Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə28/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   24   25   26   27   28   29   30   31   ...   99

lər,  dövlotlor  arasında  münasiboldo  ohəmiyyot  qazandıqları  kimi, 
dövlotlorin daxili siyasotlori iizorindo də böyük təsirlər icra edəcəklərdir. 
Bu surətlə ayn-ayn  millətlər olaraq yaşaya bilmək üçün hər şeydən əvvəl 
özlərini  bilməli,  müəyyən  fikir  və  əməllər  ətrafında  birləşərək  böyük  bir 
məlkuroyo,  qazcyi-xəyalə  hədəf  olacaq  o  işıqlı  ulduza  sahib  olmalıdırlar. 
Çünki müttohid bir ruh və müştərək bir qayəyə malik olmayan millətlərlə 
yeni əsaslar üzərində qurulacaq həyat hesablaşmayacaq və belə bir silahdan 
məhrum qalan camaatlar kimsəyə söz cşitdirommiyəcəklordir”"'. 
Azərbaycan topluluğu belə bir ruh və həyəcanla birinci dünya savaşına 
daxil oldu. M. Ə. Rəsulzadə yazırdı; “Hələ 1911-də təşkil və 1917-də təkmil 
olunub  milli  proqramla  çalışan  siyasi  bir  partiyanın  (Milli  Azərbaycan 
“Müsavat  Xalq  Partiyası)  təlqinləriylə  Azərbaycan  türklÜ5ni  müstəqil  bir 
dövlət qurumuna doğru addımlar atdf''. 
Müharibə başladıqdan az sonra keçmiş “Difai” partiyasının üzvləri öz 
aralarında  ilk  müstəqil  Qafqaz  müsəlman  dövləti  yaratmaq  məsələsini 
müzakirə  etdilər.  Fətəli  xan  Xoyskinin  qardaşı  oğlu  Aslan  xan  Xoyski 
1915-ci  ilin  fevralında  gizli  surətdə  sərhəddi  keçərək  Ənvər  paşanın 
Ərzurumdakı  qərargahına  getdi.  Ərzurum  səfərində  məqsəd  Bakı, 
Yclizavetpol,  İrəvan  quberniyaları  ilə  Tereki  və  Dağıstanı  əhatə  edəcək 
Azərbaycan  cümhuriyyətinin  quaılması  üçün  Osmanlı  impera-  torluğu 
başçılarının  razılığını  almaq  idi.  Ənvər  paşaya  təqdim  edilən  layihədə 
Azərbaycanın Osmanlı dövləti ilə birləşdirilməsindən daha çox müstəqil bir 
dövlot kimi yaradılması prinsipi düşünülürdü və əsas götürülürdü. Bunun 
müqabilində  Aslan  xan  Xoyski  osmanlılar  Güney  Azərbaycandan  dəstək 
alan kimi Dağıstan və Qafqaz müsəlmanlarını ayağa qaldırmağa söz verdi. 
Aslan xan Xoyski yüz minlərlə adamın Türkiyə tərəfindən döyüşməyə hazır 
olduğunu  da  bildirdi.  Lakin  hərbi  əməliyyatların  sonrakı  gedişi  bu 
məsələnin rcallaşdırılmasına nnkan vermədi"-^ 
Bir  sıra  başqa  azərbaycanlılar  da  Azərbaycanın  taleyini  Osmanlı 
imperatorluğu  ilə  bağlayırdılar.  Tadeuş  Svyataxovskiyə  görə,  Əlibəy 
Hüseynzadə Güney Qafqaz türklərinin öz talelərini təyin etməsi ümidlərini 
tamamilə 
Osmanlı 
imperatorluğuna 
bağlayırdı. 
Bu 
məqsədin 
gerçəkləşməsindən  ötrü  hətta  Osmanlı  mandatının  mümkünlüyü  qəbul 
edilirdi'"*. 
Əlbəttə, belə bir məqsəd Azərbaycan məfluımunun silinməsini nəzərdə 
tutmurdu. Çünki tarixən Osmanlı imperatorluğu daxilində yaşa- 
83 


yan  xalqlar  heç  bir  təzyiqlorlə  üzləşməyərək  daxili  işlərində  asudə 
olmuşdular.  Görkəmli  Azərbaycan  yazıçısı,  diplomatı  Yusif  Vəzir 
Çəmənzəminli yazırdı: “Türk idarələrində ən qədimdən bəri istila olunmuş 
millətlərə  qarşı  bir  ədalət  yeridilmişdir:  Heç  bir  millətin  daxili  işlərinə 
qanşilmamış ....................  Osmanlı idarəsində... ermənilər, bolqarlar, 
rumlar,  qreklər,  serblər  və  başqaları  milli  və  dini  məsələlərində  asudə 
idilər"l 
Ənvər  paşa  noyabrın  əvvəllərində  türk  ordusunun  rus  hücumunun 
qarşısının alınmasında qazanılan uğurdan həvəslənib bu planı təxirə salaraq 
düşmən  üzərinə  hücuma  keçdi.  Ənvər  paşa  Güney  Qafqaza  və  Güney 
Azərbaycana girib rusların arxasına keçmək üçün 1914-cü il dekabrın 20-də 
150.000 əsgərlə Sarıqamış - Urmiyə istiqamətində rusların 160.000 nəfərlik 
qüvvəsinə  qarşı  hücum  etmək  əmri  verdi.  Hücum  1914-cü  il  dekabrın 
22-dən  1915-ci  il  yanvarın  19-dək  davam  etdi.  Lakin  yüksək  dağlar, 
yolsuzluq,  soyuq  və  xəstəlik  səbəbi  ilə  türk  ordusu  rus  cəbhəsini  yara 
bilməyərək 90.000 adam itirdi**. Başqa bir kitabda türk ordusunun 90 min 
əsgərdən 60 min nəfərini itirdiyi, yalnız 12 min türk əsgərinin geri döndüyü 
deyilir. Ruslar da 12 min nəfər itirdilər. 1915-ci il yanvarın 2-də Ənvər paşa 
cəbhəni tərk etdi. Plan pozuldu**. 
A.  F.  Miller  yazır  ki.  Ənvər  paşa  1914-cü  ilin  sonunda  Ərdəhan  Sa- 
rıqamış-Urmiya xəttində rus cəbhəsini yarmaqdan. Güney Qafqaza və İrana 
sahib  olmaqdan  ötrü  hücuma  keçdi.  Bu  əməliyyat  türklər  üçün  fəlakətlə 
başa çatdı. Üçüncü türk ordusu tamamilə darmadağın edildi və əməliyyatda 
türklər 90 min nəfərlik ordudan 70 minini itirdilər. Bunun 50 minə qədəri 
şaxtada dondu’“. 
Türkiyə tarixçisi Şerafettin Turan isə Ənvər paşanın 150 minlik ordu ilə 
1914-cü  il  dekabrın  14-də  hücuma  keçdiyini,  döyüşlərin  dekabrın  22-də 
başlayıb 1915-ci il yanvarın 15-dək davam etdiyini yazır. Bu döyüşdə 78 
min  türk,  32  min  rus  əsgəri  həlak  oldu,  Qafqaz  cəbhəsində  hərbi 
əməliyyatların  başlancığmda  bəslənən  ümidlər  qısa  vaxtda  yox  oldu. 
Döyüşdən sonra Ənvər paşa “bir az çarpışdıq” demişdi”. 
1914-cü  ildə  türklərin  Qafqaz  cəbhəsindəki  hücumundan  bəhs  edən 
ingilis  tarixçisi  A.  L.  Makfai  türklərin  Qafqazda  hərbi  kampaniyalarının 
Antanta  qüvvələri  arasında  ciddi  qarışıqlıq  salsa  da,  nəticədə  onların 
məğlubiyyətə uğradıqlarını yazır. Osmanlı imperiyasının hərbi naziri Ənvər 
paşanın 1914-cü ilin dekabrında Qafqazda başçılıq etdiyi türk ordularının 
hücumu qışın dərinliyində məğlubiyyətlə bitdi’b 
84 


Sonralar  general  Liman  fon  Sanders  1917-ci  il  dekabr  tarixli  “Türk 
ordusunun bugünkü durumu” adlı raportunda yazırdı ki, 1914-cü ilin dekabr 
və 1915-ei ilin yanvar aylarında Qafqaz cəbhəsində türk ordusu təxminən 90 
min  nəfər  idi.  Döyüşlərdə  rəsmi  məlumata  görə,  bunların  yalnız  12000 
nəfəri xilas ola bildi”. 
Məğlubiyyətin  səbəbini  Liman  fon  Sanders  türk  baş  komandanlığı 
tərəfindən tətbiq edilən yersiz və yanlış tədbirlərdə görürdü. Onun yazdığına 
görə, türk əsgəri özünə qarşı diqqət, ehtiram və səbat istəyir. Belə əsgərlə 
hər şey əldə edilə bilər”. 
Liman  fon  Sanders  Türkiyədə  beş  illik  həyatından  bəhs  edən 
xatirələrində bir daha təsdiq edirdi ki, Sarıqamış döyüşündə 90 minlik 3- cü 
türk ordusundan 78 min döyüşlərdə, soyuqdan, aclıqdan, xəstəlikdən öldü 
və əsir düşdü”. 
Rus müəllinərinin kollektiv yazdıqları əsərdə göstərilir ki, Sarıqa- mış 
döyüşündə  türklər  məğlub  oldular.  Yanvarın  23-dək  orduda  cəmi  12.400 
nəfər  qaldı.  Türk  ordusu  90  min  adam  itirdi,  o  cümlədən,  30  min  nəfər 
dondu. 60-dan yuxarı top itirildi. 
Rus ordusu da qələbəni fəlakət nəticəsində qazandı. Qafqaz ordusu 20 
mindən çox adam itirdi, 6 mindən çox əsgər və zabiti don vurdu. Komanda 
heyəti tamamilə məhv edildi”. Buna baxmayaraq, uğur qazanan ruslar hərbi 
əməliyyatları  Türkiyə  ərazisinə  keçirtdilər.  Türk  hökuməti  Azərbaycana 
dair  planlarını  reallaşdıra  bilmədi.  Qafqaz  cəbhəsindəki  uğur.suzluqlar 
Osmanlı  dövlətinin  başını  öz  problemlərinə  qatdı.  Sarıqamış 
məğlubiyyətindən  sonra  Ənvər  paşa  Aslan  xan  Xoyskinin  təqdim  eldiyi 
layihəni təsdiq etdi. 
1915-
 
ei il martın 9-da Qafqaz cəbhəsindəki 3-cü türk ordusunda 
(komandan Mahmud Kamil paşa) jandarma və müxtəlif cəbhələr də olmaqla 
54.6000 döyüşçü və 31.9000 silahsız kişi və əsgər var idi”. 
Sanqamış döyüşündən sonra ruslar Qafqaz cəbhəsindəki ordularının bir 
qismini çəkərək Krıma apardılar. Məqsəd bu hissələri İstanbulda Çanakkala 
hərbi  əməliyyatlar  zonasına  göndərmək  idi.  1915-ei  ilin  mayında  rus 
cəbhəsində  Almaniya-Avstriya-Macarıstan  hücumu  başladıqda  Rusiya 
həmin hissələrdən onlara qarşı istifadə etdi. 
Bununla birlikdə, 1915-ei ilin yazında rus Qafqaz cəbhəsində 159.000 
tüfəng, 29.000 qılınc, 1888 min döyüşçü var idi”. Sultan V Mehmed Reşad 
türk ordusunun hərbi əməliyyatlarında alman jurnalistlərinin iştirak edərək 
onu işıqlandınnalarma icazə verdi”. 
85 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə