Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə26/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   22   23   24   25   26   27   28   29   ...   99

Osmanlı  impcratoıiuğunun  müsəlman  vo  türk  dünyasına  dair  strateji 
planlarının dərin kökləri həm də türklərin milli və dini istəkləri ilə bağlı idi. 
Türkiyə  müharibəyə  qoşulduqdan  sonra  hökümət  adından  edilən 
çağırışda  deyilirdi:  “Dünya  müharibəsində  bizim  iştirakımız  milli 
ideallarımızdan  doğur.  Millətimizin  idealı...  bizi...  düşmənimizi  məhv 
etməyə  məcbur  edir  və  bunun  sayəsində  irqimizin  bütün  budaqlarını 
birləşdirmək və qoşmaq, imperiyamızın təbii sərhədlərini qurmaq mümkün 
olacaqdıh’'. Bu fikirlər 1918-ci ilədək islam və türk dünyasına, 0 cümlədən, 
Azərbaycana münasibətdə Osmanlı imperatorlüğü- nün planlarının təməlini 
təşkil etdi. 
Müharibəyə qoşulan türklər Rusiyanın Osmanlı imperayası ilə dəfələrlə 
vuruşmasını,  çarizmin  erməniləri  açıq-aşkar  müdafiə  etməsini.  Güney 
Azərbaycana  doğru  irəliləməsini,  İstanbula  və  boğazlara  can  atmasını 
xatırlayırdılaff 
Bu amillər müharibədə Türkiyənin Rusiyaya, o cümlədən, Azərbaycana 
münasibətdə 
yeritdiyi 
siyasətin 
mahiyyətini 
və 
məqsədlərini 
müəyyənləşdirməyə əsaslı təsir etdi. Türkiyə tarixçisi, professor Fa- hir H. 
Armaoğlu Osmanlı dövlətinin almanlarla birlikdə düşündüyü savaş planının 
əsaslarını belə yazır: Şərqi Anadolu və Qafqaz üzərindən Rusiyaya bir zərbə 
vurmaq; müqəddəs müharibə səbəbi ilə bu cəbhədə Qafqaz və Orta Asiya 
türklərinin ayağa qalxmasına güvənmək". 
Osmanlı  imperatorluğu  savaşa  qatılarkən  Rusiya  və  Böyük  Britaniya 
impcratorluqlarındakı müsəlmanların ayağa qaldırılmasına və bu dövlətlərin 
zəinədilməsinə  ümid  edirdi.  Osmanlı  padşahı  xəlifə  kimi  müsəlman 
dünyasının dini lideri olmağı səbəbi ilə müqəddəs cihad elan etdikdə bütün 
müsəlmanların  xristianlara  qarşı  mübarizəyə  başlayacağını  güman  edirdi. 
Həqiqətən  də  padşah  V  Mehmed  Reşad  1914-  cü  il  23  (11)  noyabrda 
müqəddəs  cihad  elan  edərək  bütün  müsəlmanları  İngiltərə,  Fransa  və 
Rusiyaya  qarşı  müqəddəs  savaşa  dəvət  etdi.  Cihad  elan  edilmə  tarixini 
fransız  tarixçisi,  professor  P.  Renouvin  noyabrın  11-i,  rus  müəllifləri 
noyabrın 12-i, türk müəllifləri isə noyabrın 14-ü yazırlar". 
Osmanlı  padşahı  müqəddəs  cihadı  elan  edərkən  nəyə  əsaslanırdı? 
Dünyadakı müsəlmanlar məzhəb və təriqət fərqlərinə baxmayaraq XX əsrin 
əvvəllərində  həm  inanc  və  mədəniyyət  birliyi,  həm  də  duyğu  bağları  ilə 
birləşmiş halda idilər. Müsəlmanlıq canlı bir sosial bir 
77 


lik  meydana  gətirmişdi.  Bu  birliyin  təməli  “Quran”  idi.  “Quran”  bütün 
müsəlmanların  ailə  həyatlarına,  mədəni  haqqlarına  və  iqtisadi 
fəaliyyətlərinə  dair  çoxlu  adətlər  vermişdi.  Müsəlmanların  möminlərə  və 
mömin olmayanlara ayrılması ilə möminlər üstün vətəndaşlıq haqlarından 
istifadəyə sahib idilər. Lakin siyasi baxımdan müsəlmanlar arasında birlik 
yox idi. 1880-ci ildən bəri bütün müsəlmanları xəlifə ətrafında birləşdirmək 
cəhdləri  olsa  da,  panislamizm  xalq  kütlələrini  ayağa  qaldıra  bilməmişdi. 
Ona  görə  də  türklər  yaranmış  yeni  siyasi  vəziyyətdən  istifadə  edərək 
panislamizmi  irəli  sürdülər.  Lakin  nəticə  alınmadıqda  pantürkizmi  ortaya 
qoydular.  Amma  müharibənin  gedişi  göstərdi  ki,  panislamizm  genişlənə 
bilmədi,  əslində  millətçilik  və  milli  hərəkat  gücləndi.  Osmanlı 
imperatorluğu ərazisində yaşayan millətlər din birliyi əsasında deyil, milli 
özünüdərklə ayağa qalxdılar. Öncədən qeyd etmək lazımdır ki, 1918-ci ilin 
payızında islam dünyası zəiflədi. Panislamizm və panturanizm yalnız rus və 
ingilis  impcratorlu-  ğunu  çökdürmək  üçün  almanların  düşündüyü 
ideologiyadan  çıxaraq  ərəblərin  müstəqillik  hərəkatlarım  yaratdı, 
gücləndirdi və Osmanlı imperatorluğunu da parçaladı. 
Cihadda  müsəlman  torpaqlarının,  o  cümlədən,  Qafqazın,  xristan 
zülmündən  azad  edilməsinin  lazımlığı  deyilirdi.  “Müqəddəs  müharibə 
vacibdir” başlıqlı müraciətdə daha sonra göstərilirdi ki, indiki vaxtda hər bir 
müsəlman  özünü  döyüşçü  hesab  etməlidir.  Silah  daşıya  bilən  hər  bir 
müsəlman  müqəddəs  müharibəyə  hazır  olmalıdır.  Çağırışda  Misir, 
Hindistan  və  Sudanı  ingilislərdən,  Əlcəzair,  Mərakeş  və  Tunisi 
fransızlardan azad etmək istəkləri səsləndi. Müqəddəs müharibə nəticəsində 
Böyük Sibir, Böyük Türküstan, Xivə, Buxara, Qafqaz, Krım, Həştərxan və 
Kazan torpaqları islam dininin düşmənlərindən qurtulmalı idi. 
Fransız  tarixçisi,  professor  P.  Renouvin  yazdığına  görə.  Osmanlının 
siyasəti  bir  tərəfə  buraxılaraq  islamçılıq  (panislamizm)  və  turançı-  lıq 
(dünya  türk  birliyi)  prinsipinə  dönüldü.  İslamçılıq  və  turançılıqla  uğur 
qazanmaq  üçün  qüvvətli  bir  dövlətin  dostluğunu  qazanmaq  gərəkdi. 
Panislamizmlə  ingilis,  panturanizmlə  rus  imperatorluğunu  sarsıtmaq 
məqsədi güdən Almaniya Türkiyədəki bu axınları dəstəkləyir- 
di‘-\
 
Padşahın  müqəddəs  cihad  elan  etməsi  müsəlmanları  qıcıqlandırmalı, 
Hindistanda, Misirdə və Qafqazda ayağa qalxmalarına səbəb olmalı idi‘^ 
Lakin cihad elanı boşa çıxdıqdan sonra İngiltərə və Fransa 
78 


öz müstəmlokoiorindoki müsolmanlardan dəstolər düzəldib türklər üzərinə 
göndərdilər". Müharibədə döyüşənlər islamı deyil, əsasən, öz canlarını və 
vətənlərini qoruyurdular. Rusiya tarixçisi A. A. Kreder sultanın müqəddəs 
müharibəyə çağırışının İrandakı çoxlu tayfaları ingilislərin əleyhinə üsyana 
qaldırdığını  yazır'’".  Camal  paşa  isə  ərəblərin  türk  hakimiyyətinə  qarşı 
üsyana qalxmalarını etiraf edir"’. 
Moskva  Universitetinin  professoru  A.  N.  Savin  1915-ci  ilin  martında 
oxuduğu  “İmperiyaların  müharibəsi  və  islam  dünyası”  adlı  məruzəsində 
Türkiyənin  apardığı  müharibədə  dini  məqsədlər  olduğunu  söylədi.  Dini 
elementlər  siyasi  məqsədlərlə  sıx  çulğalaşmışdır.  Ən  böyük  müsəlman 
dövləti  dünyanın  bütün  müsəlmanlarını  özünə  cəlb  edir.  İslam  intensiv 
lıəyat  yaşayır.  Panislamizm  güclənir.  Azərbaycan  sakinləri  güclü 
pantürkizm  hərəkatı  ilə  mədəni  əsasda  türkləri  birləşdirmək  istəyirlər. 
Panislamizm uğur qazana bilməyəcək. Çünki müsəlmanlar arasında fərqlər 
çoxdur.  Rusiyada  yaşayan  20  mln.-dək  müsəlmanın  mədəni  inkişafı  və 
Rusiya ilə əlaqələrini möhkəmləndirmək üçün çalışmalıyıq™. 
Türklərin  Güney  Azərbaycana  sahib  olmaq,  oradan  İrəvan 
quberniyasına  və  Qafqaza  keçərək  bu  əraziləri  rus  işğalından  azad  etmək 
istədiyindən,  Rusiya  Türkiyəni  malik  olduğu  üstünlüklərdən  məhrum 
etməyə  çalışırdı.  Türkiyənin  üstünlükləri  isə  Qafqazda  müsəlmanların  və 
türklərin  yaşaması,  onların  rus  müstəmləkəçilik  zülmünə  qarşı  ba-  nşmaz 
mübarizəsi idi”. 
Türkiyənin  “Ati”  qozetinin  yazdığına  görə,  türk  ictimai  rəyinin 
müharibədə  Azərbaycana  dair  fikirləri  belə  idi:  Azərbaycan  Türkiyə 
vəliəhdinin  olmalı  idi;  ingilislər  qovulduqdan  sonra  İran  müstəqil  olmalı 
idi™. 
Avstriya  generalı  Pomyankovski  də  Ənvər  paşanın  və  gənc  türklərin 
digər liderlərinin Dağıstan, Quzey və Güney Azərbaycan, Krım, Volqaboyu 
və Orta Asiyada yaşayan bütün türk xalqlarını birləşdirməyi qarşıya məqsəd 
qoyan panislamçı proqramlarının olduğunu yazır™. Onun fikrincə, türklər 
Qafqaza  Rusiyanın  türk-tatar  xalqlarının  yaşadığı  ərazilərə  keçməkdə 
özünəməxsus  körpü  kimi  baxırdılar.  Türklər  pantürkçü  planlarını 
reallaşdırmaqda və nefti ilə keçirtməkdə Qafqaza sahib olmağı başlıca şərt 
sayırdılar™. 
ABŞ  tarixçisi  T.  Svyataxovski  yazır:  Osmanlı  hökuməti  müharibəyə 
başlarkən  iki  idcloji  təməl  güdürdü:  Birinci  təməl  panislamizmin 
gerçəkləşməsi uğrunda mübarizə idi. Ona görə də türklər müharibə 
79 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə