Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə82/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   78   79   80   81   82   83   84   85   ...   99

Şaumyan  hələ  1912-ci  ilin  əvvəlində  yazdığı  “V.  Papazyan  (V.  M.  Pa- 
pazyan  erməni  yazıçısı  olmuşdur  (1866-1920),  tarixçi  rolunda”  (V.  Pa- 
pazyanın, M. Arakelyanın, M. Qazaryanm “Erməni tarixi oçerkləri”. Bakı 
erməni  mədəniyyət  ittifaqının  nəşri  (Bakı  erməni  mədəniyyət  ittifaqı 
1906-cı  ildə  yaradılmışdı)  adlı  məqaləsində  yazırdı:  “Bizim  tarixçilər 
Ermənistandan  daim  nə  isə  bütöv  bir  dövlət  orqanizmi,  ictimai  orqanizm 
kimi bəhs edirlər. Oxucuda belə bir təsir oyanır ki, guya qədim Ermənistan, 
məsələn, Rusiya, Almaniya və s. kimi müasir bütöv millətlərə bənzəyirmiş. 
Lakin  bu,  tarixi  həqiqətə  uyğundurmu..?  Tarix  yalnız  0  zaman  nağıl 
olmaqdan, sadəcə əhvalat danışmaqdan çıxıb həqiqətən tarix olur ki, burada 
bəhs  edilən  hadisələr,  tarixi  şəxsiyyətlərin  fəaliyyəti  ciddi  tənqidi  şəkildə 
işıqlandırılsın, hadisələrin və in- sanlann hərəkətləri arasındakı səbəbiyyət 
əlaqəsi  və  qanunauyğunluq  aşkara  çıxarılsın”'“.  “Onların  heç  ağlına  da 
gəlmir  ki,  ...  onlar  irs  aldıqları  “vətənpərvərlik”,  keşiş  təfəkkür  tərzi  ilə 
kifayətlənib sadə- lövhcəsinə təkəbbürlənir və köhnə nağıllara bəzək-düzək 
verib bunları oxucuya tarix kimi təqdim edir, bununla da oxucununu yanlış 
yola salırlar”'““. 
İngilis  tarixçisi  V.  V.  Qotlib  müharibə  dövründə  Qafqazdakı  ms  və 
erməni  intriqaları  nəticəsində  kəskinləşən  milli  münasibətlərə  düzgün 
qiymət  vermir.  O  yazır  ki,  “...  ermənilərin  Petroqrad  və  Parislə  əlaqələri, 
həmçinin  Qafqazda  münasibətləri  qızışdırmaqdan  imtina  etmələri  türkləri 
hiddətləndirirdi'*“.  Eyni  zamanda  V.  V.  Qotlibin  “Türkiyəyə  soxulan  çar 
ordusunun içərisində olan erməni hərbi hissələrinin törətdiyi hadisələrə görə 
türklərin qisas almaq istədiklərini” yazması əslində Türkiyədə və Qafqazda 
baş verən bütün qırğınların ermənilər tərəfindən törədildiyini və günahkarın 
da  məhz  onların  olduğunu,  türklərin  və  kürdlərin  isə  əvəz  çıxdıqlarını 
göstərir'*“. 
“Erməni soyqmmf’ndan söhbət gedəndə ilk öncə bu suala cavab vermək 
lazımdır: birinci olaraq kim başladı? Çünki türklərin birdən- birə erməniləri 
öldürmələrini  söyləmək  elmdən  və  tarixi  həqiqətdən  uzaq  olardı.  Türklər 
ölüm-dirim savaşında ikən ruslara, ingilislərə və fransızlara kömək edən və 
dinc əhaliyə divan tutan ermənilərə qarşı müsəlmanların cavab hərəkətləri 
nəzərə alınmalıdır. Bu məsələdə təbliğatçılıq və siyasiləşmə yolverilməzdir.' 
Ermənilərin  türklərə  və  digər  müsəlman  xalqlarına  qarşı  törətdikləri 
soyqırımına  cavab  nəticəsində  qırılan  ermənilərin  sayını  erməni  təbliğatı 
müxtəlif rəqəmlərlə şişirdir. Ölən ermənilərin sayı əvvəlcə 
243 


600 min, sonralar isə artırılaraq 800 min, daha sonra isə 1,5 milyon nəfər 
göstərilmişdir.  Böyük  Britaniya  mətbuatının  1918-ci  ildəki  məlumatında 
ölən ermənilərin sayı 600 min, 1968-ci ildəki məlumatında isə birdən-birə 
1,5 milyon göstərilir. 
Bəs erməni itkisi gerçəkdən nə qədər olmuşdur? Bunu qəti olaraq dəqiq 
rəqəmlə  sübut  etmək  mümkünsüzdür.  Söylənilən  hər bir rəqəm  haqqında 
mübahisə  etmək  olar.  Lakin  əsas  mənbə  bu  dövrdə  Osmanlı 
imperatorluğunda yaşayan ermənilərin sayı haqqında məlumatdır. Təəssüf 
ki,  bu  məlumatların  özləri  də  müxtəlifdir.  Erməni  patrikxana-  smın 
rəqəmlərini  əsas  götürən  erməni  əsilli  Marçel  Learta  (La  question 
Arménienne  a  la  Lumire  des  documents.  Paris,  1913)  görə,  2.560.000, 
erməni tarixçisi Basmacıyana görə, 2.380.000, 1922-ci il noyabrın 20-dən 
1923-cü  il  iyulun  24-dək  keçirilmiş  Lozanna  konfransında  iştirak  edən 
erməni  nümayəndə  heyətinə  görə,  2.250.000,  erməni  tarixçisi  Gevork 
Aslana görə, 1.800.000, fransız sarı kitabına görə, 1.555.000, Lüdovik de 
Constonsona görə, 1.400.000, “Paris Rev- yü”yə görə, 1.300.000, Osmanlı 
statistikasına  görə,  1.295.000,  ingilis  illik  statistikasına  görə,  1.056.000 
erməni bu dövrdə Osmanlı imperatorluğunda yaşamışdır’". 
Rus tarixçisi, professor P. N. Milyukov “Kavkazskiy teleqraf’ qəzetinin 
1914-eü  il  7  dekabr  tarixli  61-ci  sayında  dərc  olunmuş  “Ermənistanın 
taleyi”  adlı  məqaləsində  yazır  ki,  etnoqrafik  Ermənistan  hüdudlarında 
yaşayan  bütün  əhali  içərisində  xristianlar  1.183.000  nəfər  və  ya  45,2  % 
olmuşdur. Onlardan ermənilər 1.018.000 nəfər və ya 45,1 %, digər dinlərin 
nümayəndələri  254.000  nəfər  və  ya  0,1  %  olmuşdur'**.  Deməli,  burada 
yaşayan əhalinin 54,8%-i müsəlman olmuşdur. “Kaspiy” qəzetinin 1914-cü 
il 18 noyabr tarixli 259 №li sayında yazılırdı ki, 6 vilayətdə-Ərzurum, Van, 
Bitlis, Harbert, Diyarbəkir və Sivasda ermənilər yığcam halda yaşayırlar. 
Digər  iki  vilayətdə  -  Ada-  nanın  cənubunda  və  Trapezundun  şimalında 
ermənilər  40-50%  qədər  yaşayırlar.  Bütün  6  vilayətdə  1.018.000  erməni 
yaşayır. Digər 
1.082.0
 
erməni isə pərakəndə halda bütün Türkiyə ərazisində yaşayırlar 
və heç yerdə Adanada və Trapezunda olduğu kimi çoxluq təşkil etmirlər. 
Beləliklə, Türkiyədəki bütün ermənilərin sayı 2.100.000 nəfərə çatır. Hələ 
1882-ci  ildə  İstanbuldakı  erməni  patriarxının  dərc  etdirdiyi  statistik 
məlumata görə. Türkiyədəki ermənilərin sayı 
2.600.0
 
nəfərə  qədər  idi.  Bunun  da  1.680.000  həmin  altı  vilayətdə 
yaşayırdı'*’. Dövrün erməni mətbuatı isə bu rəqəmi bir qədər fərqli 
244 


göstərir. Ermənilərin çap etdikləri “Baku” qəzetinin 1915-ci il 4 sentyabr 
tarixli 197 №li sayında verilmiş “Ermənistanın göz yaşlan” adlı məqalədə 
yazılır  ki,  Türkiyədəki  bütün  ermənilər  1.200.000  nəfərdir.  Onlardan  da 
200.000 nəfəri Qafqaza gəlmişdir'T Bu qəzet 8 sentyabr tarixli nömrəsində 
isə qaçqınların sayının 250.000 nəfər olduğunu yazır”'. 
Qərb mənbələrinin Türkiyədə yaşayan erməni sayını 1.056.000 və 
1.500.0
 
arasında göstərməsi demək olar ki, Osmanlı statistikasına tam 
uyğun gəlir. Deməli, bu dövrdə Osmanlı imperiyasında təxminən 
1.300.0
 
nəfər  erməni  yaşadığını  söyləmək  olar.  Belə  olduqda  soru- 
şulur:  1.300.000  erməni  yaşadığı  halda  1.500.000  erməni  necə  öldürülə 
bilər? Bəs əslində 1915-ci ildə Türkiyədə nə qədər erməni ölmüşdür? Tələt 
paşa “Tərəqqi və İttihad” partiyasının son qurultayında ermənilərin 300.000 
nəfər  itirdiklərini  təxmin  edirdi.  Fransız  din  adamı  Monseikneur  Tauchet 
1916-cı ildəki çıxışında 500.000 erməni öldüyünü bildirirdi. İngilis Toynbi 
bu  rəqəmi  600.000  göstərirdi.  Ermənilər  əvvəl  bu  rəqəmi  ingilislərdən 
götürdülər.  Lozanna  konfransında  erməni  nümayəndə  heyətinin  başçısı 
Poqos Nübar paşa Türkiyədən 
700.0
 
erməninin  başqa  ölkələrə  köç  etdiyini,  280.000  erməninin  isə 
Türkiyədə yaşadığını bildirirdi. Deməli, ermənilər Türkiyədə 
1.300.0
 
nəfər olmuş, onların 700.000 başqa ölkələrə köçmüş
300.0
 
nəfəri  ölmüş,  280.000  nəfəri  isə  yaşamağa  davam  etmişdir. 
Poqos Nübar paşa bildirdi ki. Şərqi Anadoluda müsəlman əhalisi 
1.400.0
 
nəfərdir.  Onda  belə  nəticəyə  gəlmək  olur  ki,  ermənilərin 
öldürdükləri  müsəlmanlar  öldürülən  ermənilərdən  xeyli  çoxdur'”.  Erməni 
yazıçısı  Arşak  Çobanyan  1915-ci  ildə  “Mşak”  qəzetində  çap  etdirdiyi 
məqaləsində yazırdı ki, “Türkiyədə öldürülən ermənilərin sayının 850 min 
nəfər  olduğu  deyilir.  Lakin  görkəmli  amerikan  xadimlərindən  ibarət  olan 
“Erməni  fəlakətləri”ni  araşdıran  amerikan  komissiyası  yazılı  və  şifahi 
mənbələrə,  yerlilərin  və  xaricilərin  məlumatla-  nna  əsasən  hesabat 
hazırlayaraq göstərdi ki, 850.000 nəfər erməninin öldürülməsi səhvdir. Bu 
rəqəm əvəzinə biz yalnız 500.000 tapırıq. Bu rəqəm həqiqətə uyğun gəlir. 
Həqiqəti söyləməkdən qorxmaq lazım deyildir”'” 
Osmanlı  ensiklopediyasının  7-ci  cildində  göstərilir  ki,  bütövlükdə. 
Osmanlı  imperatorluğunda  1.300.000-1.500.000  erməni  yaşamışdır.  Və 
qırılan  ermənilərin  sayı  1.500.000  deyildir.  Müharibədə  erməni  itkisi 
300.000 qədərdir və 703.000 erməni Suriyaya köçürülmüşdür'”. 
245 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə