qərbi  Avropa  ölkələrinin 
təşəbbüsü  ilə  gömrük  dəyərinin  müəyyən  olunmasının  ınctologiyasınm 
unifıkasiyası haqqında saziş imzalandı (Brüssel sazişi). Brüssel sazişinə 70 
dövlət üzv oldu. I.akin ABŞ və Kanada bu sazişi imzalamadıqları üçün bu 
gömrük  dəyərinin  müəyyən  edilməsinin  milli  qaydalarının  unifıkasiyası 
məsələsi açıq qaldı.' 
Ötən  əsrin  70-ci  illərinin  əvvəllərində  QA'ri-ın  lokio  raundu 
çərçivəsində  keçirilən  çoxtərəfli  müzakirələr  nəticəsində  daha  böyük 
əhəmiyyət  daşıyan  1979-cu  ildə  Malın  Gömılik  dəyəri  haqqında Məcəllə 
adlandırılan QATT-m 7-ci maddəsi qəbul edildi. Sonra- lar Uruqvay raundu 
çərçivəsində 15 aprel 1994-cü ildə Mərakeşdə yeni sənəd qəbul edildi və 
həmin  sənəddə  mahiyyət  etibarilə  əvvəlki  razılaşmanın  müddəalarını 
təkrarlayırdı.  Beləliklə,  bu  sənəd  bir  çox  dövlətlər  üçün  malın  gömılik 
dəyərinin müəyyən edilməsinin vahid qaydasını təsbit etdi. 
QAfT-ın  məzmunu  ondan  ibarətdir  ki,  idxal  olunan  malın  gömrük 
məqsədləri  üçün  qiymətləndirilməsi  həmin  malın  real  dəyərinə 
əsaslanmalıdır  və  bu  zaman  malın  mənşə  ölkəsi  heç  bir  əhəmiyyət 
daşımamalıdır. Malın gömrük dəyəri müəyyən olunarkən özbaşına və saxta 
qiymətlərin müəyyən olunması yolverilməzdir. Daha sonra həmin sənəddə 
göstərilir ki, malın gömrük dəyərinin müəyyən olunması qaydalarının tətbiq 
edilməsi aşkarlıq və stabitiik prinsipinə əsaslanmalıdır. Sənədə əsasən bu, 
sahibkarlara  gömräk  dəyərini  dəqiq  hesablamaq  imkanı  verir.  Bundan 
başqa,  sənəddə  gömrük  dəyərinin  müəyyən  edilməsi  üçün  «müqavilənin 
dəyəri» ifadəsindən istifadə edilir. Müqavilənin dəyəri dedikdə idxal edilən 
mala görə 
‘  Трошкина  T.II.  Таможсншнс  платежи:  Учебно-ирактичсское  пособие.  .M.; 
Городец, 2007, с. 55-57 
73 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə