Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə27/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   23   24   25   26   27   28   29   30   ...   99

nin bir cihad olduğunu elan etdilər və bütün dünya müsəlmanlarını cihada 
çağırdılar. İkinci təməl turançılıq ideyasının həyata keçirilməsindən ibarət 
idi. Bu məsələ Qafqazın taleyi ilə ən sıx şəkildə bağlı idi. Türk hökuməti 
panislamizmin  Türkiyə  xaricində  o  qədər  də  əks-səda  doğurmayacağını 
görərək ikinci hədəfə ağırlıq verdi”. 
Beləliklə,  birinci  dünya  müharibəsi  illərində  Osmanlı  dövlətinin 
hazırladığı müharibə planının əsasları bundan ibarət idi: 1. Şərqi Anadolu 
və Qafqaz üzərindən Rusiyaya zərbə endirmək. Müqəddəs cihad səbəbi ilə 
bu cəbhədə Qafqaz və Orta Asiya türklərini ayağa qaldırmaq. 2. İngiltərənin 
nəhəng  imperatorluq  yolunu  kəsmək  üçün  Süveyş  kanalma  və  Misirə 
hücum  etmək.  Bu  cəbhədə  Trablisqarp  və  Sudan  müsəlmanlarına 
güvənilirdi.  3.  Egey  və  Ağ  (Aralıq)  dənizlərində  ingilis  və  fransız 
donanmaları hegemon olduqlarından Çanakqalanı qorumaq üçün Trakiyada 
önəmli bir qüvvə yaratmaq. 
Türkiyənin  Qafqaza  dair  planlarının  konkret  məqsədləri  isə 
aşağıdakılardan ibarət idi: 1. Türkiyə 1877-78-ci illər rus-türk müharibəsi 
nəticəsində imzalanmış San-Stefano sülh müqaviləsinə (1878-ci il 3 mart) 
və türk diplomatiyasının səyləri ilə çağırılmış Berlin konqresində (1878-ci 
il  13  iyun-13  iyul)  imzalanmış  traktata  görə,  Qafqazda  itirmiş  olduğu 
əraziləri  bu  müharibəyə  qədərki  vəziyyətdə  bərpa  etməyə  çalışırdı.  2. 
Türkiyə  və  Rusiya  birinci  dünya  müharibəsində  bir-biri  ilə  düşmən 
olduğundan Rusiyanın parçalanması və təkcə yeni türk və müsəlman deyil, 
eyni  zamanda,  başqa  xalqların  da  müstəqil  dövlətlərinin  yaradılması 
Türkiyənin  əsas  məqsədlərindən  biri  idi.  Rusiya  məğlub  olardısa  və 
parçalanardısa,  ondan  qopub  ayrılan  Güney  Qafqaz  respublikalarını 
Türkiyə  ya  özünə  birləşdirə  bilərdi,  ya  da  onlar  üzərində  təsirini 
gücləndirərdi. Bu isə müharibə dövründə təxminən 13 milyon nəfər əhalinin 
yaşadığı  Qafqazda  yeni  bir  siyasi  durum  yaradardı”.  Osmanlı  dövləti 
Azərbaycan türklərinə xüsusi önəm verirdi. 
Dünya  müharibəsində  türklərin  məqsədi  barədə  Lloyd  Corc  özünün 
“Müharibə xatirələri”nin IV cildində yazır ki, 1915 və 1916-ci illərdə türk 
hərbi  qüvvələrinin  ümumi  yerləşməsini  öyrənərkən  yadda  saxlamaq 
lazımdır ki, bu zaman Türkiyə özünün əsas siyasi vəzifəsi kimi bütün Turan 
xalqlarını türk hakimiyyəti altında birləşdirməkdə görürdü. Türklər onlarla 
qohum  olan  tayfaların  məskunlaşdığı  Güney  Qafqazı  və  Qafqazı  ələ 
keçirtmək  istəyirdilər;  bundan  başqa  onlar  İran  üzərində  öz  ağalığını 
qurmaq  və  möhkəmləndirmək  istəyirdilər.  Sultan  II  Əbdül  Həmid 
(1842-1918) panislamizmi panturanizmlə əvəz 
80 


etdikdən sonra türklər onlara yad olan ərəblərlə nisbətən az maraqlandılar və 
müharibənin  davam  etdiyi  bütün  müddətdə  özlərinin  başlıca  səylərini 
Qafqaza tərəf yönəltdilər’k Artıq 1914-1915-ci ilin qışında Ənvər paşa 150 
min nəfərlik ordu toplayıb Qafqazdakı ruslar üzərinə hücuma keçdi™. 
Lakin  Azərbaycan  xalqının  vəziyyəti  müstəmləkə  zülmü  altında 
yaşayan digor xalqlara nisbətən daha çətin idi. Çünki Azərbaycan türkləri 
tərkibində  olduqları  Rusiyaya  münasibətdə  loyal  olsalar  da,  etnik  və  dini 
cəhətdən  bir  olduqları Türkiyəyə  qarşı  hər  hansı  kütləvi  hərəkətlərdən  də 
imtina edirdilər. 
Türkiyəyə  rəğbət  bəsləyənlər  təkcə  Azərbaycan  türkləri  və  digər 
müsəlman  xalqları  deyildi.  Çarizmin  müstəmləkəçilik  zülmündən  əzab 
çəkən başqa xalqlar, o cümlədən, bəzi xristian xalqları da Türkiyəyə meyl 
edirdilər.  Onlar  türk  hakimiyyəti  altında  ədalətə  inanırdılar.  Bununla 
əlaqədar olaraq, Gürcüstan tarxçisi Ş. İ. Basilaya yazır ki; 
1914-
 
cü  ildə türklərin  uğurları  artdıqca  xristian  olmalarına baxmayaraq 
hətta  gürcülərin  sosial-federalist  partiyası  daxilində  bir  qrup  Türkiyə 
protektoratlığı  altında  Gürcüstanın  müxtariyyətinin  qurulmasına  ümid 
edirdilor’’’. Gürcülərin  nümayəndələri hətta türklər tərəfə keçərək onlarla 
əlaqələr  qururdular.  Gürcülərin  türklər  tərəfmə  keçərək  mslara  qarşı 
vuruşmasını  türk  tarixçisi  Sadık  Sarısaman  da  arxiv  materialları  əsasında 
apardığı araşdırma ilə təsdiq edir*“. Bu faktı erməni mətbuatı da hoyacanla 
boyan  edirdi.  Ermənilərin  “Orizon”  qəzeti  gürcü  millətçilərinin 
müsəlmanlarla  separat  ittifaq  bağlamaq  üçün  ciddi  cəhdlər  etdiklərini 
yazırdı. Qəzetin fikrincə, gürcülər bu ittifaqın ermənilərə qarşı yönələcəyini 
gizlətmirdilər. 
Müharibə yenicə başlamışdı ki, ermənilər Tiflis yığıncağında türklərdən 
müdafiə  olunmaqdan  ötrü  “xalq  milisi”  yaratmaq  təklifini  irəli  sürdülər. 
Lakin Azərbaycan türklərinin nümayəndələri bu məseiə ilə əlaqədar heç bir 
öhdəlik  götürmədiklərini  bəyan  etdilər.  Azərbaycan  türklərinin  belə 
mövqeyi  əslində  Türkiyənin  Qafqazda  hərbi  uğurlar  qazanmasının 
arzulanması demək idi. 
Müharibə davam etdikcə Osmanlı xadimləri Azərbaycan haqqında daha 
aydın  düşünməyə  başladılar.  Osmanlı  dövləti  xadimlərində  müstəqil 
Azərbaycan dövləti haqqında fikirlərin formalaşmasının bir sıra etnik, dini 
və strateji səbəbləri var idi: Birincisi, Azərbaycan türk ölkəsi idi. İkincisi, 
Azərbaycan  əhalisinin  etiqadı  islam  idi.  Üçüncüsü,  Azərbaycan  əlverişli 
coğrafi-siyasi mövqedə yerləşmişdi. Onun mü 
81 


hüm hərbi-strateji əhəmiyyəti var idi. Dördüncüsü, Azərbaycan zəngin təbii 
sərvətlər  diyarı  idi.  Bu  sərvətlər  Azərbaycan  türklərinin  mənfəəti  üçün 
deyil, Rusiya imperatorluğu tərəfindən düşmənlərinə, 0 cümlədən, Osmanlı 
türklərinə  qarşı  istifadə  edilirdi.  Qafqaz  cəbhəsində  rus  ordusunu  neftlə 
Bakı neft rayonu təmin edirdi. Azərbaycan müharibədə iqtisadi baza rolunu 
oynayırdı.  Beşincisi,  müstəqil  Azərbaycanın  Türkiyə  ilə  yaxşı  əlaqələr 
qurması və ya onun təsiri altında olması Osmanlı dövlətini daha da qüvvətli 
edərdi.  Sonralar  M.  Ə.  Rəsulzadə  yazırdı:  “Turançılıq,  türkçülük  ədəbi 
məsləki  Türkiyə  ilə  Azərbaycanı  bir-birinə  bağlayan  ən  davamlı  bir  bağ, 
mətanətli bir ip idi”“'. 
Azərbaycan dövləti yaratmaq ideyası yalnız Türkiyə türklərinin deyil, 
Azərbaycan  türklərinin  də  ictimai  və  siyasi  xadimləri  tərəfindən  irəli 
sürüldü. Azərbaycanın müstəqil dövlət olması ideyası başlıca olaraq daxili 
proseslərin və millətin müstəmləkəçilik zülmündən azad olması istəyinin və 
apardığı mübarizənin nəticəsi idi. 
Azərbaycan  türkləri  birinci  dünya  müharibəsinə  böyük  ümidlər 
bəsləyirdilər. Bu barədə M. Ə. Rəsulzadə yazırdı: “Bu dövrdəki Azərbaycan 
cəmiyyətinin birinci dünya savaşının sonuna bağlanmış ümidləri vardır”“k 
“Açıq  söz”  qəzetinin  baş  məqaləsində  o  deyirdi:  “Dəhşətlərinə  şahid 
olduğumuz  böyük  müharibə,  böyük  bir  həqiqəti,  əsrimizin  milliyyət  əsri 
olduğunu  isbat  etdi.  Dünyanın  xəritəsi  qəribə  dəyişəcək  -  deyə  heyrətlə 
qarışıq bir cümlə indi bir çox ağızlardan eşidilməkdədir. Dünya xəritəsinin 
alacağı  yeni  şəklə  vətəndaşların  fədakarlığı,  dövlətlərin  təşkilati  və 
ordularının əzəməti ilə bərabər heç şübhə yoxdur ki, aşkarlıq və möhkəmlik 
peyda  etmiş  milliyyət  məfkurələrinin  də  böyük  təsiri  var  və  olacaqdır. 
Özünü  lüzumunca  bilib  də  istiqlal  üçün  müəyyən  bir  ideal  (məfkurə) 
bəsləyən millət, şübhəsiz ki, böyük bir qüvvət təşkil edər... Hər hansı qalib 
tərəf  az-çox  uzun  bir  dinclik  vücuda  gətirmək  istərsə,  əsrin  vicdanları 
üzərində ən çox təsir icra edən qüvvəti - milliyyət məfkurəsinə göz yuma 
bilməz...  Təbii  haqqları  pa-  yimal  olmuş  tək  bir  millət  daima  qaldıqca 
Avropa dövlətlərinin tarazlığı həqiqi və uzun çəkən bir sülh üzü görmədən 
məhrum  qalacağı  kimi,  öz  vətəndaşları  arasında  ögey-doğmaltq 
(özgəlik-özlük)  göstərən  bir  dövlət  də  həqiqi  bir  qüvvətə  dayanmayacaq, 
mütərəqqi və qüvvətli bir təşkilata malik olmayacaqdır. Demək ki, müəyyən 
bir  məfkurəyə  və  əksər  fərdlərincə  tanınmış  bir  qazeyi-əmələ  malik  olan 
millot- 
82 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə