Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə31/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   27   28   29   30   31   32   33   34   ...   99

ilə sərhəddə türk hərbi və mülki idarələrinin tədbirləri barədə Qafqaz hərbi 
dairəsi  qərargahına  müntəzəm  məlumat  verilsin.  Göstərişə  əsasən  bu 
məlumatlar  gizli  saxlanmalı  və  şifrəli  teleqramlarla  poçtla  göndərilməli 
idi'“. 
Dünya  müharibəsi  başladıqdan  sonra  keçirilən  rus-türk  danışıqları 
uğursuz  nətieələndi.  1914-cü  il  avqustun  sonuna  yaxın  Türkiyə  ilə 
danışıqlar  kəsildi.  Türkiyə  mərkəz  qüvvələrin  tərkibində  qalırdı.  1910- 
1916-cı illərdə Rusiyanın Xariei İşlər naziri işləmiş S. D. Sazonov Türkiyə 
ilə  müharibəyə  hazırlıq  üçün  Qafqaz  eanişininə  göstəriş  vermək. 
məsələsini imperator hökuməti qarşısında qaldırdı'“. Bundan sonra Rusiya 
hökuməti Qafqazda hərbi hazırlıq işini gücləndirdi. Müharibə başladıqdan 
az  sonra  Qafqaz  canişini  Vorontsov-Daşkov  Qafqaz  quberniyaları  və 
vilayətləri haqqında yerinə yetirilməsi məcburi olan qərar imzaladı. Qərar 
12  fəsil  və  56  maddədən  ibarət  idi.  Bu  qərarla  mətbuat  vasitəsilə  hərbi 
əməliyyatlar  meydanındakı  hadisələr,  ictimai  bədbəxtliklər  haqqında 
şayiələr yaymaq, əhalini qarışıqlığa, həyəcanlara və nümayişlərə çağırmaq 
qadağan edildi (I maddə); əhali, gəlib-gedənlər qeydiyyata alınmalı idi (II 
maddə);  yığıncaq  və  toplantılar  keçirmək  qadağan  edildi  (III  maddə); 
polisin  göstərişləri  sözsüz  yerinə  yetirilməli  idi  (IV  maddə);  dövlət 
əleyhinə  və  sürgündə  olanlar  üçün  ianələr  toplamaq  qadağan  edildi  (V 
maddə); canişinliyin ərazisində və sərhədlərində müşahidələr gücləndirildi 
(VI maddə); ev sahibkarları nəzarət və qaydanı gözləmək üçün rus dilini 
bilən şəxslərdən ibarət həyət-bacaya baxan gözətçi saxlaya bilərdilər (VII 
maddə);  xüsusi  razılıq  olmadan  silah  gəzdirmək  qadağan  edildi  (VIII 
maddə);  ilkin  tələbat  mallarının  qiymətlərinin  süni  surətdə  qaldırılması 
qadağan  edildi  (IX  maddə);  icazə  verilməyən  yerlərdə  spirtli  içkilərin 
ticarəti  qadağan  olundu  (X  maddə);  həqiqi  hərbi  xidmətə  çağırılanların 
evlərdən çıxarılmaları qadağan edildi (XI maddə); bu qaydaları pozanları 
inzibati və cinayət məsuliyyəti gözləyirdi (XII maddə)'-’“. 
Bu  qərar  Qafqazda  təkcə  intizamı  hakimiyyəti  möhkəmləndirmirdi, 
eyni  zamanda,  rusların  regionda  nüfuzunu  artırırdı.  Rus  dilini  bilən 
şəxslərdən  gözətçi  götürülməsi  əslində  casusluq  şəbəkəsinin 
gücləndirilməsinə xidmət edirdi. 
Qafqazda  -  Güney  Azərbaycanda  və  Qara  dənizdə  hərbi  əməliyyatların 
aparılması  ağırlığı  Rusiyanın  üstünə  düşdüyündən  çarizm  cəbhələri  sayca 
artırmaq istəmirdi'’'. Türkiyə  müharibəyə girdikdən . az sonra Xarici İşlər 
naziri S. D. Sazonov (1861-1927) yazırdı ki, Tür 
92 


kiyənin  mühariboyo  qoşulması  Rusiyam  xeyli  təhlükəli  nəticələrlə 
hədələyir'”.  Buna  görə  də  o,  Qafqazdakı  canişin  Vorontsov-Daşkova 
Türkiyənin  hücumunu  imkan  daxilində  uzatmağı  tövsiyə  etdi'”.  S.  D. 
Sazonovun belə düşüncələrinin bir sıra səbəbləri var idi. 
Əvvəla, 
Rusiyada 
müsəlmanlar sayma görə ruslardan sonra birinci yeri tuturdular. Bu dövrdə 
Rusiyada təxminən 20 mln nəfər müsəlman yaşayırdı. Bu rəqəm bəzən 27 
milyon  da  göstərilir'”.  Osmanlı  dövlətinin  islamın  mərkəzi  olduğu, 
müqəddəs  cihad  və  panislamizm  elan  etdiyi  bir  şəraitdə  eyni  zamanda 
müsəlman ölkəsi olan Rusiya üçün xeyli dərəcədə təhlükəli idi. 1915-ci ilin 
fevralına olan məlumata görə, bütün dünyada 200 mln. nəfər müsəlman var 
idi'”.  İkinci,  Rusiyanın  türk  və  digər  müsəlman  əhalisi  Osmanlı 
imperatorluğuna  rəğbət  bəsləyirdi.  Onlar  Osmanlı  imperatorluğuna  rus 
müstəmləkəçilik zülmünə son qoya biləcək qüvvə kimi baxırdılar. 
Hüseyn Baykara yazırdı: “Rusiyanın müharibəyə girməsi üçün əsas üç 
səbəb vardı: 1. Balkan slavyanlarını qorumaq, onları Osmanlı imperiyasına 
qarşı  təhrik  etmək  və  sonra  panslavyan  imperiyası  yaratmaq.  2.  Çar 
Nikolayın  “xəstə  adam”  adlandırdığı  Osmanlı  imperiyasının  süqutundan 
sonra İstanbul daxil olmaqla, Anadolunun torpaqlarını işğal etmək. 3. Rus 
inqilabçılarının  fəaliyyətinin  qarşısım  almaq  və  onları  xalqın  gözündən 
salmaq üçün müharibə edərək zəfər qazanmaq'”. 
Türkiyə ilə müliaribə başlayan kimi imperator II Nikolay Ali mani- fest 
verdi.  Manifestdə  deyilirdi:  “Bütün  Rusiya  xalqları  kimi  biz  qəti  şəkildə 
inanırıq  ki,  Türkiyənin  indiki  halda  müharibəyə  qoşulması  onun  üçün 
acınacaqlı olan hadisələri sürətləndirəcək və Rusiyaya əcdadlarının vəsiyyət 
etdiyi  Qara  dəniz  sahillərinə  yiyələnmək  kimi  tarixi  vəzifəni  yerinə 
yetirmək üçün yolu açacaqdır”'”. Bəyanatda Rusiyanın Türkiyə ərazisindən 
öz səfirlik və konsulluq əməkdaşlanm çıxardığı da göstərilirdi. 
Qeyd  etmək  lazımdır  ki,  müharibə  başladıqdan  sonra  Türkiyədəki 
rusların mənafelərini qorumaq səlahiyyətini İtaliya İspan səfirliyinə verdi. 
Rusiyadakı  türklərin  mənafelərini  isə  ABŞ  və  İran  səfirlikləri  qorumalı 
idilər'”. Oktyabrın 31-də rus səfiri M. Girs İstanbulu tərk etdi'”. 
Cəbhələrdə  döyüşən  rus  diviziyalarının  sayı  1914-cü  ildə  aylar  üzrə 
108,  1915-ci  ildə  108-128,  1916-cı  ildə  136-158,  1917-ci  ildə  159-  288, 
1918-ci ildə isə müharibədən çıxmaqla bağlı dağıldı'“". 
93 


Rusiya  ilo  Türkiyənin  Azərbaycan  planlarını  reallaşdırmaq  üçün 
çarpışdıqları əsas cəbhə Qafqaz cəbhəsi idi. Rusiya tarixçisi A. A. Krcder 
yazır ki, Batumdan Urmiyə gölünə qədər uzanan Qafqaz cəbhəsi 350 km. 
idi'’". Türk tədqiqatçısı İsmet Görgülü bu cəbhəni - Qafqaz (Şərq) cəbhəsi 
kimi  Qara  dənizdən  İran  içlərinə  uzanan  və  türklərlə  rusların  çarpışdığı 
cəbhə adlandırır’''^ 
Qafqaz  ordusu  rus  imperatorunun  Qafqazdakı  ali  canişini  Voront- 
sov-Daşkovun  komandanlığı  ilə  1914-cü  ilin  avqustunda  formalaşdırıldı. 
Noyabrın əvvəlində Qafqaz ordusunun ümumi sayı 150 batolyon idi. S. D. 
Sazanovun  sözlərinə  görə,  1914-cü  il  oktyabrın  sonunda  Rusiyanın 
Qafqazda 200 minlik ordusu var idi’’'^ Rusiya Türkiyəyə qarşı mübarizədə 
türk Ermənistanı və İstanbul uğrunda döyüşürdü. 
Rus Qafqaz ordusu beş qrupa bölünmüşdü. Birinci qrup üç dəstədən - 
Sarıqamış,  Olt  və  Kağızman  dəstələrindən  ibarət  idi.  İkinci  qrup  İrəvan, 
Makin və Güney Azərbaycan dəstələrinə bölünürdü. Üçüncü qrup Rion və 
Çorox  dəstələrinə,  Mixaylovsk  (Batum)  qalası  qarnizonuna  ayrılmışdı. 
Dördüncü qrup üç dəstədən - Rus-İran sərhəd dəstəsi, Ərdəbil və Qəzvin 
dəstələrindən  ibarət  idi.  Onlar  Güney  Azərbaycana  nəzarət  etməli  və 
Ənzəli-Tehran şosse yolunu qorumalı idilər. Beşinci qrup Tiflis rayonunda 
ehtiyat dəstəsi idi. Bundan başqa, arxa ordu dəstəsi var idi’'*'*. 
Qafqazda  Türkiyəyə  qarşı  üç  korpus  nəzərdə  tutulurdu.  19  №li 
səfərbərlik cədvəlinə görə, Qafqaz hərbi dairəsində 143 batalyon (təxminən 
9 piyada diviziya), 211 eskadrom və 600 top var idi'■'^ 
Başqa  bir  kitabda  isə  Rusiyanın  Qafqazdakı  ordusunun  sayı  barədə 
fərqli məlumat verilir. Göstərilir ki, Rusiyanın Qafqaz ordusunun tərkibində 
114 batalyon, 127 yüzlük və 304 top var idi’'“. 
Türk  tarixçisi  Yusuf  Hikmet  Bayur  Rusiyanın  Qafqazda  200  minlik 
ordusu olduğunu yazır''*’. 
Başqa  bir  kitabda  yazılır  ki,  1914-cü  ilin  qışı  üçün  rus  Qafqaz 
ordusunda  153  batalyon,  175  yüzlük,  350  top  var  idi.  Onlardan  döyüşən 
cəbhədə  114  batalyon,  127  yüzlük,  304  top  var  idi.  Qalanları  arxanı 
qoruyurdu'^*. 
Rus  komandanlığının  planı  belə  idi;  1.  Sarıqamış-Kars-Tiflis  dəmir 
yolu  kommunikasiyanı  qorumaq;  2.  Bakı  şəhərini  və  neft  mədənlərini 
mühafizə  etmək;  3.  Türklərin  Qafqaz  ərazisinə  daxil  olmasına  imkan 
verməmək. 
94 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə