povun fıkrinco, guya türk zabitlori Rusiyanın horbi obyektlərini öyrənmək
üçün bilərəkdən əsir düşmüşlər. Məktubda yazılırdı ki, xüsusi qayıqla
Nargin adasından qaçırılan əsirlər Bakıya gətirilmişlər. Qaçış işini məşhur
türkpərost Əliheydər Zeynalov və yerli milyonçu Ağabala Quliyev təşkil
etmişlər. Qaçırılan zabitlər “İsmailiyyə” otelinə gətirilmiş vo onların
şorofinə ziyafət verilmişdir. Onlar oteldə gecələdikdən sonra səhərisi gün
yerölçən forması geyinərək Puta stansiyası yaxınlığında neft yataqlarına
getmişlər. Əsirlər bir həftə ərzində Yasamal dərolorindo əllərində lazımi
alətlərlə gəzmiş, dəmir yollarının, şosse yollarının, yaşayış məntəqələrinin
şəkillərini çəkmiş və məlumat toplamışlar, sonra isə Ağabala Quliyevin
müşayiəti ilə İrana yola salınmışlar. Akopovun məktubundan məlum olur ki,
Ağabala Quliyev “hərbi xidmətləri və külli miqdarda pul xərclədiyi üçün
“Aypara” türk ordeninə layiq görülmüşdür”"'^ Məxfi yazışmalardan aydın
olur ki, qaçırılan türk əsirləri 1915-ci il avqustun 20-də Rus-Qafqaz
cəmiyyətinə məxsus “İvan Kolesnikov” adlı gəmi ilə Bakıdan Astaraya yola
salınmış və İrana keçirilmək üçün orada həmin cəmiyyətin agenti Ağa
Həbibullayevə təhvil verilmişlər"*’. Rusiyanın xüsusi xidmət orqanları
Bakıdakı İran konsulu Davud xanın da bu işdə əli olduğundan
şübhələnirdilər.
Rusiyanın ciddi rahatsız olduğu başqa bir məsələ xəlifənin türk
millətindən olması idi. Türkün xəlifə olması panislamizmi və müqəddəs
müharibəni elan etmiş Türkiyənin nüfuzunu artırırdı. Bu, eyni zamanda,
türk ölkəsi olan Rusiyanın daxilində milli problemlər yarada bilərdi. Ona
görə də rus hökuməti xəlifəliyin Türkiyədən ayrılmasına çalışırdı. Burada
bir sıra səbəblər var idi. Xəlifə kiçik bir xalqın nümayəndəsindən olardısa,
Rusiya imperiyasında yaşayan türklərin və digər müsəlman xalqlarının milli
hisslərinin qaldırılmasına təsir edən amil aradan götürülərdi, Rusiyanın
müsəlman əyalətlərində Türkiyənin nüfuzu zoi Həyərdi və çarizm özünü
daha təhlükəsiz hiss edərdi. Versal sülh konfransında amerikan nümayəndə
heyətinin mətbuat komitəsinin sədri S. Beker ABŞ prezidenti Vudro
Vilsonun Rusiyanın Xarici İşlər naziri S. D. Sazonovun Londondakı rus
səfirinə 1915-ci il mart tarixli 1265 №li məxfi teleqramına istinad edərək
imperator hökumətinin xəlifənin Türkiyədən ayrılmasını həmişə arzuolunan
hesab etdiyini yazırdı"*''*.
Su üstü müharibənin uğursuzluğu 1915-ci ildə alman komandanlığını
müharibəni dənizdə öz xeyrinə dəyişdirməyə cəhd göstərərək su
101
altı müharibə ideyasına sürüklədi. Fevralın 4-də Almaniya ingilislərin hərbi
blokadasına eavab olaraq Böyük Britaniyanın sularını hərbi əməliyyatlar
zonası elan edərək, bütün gəmilərə, sualtı qayıqlara hücum edəcəyini
bildirdi. Mayın 7-də 1196 sərnişini olan (bunlardan 128-i amerikan idi)
ingilis “Luzitaniya” gəmisi batırıldı. ABŞ buna qəti etiraz etdikdən sonra
alman komandanlığı Birləşmiş Ştatların hərbi əməliyyatlara qoşulacağından
qorxaraq sualtı müharibənin miqyasını müvəqqəti olaraq məhdudlaşdırdı.
Lakin Rusiya hakimiyyət orqanları sualtı müharibə təhlükəsindən
narahat idi. Rus hökuməti türk və alman kəşfiyyatçılarının sualtı qayıqlarla
İrandan Quzey Azərbaycana gələrək Bakıdan mis aparılmasından
şübhələnirdi. Bu barədə Lənkəran qəza rəisi Bakı qubernatoruna, 0 isə
1915-ci il 28 avqust tarixli 1577 №li məxfi məktubu ilə Qafqaz canişininin
köməkçisinə bildirdi'"’.
Lənkəran qəza rəisi adından verilən 1915-ci il 15 avqust tarixli 11 №li
tam məxfi raportda deyilirdi ki. Xəzər dənizində Almaniya sualtı
qayıqlarının olmasını nəzərə almaq lazımdır. Əgər İsfahanda 400 nəfərdən
çox alman və avstriyalı silahla görünərsə, silahların Xəzər dənizi ilə
daşınması mümkündür və İran hökuməti ona heç vaxt mane olmaz. Həm də
Xəzər dənizinin 300 verstlik cənub zolağında yalnız Ənzəli bizim
əlimizdədir.
Sualtı qayıqların Xəzər dənizində olması almanların xeyrinədir. Onlar
terror törədə, hər hansı paraxodu və ordu nəqliyyatını, ticarət əlaqəsini
məhv edə bilərlər, Bakını və neft sənayesini bombardman edərlər, böyük
ziyan vurarlar, obyektləri minalaya bilərlər, nəhayət, sualtı qayıqlar öz
əməliyyatlarını genişləndirərək Volqa, Həştərxan və Xəzər dənizinin Şərq
sahillərini tutarlar və imperiya daxilində neft daşınmasını tamamilə kəsə
bilərlər, özləri isə yanacaqla tam təmin olunarlar.
Qəza rəisi indiki halda dediklərinin mümkün olmadığını bildirsə də,
gələcək üçün nəzərə alınmasını özünün mənəvi borcu hesab edirdi'’“.
Raportda deyilirdi ki, almanların ehtiyacını ödəmək üçün Bakıdan
dəmir yolu ilə mis aparılır. Mis plitələrlə Yclizavctpol quberniyasından
qaçaqmalçılıq yolu ilə daşınır. Həm quru, həm də dəniz yolu ilə aparılan mis
iran tərəfdə güclü silahlı konvoy tərəfindən qəbul edilir'“'.
Çar Qafqazda Rusiyanın mövqelərini möhkəmləndirmək üçün digər
qəti hərbi-siyasi addımlar atdı. O, 1915-ci il sentyabrın 5-də bü-
102
tövlükdo rus ordularının baş komandanlığını öz əlino aldı, Şimal-Qorb
cəbhəsinin komandanı general Alekseyevi baş qərargah rəisi təyin etdi”^.
İmperator homin ay əmisi Nikolay Nikolayeviçi Qafqaz canişini və bu
cəbhənin komandanı təyin ctdi'A 78 yaşlı Qafqaz canişini Voront-
sov-Daşkov vozifosindon geri çağırıldı. Vorontsov-Daşkov 1916-ci ilin
yanvarında Krımda vofat etdi''“.
Müsəlmanlara qarşı çoxsaylı təxribatlar törədən bu şəxsin əvəz
edilməsi, T. S^'yataxovskiyo görə, Qafqaz müsəlmanlarına rus hökumətinin
müoyyon qədor güzoşto getməsi demək idi''’^
Nikolay Nikolayeviç sentyabrın 24-də komandanlığı öz əlinə aldı.
Noyabrın 1-do Nikolay Nikolayeviç Yelizavetpola gəldi. Onu deputat
İsmayıl xan Ziyadxanov, şohor başçısı Xəlil bəy Xasməmmədov və b.
qarşıladılar. Yeni canişin şohordoki Şah Abbas məscidinə getdi. Sonra
vağzalda ziyafət verdi. Yelizavetpol və Şuşa şəhər başçıları və zadəganların
nümayəndələri ziyafətə dəvət olundular. Xəlil bəy Xasməmmədov təbrik
nitqi söylədi''A
Çarizm başqa tədbirlərə də əl atdı: Hökumət xeyriyyəçilik işlərini
genişləndirdi. I916-cı ilin martından başlayaraq imperatorun həyat yoldaşı
Anastasiya Nikolayevnanm himayəsi ilə eəbhə üçün vəsait toplanması
kampaniyasına Bakı quberniyası da qoşuldu''*’. Bakı qubernatoru 1916-eı il
21 mart tarixli 31№-li məktubunda İvan Andreyeviç Vasilyevə 1915-ci il
dekabrın 19-dan başlayaraq eəbhəyə 90.000 müxtəlif isti oşya, 38.634 sarğı
materialı göndərdi''*“.
İmperator xarici siyasət sahəsində də dəyişiklik etdi. S. D. Sazonov
1916-eı ilin iyulunda istefaya çıxdı''*'*. Xariei İşlər naziri vəzifəsini
Nazirlər Şurasının sədri B. V. Ştyurmer icra etməyə başladı*“".
Çarizm hakimiyyət orqanları müsəlmanları məcburi əməyə cəlb etmək
üçün əvvəlcə ictimai rəyi öyrənməyə başladı. 1916-cı ildən müsəlman
əhalinin məcburi əməyə cəlb edilməsi onların qəzəbinə səbəb oldu.
Azərbaycanlılar özlərini təhqir olunmuş hesab edirdilər. Canişin Nikolay
Nikolayeviç çara yazdığı məktubda çağırış yaşlı müsəlmanların orduya
səfərbər edilməsinin, onların Qərb cəbhəsində almanlara və avstriyaldılara
qarşı istifadə edilməsinin vacibliyini göstərdi. Sonra bu toklif həyata keçdi
və məşhur “vəhşi diviziya” meydana gəldi*'". Çarizm müsəlmanlardan
Qafqaz cəbhəsində Türkiyəyə qarşı istifadə etməkdən qorxurdu. 1916-cı il
avqustun 27-də Güney Qafqaz şeyxülislamı Axund Pişnamazzadə bu
məsələ ilə bağlı olaraq
103
Dostları ilə paylaş: |