Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə44/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   40   41   42   43   44   45   46   47   ...   66

138
Müctəba Sadət
belə işlərini idarə edir və onlara şəfqət göstərir. Vicdan üstün 
dəlildir və bəyandan ehtiyacsız edir.
5 – İmamətin vacibatı qeyb ilə ziddiyyət təşkil eləmir: 
Onun varlığı imamətin vacibati dairəsinin içinə daxildir. Belə 
ki,  İmamı  tanımaq    –  qeybdə  və  ya  aşkarda  olmasını  nəzərə 
almadan  –  mükəllə ləri  cahiliyyət  ölümündən  xilas  edir.  Onu 
tanımamaq isə fərdləri cahiliyyət əhatəsinə salır. Elə isə onun 
varlığı  və  mərifəti  bəndələrin  öhdəçilikləri  arasında  daxildir. 
Allahın  Rəsulu  buyurmuşdur:  “Kim  zamanının  imamını  tanı-
madan ölsə, cahiliyyət ölüsü kimi ölmüşdür”.
Hər bir halda İmam Mehdinin qeybi aydın hikmət, müdrik 
həqiqətdir. Hətta biz onun hikmətini bilməsək belə. O, qeybinin 
faydası haqqında belə demişdir: “Qeybim zamanı məndən fay-
dalanmağın  cəhətinə  gəlincə,  buludlar  gözlərdən  qeybə  çək-
miş olduqda  günəş kimidir. Mən yer əhlinə əminamanlığam. 
Necə ki, ulduzlar səma əhlinə əminamanlıqdır”.
142
Qeybi zama-
nı onun varlığını inkar edən bulud arxasında günəşi inkar edən 
kəs kimidir.
Qeybə çəkilməsinin səbəbləri:
Bu yerdə bəzi suallar ortaya qoyulur: Nə üçün İmam qeybə 
çəkilib: Onu qeybə çəkən səbəblər nədir? Qeyb üçün əsas illət 
nədir? Tarix baxımından vurğulanır ki, imamlar hamılıqla zül-
mə məruz qalmış və sürgün edilmişlər. Haqlarına zülm və sərt-
lik  göstərilmişdir.  Bəziləri  zindana,  digərləri  isə  mühasirəyə 
salınmışdır.  Hamısı  ya  qılınc,  ya  da  zəhərlə  şəhid  ediliblər.. 
Bütün bunlarla yanaşı, davamlı olaraq şiələrilə əlaqə saxlayıb, 
əlləri ümmətin üzərində olmuşdur. Onlardan biri dünyasını də-
yişdikdə öz yerinə digərini xələf qoyurdu. İmam Həsən Əskəri-
nin xəstəliyində Abbasi hakimiyyəti onun övladını axtarmağa 
çalışırdı. O kəsi ki, Allah öz Kitabında və Rəslunun dili ilə vəd 
142
  Kəmlud-din, bab 45, s.441


139
Məhdəviyyət haqqında nəzərlər
vermişdi ki, tezliklə ədaləti yayacaq, zülm və haqsızlığı məhv 
edəcəkdir. Onun əlilə zəlalət dövləri aradan gedəcəkdir. Abbasi 
qüvvələri İmam Əskərinin övladını axtarırdı ki, onu öldürsün. 
Ya da onun körpəsini axtarırdı ki, məhv etsinlər. Bu zamanlar-
da  və  durumda  İmam  Mehdi  üçün  zühur  (üzdə  olmaq)  necə 
rahat ola bilərdi? Halbuki məsələ olduqca ağır duruma və ən 
çətin  mərhələyə  yetişmişdir.  Necə  ki,  Firon  Musaya,  Nəmrud 
isə İbrahimə qarşı bu cür davranış sərgiləyirdi.
Ümmətin Allah Rəsulunun yolundan çıxması: Qeybin əsas 
illəti  ümmətin  Allah  şəriətinə  iltizamlı  olmaması,  Əhli-beytin 
hüquqlarını  tapdalaması  olmuşdur.  Qeyb  rəbbani  xəlifələrin 
axırıncısı üçün qorunma rolunu oynadı. İmam Mehdi öldürülsə, 
onun heç bir xələ i yoxdur.. Bilmək lazımdır ki, ölümdən qorx-
mağın  səbəbi  zühur  əsrində  olacaq  obyektiv  şərtlər  mövcud 
olan zaman aradan gedəcək. Ancaq indi bu şərtlər mövcud de-
yil. Çünki ümmət zühurun maneələri üzərində dayanmaqdadır.
Boynunda zalımın beyəti olmaz: İmam Mehdi qeybinin va-
sitəsilə dövrünün hakimlərinə təqiyyə etməkdən ehtiyacsızdır. 
Onun boynunda onlardan heç bir kəsin beyəti olmaz. Çünki zü-
hurunun zamanı ən ali surətdə mütləq həqiqətin zühur zama-
nıdır. Odur ki, çıxdığı zaman kimsə ona ehtiyac duymaz. Çünki 
o, beyəti pozur. Habelə zalımlardan olan kimsənin haqqı onun 
boynunda  olmaz.  O  həddə  ki,  əxlaqi  baxımdan  riayət  etmək 
məcburiyyətində qalsın.. Qeyb azadlığı ifadə edir, təqiyyə və ya 
beyət vasitəsilə məcbur qalmağı deyil.
Bəndələrin  imtahanı,  onların  seçilməsi  və  ayırd  edilmə-
si:  İmamın  qeyb  məsələsi  və  ona  etiqad  bəsləmək  imtahan 
mövqelərindən biridir. Çünki mömin, arxayın nəfsə, dəlilə ina-
nan kamil ağıla ehtiyac duyur. İmam Kazimin belə buyurduğu 
nəql  olunmuşdur:  “Bu  məsələnin  sahibinin  qeybə  çəkilmə-
si labüddür ki, buna qail olan kəs bu məsələdən geri dönsün. 
Bu, yalnız Allah tərə indən olan bir  müsibətdir ki, Allah onun 


140
Müctəba Sadət
vasitəsilə  məxluqatını  imtahan  edər”.
143
  Allahın  öncəki  üm-
mətləri imtahan etdiyi şeylərdən biri peyğəbərlərinin, onların 
vəsilərinin qeybə çəkilməsi olmuşdur ki, halları incələnsin. Bu 
ilahi  adət  və  imtahan  həqiqəti  sonuncu  canişinlərinin  qeybə 
çəkilməsilə Muhəmməd ümmətinin başına da gəlmişdir.
Həqiqətdə qeyb insanlar üçün İmamın varlığına hasil olan 
faydalardan  məhrum  olmaq  sayılır.  İnsanlar  imamı  vacibləri 
yerinə yetirməkdən uzaqlaşdırdıqda və onu qeybə çəkilməyə 
vadar etdikdə, onunla dəvəti arasında maneə yaratdıqda, on-
ların  üzərinə  qınaq  və  boyunlarına  məsuliyyət  düşür.  Qeyb, 
əslində zalımlar tərə indən Əhli-beyti fəaliyyət və rəbbani mə-
suliyyətlərindən uzaqlaşdırmaqdır. Lakin bu, Əhli-beytin Rəb-
lərinin yerləşdirdiyi mərtəbələrdən uzaq olması deyil.
Buradan  vurğulayırıq  ki,  qeybdə  olan  İmamın  mənfəəti 
barədə çıxarılan şübhə və iradlar imamətin həqiqətinin məna-
sını dərk etməmiş kəslər tərə indən sadir olur. Onlar onda Al-
lahın hədlərini qoruyan və müftilikdən başqa bir şey görmür-
lər.  Xoş  olsun  Qaimlərinin  qeybi  zamanı  Əhli-beytin  ipindən 
yapışan  möminlərin  halına  və  xoş  olsun  onların  vilayətində 
sabitqədəm olanların halına.
Beşinci: Sərdab yalanı
İmamiyyə  tezisinə  yönəlik  töhmət  və  iradlardan  biri  də 
budur:  Axirəzzamanda  zühuru  baş  verənədək  bir  şəxsin  yüz 
illərlə sərdabda yaşaması mümkündürmü? Məgər ağıl bu qə-
naətdədir  ki,  kimsə  yemədən,  içmədən,  ehtiyaclarını  ödəmə-
dən belə bir şəraitdə yaşaya bilər?
Əfsanə:  İmam  Mehdinin  sərdabda  qeybə  çəkilməsi,  onun 
orada  diri  olması,  ruzilənməsi,  indiyədək  yemədən,  içmədən 
orada gizlənməsi, bir gün oradan zühur edəcəyi, şiələrin Meh-
dini xüruc etməkdə yola gətirmələri naminə, oranı ziyarət et-
143
  Biharul-ənvar, c.52, s.113


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə