Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə26/59
tarix14.09.2018
ölçüsü1,59 Mb.
#68629
1   ...   22   23   24   25   26   27   28   29   ...   59

OSMƏR ƏMYEVA 
-
 
fiziki xüsusiyyotlorino görə fərqlənməyən mallar
-
 
keyfiyyətinə və bazardakı nüfuzuna görə fərqlənməyən mallar
-
 
malın mənşə ölkəsinə görə fərqlənməyən mallar; 
-
 
istehsalçısına görə fərqlənməyən mallar.' 
Bunların  içərisində  həm  maraq,  həm  də  mübahisə  doğuran  məsələ 
mənşə ölkəsinə görə fərqlənməyən eyni malların sövdələşmə qiyməti üsulu 
ilə  malın  gömrük  dəyərinin  müəyyən  edilməsidir.  Bu  məsələni 
araşdırmazdan  əvvəl  müəyyən  edilməlidir  ki,  malın  mənşə  ölkəsi  nə 
deməkdir və bu termin gömilik tənzimlənməsində nə əhəmiyyət daşıyır? 
Ümumiyyətlə,  malın  mənşə  ölkəsinin  müəyyən  edilməsi  gömrük 
rüsumlarının  hesablanmasında  çox  mühüm  əhəmiyyət  daşıyır.  Gömrük 
rüsumlarını  tədqiq  edərkən  artıq  qeyd  edilmişdi  ki,  gömrük  rüsumlarının 
bölgüsündən birini malın mənşə ölkəsindən asılı olaraq bölgüsü təşkil edir. 
Malın  mənşəyindən  asılı  olaraq  gömrük  rüsumlarının  aşağıdakı  növləri 
fərqləndirilir: 
-
 
əsas; 
-
 
preferensial; 
-
 
maksimal. 
Əsas  dərəcələr  dedikdə  başqa  dövlətlərə  tətbiq  edilən  daha  əlverişli 
şərait  rejimi  zamanı  tətbiq  olunan  gömrük  rüsumunun  dərəcələri  başa 
düşülür.  Güzəştli  dərəcələr  «Gömrük  tarifi  haqqında»  AR  qanununun  VI 
fəsli  və  ikitərəfli  və  çoxtərəfli  razılaşmalarla  müəyyən  olunan  ölkələrdən 
gətirilən mallara münasibətdə tətbiq olunur. 
Bəzi müəlliflərin fikrincə, preferensial rejim bir qrup ixracatçı ölkələrə 
başqa ölkələrin ziyanına olaraq imtiyaz və üstünlüklərin verilməsidir. Onlar 
belə hesab edirlər ki, ümumiyyətlə bu, ayrı-ayrı 
' «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanunu/Azorbaycan 
Respublikası qanunlar ICülliyyalı (1993-1995) 11 kilab. Bakı: Qanun, 1997, s. 491 
80 


ƏSMƏR
 ƏLIYEVA
 
dövlətlərə  münasibətdə  ayrı-seçkilik  xarakteri  daşıyır  və  dünya  bazarları 
uğrunda mübarizə vasitəsi kimi çıxış edir. Bəzi müəlliflər isə ümumiyyətlə 
bunu  iqtisadi  müharibələrin  bir  forması  kimi  qələmə  verir.*  Lakin  əksər 
müəlliflərin  (İ.İ.Dyumulen,  T.N.  'froşkina  və  s.)  fikrincə,  preferensiya 
əslində  zahirən  ayrı-seçkilik  kimi  görünsə  də,  dövlətlərarası  ticarət 
əlaqələrində  inkişaf  səviyyəsindən  asılı  olmayaraq  bütün  dövlətlərə  eyni 
şəraitin  təklif  olunmasına  xidmət  edir.  Fikrimizcə,  bu  mövqe  daha 
düzgündür və tarif prcfcrensiyalarmın tətbiqi tam şəkildə qanunauyğundur. 
Maksimal  dərəcələr  aşağıdakı  hallarda  tətbiq  oluna  bilər:  ölkənin 
güzəştli  ticarət  siyahısına  daxil  olmayan  ölkələrdən  gətirilən  mallara; 
gömrük rəsmiləşdirilməsi zamanı mənşə ölkəsi müəyyənləşdirilə bilməyən 
mallara.* 
Göründüyü  kimi  malın  mənşəyi  gömmk  rüsumlarının  müəyyən 
edilməsində əhəmiyyətli bir şərt kimi çıxış edir, bəzi hallarda daha güzəştli 
rüsum tətbiq edilməsinə, bəzi hallarda isə əksinə, daha ağu- şərtlərlə rüsum 
hesablanmasına səbəb olur. Malın hansı ölkədə istehsal olunması xüsusi növ 
rüsumların tətbiq olunması zamanı daha böyük əhəmiyyət daşıyır. 
Bəs hansı ölkələrə münasibətdə yumşaq gömrük siyasəti tətbiq edilir, 
hansı  ölkələrdən  gətirilən  mallara  əlavə  gömrük  rüsumları  tətbiq  edilir? 
Qeyd etmək lazımdır ki, bu, hər bir dövlətin suveren hüququdur. Belə ki, bu 
və  ya  digər  dövlətin  mənafelərini  tapdalamamaq  və  beynəlxalq  hüquq 
normalarına  zidd  olmamaq  şərtilə  dövlətlər  istədikləri  dövlətlə  və  ya 
dövlətlərlə  ikitərəfli  və  ya  çoxtərəfli  qaydada  güzəştli  gömılik  qaydaları 
müəyyən edə bilər və ya əksinə, öz 
' Mehrəliyev 1.1., Abdülozimov Ə.V. Gömrük fəaliyyətinin iqtisadiyyatı: Ali məktəblər 
üçün dərslik. Bakı: Adiloglu, 2008, s. 77-79 
^  Heydərov  K.F.,  Əliyev  A.Ə.,  Nuriyev  C.Q.,  Mehdiyev  S.M.  Gömrük 
rosıniləşdirilmosi. Ali məktəblər üçün dərslik. Bakı: Qanun, 2006, s. 32-37 
81 


OSMOR OUYEVA 
monafcbrini vo daxili bazarını qorumaq üçün hər hansı bir dövlətdən gələn 
mallara  əlavə  gömrük  rüsumları  təlbiq  edə  bilər.  Bütövlükdə  bu  məsələ 
gömrük  sahəsində  beynəlxalq  əməkdaşlığın  prinsipləri  ilə  bilavasitə 
bağlıdır. Gömrük işi sahəsində beynəlxalq əməkdaşlığın prinsiplərini isə iki 
qrupa-ümumi  və  xüsusi  prinsiplərə  bölməklə  təhlil  etmək  olar.  Ümumi 
prinsiplərə  beynəlxalq  əməkdaşlığın  bütün  sferalarına  şamil  olunan 
prinsiplər aid edilir. Bunlara bərabərlik, ölkənin daxili işlərinə qarışmama, 
güc  və  güe  tətbiq  etməklə  hədələməyin  yolverilməzliyi,  beynəlxalq 
öhdəliklərin  vicdanlı  icra  edilməsi,  ayrı-seçkiliyin  yolverilməzliyi  və  s. 
prinsiplər aid edilir.' 
Bununla  yanaşı,  sırf  beynəlxalq  ticarət  əlaqələrində  istifadə  olunan 
xüsusi prinsiplər də mövcuddur ki, onlara əsasən aşağıdakılar aid edilir; 
-
 
tarif güzəştləri prinsipi; 
-
 
daha əlverişli rejim prinsipi; 
-
 
az  inkişaf  etmiş  ölkələrə  tarif  prcfercnsiyalarmın  tətbiq  edilməsi 
prinsipi. 
Tarif  güzəştləri  prinsipi  əslində  heç  bir  beynəlxalq  sənəddə  əks 
olunmamışdır.  Beynəlxalq  iqtisadi  hüququn  əsas  prinsiplərindən 
olan-iqtisadi  əməkdaşlıq,  qarşılıqlı  mənfəət  prinsiplərindən  irəli  gələrək 
törəmə  prinsip  kimi  çıxış  edir,  'l'arif  güzəştlərinin  mahiyyəti  ondadır  ki, 
dövlətlər  ikitərəfli  və  ya  çoxtərəfli  müqavilələrlə  qarşılıqlı  surətdə  öz 
aralarında  gömrük  prosedurlarım  sadələşdirmək,  gömrük  tariflərini 
azaltmaq  və  ya  tamamilə  aradan  qaldımıaq  hüququna  malikdirlər.  Bu 
zaman  dövlətlərin  iqtisadi  inkişaf  səviyyəsi  bərabər  olmalıdır. 
Ümumiyyətlə, dövlətlər arasında tarif güzəştləri aşağıdakı məsələlərə həsr 
oluna bilər: 
' liü.scynov L.11. Beynəlxalq hüquq. Dərslik. Bakı: Hüquq ədəbiyyatı, 2004, s. 
29-45 
Трошкина  T.H.  Таможенные  платежи:  Учсбио-пра
1
а'ичсское  пособие.  M.: 
Городец, 2007, с. 29-30 
82 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə