138
Müctəba Sadət
belə işlərini idarə edir və onlara şəfqət göstərir. Vicdan üstün
dəlildir və bəyandan ehtiyacsız edir.
5 – İmamətin vacibatı qeyb ilə ziddiyyət təşkil eləmir:
Onun varlığı imamətin vacibati dairəsinin içinə daxildir. Belə
ki, İmamı tanımaq – qeybdə və ya aşkarda olmasını nəzərə
almadan – mükəllə ləri cahiliyyət ölümündən xilas edir. Onu
tanımamaq isə fərdləri cahiliyyət əhatəsinə salır. Elə isə onun
varlığı və mərifəti bəndələrin öhdəçilikləri arasında daxildir.
Allahın Rəsulu buyurmuşdur: “Kim zamanının imamını tanı-
madan ölsə, cahiliyyət ölüsü kimi ölmüşdür”.
Hər bir halda İmam Mehdinin qeybi aydın hikmət, müdrik
həqiqətdir. Hətta biz onun hikmətini bilməsək belə. O, qeybinin
faydası haqqında belə demişdir: “Qeybim zamanı məndən fay-
dalanmağın cəhətinə gəlincə, buludlar gözlərdən qeybə çək-
miş olduqda günəş kimidir. Mən yer əhlinə əminamanlığam.
Necə ki, ulduzlar səma əhlinə əminamanlıqdır”.
142
Qeybi zama-
nı onun varlığını inkar edən bulud arxasında günəşi inkar edən
kəs kimidir.
Qeybə çəkilməsinin səbəbləri:
Bu yerdə bəzi suallar ortaya qoyulur: Nə üçün İmam qeybə
çəkilib: Onu qeybə çəkən səbəblər nədir? Qeyb üçün əsas illət
nədir? Tarix baxımından vurğulanır ki, imamlar hamılıqla zül-
mə məruz qalmış və sürgün edilmişlər. Haqlarına zülm və sərt-
lik göstərilmişdir. Bəziləri zindana, digərləri isə mühasirəyə
salınmışdır. Hamısı ya qılınc, ya da zəhərlə şəhid ediliblər..
Bütün bunlarla yanaşı, davamlı olaraq şiələrilə əlaqə saxlayıb,
əlləri ümmətin üzərində olmuşdur. Onlardan biri dünyasını də-
yişdikdə öz yerinə digərini xələf qoyurdu. İmam Həsən Əskəri-
nin xəstəliyində Abbasi hakimiyyəti onun övladını axtarmağa
çalışırdı. O kəsi ki, Allah öz Kitabında və Rəslunun dili ilə vəd
142
Kəmlud-din, bab 45, s.441
140
Müctəba Sadət
vasitəsilə məxluqatını imtahan edər”.
143
Allahın öncəki üm-
mətləri imtahan etdiyi şeylərdən biri peyğəbərlərinin, onların
vəsilərinin qeybə çəkilməsi olmuşdur ki, halları incələnsin. Bu
ilahi adət və imtahan həqiqəti sonuncu canişinlərinin qeybə
çəkilməsilə Muhəmməd ümmətinin başına da gəlmişdir.
Həqiqətdə qeyb insanlar üçün İmamın varlığına hasil olan
faydalardan məhrum olmaq sayılır. İnsanlar imamı vacibləri
yerinə yetirməkdən uzaqlaşdırdıqda və onu qeybə çəkilməyə
vadar etdikdə, onunla dəvəti arasında maneə yaratdıqda, on-
ların üzərinə qınaq və boyunlarına məsuliyyət düşür. Qeyb,
əslində zalımlar tərə indən Əhli-beyti fəaliyyət və rəbbani mə-
suliyyətlərindən uzaqlaşdırmaqdır. Lakin bu, Əhli-beytin Rəb-
lərinin yerləşdirdiyi mərtəbələrdən uzaq olması deyil.
Buradan vurğulayırıq ki, qeybdə olan İmamın mənfəəti
barədə çıxarılan şübhə və iradlar
imamətin həqiqətinin məna-
sını dərk etməmiş kəslər tərə indən sadir olur. Onlar onda Al-
lahın hədlərini qoruyan və müftilikdən başqa bir şey görmür-
lər. Xoş olsun Qaimlərinin qeybi zamanı Əhli-beytin ipindən
yapışan möminlərin halına və xoş olsun onların vilayətində
sabitqədəm olanların halına.
Beşinci: Sərdab yalanı
İmamiyyə tezisinə yönəlik töhmət və iradlardan biri də
budur: Axirəzzamanda zühuru baş verənədək bir şəxsin yüz
illərlə sərdabda yaşaması mümkündürmü? Məgər ağıl bu qə-
naətdədir ki, kimsə yemədən, içmədən, ehtiyaclarını ödəmə-
dən belə bir şəraitdə yaşaya bilər?
Əfsanə: İmam Mehdinin sərdabda qeybə çəkilməsi, onun
orada diri olması, ruzilənməsi, indiyədək yemədən, içmədən
orada gizlənməsi, bir gün oradan zühur edəcəyi, şiələrin Meh-
dini xüruc etməkdə yola gətirmələri naminə, oranı ziyarət et-
143
Biharul-ənvar, c.52, s.113